Məhkəmə qərarları › İş №2-2(102)-8/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-8/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, əmlakın geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(105)-95/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyə verən İddiaçı (bundan sonra-“Adıgözəlbəyov”) ilə icarəçi Cavabdeh (bundan sonra-“Korkmaz”) arasında bağlanmış 2020-ci il 23 dekabr tarixli * nömrəli avadanlıqların icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”) əsasən icarəyə verən göstərilən kanca pano, alt ayar mili, üst ayar mili və sair materialları (avadanlıqlar) tikinti, təmir-bərpa işləri məqsədi ilə icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu müqaviləyə Əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır; 3.2-ci bəndinə əsasən hazırkı müqavilə avadanlıqların təhvil-təslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər.

3. İcarə müqaviləsinə 1 nömrəli əlavə olan 2020-ci il 23 dekabr tarixli Qiymətlərin razılaşdırma protokolundan görünür ki, 1 ədəd kanca panonun (balaca) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd kanca panonun (sadə) aylıq icarə haqqı 2 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 0,8 m qalvanizin aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 1,2 m aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd sadə ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd alt ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN müəyyən edilmişdir.

4. İşdə olan təhvil-təslim aktlarına əsasən 2020-ci il 24 dekabr tarixində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 45 ədəd kanca pano (balaca); 2021-ci il 7 yanvar tarixində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48; 2021-ci il 8 yanvar tarixində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48; 2021-ci il 9 yanvar tari xində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 85 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48; 2021-ci il 13 yanvar tarixində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 120 ədəd üst ayar mili (4-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48; 2021-ci il 19 yanvar tarixində 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz; 2021-ci il 9 fevral tarixində 1 ədədinin a ylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə); 2021-ci il 10 fevral tarixində 1 ədədinin aylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə) Adıgözəlbəyov tərəfindən Korkmaza təhvil verilmişdir.

5. Borc barədə arayışa əsasən icarə müqaviləsi üzrə Korkmazın Adıgözəlbəyova 2022-ci il 30 may tarixinədək 59.847,92 manat icarə haqqı borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 67.005 manatın, hüquqi yardıma görə ödənilmiş 210 manatın, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabde hdən tutularaq iddiaçıya ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif tikinti avadanlıqlarının icarəsinə dair müqavilə bağlanmış, iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Cavabdehin 2022-ci il 30 may tarixinə qədər olan ümumi borc məbləği 67.005 manat müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və müqavilə üzrə verilmiş 2415 ədəd tikinti avadanlıqları geri qaytarılmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 67.005 manatın ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manat xərc çəkmişdir. Həmçinin iddiaç ı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir.

8. İddiaçının nümayəndəsi 2023-cü il 13 mart tarixində “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 59.847,92 manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 210 manatın və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi ilə əlaqədar cavabdehi n nümayəndəsi məhkəməyə yazılı izahat təqdim edərək göstərmişdir ki, iddiaçının tələbləri onun məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin 3.2-ci bəndinə görə tam qanunsuzdur. Belə ki, müqavilənin 3.2-ci bəndinin tələblərinə görə həmin müqavilə qüvvəyə minməmişdir. Çünki həmin bənddə müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir. Buna görə hüquqi cəhətdən istinad edilən müqavilənin hüquqi qüvvəsi yoxdur və onun əsasında irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. İddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışı adlanan sənədi məhkəməyə təqdim edərək, cavabdehin guya 67.005 manat borcunun olduğunu bildirmişdir. İddiaçının t əqdim etdiyi bu maliyyə arayışı heç bir sübutla təsdiq edilmir, halbuki bu qədər borc real mövcuddursa, onda iddiaçının vergi hesabatlarında, yəni müvafiq mühasibat hesabatlarında bu borc 2020-ci il 23 dekabr - 2022-ci il 30 may tarixlər aralığında debitor borc kimi hər ay (və ya rüb, il) artan ardıcıllıqla mütləq göstərilməlidir. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi icarə müqaviləsinə 2 sənəd əlavə edilib - üzərində “Qiymətlərin razılaşdırma protokolu” 2020-ci il 23 dekabr tarixli * nömrəli müqaviləyə 2020ci il 23 dekabr tarixli 1 nömrəli əlavə” yazılmış sənəd, üzərində “təhvil-təslim” sözündən başqa heç bir məlumat olmayan sənəd. Göründüyü kimi, birinci sənədin hansı müqaviləyə əlavə edildiyi və onun əlavə 1 olduğu göstərildiyi halda, təhvil-təsli m adlanan sənəddə onun hansı müqaviləyə əlavə olaraq tərtib edildiyi göstərilməmişdir. Digər tərəfdən əgər müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırma protokolu 1 nömrəli əlavə adlandırılıbsa, ümumi qaydaya görə müqaviləyə ikinci əlavə edilən sənəd (təhvil-təslim aktı) 2 nömrəli əlavə və onun hansı müqaviləyə əlavə olduğu göstərilməli idi, lakin göstərilməyib. Bu hal həmin təhvil-təslim aktının başqa zaman, başqa müqaviləyə və ya başqa sənədə əlavə olaraq tərtib edildiyini sübut edir, yəni bu təhvil-təslim aktının təqdim edilmiş müqaviləyə heç bir aidiyyəti yoxdur. Göstərilən təhvil-təslim aktının icarə müqaviləsinə heç bir aidiyyəti olmamasını digər bir hal da sübut edir. Belə ki, qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə adları göstərilən avadanlıqlarla, təhvil-təslim a ktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur, halbuki eyni avadanlıqlardan söhbət gedirsə, belə fərq istisna olmalı idi. Təhvil-təslim adlandırılan sənəddə 11-ci sırada “Üst ayar mili (48) 1.2m qalvaniz” adlı avadanlığı təhvil verildiyi göstərilib, lakin qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə belə bir adda avadanlıq göstərilməyib. Bu fakt yenə də onu sübut edir ki, məhkəməyə təqdim edilmiş üzərində nəyə aid olduğu göstərilməmiş tarixsiz təhvil-təslim adlı sənədin icarə müqaviləsinə heç bir aidiyyəti yoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər mütləq mənada 2017-ci il 30 iyun tarixli Q-08 qeydiyyat nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazi rliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə sənəddə göstərilən Forma MTQA-1 adlanan ciddi hesabat blankında təhvil-təslimi həyata keçirməlidirlər. Belə blankda onun mətbəədə çap edilmiş seriya və nömrəsi olur və bu da vergidən yayınmağın qarşısını alır. Hazırkı halda isə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun bu normativ sənədin tələbi daxilində təhvil-təslim aktını tərtib etməməsi həmin sənədin etibarsızlığını törədir, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının əsaslandığı icarə müqaviləsi əsasında cavabdeh heç bir avadanlıq almamışdır. İddiaçı bütün avadanlıqları cavabdehin tə sisçisi olduğu şirkətə verib və bu günədək də həmin şirkətlə işləyir.

10. Cavabdeh 2022-ci il 31 oktyabr tarixində məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçının istinad etdiyi müqavilə üzrə aralarında heç bir əməliyyat aparılmamışdır. Onlar yalnız cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN **********) iş icraçıları ilə nağd hesablaşma yolu ilə işləyiblər. İddiaçının istinad etdiyi müqavilə formal bağlanmış və o, bu müqavilə üzrə heç bir mal-material almamışdır. Məhkəməyə təqdim olunan tarixsiz təhvil-təslim aktı artıq icra olunmuş başqa müqaviləyə aiddir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir.

11. Cavabdehin vəsatəti nəzərə alınaraq, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 2023-cü il 2 fevral tarixli 4/1729 nömrəli ekspert rəy inə əsasən icarə müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrində olan imzalar, 3-cü vərəqində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, 2020-ci il 23 dekabr tarixli qiymətlərin razılaşdırma protokolunun (icarə müqaviləsinə 1 nömrəli əlavə) aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, Ş/V seriyalı DYİ ******* nömrəli təhvil-təslim aktının aşağı hissəsində “Təsdiq edirik Cavabdeh (Ş/V seriyalı DYİ *******)” qrafasında “Cavabdeh” yazıları və həmin yazıların aşağı hissəsində olan imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(119)21/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh 23 dekabr 2020-ci il ta rixli * nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqı borcu, hüquqi yardıma görə ödənilmiş 210 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci olmaqla-cəmi 60457,92 (altmış min dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, 23 dekabr 2020-ci il tarixli * nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 2415 ədəd tikinti avadanlığı-45 ədəd kanca pano (balaca), 50 ədəd alt ayar mili 48, 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 50 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48 lik) 0.8m qalvaniz, 100 ədəd alt ayar mili (48lik), 135 ədəd üst ayar m ili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 85 ədəd sadə ayar mili 48, 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 100 ədəd alt ayar mili 48, 120 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 300 ədəd alt ayar mili 48, 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 100 ədəd kanca pano (sadə), 100 ədəd kanca panonun (sadə) Cavabdeh alınaraq iddiaçıya qaytarılması, cavabdehdən dövlət nəfinə 269,54 (iki yüz altmış doqquz manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim H.Alıyeva).

13. Birinci instansiya məhkəməsi tərəfi ndən müəyyən edilmişdir ki, tərəflər arasında 23 dekabr 2020-ci il tarixli * nömrəli avadanlıqların icarə müqaviləsi bağlanmış və aylıq icarə haqları müəyyən olunaraq 2415 ədəd tikinti avadanlığı 24 dekabr 2020-10 fevral 2021-ci il tarixlərində iddiaçı tərəfindən tərəfindən təhvil-təslim aktı əsasında icarəçi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş, müqavilə öhdəliyi yerinə yetirilməmiş və həmin tikinti avadanlıqları iddiaçıya geri qaytarılmamışdır. Buna görə də, hazırkı iddia ərizəsində cavabdeh tərəfindən ödənilməmiş 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının tutulması və 2415 ədəd tikinti avadanlığının iddiaçıya geri qaytarılması xahiş olunmuşdur.

14. Məhkəmə işin müəyyən edilmiş fakti ki hallarına MM-nin 385.1, 425.1, 427.3 və 442-ci maddələrinin tələbləri baxımından qiymət vermiş və qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetiməmişdir. Buna görə 23 dekabr 2020-ci il tarixli * nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması və 2415 ədəd tikinti avadanlığının cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia tələbi əsaslıdır.

15. Məhkəmə cavabdehin nümayəndəsinin yazılı izahatında bildirdiyi təhvil-təslim aktının imzalanma tarixinin olmaması ilə bağlı qeyd etmişdir ki, işin materiallarında olan təhvil-təslim aktında 2415 ədəd tikinti avadanlığının bir dəfəyə deyil, 24 dekabr 2020-10 fevral 2021-ci il tarixlərində 19 dəfəyə Cavabdeh təhvil verildiyi göstərilmiş, hər dəfə təhviltəslimin aparıldığı tarixlər qeyd olunmuş və sonda həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

16. Məhkəmə gəldiyi nəticəni həmçinin MM-in 675, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(105)-95/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Süleymanova, hakimlər Z.Məmmədov və F.Məmmədov).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

20. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili olaraq göstərmişdir ki, müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmiş, lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarixin göstərilməmiş, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur. İş üçün əhəmiyyətli olan əsas hal müqavilənin bağlanma tarixi sübut olunmamışdır. Qanuni qüvvəyə minmə tarixi göstərilməyən müqavilə üzrə məhkəmənin müqavilə öhdəliklərini yerinə yetirməməyə görə zərər hesablaması işin hallarına uyğun gəlmir.

21. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibətdə qeyd etmişdir ki, tələb edilən məbləğ öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyan məbləği olmamaqla, ödənilməmiş icarə haqlarından ibarətdir. Cavabdeh icarə haqqından bir miqdarının ödənildiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Təhviltəslim aktının imzalanma tarixinin olmaması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan təhvil-təslim aktında 2415 ədəd tikinti avadanlığının bir dəfəyə deyil, 2020-ci il 24 dekabr - 2021-ci il 10 fevral tarixlərində 19 dəfəyə cavabdehə təhvil verildiyi göstərilmiş, hər dəfə təhvil-təslimin aparıldığı tarixlər qeyd olunmuş və sonda həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Eləcə də məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi həmin avadanlıqların qəbul edildiyini və istifadə olduğunu etiraf etmişdir. Bu baxımdan, aktda qüvvəyə minmə və ya imzalanma tarixinin göstərilməməsi texniki məsələdir, bu hal həmin avadanlıqların təhvil alınması və tərəflər arasında icarə münasibətlərinin yaranmasının inkar edilməsi kimi qəbul edilə bilməz. Cavabdehin göstərdiyi bu hal formal xarakter daşımaqla sənədlərin tərtibatı ilə bağlı qaydaların pozulmasıdır və tərəflərin icarə münasibətlərinə dair iradə ifadəsinin zədələnməsinə dəlalət etmir.

22. Məhkəmə şikayətin təhvil-təslim aktı ilə sənəddə göstərilən avadanlıqlar arasında fərqin mövcud olması barədə dəlili ilə də razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, mübahisələndirilən hər iki sənəddə avadanlıqların adları, çeşidi eynilik təşkil edir. Yəni cavabdehin şikayətinin dəlili əsassız olmaqla sənədlərlə təkzib olunur.

23. Şikayətin digər dəlili olaraq məhkəməyə onun təsisçisi olduğu "xxxx" MMC ilə iddiaçı arasında baglanılmış üzləşmə aktları, icarə dəyərlərinin hesabatı, görülən işlərə dair aktların, cəmi 35 vərəqdən ibarət sənədlərin təqdim edildiyi və bunların iddiaçı ilə MMC arasında faktiki müqavilə öhdəliklərinin mövcudluğunu sübut etdiyi göstərilmişdir.

24. Məhkəmə həmin dəlilə MM-nin 6, 324 və 390.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək hesab etmişdir ki, əsassızdır. Ona görə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən t ərəflər arasında icarə müqaviləsi, təhviltəslim aktı və qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Bu sənədlərin cavabdeh tərəfindən imzalanmasına dair mötəbərliyi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdehin sərbəst seçimi olaraq azad və qarşılıqlı iradə ifadəsi nəticəsində icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin etibarlığı mübahisələndirilməmişdr.

25. Cavabdeh tərəfindən təqdim edilmiş qeyd olunan sənədlərə münasibətdə iddiaçı tərəf həmin sənədlərin iddiaçı ilə "xxxx" MMC arasında olan başqa bir öhdəliklə bağlı olduğunu göstərmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə göstərdiklərini daha inandırıcı və işin faktiki hallarına uyğun hesab etmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal olmaqla heç bi r sübuta əsaslanmır, iddiaçı tərəfin əsaslandığı halları təkzib edən heç bir mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə (bax bu qərarın 14 və 16-cı bəndləri), həmçinin MM-in 684.1, 685.2.1, 700.2, 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-nin 407.2-ci maddəsinin tələbləri pozulmuşdur-tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2 bəndinə görə müqavil ənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandıgı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandıgı tarix göstərilməmişdir. Odur ki, hüquqi cəhətdən istinad edilən müqavilənin hüquqi qüvvəsi yoxdur və onun da əsasında irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. Göstərilən təhvil təslim aktının icarə müqaviləsinə heç bir aidiyyəti olmamasını digər bir hal da subut edir. Belə ki, qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə adları göstərilən avadanlıqlarla, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur, halbuki eyni avadanlıqlardan söhbət gedirsə belə fərq istisna olmalı idi. İddiaçının istinad etdiyi icarə müqaviləsinə 2 sənəd əlavə edilib: üzərində “Qiymətlərin razılaşdırılması protokolu” icarə müqaviləsinə 2020-ci il 23 dekabr tarixli 1 nömrəli əlavə yazılmış sənəd; üzərində təhviltəslim sözündən başqa heç bir məlumat olmayan sənəd. Göründüyü kimi birinci sənədin hansı müqaviləyə əlavə edildiyi və onun əlavə 1 olduğu göstərildiyi halda, təhvil-təslim adlanan sənəddə onun hansı müqaviləyə əlavə olaraq tərtib edildiyi göstərilməmişdir. İddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışı adlanan sənədi məhkəməyə təqdim edərək iddia məbləği qədər, yəni 67.005 manat borcun olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi bu maliyyə arayışı heç bir sübutla təsdiq edilmir, halbuki bu qədər borc real mövcuddursa onda iddiaçının vergi hesabatlarında, (elektron qaimələrdə), yəni müvafiq mühasibat hesabatlarında bu borc 2020-ci il 23 dekabr - 2022-ci il 3 0 may tarixləri aralığında debitor borc kimi hər ay (və ya rüb, il) artan ardıcıllıqla mütləq göstərilməlidir. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə bu vacib faktları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

31. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kira yəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;...” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllən in əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslı lığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayə tinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyə n olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. Cavabdeh kassasiya şikayətində MM-in 407.2-ci maddəsinin pozuntusuna istinadən, tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvəsi mübahisələndirilmişdir.

38. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlan mış sayılır (MM-nin 407.2-ci maddəsi)

39. Baxılan iş üzrə tərəflər arasında 2020-ci il 23 dekabr tarixli avadanlıqların icarəsi haqqında sadə yazılı müqavilə bağlanmış və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Bu baxımdan MM-nin 407.2-ci maddəsinin tələbinə əsasən həmin müqavilə tərəflərin imzası ilə təsdiq edildiyi andan bağlanmış sayılır.

40. Tərəflər həmin müqavilənin 3.2-ci bəndində, onun qüvvəyə minməsini müvafiq avadanlıqların təhvil-təslimi haqqında aktın imzalandığı tarixlə şərtləndirmişlər. Bununla bağlı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2415 ədəd tikinti avadanlığı bir dəfəyə deyil, 2020-ci il 24 dekabr-2021-ci il 10 fevral tarixlərində 19 dəfəyə müvafiq təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmiş, hər dəfə təhvil-təslimin aparıldığı tarixlər qeyd olunmuş və sonda həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır

41. Qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 2027-ci bəndləri).

42. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(105)-95/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Haki

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar