Məhkəmə qərarları › İş №2-2(102)-851/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-851/2025

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-851/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, dəbbə pulu, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bank “xxxx” ASC ilə X1 arasında bağlanmış 2019-cu il ## ###### tarixli AKİAD- 00155-17/19A saylı “Əsas Kredit Müqaviləsi”nə əsasən bank cavabdehə 60 (altmış) ay müddətinə, 2024-cü il ## ###### tarixinədək Əlavə Müqavilələr bağlamaqla maksimal faiz dərəcəsi 35% olmaqla 400000 (dörd yüz min) manat məbləğində kredit verə bilər.

2. Bank “xxxx” ASC (ipoteka saxlayan), X1 (borcalan) və cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 2019-cu il ## ###### tarixli AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan 2019-cu il ## ###### tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 7 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.

3. Bank “xxxx” ASC (ipoteka saxlayan), X1 (borcalan, ipoteka qoyan) arasında bağlanmış 2019-cu il ## ###### tarixli AKİADG-D0155-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan 2019-cu il ## ###### tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.

4. Bank “xxxx” ASC (ipoteka saxlayan), X1 (borcalan) və cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 2019-cu il ## ###### tarixli AKİADG-B0155-17/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan 2019-cu il ## ###### tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur.

5. Daha sonra “xxxx” ASC ilə X1 arasında bağlanmış 2019-cu il ## ###### tarixli AKİAD-A0155-17/19A saylı “Əlavə Kredit Xətti Müqaviləsi”nə əsasən bank illik 8 (səkkiz) faizlə 60 (altmış) ay müddətinə 400.000 (dörd yüz min) AZN məbləğində krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi, 2024cü il ## ###### tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. Bank “xxxx” ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il ## ###### tarixində cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “Gülçaman Qasımzadə”, “cavabdeh3”, “cavabdeh2, birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il # ###### tarixinə hesablanmış və ödənilməmiş əsas borc 234273.26 manat, faiz borcu 12622.58 manat, dəbbə pulu 31587.84 manat olmaqla, cəmi 278483.68 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 169 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdeh3 iddiaçının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ ilə cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, ** saylı mənzilə, tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, * saylı mənzilə, tam mülkiyyət hüququ ilə cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, ** saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, mənzillərin boşaldılması və ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin cavabdeh cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, cavabdeh cavabdeh3 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.

8. 2023-cü il # ###### tarixli maliyyə arayışına əsasən 2023-cü il # ###### tarixə borcalanın banka əsas borc məbləği 234.273,26 manat, faiz borcu 12.622,58 manat təşkil edir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2025-ci il # ##### tarixli rəyə əsasən Gülbala Qasımovun iddiaçıya 2023-cü il # ###### tarixə olan əsas borcu 234.025,52 manat, faiz borcu isə 12.660,46 manat müəyyən olunmuşdur.

10. “xxxx” MMC tərəfindən verilən 2024-cü il ## ###### tarixli, 185/xxxx/24 saylı hesabata əsasən ünvan 1 ünvanında yerləşən * nömrəli mənzilin bazar qiyməti 250.000, likvid qiyməti 240.000 manat, 2024-cü il ## ###### tarixli, 186/xxxx/24 saylı hesabata əsasən ünvan 5 ünvanında yerləşən 17 mənzilin bazar dəyəri 145.000, likvid dəyəri 135.000 manat, 2024-cü il ## ###### tarixli, 184/xxxx/24 saylı hesabata əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən ** nömrəli mənzilin bazar dəyəri 175.000, likvid dəyəri 165.000 manat müəyyən edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli qərardadı ilə iddia tələbinin “mənzillərin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 2019-cu il ## ###### tarixli AKİADA0155-17/19A saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.025,52 manat, faiz borcu üzrə 12.622,58 manat, cərimə borcu üzrə 11.500 manat olmaqla, cəmi 258.148,10 manat məbləğində pulun cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 62.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 89.8 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 240.000 manat müəyyən edilməklə və cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 165.000 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 148,18 manat, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pulun cavabdeh3 tutularaq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 145 manat məbləğində pulun isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim: K.Hüseynov).

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh3 kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır, borcun tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir. Həmçinin müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 11.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

14. Həmçinin məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti ilə borcun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, tutma ipoteka predmetlərinə yönəldilməli və açıq hərracda satılmaqla satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.5, 317.1, 462.1, 739.1, 741, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun 11.500 manat cərimə borcu tutulması hissəsində və tutmanın cavabdeh cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi 114, ** saylı mənzilə, cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5-dəki * saylı mənzilə və cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, mənzil 151- dəki ** saylı mənzilə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, F.Abdıyev və L.Əliyeva).

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Gülbala Qasımovun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

20. Cavabdeh ipoteka qoyan qismində kredit müqaviləsi və əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədilə daşınmaz əmlaklarının ipoteka ilə yüklü edilməsi barədə müqavilə bağladığından, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı iddianı təmin etməkdə, həmçinin cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.

21. Apellyatorun mülki qanunvericiliyin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVİS kabinetinə yerləşdirilmiş və ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə proseslər barədə onlara məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehlərin iştirakının təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdehlər lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 5.3, 14.2.1, 317, 319.1, 319.6, 442, 448.1, 462.1, 465.2, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3, 48.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 81, 185.5, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, 11 500 manat cərimə borcu tutulması və tutmanın cavabdeh cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küç 114-dəki, ** saylı mənzilə, cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5-dəki * saylı mənzilə və cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti mənzil 151-dəki ** saylı mənzilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsinin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 317.1, 462.1, 1091.1-ci maddələri üzrə - mülki iş birinci instansiya məhkəməsində araşdırılarkən cavabdeh ardıcıl olaraq izahatlar vermişdir ki, COVID-19la əlaqədar bütün iş yerləri bağlı olduğuna görə onun müəssisəsi də işləməmiş və gecikdirmələr onun təqsiri üzündən deyil dövlət tərəfindən işlər dayandırılması nəticəsində yaranmışdır. Lakin məhkəmə bu xüsusata qiymət verməmiş və qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə iddianı qismən təmin etməklə iddiaçının 374000 manat əsassız varlanmasına imkan vermişdir. Çünki onun cavabdehlərdən həmin miqdarda pul vəsaitini almasına hüquqi əsası yoxdur.

25. MPM-in 5.1, 9, 14.2, 88.1, 217, 387.1-ci maddələri üzrə - məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, cavabdehlərin məhkəmədə iştirakını təmin etməyərək, həmin maddənin tələblərini kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiyməti verə bilməmiş və təqdim olunan sübutlar, eləcə də digər lazımi məqamlar düzgün araşdırılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçının vəkili kassasiya şikayətinə etiraz ünvanlayaraq, göstərmişdir ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi fərziyyələrə, həqiqəti əks etdirməyən ehtimallara söykənərək yox, sübutlara əsasən qətnamə qəbul etmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiqini tapmamışdır.

Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. ...”

“Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. ...”

“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. ...”

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur:

“Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. ...”

“Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”

“Maddə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. ...” “Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi ... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. ...”

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı). Dəbbə puluna münasibətdə Kollegiya qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MM-

34. maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə in 467-ci alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

35. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə öz səlahiyyətləri daxilində qeyd olunan normanı tətbiq edərək dəbbə pulunu azaltmışdır. Bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin maddənin tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir.

36. Məhkəmə kollegiyası tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə, cavabdeh borclu tərəfindən, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmadığından, öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara tutmanın yönəldilməsi barədə tələb yuxarıda göstərilən qanunvericiliyə (bax yuxarıda §29-30) uyğun olmaqla əsaslı olmuşdur. Kassator tərəfindən məhkəmənin ipoteka predmetinə tutma yönədilməsi ilə bağlı gəlinən nəticəni təkzib edən əsaslı dəlillər göstərilməmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

39. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

40. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

41. Çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillərə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, kassator özü və nümayəndəsi-vəkili apellyasiya baxışında iştirak etmiş, digər cavabdehlərə isə məhkəmə bildirişi poçt vasitəsi ilə göndərilmiş, poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir (iş v.37-38).

42. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar