Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 avqust tarixli 2-2(105)-84/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh Quba rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 2022-ci il 7 mart tarixli izahatında, İddiaçı ona 51.000 manat dəyərində yeşik verdiyini, o da yeşikləri sataraq pulunu qaytardığını, hazırda ona 13.700 manat dəyərində borcunun olduğunu, ona olan borcunu iyul və avqust aylarında qaytaracağını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra -“cavabdeh”) qarşı pulun tutulması tələbi barədə iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək 20.800 manat məbləğində borcun, 1.456 manat məbləğində faiz borcunun və 157 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 51.000 mana t dəyərində müxtəlif çeşiddə olmaqla meyvə-tərəvəzlərin qablaşdırılaraq saxlanılması üçün istifadə edilən yeşiklər satmış, cavabdeh həmin puldan 30.200 manatını qaytarsa da, 20.800 manat məbləğində borcunu qaytarmamışdır. Bu barədə müraciəti əsasında Quba rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh 13.700 manat borcunun olmasını etiraf etmiş, lakin hazırkı vaxtadək hər hansı borc məbləğini ona qaytarmamışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Quba rayon Məhkəməsinin 2023-cü il 14 iyul tarixli e-2(027)-1254/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 20.800 manat məbləğində pulun, həmçinin 157 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
5. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2(105)1823/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı izahatında göstərmişdir ki, tərəflər arasında şərikli ticarət münasibəti olmuş, iddiaçının göndərdiyi malları cavabdeh satmışdır. Xarici ölkələrə göndərilən məhsullar həmin yeşiklərə yığılmış, yeşiklər dözümsüz olduğuna görə məhsullar zay olmuş, məhsul sahibləri dəymiş ziyanı cavabdehdən tələb etmişlər. Bununla da cavabdehin müştəri bazası azalm ışdır. Cavabdeh iddiaçıdan yeşiklər keyfiyyətsiz olduğuna görə geri götürməsini xahiş etsə də, iddiaçı malları aşağı qiymətə daxili bazarda satmağı təklif etmiş, həmin qiymət qarşılıqlı şəkildə razılaşdırılmış və ilkin razılaşdırılmış məbləğdən daha aşağı olmuşdur. Bu satışdan əldə etdiyi pulu cavabdeh iddiaçıya vermiş və iddiaçıya borcu qalmamışdır. İddiaçı şirkətə borcu olduğu üçün cavabdehə polisə şikayət edəcəyini, izahatında iddiaçıya borcunun olduğunu yazmasını xahiş etmiş, borcunu 10.000 manatdan yuxarı məbləğ kimi qeyd etməsini, həmin sənədi şirkətə göstərməli olduğunu demiş, o da bununla əlaqədar iddiaçıya 13.700 manat məbləğində borcunun olması barədə izahat vermişdir. Cavabdehin iddiaçıya 2.000 ABŞ dolları, yəni 3.400 manat məbləğində borcu vardır. Bu borcu qaytarmaq fikri var, lakin hazırda maddi vəziyyəti buna imkan vermir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini, iddianın 3.000-4.000 manat aralığında olmaqla, yəni cavabdehin borcunu etiraf etdiyi məbləğdə təmin edilərək həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 13 may tarixli 2-2(119)-185/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 13.700 manat məbləğində borc və ödənilmiş 131.10 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 13.831,10 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim F.Həmidli).
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında meyvə-tərəvəz lərin qablaşdırılması üçün istifadə edilən yeşiklərin nisyə satışına dair şifahi formada alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə münasibətləri üzrə satıcı qismində iştirak edən iddiaçı həmin malları yük avtomobili vasitəsilə bir neçə partiya olmaqla müxtəlif vaxtlarda satması üçün cavabdehə göndərmiş, cavabdeh isə həmin malları qəbul edərək Quba şəhərində yerləşən mağazada satmağa başlamış və satışdan əldə edilən vəsait hesabına iddiaçıya müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Tərəflər arasında hər hansı yazılı müqavilə bağlanılmamış, malın təhvil verildiyini təsdiq edən təhvil-təslim aktı və ya buna bənzər hər hansı sənədlər tərtib edilməmiş, aralarında rəsmi qaydada hesabatlılıq aparılmamış, onların hər ikisinin şifahi izahatlarına əsasən göndərilən malların dəyəri 51.000 man atdan bir qədər çox olmuş, təhvil aldığı mallara görə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüş cavabdeh öhdəliyini lazımınca yerinə yetirməyərək həmin malların dəyərini tam ödəməmişdir.
9. Məhkəmə iddiaçı tərəfindən əlavə edilmiş çoxsaylı hesab-fakturaların surətləri ilə bağlı qiymətləndirmə apararaq hesab etmişdir ki, həmin sənədlər mötəbər hesab edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən, həmin sənədlərdə göstərilən mallar, iddiaçının özünün də göstərdiyi kimi cavabdehə göndərilən malların tam siyahısı deyil və cavabdehə həmin sənədlərdə göstərilənlərdən savayı, başqa mallar da göndərilmişdir.
10. Bundan başqa məhkəmə göstərmişdir ki, iddiaçı tə rəfindən əlavə edilmiş çoxsaylı ödəniş qəbzlərinə gəldikdə, həmin qəbzlərdə əks edilənlər göndərilən mallara görə cavabdeh tərəfindən edilmiş ödənişləri göstərir və iddiaçının göstərdiyinə görə, cavabdeh həmin qəbzlərdə göstərilənlərdən savayı bir neçə əlavə ödənişlər etsə də, sonuncu tərəfindən qəbzlər ona göndərilməmişdir. Bu səbəbdən həmin qəbzlərdə göstərilən məbləğlərin cəmi cavabdeh tərəfindən göndərilən mallara görə edilən ödənişlərin yekun məbləği kimi qiymətləndirilə bilməz.
11. Həmçinin məhkəmə cavabdehin iddiaçıya olan borcunun məbləği barədə müəyyənləşdirmişdir ki, iddiaçı tərəfindən iddia tələbində cavabdehin məhz 20.800 manat məbləğində borcunun olması barədə göstərdikləri iş materialları ilə sübut olunmamaqdadır. Belə ki, iddiaçının istinad etdiyi və iş materiallarına əlavə edilmiş dəftər onun özü tərəfindən tərtib edilmiş, həmin dəftərdə cavabdehin hər hansı imzası və ya digər qeydi aşkar olunmamış, əlavə olaraq iddiaçı həmin dəftərlə cavabdehin tanış olduğunu bildirsə də, bu cavabdeh tərəfindən təsdiq edilməmişdir.
12. Bununla belə, cavabdehin məhkəmə iclasındakı izahatında iddiaçıya təxminən 3.400 manat məbləğində borcunun olması barədə qeyd etdiklərini, həmçinin iddiaçının şikayəti əsasında Quba şəhər Polis Şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında “İddiaçı ilə plasmas yeşik alveri etmişəm. İddiaçı mənə 51.000 manat dəyərində yeşik vermiş, mən də yeşikləri sataraq pulunu ona vermişəm, hazırda mənim ona 13.700 manat borcum var, ona olan borcumu iyul və avqust aylarında qaytaracağam” göstərməsinin səbəbi barədə cavabdehin göstərdiklərini məhkəm ə inandırıcı hesab etməmiş, bunları mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyü qənaətinə gəlmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya borcunun mövcud olması cavabdehin özü tərəfindən də inkar edilmədiyindən, o cümlədən iddiaçı tərəfindən iddia tələbində cavabdehin ona məhz 20.800 manat məbləğində borcunun olması barədə göstərdikləri yuxarıda şərh edilənlərə əsasən öz təsdiqini tapmadığından, iddia tələbinin cavabdehdən 20.800 manat məbləğində pulun tutulması hissəsi qismən təmin edilməli, 13.700 manat məbləğində borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. İddia tələbinin 1.456 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda id dia tələbini həmin hissədə müdafiə etmədiyini göstərmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 385.1, 425.1, 427.2, 427.4, 442, 448.2, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 80, 89.1 və 89.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin 3.400 manat hissəsindən artıq hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 avqust tarixli 2-2(105)-84/2024 nömrəli qətnaməsi ilə ca vabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Hüseynov, hakimlər İ.Dəmirov, İ.Quliyev).
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, hazırkı işin mübahisəli halı cavabdehin iddiaçıya olan borcunun məbləği ilə bağlıdır. İddiaçı cavabdehin ona 20.800 manat məbləğində borcu olduğunu iddia etsə də, lakin bunu sübuta yetirə bilməmiş, cavabdeh özü isə Quba rayon Polis Şöbəsində vermiş olduğu izahatında 13.700 manat borcunun qaldığını bildirdiyinə görə birinci instansiya məhkəməsi iddianı cavabdehin etirafı həddində, yəni 13.700 manat məbləğində təmin etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. İddiaçı mə hkəmənin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mübahisələndirməmiş, iddiasının təmin olunmuş hissəsi ilə razılaşmışdır. Cavabdeh isə iddianın təmin olunmuş hissəsi ilə razılaşmayaraq qətnamənin həmin hissəsindən apellyasiya şikayəti vermişdir.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya borcunun olmasını inkar etməsə də, borcun məbləği ilə bağlı fərqli etiraflar etmişdir. Belə ki, əvvəlcə Quba rayon Polis Şöbəsində vermiş olduğu izahatında borcunun 13.700 manat məbləğində qaldığını bildirmiş daha sonra birinci instansiya məhkəməsində (hazırlıq iclasında) verdiyi izahatında iddianı qəbul etmədiyini bildirməklə yanaşı göstərmişdir ki, onun iddiaçıya 2.000 ABŞ dolları, yəni 3.400 manat məbləğində borcu vardır.
20. Odur ki, cavabdeh Quba rayon Polis Şöbəsində verdi yi izahatında iddiaçıya 13.700 manat məbləğində borcunun olmasını etiraf etdikdən sonra bu etirafından boyun qaçırmağa səy göstərmiş, lakin ilkin etirafını həqiqətə uyğun və inandırıcı dəlillərlə təkzib edə bilməmişdir. Xüsusən də, cavabdeh apellyasiya şikayətində Polis Şöbəsində iddiaçıya 13.700 manat borcu olmasına dair izahat yazdıqdan sonra “qalan borcunu hissə-hissə iddiaçıya qaytardığını” göstərməklə dolayısı ilə “qalan borcunun 13.700 manat məbləğində olmasını” bir daha təsdiqləmişdir.
21. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o, Quba rayon Polis Şöbəsində yazdığı izahatında 13.700 manat borcunun qaldığını bildirəndən sonra iddiaçıya dəfələrlə, hissə-hissə həmin (qalan) borcunu qaytarmışdır. Lakin o, iddiaçıya qaytardığı pulların çox hissəsini aralarındakı inama va etib ara əsaslanıb rəsmiləşdirmədən vermişdir.
22. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, apellyasiya baxışında cavabdeh tərəfə iddiaçıya 2022-ci il 7 mart tarixindən sonra pul ödənilməsi barədə məhkəməyə sübutlar təqdim etməsi təklif olunmuş, lakin tərəf belə sübutların olmadığını, iddiaçı isə ona həmin tarixdən sonra heç bir ödəniş edilmədiyini bildirmişdir.
23. Cavabdeh iddiaya (iddianın təmin olunmuş hissəsinə) etiraz etdiyi üçün etirazının əsası kimi istinad etdiyi halları, yəni mübahisəli borc məbləğini iddiaçıya ödədiyini sübut etməlidir. Cavabdehin qalan borcun ödənilməsi barədə müvafiq sübutlar təqdim edə bilməməsi onun etirazının əsassızlığına və etiraz dəlillərinin qəbuledilən olmamasına dəlalət edir.
24. Məhkəmə cavabdehin iddiaçı ilə aralarındakı inama va etibara əsaslanıb qayta rdığı pulları rəsmiləşdirmədən verməsi ilə bağlı dəlilinə münasibət də qeyd etmişdir ki, əvvəla, bu arqument cavabdehi sübutetmə vəzifəsindən azad etmir. Digər tərəfdən isə, iddiaçının cavabdehdən polis orqanına şikayət etməsi, həmin orqanda cavabdehdən izahat alınması və onun qalan borcu barədə yazılı izahat verməsi göstərir ki, tərəflər arasında münasibət pozulmuş və onların bir-birinə inamı-etibarı qalmamışdır. Belə vəziyyətdə cavabdehin iddiaçıya pul ödəməsini təsdiqləyən sübutlar təqdim edə bilməməsi əslində onun heç bir ödəniş etməməsini təsdiqləyir.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 9.3, 385.1, 425.1, 433.3, 567 və 600.1-ci maddələrinə, MPM-nin 77, 372.1, 372.6, 372.7 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Həmin qətnamədən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri:
27. MM-in 425.1, 567, 600-cü maddələri üzrə-iddiaçı ona satmaq üçün göndərdiyi yeşiklər lazımı keyfiyyətdə göndərməmişdir. İddiaçı bütün yeşikləri metak şirkətindən alıb göndərməməsi barədə birinci instansiya məhkəməsində iclaslar zamanı etiraf etmişdir. O bildirmişdir ki, cavabdehə göndərdiyi yeşikləri əvvəl “Metak” şirkətindən alıb göndərsə də sonradan başqa sexlərdən də alıb göndərmişdir. İddiaçının bu etirafı özüdə onu təsdiq edir ki, əvvəlki yeşiklər keyfiyyətli olsada sonrakı yeşiklər keyfiyyətsiz olmuşdur. Lakin iddiaçı əvvəlki izahatlarında bildirirdi ki, on un göndərdiyi yeşiklərin hamısı “Metak” şirkətinin istehsalı olub. İddiaçının qeyri-səmimi izahatı cavabdehin yeşiklərin keyfiyyətsiz olması barədə izahatını təsdiq edir. Buna baxmayaraq məhkəmə bu halı nəzərə almadan mübahisəyə hüquqi qiymət vermişdir.
28. İddiaçının göndərdiyi yeşiklər standarta cavab vermədiyi, meyvə-tərəvəz daşınması zamanı yükgötürmə qabiliyyəti aşağı olduğu üçün daşınma zamanı mənzil başına çatmadan yeşiklər sındığı üçün altda qalan yeşiklərdə olan meyvə-tərəvəzlər əzilərək yararsız hala düşmüşdür. Halbuki, müştərilərin sifarişinə uyğun olaraq, cavabdeh meyvə tərəvəzləri xarici ölkələrə göndərmək üçün iddiaçıdan həmin yeşikləri istəmişdir. İddiaçının göndərdiyi yeşiklər standarta cavab vermədiyi üçün o məhsulu ixrac edən müştərilərə sata bilməmişdir. Hətta, cavabdeh yeşiklərin keyfiyyətsiz olmasını dəfələrlə iddiaçıya bildirmiş o da cavabdehin bu iradı ilə razılaşmışdır.
29. Apellyasiya şikayətində apelyasiya şikayəti verən şəxsin tələbi hissəsində cavabdeh məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddia tələbinin 3.400 manat hissəsindən artıq hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi qətnaməsinin 5-ci səhifəsində qeyd edir ki, guya onun iddiaçıya borcu yoxdur. Bu halı isə onun izahatı arasında ziddiyyət kimi qiymətləndirmişdir. Halbuki, o, birinci instansiya məhkəməsində izahatı zamanı da bildirmişdir ki, onun 3.400 manata yaxın borcu ola bilər. Cavabdehin Polis Şöbəsində verdiyi izahatı isə iddiaçının onu aldatmasına görə o şə kildə izahat verdiyini bildirmişdir.
30. MPM-nin 77.1, 88, 217.1, 217.3, 418.1 və 418.2-ci maddələri üzrə - iddiaçı birinci instansiya məhkəməsində izahatı zamanı əvvəl şərik olaraq işə başladıqlarını, daha sonra münasibətləri alqı-satqı münasibətinə çevrildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin münasibətlərinə MM-nin 567 və 600-cü maddələrinə uyğun hüquqi qiymət verilməklə yalnışlığa yol vermişdir. Ona görə ki, iddiaçı özü birinci instansiya məhkəməsində iclaslar zamanı cavabdehlə şərik olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi sübutlara yalnız öz mülahizəsinə əsasən hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə məhkəmə iclasları zamanı iddiaçının izahatında qeyd etdiyi tərəflərin şərik olaraq iş birliyinə başlamasına və daha sonradan münasibətlərin alqı-satqı münasibətinə çevrilməsinə hüquqi qiymət verməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. Kassasiya baxışının hədləri
32. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsin in işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi... 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Mad də
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiy yətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır...... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibə tlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının borcun qaytarılması tələbi üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Quba şəhər Polis Şöbəsində aparılan araşdırma zamanı iddiaçıya 13.700 manat borcunun olduğunu təsdiq etmişdir. Buna görə də, məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçının tələbində cavabdehin 20.800 manat məbləğində borcun un olması barədə göstərdikləri işin materialları ilə sübut olunmadığından, cavabdehdən onun etiaf etdiyi miqdarda-13.700 manat borc məbləği tutulmalıdır.
39. Hazırda cavabdeh kassasiya şikayətində iddiaçının ona təqdim etdiyi yeşiklər lazımı keyfiyyətdə olmamasına, polis şöbəsində verdiyi etirafın aldadılma nəticəsində verildiyini göstərsə də, qeyd olunanlara dair özünün təqdim etdiyi ümumi ifadələrdən başqa hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 avqust tarixli 2-2(105)-84/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.