Məhkəmə qərarları › İş №2-2(102)-823/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-823/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-823/2025 08.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Кollegiyasının İddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi hakim), hakimlər Hüseyn Aida Əli qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasın ın 2025ci il 17 sentyabr tarixli 2-2(103)-43/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC ( bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ( bundan sonra birlikdə -"xxxx", ayrı-ayrılıqda MMC, Cavabdeh1 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC və Cavabdeh1 iddiaçının xeyrinə 0096/K nömrəli, 2021-ci il 17 fevral tarixli kredit müqaviləsi üzrə ( bundan sonra-“kredit müqaviləsi”) 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 46933,33 manat cərimə borcu olmaqla ümumilikdə 212600 manat məbləğinin tutulması, tutmanın ipoteka müqavilələrinə əsasən: Cavabdeh1 məxsu s (2021-ci il 19 fevral tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi; Cavabdeh1 məxsus (2021-ci il 19 fevral tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracd an satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli, e-2-2(113)- 64/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər MMC və Cavabdeh1 iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 7500 manat cərimə bor cu olmaqla ümumilikdə 173166,67 manat tutulması, tutmanın, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə NAbdullayevə məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi əmlakların Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir ( hakim Z.Pirverdiyev). Qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ona qarşı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “tutma, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülb ülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına borc ödənilsin” hissələrində dəyişdirilməsi, ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 200.600 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 303.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər S.Cəfərov və Leyla Əliyeva). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Кollegiyasının 2025-ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2025-ci il 2 dekabr tarixli 2-2(102)-823/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2025-ci il 2 dekabr tarixli məktubunda hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən elektron qaydada kassasiya şikayəti verildiyindən işin baxışdan çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 2 dekabr 2-2(102)-823/2025 nömrəli qərardadı ləğv edilməli, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçü n iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 2 dekabr tarixli 2-2(102)-823/2025 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 17 sentyabr tarixli, 2-2(103)-43/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən elektron qaydada verilən kassa siya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar