Məhkəmə qərarları › İş №2-2(102)-84/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-84/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-84/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh xxx firmasınaqarşı iş üzrə QƏRAR (açar sözlər:1.000.000 ABŞ dolları məbləğində pulun, kredit müqaviləsinin bağlandığı xx xxxxxx 2016-cı il tarixdə bankın kassasından məxaric olunduğu məhkəmə araşdırılmaları zamanı sübut edilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı, N.Əhmədovun katibliyi ilə, Əmanətlərin iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh xxx firmasına qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-598/2019 saylı qətnaməsindən cavabdeh xxx firması və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan “İddiaçı1 ” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh xxx firmasına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə rək, cavabdeh 1.000.000 (bir milyon) ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 31.501 (otuz bir min beş yüz bir) ABŞ dolları faiz borcu, cəmi 1.031.501 (bir milyon otuz bir min beş yüz bir) ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub LPO İddiaçı1 ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasından 1.000.000 (bir milyon) ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixinə 31.501 (otuz bir min beş yüz bir) ABŞ dolları faiz borcunun, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34.28 (otuz dörd min iyirmi səkkiz) ABŞ dolları faiz borcunun, cəmi 1.065.529 (bir milyon altmış beş min beş yüz iyirmi doqquz) ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı1 ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(81)-418/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – S.Nuriyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-598/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçı Ləğv prosesində olan “İddiaçı1 ” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, cavabdeh xxx firmasından 1.000.000 (bir milyon) ABŞ dolları əsas borc, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixinə hesablanmış 31.501 (otuz bir min beş yüz bir) ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34.028 (otuz dörd min iyirmi səkkiz) ABŞ dolları faiz borcu, cəmi 1.065.529 (bir milyon altmış beş min beş yüz iyirmi doqquz) ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “İddiaçı1 ” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “Bəyaz” firması və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya məhk əməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri, tərəflərin izahatları Cavabdeh “Bəyaz” firması kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçı tərəfindən “Banklarda kreditlərin verilməsi Qaydaları’nın 3-cü bəndinin heç bir tələbinə riayət edilməmiş, həmin Qaydaların 4.1.8-ci bəndinə əsasən, iddiaçı cavabdehin kredit qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə kredit verməzdən əvvəl maliyyə hesabatlarının təqdim edilməsini tələb etməli olduğu halda bu qaydaya riayət etməmiş, Cavabdeh firması heç bir fəaliyyət göstərmədiyindən hər hansı hesaba tın təqdim edilməsi mümkünsüz idi. Buna görə də Bank kreditin verilmə təyinatını mücərrəd şəkildə, yəni “fəaliyyətin genişləndirilməsi” kimi göstərmişdir. Halbuki, həmin hüquqi şəxsə kredit konkret məqsədlə verilməli və bu zaman Bank kreditin qaytarılma mənbəyini dəqiq bilməli idi. Müqavilədən göründüyü kimi, iddiaçı kredit vəsaitindən ən azı istifadəni ssuda hesabı vasitəsi ilə həyata keçirməli, sözügedən Qaydaların 3.7.2-ci bəndinə əsasən ssuda hesabının açılması üçün cari hesabların açılması üçün tələb olunan sənədləri təqdim etməli idi. Qaydaların 3.1.8-ci bəndinə uyğun olaraq həmin sənədlərin qarşısında “vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli” də olmalı idi. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, banklar hüquqi şəxslər, onla rın filial və nümayəndəliklərinə, fərdi sahibkarara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə dublikat təqdim etdikdən sonra bank hesabları açırlar. Lakin vergi orqanları tərəfindən Cavabdeh Firması üçün Bankda “ssuda hesabı” adlı bank hesabının açılması üçün belə şəhadətnamə-dublikat verilməmişdir. Buna görə də Cavabdeh Firmasının Bankda bu növ bank hesabı olmamışdır. Bu hesab açılmadan öhdəlik icra edilə bilməzdi, Ssuda hesabının açılması üçün də kredit sahəsində peşəkar olan Bank heç bir tədbir görəməmişdir. Bankın kredit müqaviləsinin uydurma əqd olmasına qarşı əks dəlillərindən biri ondan ibarətdir ki, işdə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh Fırmusma verilməsinə dair pul çeki vardır. Çekdə göstərilən imza Cavabdeh Firmasının direktoru X3 məxsusdur. Məhkəmə hesab etmişdir ki, bankın bu dəlili kredit müqaviləsinin uydurma əqd olduğunu istisna etmir. Bundan başqa girov saxlayan İddiaçı1 ASC ilə girovqoyan X9 və borcalan "Cavabdeh” Firması arasında bağlanan GM 01 saylı, xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsi vardır ki, müqavilə İddiaçı1 ASC ilə borcalan Cavabdeh Firması arasında bağlanan 05 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, ayrılan 1.000.000 ABŞ dolları məbləğində krediitn və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi çıxış edir. Əqdin məqsədinin kredit verilməsi olmadığını göstərən sübutlardan biri budur ki, İddiaçı1 ASC-nin İdarə heyətinin sədri X9 heç bir hüquqi bağlılığı olmayan Cavabdeh Firmasının öhdəliklərinin təminatı kimi özünə məxsus hesabda olan vəsaitini girov ilə yüklü etmişd ir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsi də Bankın KM 05 saylı, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə pulun verilməsi öhdəliyini yerinə yetirmədiyini göstərir. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh xxx firması məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh xxx firmasınınməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatınıdinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-124598/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borcverən İddiaçı1 ASC (İdarə heyətinin sədri X9 şəxsində) və borcalan Cavabdeh firması (direktoru X1) arasında KM 05 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürmüş, Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə borcverən tərəfindən borcalana verilən kreditin məbləği 1.000.000 (bir milyon) ABŞ dolları təşkil etmiş, Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit xx.xx.2018-ci il tarixinə qədər illik 6 fa iz ödəmək şərti ilə verilmiş, Müqavilənin 1.4-cü bəndinə əsasən, kreditin məqsədli təyinatı fəaliyyətin genişləndirilməsi olmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən, borcalan kredit üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizlərin hər ayın 21-dən gec olmayaraq və kredit üzrə istifadə edilmiş vəsaiti xx.xx.2018-ci il tarixinə qədər tam şəkildə borc verənə qaytarması nəzərdə tutulmuşdur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Girovsaxlayan İddiaçı1 ASC (İdarə heyətinin sədri X9 şəxsində) ilə girovqoyan X9 və borcalan Cavabdeh Firması arasında bağlanan GM 01 saylı, xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girovsaxlayan ilə girovqoyan İddiaçı1 ASC ilə borcalan Cavabdeh Firması arasında bağlanan 05 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, ayrılan 1.000.000 (bir milyon) USD məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş X7 məxsus İddiaçı1ASC-də ******************** saylı hesabda olan vəsaitin girov qoyulması barədə razılığa gəlmişlər, xx.xx.2016-cı il tarixli 01 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh Firması tərəfindən Banka xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 5.000 ABŞ dolları faiz məbləği, xx.xx.2018-ci il tarixdə həmçinin 1.000.000 ABŞ dolları əsas borcun ödənişi edilməli idi, AB seriyalı 077876 saylı çekə əsasən X5 1.000.000 ABŞ dolları məbləğində pulun ona verilməsini göstərən çeki imza etmiş, LPO İddiaçı1 ASC Cavabdeh firmasına 2175 saylı, xx.xx.2017ci il tarixli xəbərdarlıq ünvanlayaraq kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 1.00 0.000 ABŞ dolları əsas, 31.501 ABŞ dolları faiz borcunun ödənilməsini, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İddia tələbini təmin edən Apellyasiya Məhkəməsi ona istinad etmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə əsas borc və hesablanmış faizlərin ödənilməsini tələb etmiş, iddia tələbində iddiaçı borclu qarşısında götürdüyü müqavilə öhdəliyini yerinə yetirdiyini və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə ödədiyini qeyd etmiş, bu hal iş materiallarında olan AB seriyalı 077876 saylı çekin surəti ilə təsdiq olunur, X5 1.000.000 ABŞ dolları məbləğində pulun ona verilməsini göstərən çeki imza etmiş, pulun faktiki olaraq kredit müqaviləsinin bağlandığı xx xxxxxx 2016-cı il tarixdə bankın kassasından məxaric olunduğu m əhkəmə araşdırılmaları zamanı sübut edilmiş, həmin məbləğin müştərinin (hazırkı iş üzrə Cavabdeh firmasının direktoru) göstərişi ilə bankın xəzinədarında saxlanılması, faktiki olaraq götürülməməsi bankın kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi, həmçinin kredit j müqaviləsinin uydurma əqd olması anlamına gələ bilməz, Bank kreditor kimi müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və 1.000.000 ABŞ dolları məbləğində krediti borcluya vermis, bu pulun bankın kassasından borcluya təqdim olunmaq üçün bankın kassasından məxaric olunması iş materialları ilə sübut olunur, pulun həmin gün müştəri tərəfindən saxlanılması üçün bankın (bankın xəzinəsində deyil) vəzifəli şəxslərinə verilməsi hazırkı kredit müqaviləsinin etibarsızlığına əsas deyildir, tərəflər arasında bağlanmış kredit müqaviləs i qanunvericiliyin tələblərinə uyğun bağlandığından və etibarsızlığı üçün əsaslar mövcud olmadığından qüvvədədir, borclu Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəlilər yerinə yetirilməmiş və xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin 1.000.000 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə 31.501 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5 faizlik 34.028 ABŞ dolları borcu vardır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu il ə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Kontitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşd irilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsin in icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçir məli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası borclu Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyini və xx.xx.2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə cavabdehin 1.000.000 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə 31.501 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5 faiz olmaqla 34.028 ABŞ dolları borcu olduğunu nəzərə alaraq kredit müqaviləsinin uydurma əqd olması, AB seriyalı 077876 saylı çekin mötəbər sənəd olmaması, Cavabdeh firmasının direktoru X5 tərəfindən kredit müqaviləsi üzrə pulun faktiki olaraq alınmaması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)598/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2 -2(103)-598/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar