Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-83/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, öhdəliyin icra edilməməsi, icarəçinin zəruri məsrəflərinin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-784/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 12 mart tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3.500 m2 olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən 3.000 m2 hissəsini hər ay 6.000 manat ödəmək şərti ilə 2 il müddətinə İddiaçı MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin: - 3-cü bəndinə əsasən, müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına heç bir təklif irəli sürməzlərsə icarə müddəti eyni şərtlərlə daha 1 il müddətinə uzadılmış hesab edilir. - 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay əvvəl yazılı xəbərdarlıq edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə həyata keçirilir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 noyabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 36.000 manat pulun tutulması və əşyaların qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqavilə 2020-ci il 12 mart tarixində bağlandıqdan sonra 2021-ci il 12 mart tarixində müddəti bitsə də, tərəflər müqavilənin 3-cü bəndinə əsasən onu ləğv etməmiş, müqavilə münasibətləri davam etmişdir. Dah a sonra müqavilə münasibətlərinin müddəti 2022-ci il 12 mart tarixində bitsə də, yenə müqavilənin 3-cü bəndinə əsasən müqaviləyə xitam verilməmiş, müqavilə daha 1 il müddətinə uzadılmışdır. Bu dəfə isə cavabdeh müqavilənin 8-ci bəndinə əməl etməmiş, müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, icarə müqaviləsini birtərəfli ləğv etmiş, başqa şəxslərlə icarə müqaviləsi bağlamışdır. Bu səbəbdən cavabdeh 6 aylıq icarə haqqı məbləği, yəni 36.000 manat pulu ödəməlidir. İcarə müqaviləsi bağlanarkən icarə obyektində olan əşyalar əvvəlki icarədarlar tərəfindən iddiaçıya satılmış, lakin cavabdeh müqaviləyə xitam verərkən həmin əşyaları iddiaçıya qaytarmaqdan imtina etmişdir.
4. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçı 2022-ci ilin mart ayının icarə haqqını ödədiyini, lakin həm in ayın 31-i mehmanxanada fəaliyyətini birtərəfli qaydada könüllü dayandırdığını və 2 ədəd simsiz telefon aparatı; 1 ədəd künc divanı; 1 ədəd soyuducu; 1 ədəd mebel dəsti; 1 ədəd ofis mebeli; 1 ədəd gecə işığı lampası; 4 ədəd tozsoran; 70 ədəd stul; 2 ədəd kondisioner; 1 ədəd faks terminalı; 2 ədəd restoran avadanlığı; 4 ədəd restoran mebeli (yumru stol) və 30 ədəd seyfdən başqa özünə məxsus digər əşyaları aparmışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş mehmanxanada nəzarətçi kimi fəaliyyət göstərən X1 izahatında bildirmişdir ki, 2022-ci ilin əvvəlində mehmanxanada qalan şəxslərin sayı kəskin azaldığına, artıq mehmanxananın istifadə edilməsi icarəçiyə icarə haqqı ödəməkdə çətinlik yaratdığına görə, iddiaçı 2022-ci ilin mart ayında özlərinə məxsus əşyaların bir qismini götürərək mehmanxananı tərk etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 may tarixli e-2-2(113)-397/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2 ədəd simsiz telefon aparatı; 1 ədəd künc divanı; 1 ədəd soyuducu; 1 ədəd mebel dəsti; 1 ədəd ofis mebeli; 1 ədəd gecə işığı lampası; 4 ədəd tozsoran; 70 ədəd stul; 2 ədəd kondisioner; 1 ədəd faks terminalı; 2 ədəd restoran avadanlığı; 4 ədəd restoran mebeli (yumru stol) və 30 ədəd seyfin alınaraq iddiaçıya qaytarılması qət edilmiş, iddia digər hissələrdə rədd olunmuşdur (hakim – E.Əliyev).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2022-ci il 31 mart tarixində məcburi qaydada mehmanxanadan çıxarıldığını və tələb olunan əşyaların aparılmasına maneələrin törədildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim e tməmiş, hətta hüquqlarının pozulduğunu bilən iddiaçı həmin dövrdə bununla bağlı müvafiq orqanlara şikayət etməmiş, pretenziyanı isə 2022-ci il 29 sentyabr tarixində, təxminən 6 ay sonra iddiaçıya göndərmişdir. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmamış və əşyaların aparılmasına maneələr törətməmişdir.
8. İddiaçı müəyyən əşyaları cavabdehdən tələb etsə də, iddiaçı həmin əşyaların cavabdehə təhvil verilməsini əks etdirən, yəni sonuncunun sahibliyində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddiaçının istinad etdiyi həcmdə deyil, müəyyən əşyaların onlarda qaldığını etiraf etmişdir. Bu baxımdan, cavabdehin etirazında qeyd olunan mehmanxanada qalan əşyalar iddiaçıya qaytarılmalı, iddia tələbi digər hissələrdə isə rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi g əldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1 və 700.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-784/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri və iddianın qismən təmin olunduğu, ca vabdeh tərəfindən isə şikayət verilmədiyi nəzərə alınaraq qətnamənin əsaslığı iddianın təmin olunmamış hissəsində yoxlanılmışdır.
13. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, habelə iddiaçının zərərlə bağlı istinad etdiyi hallara əsasən iddia üzrə xüsusi norma kimi çıxış edən MM-in 443.1-ci maddəsinin dispozisiya şərtləri hazırki işdə mövcud olmamışdır. İddiaçı icarə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edildiyi və onların cavabdeh tərəfindən məcburi qaydada mehmanxanadan çıxarıldığını bildirsə də, bu halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İcarə müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi və bununla bağlı sonuncu tərəfindən müqa vilə şərtlərinin pozulması hər hansı sübutla müəyyən olunmamışdır. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mehmanxanada nəzarətçi kimi fəaliyyət göstərən Abbasov Münhal ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəlində mehmanxanada qalan şəxslərin sayı kəskin azaldığına, artıq mehmanxananın istifadə edilməsi iddiaçıya icarə haqqı ödəməkdə çətinlik yaratdığına görə, sonuncu 2022-ci ilin mart ayında özlərinə məxsus əşyaların bir qismini götürərək mehmanxananı tərk etmişdir.
14. Əşyaların geri qaytarılması barədə iddia tələbinin qanuni əsasını isə MM-in 157.2-ci maddəsi təşkil etmişdir. Həmin maddənin dispozisiya şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin sahi bliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə həmin maddənin dispozisiya şərtləri mövcud olmamışdır. Cavabdeh tərəfindən etiraf olunan əşyalar istisna olmaqla, iddia ərizəsində sadalanan digər əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
15. Cavabdehin təsisçisi və direktorunun vəfat edib-etməməsinin isə hazırki işin həllində hər hansı əhəmiyyəti mövcud deyil.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 157.2 və 443.1ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etmək lə əsaslandırmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 6, 385, 386, 404.1, 404.2, 425, 442, 443, 448, 690.1 və 700.1-ci maddələri üzrə - Qətnamədə istinad edilən şahid cavabdeh tərəfindən məhkəməyə dəvət edilmişdir və o, hazırda da cavabdehin əməkdaşıdır. Lakin məhkəmə yalnız fərziyyələrə istinad etmişdir. Məhkəmə iddiaçının sübut etməməli olduğu halların da iddiaçı tərəfindən sübut edilməli olmasını qeyd etmişdir.
19. Cavabdeh iddiaçının bəzi əşyaları apardığını, bəzi əşyaları isə icarə obyektində saxladığını bildirmişdir. Əgər iddiaçı icarə müqaviləsini özü ləğv etsəydi, hansı səbəbdən ə şyaların bəzilərini icarə obyektində saxlaması, bəzilərini aparması sual olunur. Cavabdehin etirafı iddiaçının heç bir əşyasını icarə obyektindən aparmadığını sübut edir. Cavabdeh müqavilənin iddiaçı tərəfindən pozulması, həmçinin iddiaçının özü ilə apardığı əşyalara dair hər hansı sübut təqdim etməmişdir.
20. Cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləni ləğv etmədən icarə münasibətlərinə xitam vermişdir. Cavabdeh həmin müqaviləyə xitam vermişdirsə, bunu o, sübut etməli, yəni icarə müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq etməsini özü məhkəməyə təqdim etməli idi. Lakin məhkəmələr bu halın iddiaçı tərəfindən sübut edilməsini istəmişdir. Cavabdeh icarə müqaviləsini ləğv etməsəydi, iddiaçının hansı səbəbdən özünə aid olan əşyaları icarə predmetində qoyub çıxması sual olunur. İ ddiaçının cavabdeh tərəfindən icarə obyektindən çıxarıldığı nəzərə alınsa, iddiaçının həmin vaxt necə sübut toplamalı olduğu da sual edilir. Belə olan halda sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh müqaviləni 6 ay qabaqcadan xəbərdar etməklə ləğv etdiyini sübut etməli idi.
21. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, etirazının əsasları kimi apellyasiya məhkəməsinin qətnaməsində göstərilənləri vurğulamış və əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
23. İddiaçı ilə cavabdeh arasında 2020-ci il 16 mart tarixində notariat qaydasında bağlanmış icarə müqaviləsinə sonuncu xitam verməmişdir. Əksin ə, iddiaçı 2022-ci ilin mart ayı üzrə icarə haqqını cavabdehə tam həcmdə ödəsə də, 2022-ci ilin mart ayının son günü xəbərdarlıq etmədən iddiaçının işçi heyəti özlərinə məxsus daşınması mümkün olan əmlakları götürərək mehmanxananı tərk etmişlər. Onlar mehmanxananı tərk edərkən yataqxana xidməti göstərdikləri 57 nəfər Türkiyə Respublikasının vətəndaşlarını cavabdehin öhdəsinə buraxmışlar. 2022-ci ilin 10 aprel tarixinədək cavabdeh tərəfindən 57 nəfərə yataqxana xidməti göstərilməkdə davam etdirilmişdir. İddiaçının işçi heyəti mehmanxananı tərk etdikdən sonra 2022-ci ilin mart ayı üzrə təbii qazdan istifadə edilməsi ilə bağlı 2.417 manat və 57 nəfərin gündə iki dəfə qidalanmaq şərti ilə yataqxana xidmətinin göstərilməsinə görə 5.000 manat xərc iddiaçı tərəfindən cavabdehə ödənilməmişdir. 2
4. İcarə müqaviləsinin 8-ci bəndinə görə, icarəyə götürən təhvil təslim aktı ilə icarəyə götürdüyü icarə predmetini olduğu şəkildə icarəyə verənə təhvil verməlidir. İddiaçı icarə predmetini təhvil-təslim aktı əsasında cavabdehə təhvil verməmiş, həmçinin sonuncu tərəfindən 2020-ci il 16 mart tarixli icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsini sübut edə bilmədiyi halda, ondan 6 aylıq icarə haqqı həcmində 36.000 manat kompensasiya tələb etmişdir. Halbuki, iddiaçının cavabdeh qarşısında 7.417 manat ödənilməmiş borcu mövcuddur.
25. İddiaçı tələblərinin əsası kimi mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsindən zorla çıxarıldığı və iki il müddətində sərbəst şəkildə istifadə etdiyi dövriyyə vəsaitlərinin həmin mehmanxanada cavabdeh tərəfindən məcburi qaydada saxlanıldığını sübut edə bilməmişdir. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübut lar... 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
194. İfadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək 194.1. Sədrlik edən şahidi dindirməzdən əvvə l onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Kassator məhkəmənin istinad etdiyi ifadəni verən şahidin, cavabdehin əməkdaşı olmasını əsas gətirərək həmin sübutu qeyri-mötəbər hesab etsə də, sözügedən şahid ifadəsini bilavasitə təkzib edən sübutları məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.
32. MPM-in 76.2 və 194.1-ci maddələrinə (bax § 29) görə, şahid ifadələri sübutetmə vasitələrindən biridir. Məhkəmə şahidi dindirməzdən əvvəl onun ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bil ə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir.
33. Aydındır ki, hər hansı şahid istənilən halda tərəflərdən birinin vəsatəti ilə ifadə vermək üçün məhkəmə iclasına dəvət olunur. Əgər bu məsələyə bütün hallarda kassatorun nöqteyi-nəzərindən (məntiqindən) yanaşılsa, o zaman mülki mühakimə icraatındakı şahid ifadəsi institutunun əhəmiyyəti, məqsədəuyğunluğu ümumiyyətlə əsassız şübhə altına düşmüş olur. Belə ki, tərəf hər bir halda qarşı tərəfin çağırdığı şahidi həmin tərəflə bu və ya digər formada müəyyən əlaqələrdə olduğunu iddia etməklə qeyrimötəbər hesab edə bilər.
34. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, şahid ifadəsinə tənqidi yanaşılması hər bir fərdi işin xüsusatlarından asılıdır.
35. Hazırkı halda mübahisələndirilən qətnamədən məlum olur ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid icarə predmeti olmuş mehmanxanada nəzarətçi kimi fəaliyyət göstərmişdir.
36. İddiaçı tərəfin həmin şahid ifadəsini təkzib edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, bu ifadəyə istinad edən apellyasiya instansiyası məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir.
37. Kassatorun dəlillərinə görə, cavabdeh müqavilənin iddiaçı tərəfindən pozulmasına, həmçinin iddiaçının özü ilə apardığı əşyalara dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləni ləğv etmədən icarə münasibətlərinə xitam vermişdir. Cavabdeh həmin müqaviləyə xitam vermişdirsə, bunu o, sübut etməli, yəni icarə müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq etməsini özü məhkəməyə təqdim etməli idi. Lakin məhkəmələr bu halın iddiaçı tərəfindən sübut edilməsini istəmişdir. İddiaçının cavabdeh tərəfindən icarə obyektindən çıxarıldığı nəzərə alınsa, iddiaçının həmin vaxt necə sübut toplamalı olduğu da sual edilir. Belə olan halda sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh müqaviləni 6 ay qabaqcadan xəbərdar etməklə ləğv etdiyini sübut etməli idi.
38. Halbuki iş materiallarından görünür ki, cavabdehin müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən icarə müqaviləsini birtərəfli ləğv etdiyini, iddiaçını icarə obyektindən çıxardığını, müqaviləyə xitam verərkən obyektdəki əşyaları iddiaçıya qaytarmaqdan imtina etdiyini iddia edən məhz iddiaçı olmuşdur. Cavabdeh isə qəti şəkildə həmin hərəkətlərə yol vermədiyini bildirir.
39. Belə olan halda, məhkəmə kolle giyasının mövqeyinə görə, həmin halları sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax § 29) uyğun olaraq, məhz onların mövcudluğuna istinad edən iddiaçının üzərinə düşür. Lakin iddiaçının həmin vəzifəni yerinə yetirə bilməsi iş materiallarından görünmür.
40. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
41. Bundan başqa, kassator bildirir ki, cavabdeh iddiaçının bəzi əşyaları apardığını, bəzi əşyaları isə icarə obyektində saxladığını bildirmişdir. Əgər iddiaçı icarə müqaviləsini özü ləğv etsəydi, hansı səbəbdən əşyaların bəzilərini icarə obyektində saxlaması, bəzilərini aparması sual olunur. Cavabdehin etirafı iddiaçının heç bir əşyasını icarə obyektindən aparmadığını sübut edir.
42. Məhkəmə kollegiyası isə hesab edir ki, iddiaçının həmin dəlilləri iş materialları ilə öz təsdiqini tapmayan, ümumi sözlərlə ifadə edilmiş subyektiv mülahizələrdən başqa bir şey deyildir və mübahisələndirilən qətnamənin ləğvi üçün heç cür əsas ola bilməz.
43. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
44. Odur ki, kassasiya şikayəti təmin edil məməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-784/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli 2-2(103)-784/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.