Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-85/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, Cavabdeh2 ASC-nin vəkili Nəbiyeva Aygün Arzu qızının, Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/201 8 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-2(81)557/2018 saylıqətnaməsi (hakim – İ.B.Əhmədov) ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Nazirlər Kabineti, Cavabdeh2 ASC, Cavabdeh3nə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülkiyyətə müdaxilə nəticəsində ona vurulmuş maddi zərərə görə 2.400.000 manat, mənəvi zərərə görə 50.000 manat, hüquqi xidmətlər üçün ödənilmiş 1500 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən bərabər qaydada tutulara q iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) ilə iddiaçının аpellyаsiyа şikаyəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-2(81)-557/2018 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı Oğuz Rayonu Kərimli kəndinin inzibati ərazisində yerləşən Oğuz Mal-qara qəbulu məntəqəsini dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq özəlləşdirib və özəlləşdirilən dövlət əmlakının dəyərini dövlətə tam şəkildə ödəyərək mülkiyyət hüququ əldə edib. Mülkiyyət hüququnun təsdiqi ilə bağlı iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.04.2006-cı il tarixli Seriya MH, ******* nömrəli çıxarış verilib. Həmin çıxarışa əsasən ümumi sahəsi 1202 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi (mal-qara qəbulu məntəqəsi) iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin həmin əmlakla bağlı iddiaçıya 20.09.2002-ci il tarixli Texniki Pasport verilib. Bundan əlavə, Cavabdeh3 Başçısının 29.11.2004-cü il tarixli 99 saylı Sərəncamı ilə 29.11.2004-cü il tarixli icarə müqaviləsi ilə Oğuz Rayonu, Padar kəndinin ərazisində yerləşən 12 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçının 25 illik qanuni istifadəsinə verilib və bununla bağlı iddiaçıya JN-6406, KOD 40506018 saylı 24.12.2004cü il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə" verilib. İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində, istifadəsində olan torpaq sahəsində geniş miqyaslı abadlıq və quruculuq işləri aparıb və külli miqdarda sərmayə qoyub, təyinatı üzrə istifadəyə yararlı hala gətirib. Belə ki, iddiaçı icarəyə götürmüş olduğu torpaqda ayrıca fındıq bağı və meyvə bağı (alma, armud və s.) salıb, müxtəlif cür qoz ağacları alaraq həmin sahədə əkib. İcarəyə götürmüş olduğu torpaq sahəsinin yararlı hala gətirilməsi üçün kü lli miqdarda vəsait sərf edib - həmin sahəni müxtəlif kol-koslardan təmizlətdirib, su çəkdirib və s. və bütün bu abadlıq işlərini icarəyə götürdükdən sonra hər il həyata keçirib. İri və xırda buynuzlu heyvanların alınması, onlara qulluq üçün işçilərin cəlb edilməsi, mal-qaranın saxlanılması üçün qeyri-yaşayış sahəsinin təmiri və müxtəlif yem və s.nin alınması da daxil olmaqla, Mal- qara məntəqəsinin istifadəsi üçün iddiaçı külli miqdarda vəsait xərcləməli olub. İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən, həmin əmlakın yerləşdiyi torpaq sahəsindən və istifadəyə götürdüyü torpaq sahəsindən 2016-cı ilin əvvəllərinə kimi, sərbəst istifadə edib. Hətta ona dövlət tərəfindən torpaq sahəsinin əkilib becərilməsi ilə bağlı 2016-cı ilədək "yanacaq pulu" adlandırılan hər ha torpaq sahə si üçün nəzərdə tutulan ayırmalar da ödənilib. İddiaçı 2016-cı ildə növbəti dəfə torpaq sahəsini becərmək üçün ayrılan vəsaiti almaq üçün müraciət etdikdə, ona şifahi formada bildiriblər ki, onun torpaq sahəsi və əmlakı Oğuz-Qəbələ su kəmərinin çəkilişi zamanı dövlət tərəfindən alınıb. Cavabdeh3 Başçısı Azərbaycan Respublikasının Baş nazirə 06 iyun 2009-cu il tarixli 3/535 saylı məktub ünvanlayıb. Həmin məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri altına düşən torpaq sahələrinin yerqurluşu-layihə işləri aparılıb və rayonun ərazisindən hər üç mülkiyyət növü üzrə torpaq sahələri dəqiqləşdirilib. Müəyyən edilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin su anbarı, su kəməri, su quyuları və mühafizəsinə 1368 nəfər mülkiyyətçi, 781,53 ha xüsusi mü lkiyyətdə olan torpaq sahəsi düşüb. Cavabdeh3 həmin ərazinin mülkiyyət sahiblərinə başqa (dövlət və bələdiyyə mülkiyyətində olan) ehtiyat fond torpaqlarından əvəzetmə qaydasında torpaq verilməsini nəzərdə tutub və bu barədə müvafiq qərarın verilməsini xahiş edib. Məlum olduğu kimi, yenicə əkilmiş hər hansı ağacın bar verməsi ən azı beş il çəkir. İddiaçının salmış olduğu bağlar bar verməyə başladığı müddətdə onun əlindən alınıb ki, bu İddiaçıya maddi zərər vurmaqla yanaşı onu əldə edə biləcəyi faydadan da məhrum edib. Bundan başqa, iri və xırda buynuzlu heyvanların alınması, onlara qulluq üçün işçilərin cəlb edilməsi, mal- qaranın saxlanılması üçün qeyri-yaşayış sahəsinin təmiri və müxtəlif yem və s. alınması da daxil olmaqla, Malqara məntəqəsinin istifadəsi üçün iddiaçı külli miqdarda və sait xərcləməli olub. Lakin məntəqənin və onun yerləşdiyi torpaq sahəsinin ondan alındığını gördükdə, böyük vəsait hesabına əldə etdiyi mal-qaranı qısa bir müddətdə dəyər-dəyməzinə satmalı olub. Beləliklə, iddiaçının mülkiyyət hüququna müdaxilə olub və bunun nəticəsində isə ona ziyan vurulub. Mülkiyyət hüququna müdaxilə onun mülkiyyətindən məhrum edilməsi formasında baş verib. Dövlət orqanları iddiaçıya hər hansı kompensasiya ödəmədən onun mülkiyyəti və qanuni istifadəsində olan torpaq sahəsini əlindən alaraq bu torpaqlar hesabına başqa şəxsləri torpaq sahələri ilə əvəz ediblər. İddiaçının xüsusi mülkiyyətinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin su anbarı, su kəməri, su quyuları və mühafizəsinə düşən ayrı-ayrı şəxslərə məxsus olan 781,53 ha torpaq s ahəsinin bir hissəsinə əvəz kimi ödənilib. Bundan başqa, Cavabdeh3 06 dekabr 2016-cı il tarixli, 3/Y-1024 saylı məktubu ilə iddiaçıya onun istifadəsində saxlanıldığı bildirilən 2 ha torpaq sahəsindən və iddiaçının faktiki olaraq istifadəsi mümkünsüz olub. Yəni, iddiaçıdan 10 ha torpaq sahəsinin alınaraq onun istifadəsində 2 ha torpaq sahəsinin saxlanılması iddiaçı üçün iqtisadi maraq baxımından əhəmiyyətsiz olmaqla yanaşı iddiaçıdan alınmış 10 ha torpaq sahəsinə keçmək yalnız iddiaçının istifadəsində saxlanılan torpaq sahəsini tapdalamaqla mümkün olduğundan və başqa yol olmadığından iddiaçının istifadəsində saxlanıldığı bildirilən 2 ha sahədən istifadə etmək mümkünsüz və səmərəsiz olub. İddiaçının 25 illik istifadəsində olan torpaq sahəsinin əvəzi ödənilmədən ondan alınması iddiaçıya maddi və mənəvi zərər vurub. Məhkəmələr isə mübahisəyə tətbiq edilməli olan milli və beynəlxalq qanunvericiliyin normalarını nəzərə almadan iddianı əsassız olaraq təmin etməmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında Cavabdeh2 ASC-nin vəkili Nəbiyeva Aygün Arzu qızı kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh3 nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Bununla yanaşı, cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416-cı maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM- in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almaqla kollegiya qeyd edir ki, məhkəmələr səhvən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxmaqla məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələblərini pozmuşlar. Hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğuna dair mövqeyini kollegiya aşağıdakılarla əsaslandırır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digə rinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçıs ı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir (5.1-ci bənd). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv e dilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icr aatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən isə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi mübahisəyə inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən o halda baxıla bilər ki, bu mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı tələbi OğuzQəbələ-Bakı su kəmərinin çəkilməsi i lə əlaqədar mülkiyyət hüququna müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəlmişdir. Sözügedən su kəmərinin çəkilməsi inzibati orqanlar tərəfindən ictimai maraqlar naminə həyata keçirilən publik hüquq sahəsindəki fəaliyyət olmuşdur. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Cavabdeh3 tərəfindən qəbul edilmiş bununla bağlı aktlar, eləcə də digər faktiki xarakterli hərəkətlər də məhz həmin orqanların publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olmuşlar. Başqa sözlə, həmin aktlar və faktiki hərəkətlər inzibati orqanlar tərəfindən qanunla ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi gedişində hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı qəbul edilmişlər. Beləliklə, hazırkı işdə iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi nə yönəlmiş əmlak tələbi inzibati mübahisə ilə bağlı yaranmış tələbdir. Yuxarıda da qeyd edildiyi kimi inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən məhkəmə aidiyyətinin pozuntusuna yol verildiyi üçün kassasiya şikayətinin dəlilləri ilə bağlı olmayan qanundan irəli gələn əsaslarla çıxarılmış qətnamə ləğv edilməklə iş üzrə i craata xitam verilməli, eləcə də iddiaçıya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malik olduğu izah edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-417-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-85/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-85/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver