Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-856/2025 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC və Cavabdeh3 QSC BOKT-a qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC və Cavabdeh3 QSC BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 sentya br tarixli 2-2(103)-712/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-838/2015 saylı 2015-ci il 5 mart tarixli qətnaməsinə əsasən X1 40.000 manat əsas borc, 8400 manat kreditə görə faiz borcu, ümumilikdə 48.400 manat və 23.10 manat ödənilmiş dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiymətinin 125.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəyə minmiş, qətnamənin əsasında icra vər əqəsi verilərək icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun 2015-ci il 17 iyun tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə icra şöbəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə 2015ci il 9 oktyabr tarixli xx/xx-26266/8 sifariş məktubu ilə müraciət edilərək, ipoteka predmeti olan qeyri-yaşayış binasının satılmasının təşkil edilməsi xahiş edilmişdir. 3. "xxxx" MMC tərəfindən icra icraatının tərəflərinə 2015-ci il 7 dekabr tarixli və 2015ci il 5 fevral tarixli hərrac bildirişləri göndərilməklə 2016-cı il 15 yanvar tarixə saat 11:00-da ilkin və 2016-cı il 19 fevral tarixə saat 11:00-də təkrar hərraclar keçirilmişdir. Hərraclar baş tutmamış hesab edildiyindən əmlak ipoteka saxlayana təklif edilmiş və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında 2016-cı il 10 mart tarixli Y-105 nömrəli protokola əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən 79.688 manata alınmışdır.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına əsasən "xxxx" ASC-dən alınmış problemli aktivlər üzrə tələb hüquqları və girov əmlakın idarə edilməsi Cavabdeh3 QSC-yə həvalə edilmiş, bu əsasla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2017-ci il 13 dekabr tarixli aktla Cavabdeh3 QSC BOKT-a verilmiş və üzərində mülkiyyət hüququ 2017-ci il 26 dekabr tarixdə dövlət qeydiyyatına alınmışdır.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanına uyğun olaraq həmin əmlak "xxxx" ASC-yə verilmiş və "xxxx" ASC-nin tam mülkiyyət hüququ 2019-cu il 8 avqust tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC və Cavabdeh3 QSC BOKT-a (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına air 2016-cı il 10 mart tarixdə keçirilən hərracın nəticələrinin, həmçinin hərracın nəticələri haqqında Y-105 saylı yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı il 15 yanvar, 2016-cı il 19 fevral, 2016-cı il 10 mart tarixdə keçirilən hərracla bağlı iddiaçıya rəsmi və ya qeyri-rəsmi, heç bir məlumat verilməmişdir. Həmçinin iş materiallarında olan 2016-cı il 5 fevral tarixli bildirişdən də göründüyü kimi 2016-cı il 19 fevral tarixdə keçirilmiş hərrac barədə məlumat 15 gün öncə deyil, 14 gün öncə göndərilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi 2016-cı il 10 mart tarixdə keçirilən sonuncu hərrac barədə ümumiyyətlə iddiaçıya məlumat göndərilməmişdir. Bundan başqa mübahisəli əmlakın hərracda satışından əldə edilmiş 79.688 manatın bank borcundan sonra qalan 31.264,9 manatı iddiaçıya ödənilməmiş ümumiyyətlə bu barədə məlumat verilməmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzilin satılması ilə əlaqədar iddiaçıya icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilməmişdir.
8. Cavabdeh "xxxx" ASC iddiaya etiraz etmiş və b ildirmişdir ki, onun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, iddiaçı sözügedən qeyri-yaşayış binasının könüllü boşaldılması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə müvafiq təkliflər olunsa da, sonuncu heç bir hüquqi əsas olmadan əmlakın onun istifadəsində olduğunu, qeyri-yaşayış sahəsindən çıxmayacağını bildirmiş, bu səbəbdən onun və qeyrilərinin sözügedən qeyri-yaşayış binasından çıxarılaraq, həmin binanın boşaldılması barədə 2020-ci il 18 noyabr tarixində iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin 2021-ci il 1 iyun tarixli 2(002)-366/2021 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvvəyə mindikdən sonra müvafiq icra tədbirləri həyata keçiri lərkən, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin 2021-ci il 13 iyun tarixli 2(002)-366/2021 nömrəli qərardadı ilə hazırkı iddiaçının ərizəsi təmin edilməmiş və qərardad sonuncu tərəfindən mübahisələndirilməmişdir. İddiaçı (həmin dövr üçün cavabdeh) qətnamədən şikayət verərkən belə bir qətnamənin mövcudluğundan Şöbədə olarkən məlumatı olduğunu bildirmişdir. Şöbənin 2021-ci il 16 iyul tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş 2022-ci il 28 yanvar tarixində iddiaçıya rəsmi şəkildə verilmişdir. Onu da vurğulamaq lazımdır ki, iddiaçı tərəfindən icra sənədinin icrası elə özünün xahişi ilə 2022-ci il 6 iyun tarixinədək təxir ə salınmışdır. Bu hal onu göstərir ki, iddiaçı həmin dövrdə ona qarşı yönəldilmiş mübahisədən (tələbdən) məlumatlı idi və bu fakt Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli 2(103)-6250/2023 nömrəli qərardadında öz təsdiqini tapmışdır. Lakin, iddiaçı (həmin dövr üçün cavabdeh) xeyli müddət keçdikdən sonra, yəni 2022-ci il 7 iyun tarixində qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bütün bu hallar müvafiq məhkəmənin 2023-cü il 13 iyun tarixli qərardadında öz əksini tapmış, məhkəmə iddiaçının sözügedən qətnamədən uzun müddət xəbərdar olmasına baxmayaraq, şikayət vermək imkanını qəsdən yubatdığını, qətnamənin icrasından boyun qaçırdığı qənaətinə gəlmiş və sonuncu tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı istinad etdiyi halları üzrlü hesab etməmişdir. Məhkə mənin diqqətinin göstərilən hallara (sübutlara əsaslanan) ona görə cəlb edilməsi zəruridir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Bu səbəbdən preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Başqa sözlə desək, bütövlükdə həmin sənədlər (sübutlar) iddiaçı barəsində aparılmış prosedurların qanunvericiliyə uyğun qaydada həyata keçirilməsinə dəlalət ed ir. İş üzrə əlavə edilən sənədlərdən müəyyən edildiyi kimi, iddiaçının onun barəsində aparılan və qanunvericiliyə əsasən həyata keçirilən prosedurlardan məlumatı olmuşdur.
9. Cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür. Belə ki, 2019-cu il 8 avqust tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyriyaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. "xxxx" ASC-nin iddiaçı və qeyrilərinin sözügedən qeyri-yaşayış binasından çıxarılaraq, həmin binanın boşaldılması barədə iddia tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 1 iyun tarixli 2(002)-366/2021 nömrəli qətnam əsi ilə təmin edilmişdir. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 15 iyul tarixli 2(002)-366/2021 nömrəli icra sənədi üzrə Qaradağ Rayon İcra Şöbəsinin 2021-ci il 16 iyul tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş ilə 2022-ci il 28 yanvar tarixdə rəsmi qaydada tanış olmuşdur. Buradan məlum olur ki, iddiaçı 2016-cı il 10 mart tarixli hərracın nəticələri barədə protokoldan və 2019-cu il 11 iyul tarixli təhvil-təslim aktı əsasında qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə keçməsindən məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçı hərracın yekunları barədə 2016-cı il 10 mart tarixli protokoldan 2022-ci il 28 yanvar tarixdə məlumatı olmuş və iddia müddətinin axımı da həmin vaxtdan başlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nuna əsasən hərracın yekunları barədə ipoteka saxlayan tərəfindən imzalanan protokol müqavilə qüvvəsinə malikdir. Əqdlərin etibarsızlığı üzrə iddia müddəti bir il təşkil edir və iddiaçı hazırkı iddia üzrə iddia tələbi ilə məhkəməyə 2023-cü il 13 aprel tarixdə müraciət edərək, qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüşdür.
10. Digər cavabdehlər "xxxx" MMC və Cavabdeh3 QSC BOKT nümayəndələrinin birinci instansiya məhkəməsinin iclaslarında iştirakını təmin etməmişlər.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 21 aprel tarixli e-2-2(113)-619/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin iddiaçıya qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbi Ba kı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 1 iyun tarixli qətnaməsi ilə təmin edilmişdir. Qeyd edilmiş qətnamə qanuni qüvvəsini almışdır. 2015-ci il 7 dekabr tarixli və 2016-cı il 5 fevral tarixli bildirişlərdən məlum olur ki, 2016-cı il 15 yanvar və 2016-cı il 19 fevral tarixlərində keçiriləcək hərraclarla bağlı iddiaçının ünvanına bildirişlər göndərilmişdir. Həmçinin də, artıq iddiaçının qeyd edilmiş ünvandan çıxarılması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Bütün bunlar onu deməyə əsas verib ki, iddiaçı 2016-cı il 10 mart tarixdə keçirilmiş hərracın nəticələri, əmlakın satılması barədə məlumatlı olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin keçməsi barədə dəlili əsassız olmaqla, mübahisəli hərracın keçirilməsi zamanı hərrac ın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilməmişdir.
13. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42.1, 43.1, 43.4, 43.5, 43.7, 44-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-712/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və T.Qocayev).
16. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə hərrac barədə lazımi qaydada xəbərdar edilməməsinə dair iddiaçının arqumentlərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, 2015-ci il 7 dekabr tarixli və 2016-cı il 5 fevral tarixli bildirişlərdən də göründüyü kimi 2016-cı il 15 yanvar və 2016-cı il 19 fevral tarixlərində keçiriləcək hərraclarla bağlı iddiaçının ünvanına bildirişlər göndərilmişdir. Həmçinin də, iddiaçının ipoteka predmeti olan daşınmaz əmlakdan çıxarılması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur, yəni iddiaçı 2016-cı il 10 mart tarixdə keçirilmiş hərracın nəticələri, əmlakın satılması barədə məlumatlı olmuşdur.
17. Digər tərəfdən 2016-cı il 5 fevral tarixli bildirişin qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar hərracdan 15 gün əvvəl deyil, 14 gün əvvəl göndərilməsi barədə iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi dəlillərə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, hərrac keçirilərkən yol verilmiş istənilən formal pozuntunun hərracın nəticələrinin etibarsız hesab edilməsinə səbəb olması mülki dövriyyənin sabitliyi pozmaqla hərracın digər iştirakçılarının, o cümlədən hərrac nəticəsində əmlakın əldə etmiş şəxsin qanuni maraq və hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, yalnız maraqlı şəxsin qanunla qorunan hüquqlarının əhəmiyyətli dərəcədə pozan və hərracın nəticələrinə təsir göstərən pozuntular hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas q ismində çıxış edə bilərlər. Hazırkı halda təkrar hərrac barədə bildirişin hərracdan 14 gün öncə göndərilməsinin hərracın nəticələrinə təsir etməyən bir pozuntu olması açıq-aşkardır.
18. Mübahisəli əmlakın satılması ilə bağlı 3 hərrac keçirilməsi barədə dəlillərə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddiaçı 2016-cı il 10 mart tarixdə üçüncü hərracın keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, 2016-cı il 19 fevral tarixdə təkrar hərrac keçirildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmeti olan əmlakın əldə edilməsinin təklif edilməsi barədə ipoteka saxlayan "xxxx" ASC-yə 2016-cı il 19 fevral tarixli 656 saylı məktub göndərilmiş, "xxxx" ASC isə 2016-cı il 25 fevral tarixli 13/818 saylı məktubla ipoteka predmetinin əldə etməsinə razılıq vermiş, həmin razılıq əsasında 2016-cı il 10 mart tarixli hərracın nəticələrinə dair mübahisəli yekun protokol imzalanmış və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
19. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
20. İddia əsassız olduğundan məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ver ilmiş ərizəyə münasibət bildirilməsini zəruri hesab etməmişdir.
21. Məhkəmə öz mövqeyini MM-in 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41, 42.1, 43.1-ci (43.1.1–43.1.4-cü bəndlər), 43.4, 43.5, 43.7 və 44-cü maddələri, MPM-in 77.1-ci 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3 və 44-cü maddələri üzrə - məhkəmənin cavabdehin yol verdiyi pozuntunu qəbul edib, onu əhəmiyyətsizləşdirməyə çalışması yolverilməzdir. Bu cür yanaşma olduğu təqdirdə gə rək heç bir iddia təmin olunmasın. Həmçinin iş materiallarından da göründüyü kimi 2016-cı il 10 mart tarixdə keçirilən sonuncu hərrac barədə ümumiyyətlə ona məlumat göndərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, guya tərəfindən 2016-cı il 10 mart tarixdə hərracın keçirilməsi ilə bağlı tərəfindən sübut təqdim edilməyib. Lakin hərracın nəticələrinə dair protokolda ümumiyyətlə hansı tarixdə keçirilmiş hərracın nəticəsi olduğu öz əksini tapmayıb. Belə olan halda hərrac protokolunda qeyd edilən 2016-cı il 10 mart tarixi son hərrac tarixi kimi qəbul edilməlidir. Bundan başqa məhkəmənin mövqeyi qəbul edilsə mübahisələndirilən protokolda ümumiyyətlə hərracın tarixi göstərilmədiyi üçün onun etibarlılığından söhbət gedə bilməz. Xüsusilə qeyd etməlidir ki, Qaradağ Ra yon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzilin satılması ilə əlaqədar iddiaçıya icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilməmişdir. Yəni hərracın keçirilməsindən onun ümumiyyətlə məlumatı olmamışdır. Həmçinin Bakı Kommersiya Məhkəməsi tərəfindən araşdırma həyata keçirilərkən dəfələrlə cavabdehdən hərracın keçirilməsi ilə bağlı hansı qəzetlərdə elan verildiyi barədə məlumat tələb edilmişdir. Lakin cavabdeh həmin məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Bu hal bir daha təsdiqləyir ki, o, hərracın keçirilməsi barədə müvafiq qaydada məlumatlandırılmamışdır. Bütün bunlara əsasən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalı idi. Lakin qeyd edilən xüsusatlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
24. MPM-in 9.1 və 9.3-cü ma ddələri üzrə - məhkəmə tərəfindən qeyd olunan maddənin tələbləri pozulmuşdur. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
319. Borclunun öhdəlikləri yerinə ye tirməyi gecikdirməsinin nəticələri 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.” “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 28. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
42. Hərracın keçirilmə qaydası Respublikası Qanununun müvafiq 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərr acın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İp oteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifay ət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvi m günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri https://e-qanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmi n edilməsi üçün əsaslar mövcud deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətində qeyd edilən MM-in 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3 və 44-cü maddələrinin tələblərinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
33. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirm ənin təkrarlanmasına zərurət görmür.
34. Kassasiya şikayətində qeyd edilən həmin maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh ed ilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qəra rlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
38. Apell yasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyas ının 2025-ci il 19 sentyabr tarixli 2-2(103)-712/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.