Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-86/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-in cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-ə qarşı səhmlər üzərində ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-2(103)-424/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Ləğv prosesində olan Cavabdeh ASC (bundan sonra-ASC) ilə “xxxx” MMC (bundan sonra-MMC) arasında 2009-cu il 19 iyun tarixində xxx nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ASC MMC-ə illik 7% olmaqla, 60 ay müddətinə, 2014-cü il 9 iyun tarixinədək 3.000.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür, MMC isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri ASC-ə qaytarmağı öhdəsinə götürür. 2. 2018-ci il 1 may tarixində MMC ASC-ə qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən ASC ilə borcalan MMC arasında 2009-cu il 19 iyun tarixində xxx nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən borc alana çaxır və konyak məhsullarının istehsalı üçün illik 7% olmaqla, 60 ay müddətinə, 2014-cü il 9 iyun tarixinədək 3.000.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kreditin təminatı kimi 2005-ci il 5 sentyabr tarixli, 151/40 saylı girov müqaviləsində və 52/1 saylı sonrakı girov müqaviləsində göstərilmiş girov predmeti çıxış edir. Müqaviləni hər iki tərəf öz imza və möhü rü ilə təsdiq etmiş, lakin bank müqavilənin şərtlərini pozaraq iddiaçıya əsas borcu və faiz məbləğini çox hesablamışdır. Bu səbəbdən iddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 30 avqust tarixli, 2-2(82)-60/2016 saylı qətnaməsi ilə MMC ilə ASC arasında bağlanmış 2009-cu il 19 iyun tarixli xxx nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, cavabdeh ASC-in ləğvedicisi xxxxndan 461.027,36 manat məbləğində pulun tutularaq MMC-ə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, MMC 2010-cu il 20 oktyabr tarixinədək aldığı kredit vəsaitinə görə ASC-ə ümumilikdə 3.976.654,76 manat məbləğində ödəniş aparılmış dır ki, həmin məbləğin 3.000.000 manatı əsas borca, 515.627,40 manatı faiz borcuna silinmiş, qalan məbləğ yəni 461.027,36 manat isə artıq ödəniş kimi müyyən olunur (3.976.654,76 manat – 3.000.000 manat – 515.627.40 manat = 461.027.36 manat). Rəydə qeyd olunur ki, 2009-cu il 19 iyun tarixli kredit müqaviləsi üzrə tam ödəniş olmasına baxmayaraq, həmin tarixdən sonra 460.680,10 manat əlavə ödənişlər həyata keçirilmişdir. Nəticə olaraq MMC-in ASC-ə 2009-cu il 19 iyun tarixli 52 saylı kredit müqaviləsi üzrə artıq ödəniş 461.027,36 manat təşkil etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, müqavilə imzalanarkən cavabdeh tərəfindən iddiaçı aldadılmış, aşağı faizlə borc verəcəyini bildirsə də, faktiki olaraq artıq faiz hesablamışdır. Ona görə də hesab olunur ki, tərəflər arasında imzalanmış 2009 -cu il 19 iyun tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonraMülki Məcəllə) 337-ci, 339-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 4.1-ci, 149-cu, 150-ci maddələrinə əsaslanaraq, tərəflər arasında bağlanmış 2009-cu il 19 iyun tarixli 52 nömrəli müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
4. Sonradan MMC məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəyişdirərək, “səhmlər üzərində ipoteka (girov) yüklülüyünə xitam verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. ASC ilə MMC arasında 2009-cu il 19 iyun tarixində xxx nömrəli kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi xx xxxxxxxx 2005-ci tarixli 151/40 saylı girov m üqaviləsində və 52/1 saylı sonrakı girov müqaviləsində göstərilmiş girov predimeti çıxış edir. Adıçəkilən kredit müqaviləsinin təminatı olaraq MMC ASC qarşısındakı öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün Milli Depozit Mərkəzi tərəfindən 2001-ci il 30 noyabr tarixində verilmiş AANs000774 saylı səhmlərin sertifikatına əsasən Məmmədhəsənov Naiq Əli oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-in hər birinin dəyəri 10.000 əvvəlki Azərbaycan manatı olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 Azərbaycan manat olan adlı səhmi x xxxxxxxx 2005-ci il tarixli SKF 151/40 saylı girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Tərəflər arasında x xxxx 2009-cu il tarixdə bağlanmış 151/40 saylı girov müqaviləsinə əsasən x xxxxxxxx 2005-ci il tarixli SKF-151/40 saylı girov müqavil əsinin 1.1-ci bəndində “... adi adlı səhmini” istifadəsindən sonra vergül qoyulmuş və aşağıdakılar əlavə olunmuşdur: xx xxxx 2009-cu il tarixli 52 saylı kredit müqaviləsinə əsasən onlara verilmiş 3.000.000 manat məbləğində güzəştli kreditin təminatı kimi. Lakin ASC müqavilənin şərtlərini pozaraq MMC-ə əsas borc və faiz məbləğini çox hesablamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-60/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə MMC ilə ASC arasında bağlanılmış xx xxxx 2009-cu il tarixli xxx nömrəli kredit müqviləsi üzrə öhdəliklərə xitam verilmiş, cavabdeh ASC-in ləğvedicisi “xxxx”ndan 461.027,36 manat məbləğində pulun tutularaq MMC-ə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd oluna nlara əsasən MMC ilə ASC arasında bağlanmış xx xxxx 2009-cu il tarixdə xxx nömrəli kredit müqviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Lakin MMC 2018-ci il 1 may tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldırarkən iddia ərizəsində iddianın əsasını və predimetini səhv göstərərək, tərəflər arasında bağlanmış xx xxxx 2009-cu il tarixli xxx nömrəli kredit müqviləsinin etdibarsız hesab edilməsi tələbi ilə çıxış etmişdir. Lakin işin faktiki hallarına və hüquqi əsaslarına əsasən hesab olunur ki, iddianın əsası və predimeti dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyas ının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152-ci, 157-ci, 385-ci, 386-cı, 389-cu, 527-ci maddələrinə, MPM-in 53-cü maddəsinə əsaslanaraq, tərəflər arasında bağlanmış xx xxxx 2009-cu il tarixli xxx nömrəli kredit müqviləsinin təminatı kimi x xxxxxxxx 2005-ci il tarixli 151/40 saylı girov predmeti olan Milli Depozit Mərkəzi tərəfindən xx xxxxxxxx 2001-ci il tarixdə verilmiş AA 000774 saylı səhmlərin sertifikatına əsasən N.Məmmədhəsənova xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-in hər birinin dəyəri 10.000 köhnə Azərbaycan manatı ilə olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 köhnə Azərbaycan manatı olan səhmlərinin üzərində ipotekadan (girovdan) yüklülüyə xitam verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 mart tarixli, 2-2(82)403/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, MMC ilə ASC arasında bağlanmış 2009cu il 19 iyun tarixli, xxx nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş səhmlərin üzərində ipotekaya (girova) xitam verilmiş, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı MMC-in xeyrinə cavabdeh ASC-dən tutulmuşdur (hakim-Rüstəm Kərimli).
6. Məhkəmə hesab etmişdir ki, MMC və ASC arasında bağlanmış 2009-cu il 19 iyun tarixli, xxx nömrəli kredit müqaviləsi üzrə ödənişlər nəzərə alınmaqla kredit borcunun olmaması, hətta artıq ödəmənin mövcudluğu əlaqəli mülki iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyində öz təsdiqini tapmışdır. Həmin iş üzrə icraata yux arı instansiya məhkəməsinin qərardadı ilə xitam verilsə də, həmin (apellyasiya məhkəməsində) icraatda məsələ mahiyyəti üzrə qiymətləndirilməmiş, 2016-cı il 18 may tarixində keçirilmiş məhkəmə mühasibatlıq ekspertinin rəyinin mötəbər sübut kimi qiymətləndirilibqiymətləndirilməməsinə toxunulmamışdır. Hazırda isə həmin ekspert rəyi tədqiq edilərkən məhkəmə onunla razılaşmamaqla bağlı heç bir əsas müəyyən etməmişdir. ASC və MMC arasında bağlanmış 2009-cu il 19 iyun tarixli 52 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borcun və faizlərin) olması barədə hazırki məhkəmə icraatında mötəbər sübut mövcud olmadığından, eləcə də cavabdeh tərəf bunu təkzib edən heç bir dəlil və sübut təqdim etmədiyindən, iddiaçı MMC həmin müqavilə üzrə götürülmüş kreditin təmanatı kimi girov qoyulmuş səhmlər in üzərində ipotekaya (girova) xitam verilməsini tələb etməkdə haqlıdır və iddia təmin olunaraq bu yüklülüyə xitam verilməlidir.
7. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 135, 138.1, 139.2, 152.1, 269.1, 269.2, 269.3, 269.5, 276.1, 294.1.1, 307.1, 385.1, 386.1, 389.1, 460.1, 527.1, 528, 997.1-ci maddələrinə, MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 82.3, 107, 119.1, 119.2, 217.4-cü maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 1.0.7, 1.0.8, 48.1.2-ci maddələrinə və “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 1.1 və 2.14-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul olu nmasını xahiş etmişdir.
9. İddiaçı MMC apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının icraatında olan 2-2(103)-424/2019 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatət vermişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli e-2-2(103)-424/2019 saylı qərardadı ilə iddiaçı MMC-in cavabdeh ASC-ə (onun adından xxxx) qarşı aralarında imzalanmış 2009-cu il 19 iyun tarixli xxx nömrəli kredit müqaviləsinin təminatı kimi 2005-ci il 5 sentyabr tarixli 151/40 nömrəli girov müqaviləsində və 52/1 nömr əli sonrakı girov müqaviləsində göstərilmiş girov predmetinin, yəni Milli Depozit Mərkəzi tərəfindən 2001-ci il 30 noyabr tarixində verilmiş AA 000774 nömrəli səhmlərin sertifikatına əsasən, N.Məmmədhəsənova xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-in hər birinin dəyəri 10.000 köhnə Azərbaycan manatı olan 55.191 ədəd və ümumi dəyəri 551.910.000 köhnə Azərbaycan manatı olan səhmlərinin üzərində ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair işin icraatına xitam verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/2019 nömrəli iş üzrə qətnamə ləğv olunmuş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – İ.Xəlilov və İ.Əhmədov).
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddi a cavabdehin (müflis elan olunmuş bankın) bilavasitə bank fəaliyyəti ilə bağlı olan (2009-cu il 19 iyun tarixli xxx nömrəli kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi 2005-ci il 5 sentyabr tarixli 151/40 nömrəli girov müqaviləsi) iddialara aiddir, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılmasını, bank barəsində digər məhkəmə icraatına başlanılmamasını və banka qarşı bütün tələblərin yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsini, hətta qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslərin hüquqi qüvvəsini itirməsini və habelə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği hədd ində bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrasının dayandırılmasını imperativ qaydada tələb etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu isə öz qərarında bu məsələləri ətraflı şərh edərək, göstərmişdir ki, müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində (inzibati mühakimə icraatı qaydasında) baxılmalıdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi barəsində iflas proseduruna başlanmış banka qarşı sonuncunun bank fəaliyyəti ilə bağlı olduğu üçün mülki mühakimə icraatı qaydasında qaldırılmalı olmayan iddianı icraata qəbul edib, mahiyyəti üzrə baxmaqla, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bununla əlaqədar olaraq, iş üzrə icraata xitam verilməklə, qətnamə ləğv edilməli, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
13. Məhkəmə bu qənaətini MPM-in 153.2.1, 261.0.1, 387.1 və 391-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 7 2, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
14. Məhkəmənin qərardadı tərəflərə 2019-cu il 28 iyun tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 17 noyabr tarixində, kassasiya şikayətinə əlavə isə 2021-ci il 19 fevral tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
15. İddiaçı MMC qərardadın ləğv edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/19 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
16. Məhkəmə qətnamədə mübahisə predmetinə aid olmayan bir sıra normativ aktlara və maddələrə istin ad etmişdir.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinad etsə də, həmin Qərarda fərqli mövqe və fikir öz əksini tapmışdır.
18. İşə baxan məhkəmə isə düzgün istinad etmədən məhz həmin Qərara əsasən qətnaməni ləğv etmiş, icraata heç bir hüquqi əsas olmadan xitam vermişdir.
19. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir.
20. Bu hald a ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.
21. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın MPM-in 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır.
22. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatını n dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.
24. Məhkəmə isə Azərbaycan Reppublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinad edərək fərqli nəticəyə gəlmiş, bununla da ədalətsiz qərar qəbul etmişdir.
25. Beləliklə də, Qanunun tələbindən də görünür ki, ASC-in ləğvedicisi xxxx eyni zamanda bankın vəzifələrini də daşımaqla yanaşı belə olan bir halda iş üzrə icraata xitam verilməsi qanunamüvafıq deyildir. b) kassasiya şikayətinə əlavənin dəlilləri 26. 2009-cu il 19 iyun tarixindən 2014-cü il 19 iyun tarixinədək bank tərəfindən borc alana kredit müqaviləsi üzrə öhdəliyin gecikdirilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq, bildiriş, pretenziya məktubu yazılmamış, bununla bağlı kredit borcunun və ona hesablanmış faizlərin uçotu üzrə bank əməliyyatları aparılan bank çıxarışlarında hər hansı məbləğdə cərimə, əlavə faiz və dəbbə pulu hesablanmamışdır.
27. Bankla borc alan arasında bağlanmış müqavilə üzrə müqavilənin bitmə tarixinə 3 ay qalmış 2014-cü il 11 aprel tarixində bankın səlah iyyətli şəxslərinin, eləcə də borc alanın iştirakı ilə üzləşmə aktı tərtib olunmuş, 2014-cü il 11 aprel tarixinə qalıq borcun (əsas və faiz borcu) 251.000 manat olması ilə bağlı “Razılaşma protokolu” imzalansa da həmin kredit müqaviləsi üzrə 2014-cü il 11 aprel tarixinə olan ödəmə qrafikinə görə borc alanın banka 303.578 manat borcu hesablanmışdır.
28. Qeyd olunanlar borc alan tərəfindən banka 2014-cü il 11 aprel tarixinə 52.578 manat artıq ödəmənin olmasını təsdiq edir. 29. 2011-ci il 8 iyul tarixli HExx-xx/2088 saylı bank tərəfindən göndərilmiş bildirişlə öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, borc alanın 2005-ci il 31 avqust tarixli SKF 151 saylı müqavilə üzrə götürdüyü 700.000 manat məbləğində kredit üzrə 2009-cu ilin iyun tarixinədək həmin müqa vilə üzrə borc alan tərəfindən müqavilə öhdəliklərinin gecikdirilməsi ilə bağlı ona bank tərəfindən hər hansı xəbərdarlıq, bildiriş göndərilməmiş, bununla bağlı cərimə və əlavə faizlər hesablanmamış, müqavilənin 2010-cu il 31 avqust tarixində bitməsi bankın nəzərindən qaçmışdır. Yəni müqavilə müddəti bitdikdən sonra öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 2011-ci il 8 iyul tarixli HExx-xx/2088 saylı bank tərəfindən göndərilmiş xəbərdarlıq məktubu iş üzrə doğru olmayan məlumatlara əsaslanmışdır.
30. Həmçinin, 2009-cu il 5 iyun tarixli bildirişdə qeyd olunduğu kimi müqavilə öhdəliklərinin gecikdirilməsi ilə bağlı hər hansı bir hal olmasına baxmayaraq hansı səbəbdən 2009-cu il 19 iyun tarixində ilkin kredit müqaviləsi üzrə heç bir ödəniş aparılmadığı halda bank tərəfindən 3.000.000 man at güzəştli kreditin ayrılması müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı bank tərəfindən irəli sürülmüş iddiaları təkzib edir.
31. Hər iki kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması ilə bağlı dəfələrlə banka bankla borc alan arasında bank çıxarışlarına əsasən üzləşmə aktı tərtib olunması xahiş edilsə də, bank borc alanla üzləşmə aktı tərtib etməkdən yayınmış, bununla da, borc alanın banka qalıq borcunun dəqiqləşdırılməsi ilə bağlı sərbəst audit firması ilə müqavilə bağlanılaraq audit yoxlaması həyata keçirilmişdir.
32. Audit yoxlaması zamanı auditor tərəfindən kredit üzrə bank tərəfindən bank çıxarışlarının verilməsi sünii şəkildə ləngidildiyindən Sahibkarlığa Kömək Milli Fonduna borc alanın kredit borcunun olub-olmaması ilə bağlı müraciət ünvanlanmış, Fond tərəfindən MMCin ASC-ə heç bir borc öhdəliyinin qalmadığı barədə məktub verilmişdir. 33. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2016-cı il 8 yanvar tarixli, 2-2(82)60/2016 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 1988 saylı ekspert rəyinə əsasən bankın borc alana ikinci kredit müqaviləsi üzrə 153.534,36 manat artıq ödəniş etdiyi sübuta yetmişdir. c) kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasə n iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B anklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarı “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 7
2. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1.bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıl ır; 72.1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4.qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5.girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6.bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraat ı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; KM1 254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəmə sinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa. 254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə. Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;...”. Maddə
391. İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göst ərilən qərardadı ləğv edilməli, kassasiya şikayəti qismən təmin olunmalıdır.
40. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu fəslinə əsasən iflas prosesinə məruz qalan banka qarşı iflas prosedura çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən olunmuşdur. Qanunun tələblərin qeydə alınması ilə bağlı qaydaları nizamlayan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76. 2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Belə təqdim etmə ilə əlaqədar qəbul edilmiş tələblərin siyahısı (həmçinin etiraz edilmiş tələblərin siyahısı) və bununla bağlı aparılması zəruri olan hərəkətlərin ardıcıllığı, müddətləri, habelə həmin siyahıların təsdiqi prosedura (legitimləşdirilməsi) adı çəkilən qanunun 75.5 və 75.6-cı maddələri ilə nizamlanmışdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımndan hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: - müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; - müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarı)
42. Yuxarıda göstərilən bölümə əsaslanmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
43. Göründüyü kimi Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə banka qarşı kreditor tələbləri üzrə MPM-in müvafiq normalarının müəyyənləşdirdiyi qaydalar çərçivəsində məhkəmə aktının qəbul edilməsi istisna edilir.
44. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli, e-2-2(103)-424/2019 saylı qərardadından isə görünür ki, yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istinad edilərək, MPM-in 261-ci maddəsi rəhbər tutulmaqla iş üzrə icraata xitam verilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2019-cu il 29 mart tarixli, 2-2(82)-403/19 saylı qətnaməsi ləğv olunmuşdur.
45. Bu məhkəmə həmin qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında əks olunan hüquqi mövqelərdə fərqləndirici əlamətləri də( müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar) göstərmişdir. Daha sonra isə, müflis elan olumuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrasının mülki və mülki prosessal qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərivəsində həyata keçirilməsinə, iflas proseduruna məhkəmə nəzarətinin məhz bu prosedur çərçivəsində müəyyən edilməsinə, belə fərqləndirmənin mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas prosedurun a məhkəmə nəzarəti qaydasında baxılmalı olmasınının şərtləndirilməsinə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsinin MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılması imperativliyinə, bu kateqoriyadan olan işlərə bank fəaliyəyətinin həyata keçirildiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələblərinin, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil olmaması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə əsaslanmaqla hazırki nəticəyə gəlmişdir.
46. Məhk əmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında müflis elan olumuş banka qarşı tələblərə(iddialara) görə fərqləndirici əlamətlər baxımından müəyyənləşdirdiyi iki əsas qrupla bağlı hüquqi mövqe tam nəzərə alınmamış, hüquqi yanlışlığa yol verilən qərardad qəbul olunmuşdur.
47. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblərin (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə onların mahiyyəti baxımından “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən tələb lərə aid olub-olmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, bu cür tələblərə (ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) MPM-in 254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müfl is elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərkən onun iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar ilə bağlı hüquqi mövqeyini nəzərdən qaçırmışdır. Halbuki, iddiaçı ilə bank arasında bağlanmış müqaviləyə əsasən faktiki olaraq bank kreditor qismində çıxış etmişdir.
49. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli e-22(103)-424/2019 saylı qərardadı qanuni və əsaslı sayıla bilməz, buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 20 iyun tarixli e-2-2(103)-424/2019 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 5
1. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli e-2-2(103)-424/2019 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılası üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.