Məhkəmə qərarları › İş №2-2(102)-81/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-81/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-in cavabdeh “xxxx” MMC-ə qarşı pul tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyul tarixli 2-2(105) -31/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış xxx tarixli №XXX nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı “xxxx” MMC alıcı “xxxx” MMC-ə mal satması, alıcı isə həmin malları qəbul edərək, dəyərinin ödənilməsi barədə öhdəlik götürmüşdür.

2. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya satıcının anbarında təhvil verir.

3. Müqavilənin 6.1-ci bəndinə görə alıcı bu müqavilə üzrə müəyyən olunan malın dəyərinin 30% həcmində avans ödəməyi öhdəsinə götürür. Vəsait satıcının təqdim etdiyi hesab-fakturaya əsasən köçürmə yolu ilə aparılır.

4. Müqavilənin 6.2-ci bəndinə gör ə alıcı mal təslim olunduqdan 10 bank günü ərzində malın dəyərinin qalan 70%-ni satıcının hesabına ödəyir.

5. Müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti 2013-cü il 31 dekabr tarixinədək müəyyən edilmişdir.

6. Qaimə-fakturalardan görünür ki, “xxxx” MMC tərəfindən 251.744,63 manat məbləğində mal “xxxx” MMC-ə təhvil verilmişdir. Bu hal və həmin məbləğdən 23.172,84 manat ödənilməsi tərəflər arasında mübahisə predmeti deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-ə qarşı cavabdehdən 228.571,79 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 228.601,79 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xxx tarixli xxx nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə ümumi dəyəri 251.744,63 manat məbləğində müəyyən çeşiddə mallar satmışdır. İddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaiməfakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı tərəfindən cavabdehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, cavabdeh iddiaçıya bir sıra fakturalar üzrə yalnız 23.172,84 manat məbləğində pul ödəmişdir. Nəticədə, cavabdehin iddiaçıya m üqavilə üzrə 228.571,79 manat məbləğində borcu yaranmışdır.

9. İddiaçının nümayəndəsi iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi cavabdeh “xxxx” MMC-in “xxxx” ASC-in 1 saylı filialında olan (h/h:xxx); Bank VÖEN: **********; kod xxx; m/h: xxx********************x; SWİFT BİK: xxx) hesabının üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 dekabr tarixli, 2-2(85)504/2017 saylı qərardadı ilə ərizə qismən təmin olunmuş, cavabdeh “xxxx” MMC-in “xxxx” ASC-in 1 saylı filialında olan hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir (hakim V.Əzizova).

11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 fevral tarixli, 2-2(85)-55/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-in xeyrinə 228.601,79 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması qət olunmuşdur (hakim V.Əzizova)

12. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəfindən aldığı malların dəyərinin ödənilməsinə dair öhdəlik yerinə yetirilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1, 427.2, 442, 445.1, 448.1, 448.2, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh 2019-cu il 11 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddətinin keçməsi əsasları ilə iddiadan imtina barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli e-2-2(105)-66/2019 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 fevral tarixli, 2-2(85)-55/2018 saylı qətnamə ləğv edilmiş, iddiaçı “xxxx” MMC-in cavabdeh “xxxx” MMC-ə qarşı “cavabdehdən 228.571 manat 79 qəpik borcun və 30 manat dövlət rüsumunun, cəmi 228.601 manat 79 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – N.Nəsibov və H.Babayeva).

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ”xxxx” MMC cavabdeh “xxxx” MMC arasında bağlanmış xxx tarixli, xxx nömrəli alqı-satqı müqaviləsinin müddəti 2013-cü il 31 dekabr tarixində bitdiyindən, həmçinin həmin müqavilənin 6.2-ci bəndinə görə malın dəyərinin qalan hissəsinin 10 bank günü ərzində ödənilməli olması barədə müqavilə şərti müəyyənləşdirildiyindən və sonuncu mal seriya xxx saylı qaimə fakturaya əsasən 2013-cü il 24 dekabr tarixində verildiyindən müqavilə üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilə tələbləri üzrə münasibətlərdən yaranan mübahi sələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq olunduğundan iddia müddətinin axımı ayrı-ayrı vaxtlarda verilmiş mallara münasibətdə iddiaçının xeyrinə bir yana, ən son verilmiş mala görə 2014-cü il 5 yanvar tarixində başlamış və 2017-ci il 5 yanvar tarixində başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 2017-ci il 22 noyabr tarixində, yəni iddia müddəti başa çatdıqdan 10 aydan sonra qaldırmışdır.

17. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 dekabr tarixli, e-2-2(102)-442/2019 saylı qərarı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli, 2-2(105)-66/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən– K.Bədəlov, hakimlər – İ.Dadaşov və R.Nəbizadə).

20. Kassasiya məhkəməsi hesab e tmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

21. Bu məhkəmə daha sonra bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini baxılmağa qəbul edərkən onun birin ci instansiya məhkəməsində gedən icraatda iştirak etməməsini göstərsə də, bunun səbəblərini müzakirə etməmiş, bu halın məhkəmənin və ya cavabdehin təqsiri üzündən baş verməsinə aydınlıq gətirməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi yalnız bu məsələni aydınlaşdırdıqdan sonra və birinci instansiya məhkəməsində gedən icraatda cavabdehin üzrlü səbəblərdən iştirak etməməsini müəyyən etdiyi halda iddia müddətinin tətbiqi barədə ərizəyə baxıb qiymət verə bilərdi.

22. Məhkəmə qərarında öz qənaətini Mülki Məcəllənin 372.1, 372.2, 373.2-373.5, 375.2, 377.2-ci maddələrinə, MPM-in 78.1, 217.1, 217.3, 372.2 və 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Məhkəmənin qərarı tərəflərə 2020-ci il 17 yanvar tarixində göndərilmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci ic raat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyul tarixli e-2-2(105)-31/2020 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-in apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 fevral tarixli, 22(085)-55/2018 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-dən 228.571 manat 79 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-in hesabına ödənilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – F.Məmmədov, hakimlər – F.Zeynallı və S.Qafari).

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh “xxxx” MMC-in hüquqi ünvanı dəyişmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh hüquqi şəxsin qeydə alındığı hüquqi ünvana göndərilmiş məhkəmə bil dirişləri rəsmi qaydada verilmiş hesab olunmalıdır. Bu halda, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsində birinci instansiya məhkəməsinin təqsiri olmamışdır. İddia müddətinin tətbiq olunması barədə ərizə isə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilməlidir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Bu səbəbdən də, hazırki iş üzrə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul oluna bilməz.

26. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 228.571,79 manat ödəməməsi iş materialları ilə təsdiqini tapdığından, cavabdeh “xxxx” MMC-dən 228.57 1,79 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” MMC-in xeyrinə tutulmalıdır. İddiaçı cavabdehdən 228.571,79 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 228.601,79 manat məbləğində pulun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-in xeyrinə 228.601,79 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmiş və bununla da iddia tələbindən kənara çıxmışdır. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. Məhkəmə qətnaməsində öz qənaətini Mülki Məcəllənin 372.1, 372.2, 373.2-373.5, 375.2, 377.2, 385.1, 425.1, 442, 448.1, 567, 600.1-ci maddələri nə, MPM-in 78.1, 135.1, 146, 218.3, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 29 iyul tarixində göndərilmiş və cavabdehin kassasiya şikayəti 2020-ci il 20 oktyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

30. İddiaçı “xxxx” MMC məhkəmədə iddia qaldırarkən Mülki Məcəllənin 372, 373 və 377-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, həmçinin Sumqayıt İnzibati-İqtisadi Məhkə məsi işə baxarkən MPM-in 167-ci maddəsinin tələblərinə tam əməl etməyərək, cavabdehin məhkəməyə gəlməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri görməmiş və bu səbəbdən də cavabdehin məhkəmədə iştirakı mümkün olmamışdır.

31. İş üzrə qərar qəbul olunması cavabdehə yalnız məhkəmə qərarının icrası zamanı bəlli olmuş və odur ki, məhkəmə qərarından vaxtında şikayət verilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən “xxxx” MMC-in Abşeron Poçt Filialının cavabdeh “xxxx” MMC-in Abşeron rayonu, Qobustan kəndindəki ünvanına Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən məhkəmə bildirişlərinin göndərilibgöndərilməməsi barəsində edilmiş sorğuya verilmiş cavabdan görünür ki, mövcud “Poçt Rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən poçt göndərişlərinin d övriyyəsinə aid məlumatlar qeydiyyatı poçt göndərişlərinin qəbul günündən sonrakı 6 ay müddətində irəli sürülür və məktublar 2018-ci ilə aid olduğundan baxılması imkan xaricindədir.

33. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması üçün göndərilmiş pretenziya qaydasında məktub, o cümlədən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən xxx rayonu, xxx kəndi ünvanında qəbul etməsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin mövcud mübahisədən məlumatı olmuşdur.

34. Halbuki, birinci instansiya məhkəməsində işə baxılması barədə cavabdeh “xxxx” MMC-ə məhkəmə bildişinin rəsmi qaydada verilməsi barədə işdə heç bir məlumat yoxdur.

35. Belə olduğu təqdirdə hesab edir ik ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh “xxxx” MMC-in qeydə alındığı hüquqi ünvana birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş məhkəmə bildirişlərinin rəsmi qaydada verilmiş hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına obyektiv qiymət verilməsini birmənalı şəkildə istisna edir.

36. Əgər birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdehin məhkəmədə gedən icraat barədə məlumatı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni məhkəməyə təqdim edə bilməmişdirsə, bu halda apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmağa və qanunun tələbi baxımından iddia müddətinin şamil olunması barə də müvafiq qərar qəbul etməli idi, lakin apellyasiya instansiyası məhkəməsi qanunun həmin tələbinə əməl etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

37. İddiaçı “xxxx” MMC və cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

38. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

39. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəb ərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.1. Üm umi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia m üddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....”. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlar ını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdi rilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

78. Sübutların təqdim edilmə si və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....”. Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər....”. Maddə

146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barə də məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

43. Azərbaycan R espublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

45. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Məhkəmə kollegiyası cavabdeh “xxxx” MMC-in kassasiya şikayətində cavabdehin məhkəməyə gəlməsi üçün birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlərin görülməməsi və bu səbəbdən də məhkəmə qərarından vaxtında şikayət verilməməsi dəlili ilə bağlı vurğulayır ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından və “xxxx” MMC-in nizamnaməsindən görünür ki, cavabdehin hüquqi ünvanı xxx rayonu, xxx kəndidir. İddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün göndərilmiş pretenziya qaydasında məktub, iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən xxx ra yonu, xxx kəndi ünvanında qəbul olunmuşdur. Bu onu deməyə əsasdır ki, cavabdeh mövcud mübahisədən məlumatlı olmuşdur, buna görə də qeyd olunan kassasiya şikayətinin dəlili əsassızdır.

47. Digər tərəfdən, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri proseduru “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Həmin Qanununun 14-cü maddəsində dövlət reyestrinə daxil edilən məlumatların sırasında qurumun hüquqi ünvanı da qeyd olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişi kliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi (o cümlədən hüquqi ünvanın dəyişməsi) yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata ke çirilə bilməz. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2, 9.3 və 9.4-cü maddələri, bundan başqa İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi).

48. Digər tərəfdən, MPM-in 146-cı maddəsinə görə məhkəmədə iştir ak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

49. Yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, cavabdehin hüquqi ünvanı dəyişdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli və o qeydiyyata alınmalıdır. Əgər qeydiyyata alınmazsa əvvəlki hüquqi ünvanın hüquqi nəticələr doğurmaması istisna edilir.

50. Bundan əlavə, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri, iş üzrə qəbul olunmuş qərarlar cavabdehin hüquqi ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə göndərilmiş, lakin məktublar “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır.

51. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin ikinci icraatı zamanı izahatında bildirmişdir ki, cavabdehin hüquqi ünvanı xxx rayonu, xxx kəndidir və hal-hazırda həmin ünvanda fəaliyyət göstərir. MMC-in işçiləri günün bütün saatları işdə olmadıqlarından, poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır.

52. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh tərəfin hüquqi ünvanı dəyişməmiş və birinci instansiya məhkəməsi məhkəmə sənədlərinin cavabdehə çatdırılması üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Bu halın mövcudluğu cavabdehin qeyd olunan dəlili əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas ola bilməz.

53. Konstitusiya Məhkəməsi nin bir sıra qərarlarında da vurğulanmışdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoru yur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 29 iyul tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarı və.s).

54. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildi yi və ya bilməli olduğu gündən başlayır ( Mülki Məcəllənin 367.1, 372.2 və 377.1-ci maddələri).

55. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

56. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).

57. Yəni birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı formada təqdim olunmalıdır (müstəsna hallarda apellyasiya instansiya məhkəməsinə təqdim edilə bilər).

58. İddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün göndərilmiş pretenziya qaydasın da məktub, iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən qəbul olunmuşdur.

59. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh mövcud mübahisədən məlumatlı olmuş, lakin buna baxmayaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizəni birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

60. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2-ci maddəsi).

61. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbləri baxımından iddianın tətbiqinə dair ərizənin apellyasiya instansiyası məhkəməsinə təqdim olunması istisna edilmir və bu yalnız müstəsna hallarda mümkündür. Bu baxımdan Mülki Məcəllənin yuxarıda göstərilən normasındakı qayda nın əksinə olaraq belə kateqoriyadan olan ərizələrin səlahiyyətlərinin həcmi və həddi prosessual normalarla dəqiq nizamlanmış, apellyasiya instansiyası məhkəməsinə birbaşa verilməsinə yalnız o halda yol verilir ki, belə prosessual hərəkətin birinci instansiya məhkəməsində həyata keçirilməsinin qeyrimümkünlüyü sübutlarla təsdiq edilmiş olsun.

62. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyul tarixli 2-2(105) -31/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

63. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyul tarixli 2-2(105) -31/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar