Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-803/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Əliyev Ələsgər Əliabbas oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, iddiaçının cavabdehə qarşı “cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2022-ci il tarixli 23 noyabr tarixli 2-2(117)-1694/2022 saylı qərardadına əsasən, A ğsu Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İş materiallarından görünür ki, X2 Təsərrüfatı Mərkəzi (bundan sonra – “iddiaçı”) hüquqi şəxs (VÖEN **********), Cavabdeh (bundan sonra – “cavabdeh”) isə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN **********).
2. Şəki Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 2022-ci il 22 noyabr tarixli **********608100 nömrəli məktuba əsasən iddiaçı Şamaxı Regional X1 təşkilatı-hüquqi forması digər qeyri-kommersiya təşkilatlı hüquqi şəxsdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Ağsu Rayon Məhkəməsindəki icraat
3. İddiaçı 2022-ci il 30 avqust tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ağsu Rayon Məhkəməsinin 2022-ci il 5 oktyabr tarixli 2(016)-941/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – A.Əsgərov).
5. Ağsu Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə vergi ödəyici olan fiziki şəxsdir. Eyni zamanda hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan mülki iş aidiy yəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir.
6. Ağsu Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 25.2, 26.1, 31.1, 44.2.2-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 3, 12-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat
7. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli 2-2(117)-1694/2022 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti məsələsinin həll edilm əsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdır (hakim – R.Məcidov).
8. Həmin Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı tələbə subyektiv tərkibə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab olaraq 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş məktubundan görünür ki, iddiaçı digər qeyri-kommersiya təşkilatı kimi qeydiyyata alınmışdır (bax yuxarıda § 2). Göründüyü kimi, iddiaçı mərkəz hüquqi şəxs olsa da, qeyri-kommersiya hüquqi şəxsidir. Habelə cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı hazırkı mübahisə onların birgə və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmişdir. Be lə ki, iddia tələbi onunla əsaslandırılır ki, cavabdeh meşə fondu torpağını icarəyə götürmüş, icarə müqaviləsi bitdikdən sonra icarə müqaviləsini uzatmaqdan yayınaraq torpaq sahəsindən qanunsuz istifadə edir. Hazırda iddiaçı da həmin torpaq sahəsini cavabdehin qanunsuz istifadəsindən geri tələb edir. Həmçinin cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına dəlalət etmir.
9. Beləliklə, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, iddiaçı ümumiyyətlə kommersiya hüquqi şəxsi olmadığından hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır.
10. Bundan başqa, məhkəmə onu da qeyd etmişdir ki, mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olsa belə, hazırkı iş üzrə iddiaçı 2021-ci il 1 iyul tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir ki, bu halda hazırkı vəziyyətdə qiymət verilməsi məqbul deyildir.
11. Şəki Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24, 26.1, 31.1, 32.3, 32.7, 152.1.3cü maddələrinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə; AMP-in “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12, 13, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
12. MPM-in müvafiq müddəaları nda aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyə tinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimi n özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.” 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürül məsi olan fəaliyyətdir.”
14. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deli ktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsind ən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. MPM-in 24.2, 25.1, 25.2, 26.1-ci maddələrinin, AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərar ının (bax yuxarıda §§17-18) müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
17. Subyektiv tərkib ilə əlaqədar iş materiallarından müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı qeyri-kommersiya təşkilatlı hüquqi şəxsdir (VÖEN **********), cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fərdi sahibkardır (VÖEN: **********).
18. Bununla yanaşı mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür.
19. Belə ki, mübahisənin predmeti "torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi" tələbindən ibarətdir. İddia ərizəsinin məzmununa görə cavabdeh qanuni əsas olmadan müəssisənin Ağsu meşəbəyliyinin 08 saylı meşə dolayının 35 saylı kvartalının 11-ci bölməsində yerləşən 0,10 hektar sahədən istirahət rekreasiya məqsədi ilə istifadə edir.
20. Bu halla yanaşı, həmçinin, cavabdehin meşə fondu torpağını icarəyə götürdüyü də Şəki Kommersiya Məhkəməsinin qərardadında göstərilmişdir (bax yuxarıda § 8).
21. Bundan başqa, işdə olan 2022-ci il 19 avqust tari xli Akta (i/v 9) əsasən cavabdeh tərəfindən həmin ərazini qanunsuz zəbt olunması və həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmuşdur. Burdan görünür ki, həmin tikililər məhz sonradan sahibkarlıq fəaliyyətini (iaşə xidməti, restoran fəaliyyəti) həyata keçirmək məqsədi ilə inşa edilmişdir.
22. Beləliklə, iddiaçı qeyri-kommersiya hüquqi şəxsi olsa da, hazırkı mübahisə cavabdehin sonradan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə apardığı tikililərin sökülməsi və s. ilə bağlı yarandığından hüquq münasibətlərinin xarakterinə də aydınlıq gətirmiş olur.
23. Kommersiya mübahisəsi üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilməməsi barədə qərardadda istinad olunan hallar isə mübahisənin kommer siya məhkəməsinin aidiyyətinə təsir edə bilməz və bu hal kommersiya məhkəməsi tərəfindən MPM-in müvafiq normalarına uyğun həll oluna bilər.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə məhz cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin yuxarıda istinad edilən hüquq normalarının tələblərinə uyğun olaraq kommersiya işi kimi mahiyyəti üzrə baxılmaq üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Beləliklə, məhkəmə tərkibi MPM-in 24, 25 və 26-cı və 32-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının cavabdehə qarşı “cavabdehin qanunsuz istifadə etdiyi meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki v əziyyətə gətirilməsi” tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin.