Məhkəmə qərarları › İş №2-2(102)-804/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-804/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-804/2022 09.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X2 və X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: aidiyyət, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X2 və X1 qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli e-2-2(113)6105/2022 nömrəli iş üzrə qərardadından Cavabdeh2 verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2, X2 və X1 (bundan sonra – “cavabdehlər” və ya “MMC”, “Şirkət”, “A.Yusifov”, “A.Aslanov”) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 8.880.789,14 manat – bundan 4.925.104,44 manat əsas, 1.425.290,91 manat faiz, 2.530.393,79 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərc və iş ü zrə ödənilmiş 4.830,40 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh Şirkət vəsatətlə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb edilən pul kənd təsərrüfatına yardım məqsədi ilə sahibkarlara yardım fondu tərəfindən verilmişdir. Yəni bu biznes krediti olmamış, sahibkarlığa dəstək məqsədi ilə verilmiş pul vəsaiti olmuşdur. İddiaçı isə həmin yardımı faiz formasında onlara vermişdir. Odur ki, hazırkı mübahisəyə rayon məhkəməsində baxılmalıdır. Çünki bununla bağlı cavabdeh A.Yusifovun çoxsaylı məhkəmə qətnamələri olmuşdur. Belə ki, A.Yusifov depozit he sabında olan pul vəsaitinin borcla əvəzləşdirilməsi ilə bağlı iddiaçıya Nəsimi rayon Məhkəməsində iddia qaldırmış və mübahisəyə rayon məhkəməsində baxılmış, daha sonra apellyasiya və kassasiya instansiyalarında münasibət bildirilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, e-2-2(113)-6105/2022 saylı qərardadı ilə “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” vəsatət təmin edilməmişdir (hakim Ü.Həsənova).

5. Qərardad onunla əsaslandırılmışdır ki, həm iddiaçı, həm cavabdehlər vergi ödəyiciləri kimi dövlət qeydiyyatına alınmışlar, bundan əlavə hazırkı mübahisə iddiaçı və cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir, hər iki hüquqi şəxs kommersiya hüquqi şəxsləri olduğuna görə işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

6. Cavabdeh Şirkət qə rardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin olunması ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli e-2-2(113)-6105/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır (hakim Ü.Həsənova).

8. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

9. Cavabdeh Şirkət qərardaddan şikayət verərək, 2022-ci il 22 noyabr tarixli qərardadın ləğv edilməsini, 2022-ci il 11 noyabr tarixli qərardaddan Şirkət tərəfindən verilmiş şikayətin icraata qəbul olunaraq baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər.

10. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət cavabdeh Şirkətin qanuni nümayəndəsi tərəfind ən imzalanmış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qərardadının nəticə hissəsində qeyd edilmişdir ki, “Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.” Tərəflərindən də qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verilmişdir. Bu zaman şikayətə order əlavə edilməsi qanunvericilikdə müəyyən edilməmişdir. Order əlavə olunması yalnız kassasiya şikayətləri verilərkən məcburi xarakter daşıyır. Lakin indiki halda qərardaddan məhkəmənin özünə şikayət verilmişdir. Göründüyü kimi, məhkəmə Mülki Proses sual Məcəllənin maddələrini qarışdırmış, kassasiya şikayəti verilməsi ilə bağlı maddələrə istinad edərək, şikayəti geri qaytarmaqla səhv nəticəyə gəlmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 noyabr tarixli e-2-2(113)-6105/2022 saylı qərardadı ilə cavabdeh Şirkət tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 269, 403-1.3, 403-1.4, 403-1.5, 407.3, 408.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardad ı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması “... 403-1.3. Məhkəmə aidi yyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər “... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması “... 408.2. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, həmin dəlillər əsassızdır, məhkəmə məsələ ilə bağlı düzgün nəticəyə gəlm işdir, buna görə də Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli e-22(113)-6105/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Qarışıq məhkəmə tərkibi iş materiallarına əsaslanaraq qeyd edir ki, hazırkı şikayət məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə bağlı ərizənin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətdir və buna görə də həmin şikayətə vəkilin orderi əlavə edilməli idi. İş materiallarına, eyni zamanda elektron məhkəmə sisteminə isə nəinki vəkilin orderi əlavə edilməmiş, əksinə cavabdeh şikayətində hazırkı halda şikayət verilərkən bu şikayətə vəkil orderinin əlavə edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına istinad etmişdir.

16. Məsələ ilə bağlı AMP-nin mövqeyi isə (bax yuxarıda § 14) ondan ibarətdir ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı MPM-in 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq MPM-in 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsi əsasında şikayətə baxarkən ö z qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 9-cu bəndi).

17. Beləliklə, qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq o nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdi rilmədən saxlanılmalı, cavabdehin şikayəti təmin edilməməlidir.

18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

19. Cavabdeh Şirkətin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli, e-2-2(113)-6105/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar