Məhkəmə qərarları › İş №2-2(102)-859/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-859/2022

29.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-859/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(106)-137/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 8 fevral tarixində Cavab deh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsiə müraciət edərək, cavabdehdən 75.731,04 manat əsas borcun, 24.268,96 manat dəbbə pulu, cəmi 100.000 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli e-2-2(121)-483/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Abdullayev).

3. İddiaçı 2022-ci il 19 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində i craat

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(106)-137/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Heydərov, hakimlər – T.Kərimov və Z.Zeynalov).

5. Qətnamə 2022-ci il 13 oktyabr tarixli məktubla tərəflərə göndərilmiş, iddiaçıya 2022ci il 21 oktyabr tarixində çatdırılmışdır.

6. İddiaçı 2022-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şika yətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş q aydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” 8. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Orderin və order markasının hazırlanması, saxalanılması və uçotu qaydası 2.1. Order və order markası bu Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun şəkildə bir qayda olaraq mətbəədə order markasına unikal sıra nömrəsi verilməklə hər nömrədən cüt şəkildə çap edilir və orderin unikal nömrəsi ona yapışıdırılan order markası ilə müəyyən olunur. Unikal sıra nömrəsindən başqa, order markasının yuxarı sağ küncündə onun cütündən birində “1”, digərində “2” rəqəmi əks olunur. “1” rəqəmi əks olunmuş order markası aidiy yəti təşkilata təqdim olunan orderin, “2” rəqəmi isə vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılan orderin üzərinə yapışdırılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

9. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçının 2022-ci il 1 dekabr tarixli Vəkil Orderinin (i/v 359) üzərində olan marka işarəsi “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun deyildir (bax yuxarıda § 8).

11. Belə ki, əvvəla, şikayətə əlavə edilmiş orderin üzərində olan markada “1” işarəsi əvəzinə “2” qeyd edilmişdir. Halbuki Əsasnamənin t ələblərindən aydın olur ki, üzərində “1” rəqəmi əks olunmuş marka vurulan order aidiyyəti təşkilata təqdim olunur, “2” rəqəmi əks olunmuş marka vurulan order isə vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılır.

12. İkincisi isə, sözügedən order Əsasnamədə qeyd olunan Vəkil orderinin standart formasına uyğun tərtib edilməmişdir.

13. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı kassasiya şikayətinə əlavə olunan vəkil orderi müvafiq tələblərə cavab vermədiyindən MPM-in 407.4-cü maddəsinin (bax yuxarıda § 7) tələblərinə əməl olunmamışdır.

14. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndə rmişdir.

15. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 4041.2-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar