Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-82/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi məsələsi GİRİŞ HİSSƏ Hakimlər: 11.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdanibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX Cavabdeh MMC-yə qarşı kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən iddiaçı Fondun xeyrinə 169K/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.685.600 AZN, faiz borcu üzrə 2.039.294,24 AZN və cərimə borcu üzrə 16.892,36 AZN, cəmi 5.741.786,6 AZN; 52K/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 431.000 AZN, faiz borcu üzrə 259.561,24 AZN, cərimə borcu üzrə 2 7.775,96 AZN, cəmi 718.337,2 AZN; 55K/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.000 AZN, faiz borcu üzrə 140.816 AZN, cərimə borcu üzrə 14.976 AZN, cəmi 389.792 AZN; 41/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 AZN, faiz borcu üzrə 207.375 AZN, cəmi 657.375 AZN və dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumunun, 1 AZN bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim H.Babayeva; iş No 2-2(82)-545/2017) iddianın rədd edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli xüsusi qərardadı ilə (hakim H.Babayeva; iş No 2-2(82)-545/2017) iddiaçı Fondun, “xxxx” MMC-nin və “xxxx” MMC-nin işçilərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193.2.1, 193.2.3, 195.2, 308.2, 313 və 314-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün xx.xx.2017-ci il tarixli qətnaməsinin icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə icra vərəqəsi göndərmşdir. xx.xx.2019-cu il tarixdə iddiaçı Fond 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən həmin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmiş, eyni zam anda həmin şikayətə büraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün xx.xx.2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti hazırlanmış, lakin həmin dövrdə Fondda rəhbərliyin dəyişməsi ilə əlaqədar həmin şikayəti imzalayacaq səlahiyyətli şəxslər olmamış, prosessual müddət bitdikdən sonra isə həmin dosye Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə təhvil verilmişdir. Uzun müddət dosye korrupsiya idarəsində qalaraq araşdırılmış, yalnız sonradan həmin iş hüquq şöbəsinə təhvil verilmiş və iddiaçı Fond tərəfindən apelyasiya şikayəti hazırlanaraq məhkəməyə müraciət edilmişdir. Bu əsasla buraxılmış prosessual müddət üzürlü hesab edilməlidir. 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə (hakim H.Babayeva; iş No 2-2(82)-545/2017) iddiaçı Fond tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş No 2-2(103)900/2019) iddiaçı Fondunun şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmn qərardaddan iddiaçı Fond kassasiya şikayəti verərək, qərardadı ləğv edib, xx.xx.2017ci il tarixli qətnamədən şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin və apellyasiya şikayətinin qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Fondun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamış; nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı Fondun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadını ləğv edib, xx.xx.2017-ci il tarixli qətnamədən şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin və apellyasiya şikayətinin qəbul edilməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə iddiaçı Fondun vəkilinin izahatını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli; apellyasiya instansiyası məhkəmə sinin qərardadı ləğv edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qərardaddan göründüyü kimi, apell yasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, belə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2017-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada iddiaçı Fonda təqdim edilmiş, lakin sonuncu apellyasiya şikayətini yalnız xx.xx.2019-cu il tarixdə, yəni qanunda müəyyən edilmiş bir aylıq müddət 2 ilə yaxın ötürüldükdən sonra məhkəməyə təqdim etmişdir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilənlərə görə, şikayətin buraxılmış prosessual mü ddətin bərpa edilməsi ilə bağlı dəlili müddətin ötürülməsinin üzrlü sayılmasına əsas vermir. Belə ki, iddiaçı Fond öz strukturu, aparatı, vəzifəli şəxsləri olan qurumlar kimi fəaliyyət göstərmişlər və onların rəhbərliyinin dəyişməsi qətrnamədən şikayət verilməsinə maneə yaradan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün edyil, iddiaçı Fondun kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməlidir. İddiaçı Fondun 1-ci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında ərizəsindən məlum olur ki, Fond Bank rəhbərliyinin uzun müddət vəzifəsində olmaması və Bankın müvafiq sənədlərinin uzun müddət prokurorluqda araşdırm ada olması ilə izah etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halların hansı müddətdə baş verməsini araşdırmamış, bunlardan konkret olaraq hansının mövcudluğunun prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olub-olmaması məsələsinə aydınlıq gətirməmişdir. Belə olan halda, bu məsələlərin yenidən araşdırılmasına zərurət yaranır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərardadın ləğvi üçün əsas olan qanun pozuntular ına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-82/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-82/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver