Məhkəmə qərarları › İş №2-2(102)-807/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-807/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-807/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 2-2(105)-75/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2022-ci il 30 dekabr tarixli kredit müqaviləsi üzrə 14030,17 manat məbləğində əsas borc, 1054,22 manat məbləğində faiz borcu, 101,97 manat məbləğində cərimə olmaqla, cəmi 15186,36 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135,56 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 8 aprel tarixli e-2-2(119)-99/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdе hlərdən müştərək qaydada 14030,17 manat məbləğində əsas bоrc, 1054,22 manat məbləğində faiz borcu, 101,97 manat məbləğində cərimə və 135,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15321,92 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim F.Həmidli).

3. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il tarixli 9 iyul 2-2(105)-75/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilm əməsi və Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 8 aprel tarixli e-2-2(119)-99/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim İ.Dəmirov, hakimlər Z.Məmmədov və R.Ağayev).

4. Cavabdeh1 qızı kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ötürülmüş müddətin üzrlü hesab edilərək kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, elektron sistemə baxış zamanı müəyyən olunmuşdur ki, onun elektron kabinetinə məhkəmə qətnaməsi 2025-ci il 15 iyul tarixdə yerləşdirilmişdir. O qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi ilə bağlı müraciət etmiş v ə 2025-ci il 13-14 sentyabr tarixləri qeyri-iş gününə düşmüş, 2025-ci il 15 sentyabr tarixdə sistemdə olan texniki problem və nasazlığa görə vəkillə müqaviləni rəsmiləşdirmək və dövlət rüsumunu ödəmək mümkün olmamış və bu səbəbdən də yalnız 2025-ci il 16 sentyabr tarixində bu ödənişləri aparmaq mümkün olmuşdur, buna görə də şikayətin verilməsi üçün müddət ötürülmüşdür. Bundan başqa onun elektron kabinetində Sumqayıt Apellyasiya Məhkəməsində baxılan başqa bir iş üzrə qətnamə 2025-ci il 21 iyul tarixində yerləşdirilmişdir, o da şikayət müddətinin həmin tarixdə bitməsini güman etmiş, lakin sonradan məlum olmuşdur ki, həmin bildiriş başqa bir qətnamə ilə bağlıdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 2-2(105)-75/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim İ.Dəmirov, hakimlər Z.Məmmədov və M.Hüseynov).

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamə 2025-ci il 14 iyul tarixdə Cavabdeh1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinetinə yerləşdirilmişdir. Lakin o 2025-ci il 16 sentyabr tarixdə kassasiya şikayəti ilə müraciət etmişdir.

8. Məhkəmə göstərmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə sənədləri işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh1 qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasına dair ərizəd ə göstərdikləri dəlilləri təsdiq edə bilmədiyindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir.

9. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 133.1, 134.1.5, 135.5, 135.6, 393, 408.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

10. Cavabdeh1 həmin qərardaddan kasasiya şikayəti verərək onun ləğv edilməsi və qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Azərbaycan Respublikası MPM-nin 67, 129, 130, 134, 135 -ci maddələri üzrə texniki səbəblər üzündən şikayətin verilməsi üçün nəzərdə tutulan sonuncu gün, yəni 2025-ci il 15 iyul tarixində elektron müqavilənin rəsmiləşdirilməsi alınmamış və bu səbəbdən də müqavilə növbəti günü, yəni 2025-ci il 16 sentyabr tarixdə rəsmiləşdirilməklə elektron sistemə daxil edilmişdir. Yəni cavabdeh 2025-ci il 15 sentyabr tarixdə müraciət edərkən belə bir texniki problemlə qarşılaşacağını qabaqcadan görə bilməzdi, həmin gün kağız daşıyıcısında kassasiya şikayətini məhkəməyə vəkil orderi olmadan verə bilməzdi, bu səbəbdən də kassasiya şikayətinin təqdim olunması üçün bir günlük müddət ötürülmüşdür. Lakin məhkəmə bu halları üzürlü hal kimi qəbul etməmiş və ötürülmüş 1 günlük şikayət müddətini bərpa etməmişdir. O məhkəmə prosesində vəkillə təmin olunmamış və elektron sistemdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2 qətnamənin yerləşdirilməsi ilə bağlı məlumat olmuş, cavabdeh bu qətnamənin tarixi ilə digər qətnamənin tarixini səhv salmış, yalnız 2025ci il 15 sentyabr tarixində vəkilə müraciət edən zaman həmin günün sonuncu gün olmasını bilmiş, texniki problem üzündən həmin gün şikayətin göndərilməsi baş tutmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müə yyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır....” “Maddə

393. Apellya siya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışs a;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 16.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 17.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 18.Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz. 19.Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunanlara görə, apellyasiya məhkəməsinin 2025-ci il 9 iyul tarixli qətnaməsi Cavabdeh1 məxsus şəxsi elektron kabinetinə 2025-ci il 14 iyul tarixində yerləşdirilmişdir.

20. Cavabdeh isə kassasiya şikayətini 2025-ci il 16 sentyabr tarixində vermişdir.

21. Kollegiya qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası MPM- in 133.1-ci maddəsinin tələblərinə görə yalnız müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyi hallarda mümkündür. Prosessual müddətin buraxılmasının üzrlü səbəbləri dedikdə tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən obyektiv hallar nəzərdə tutulur.

22. Lakin cavabdehin ərizəsində göstərilən dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas yaratmır. Belə ki, cavabdeh qətnaməni 2025-ci il 14 iyul tarixində alsa da, kifayət qədər uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etmiş və kassasi ya şikayətinin geri qaytarılması qərarına gəlmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 2-2(105)-75/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar