Məhkəmə qərarları › İş №2-2(102)-866/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-866/2025

18.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-866/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh2nə qarşı “sayğacın quraşdırılması tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şəki Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə cavabdehin hesabına yeni su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəki Rayon Məhkəməsinin 2025-ci il 18 noyabr tarixli 2(075)-2106/2025 nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim: P.Məmmədova).

3. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən 0.0120 ha torpaq sahəsi məxsusdur. Faktiki haldan bəlli olur ki, həmin torpaq sahəsində iddiaçı “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyekti inşa etmişdir. Məhkəmənin sorğusuna əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsindən 2025-ci il 9 oktyabr tarixində daxil olmuş məktubdan görünür ki, qeyd edilmiş ünvana müşahidə baxış keçirilmişdir. Müşahidə baxış zamanı ünvan 1şən, “Eksklüziv mağaza” adlı obyektin İddiaçı tərəfindən fiziki şəxs X2 (VÖEN: **********) icarəyə verildiyi, hazırda, “Arena çayxanası” adlı təsərrüfat subyektinin (obyektin) vergi orqanında **********-30001 kodla qeydiyyata alınaraq fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

4. Məhkəmə mövqeyini “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına (bundan sonra – “Qərar”), Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 31.1, 32.3, 32. 4, 32.5, 32.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

5. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 2 dekabr tarixli 2-2(117)-1828/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – M.Hüseynov).

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin məzmunu iddiaçıya məxsus Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə cavabdehin hesabına yeni su sayğacının quraşdırılması ilə bağlıdır. Tərəflər arasında yaranmış hazırkı mübahisənin bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli olması, bu səbəbdən işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması qənaətinə gəlinsə də, Elektro n Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, nəzərdə tutulan iş üzrə iddiaçı qismində cəlb edilmiş İddiaçı adında heç bir VÖEN hesabı yoxdur. İddiaçı vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmadığından fərdi sahibkar statusuna malik deyildir. Odur ki, iddiaçı tərəfindən sayğacın quraşdırılması istənilən obyektin qeyriyaşayış sahəsi olması faktı sadəcə öz-özlüyündə hazırkı işə kommersiya məhkəməsində baxılmasına əsas vermir.

7. Hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına əsas qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə olunması göstərilsə belə, tərəflərin birbirinə münasibətdə yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması güman edilsə belə, iddiaçının vergi orqanında uçota durduğu müəyyən edilmədiyindən, mübahisənin subyekt tərkibi baxımından hazırkı iddiaya baxılması məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətindədir.

9. Məhkəmə mövqeyini Qərarın 11, 27-ci bəndlərinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci, Vergi Məcəlləsinin 13.2.37-ci, MPM-in 24.1, 24.2, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına ba xılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10.2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıql ı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçü n hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçiril ən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzib ati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir”

12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəə t (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əla qədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Şəki Rayon Məhkəməsinə göndərilməlidir.

15. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

17. Hazırkı mübahisənin subyektiv tərkibi ona kommersiya məhkəməsində baxılmasına əsas vermir.

18. Belə ki, iş materiallarından, o cümlədən internet vergi idarəsinin vergi uçotunaalınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş məlumata görə, hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (yəni iddiaçının VÖEN-i yoxdur).

19. Sayğacın quraşdırılması tələb edilən obyektin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi, icarəyə götürən şəxsin (X1) VÖEN-nin olması, həmçinin obyektin vergi orqanında qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti göstərdiyi müəyyən olunsa da, hazırki iddia ilə müraciət etmiş İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən subyekt kimi cavabdehlə belə faəliyyətlə hüquqi bağlılığı aşkar olunmur. Belə vəziyyət isə mübahisənin məhz onların sahibkarlıqla bağlı münasibətlərindən törədiyinə dəlalət etmir.

20. Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli 10 saylı Plenum Qərarında göstərilir ki,işin kommersiya məhkəməsinə aid edilməsi üçün mübahisənin yalnız tərəflərdən birinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması kifayət etmir və mübahisənin hər i ki tərəfin iştirak etdiyi sahibkarlıq münasibətindən irəli gəlməsi tələb olunur. Həmin qərarın 13-cü bəndinə əsasən, tərəflərdən ən azı ikisinin birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi və ya mübahisənin kommersiya müqaviləsindən irəli gəlməsi məhkəmə aidiyyətinin müəyyən olunması üçün əsasdır.

21. Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinə görə,sahibkarlıq fəaliyyəti yalnız dövlət qeydiyyatına alınmış subyektlər tərəfindən həyata keçirilə bilər.

22. Digər tərəfdən MPM-in 1-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

23. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi Şəki Kommersiya Məhkəməsinin mövgeyi ilə razılaşara q hesab edir ki, iddiaçı tərəfindən sayğacın quraşdırılması istənilən obyektin qeyri-yaşayış sahəsi olması faktı sadəcə öz-özlüyündə hazırkı işə kommersiya məhkəməsində baxılmasına əsas vermir.

24. Plenum Qərarının 27-ci bəndində (bax yuxarıda § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

25. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının sahibkar statusu olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması hər bir halda istisna olunur. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Şəki Rayon Məhkəmə sində baxılmalıdır.

26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh2nə qarşı “sayğacın quraşdırılması tələbinə dair” mülki iş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar