Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-868/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı kommersiya iş üzrə QƏRARDADİ İş № 2-2(102)-868/2025 (Açar sözlər: apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə edilmiş etiraza baxılması haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Ko llegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə iddiaçı Məmiyev X7 Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə edilmiş etirazla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 noyabr tarixli 2-2(104)217/2025 nömrəli qərardadına 20 25-ci il 26 dekabr tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İslam oğlu (bundan sonra – iddiaçı) cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə və Cavabdeh2 qarşı “əmrin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzi və həmin Mərkəzin keçmiş direktoru Cavabdeh2 ona vurduğları zərərə-ziyana görə 558.000 manat pul vəsaiti, 448 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 558.848 manatın müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələb inin dəyişdirilməsi barədə ərizə verərək, 3.192 ədəd “Chandler” qoz ağaclarından əldə edəcəyi 891.419,20 manat fayda, 23.832 ədəd yağlı fındıq ağaclarından 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya xərci 400 manat və ödənilmiş 1.393,90 manat dövlət rüsumunun cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması və Cavabdeh2 2022-ci il 7 iyul tarixli 40 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(115)-34/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 X4 meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddi açı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Cavabdeh2 2022-ci il 7 iyul tarixli 60 saylı əmrinin ləğv edilməsi, 400 manat mediasiya xərcinin cavabdeh X8 Təsərrüfatı Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, 150 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 22(104)-21/2025 nöm rəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Şamil Rzaquliyev, hakimlər – Rüfət Məcidov və Loğman Süleymanov). Qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 9 iyul tarixli 2-2(102)- 337/2025 nömrəli qərarı ilə İddiaçı İslam oğlunun kassasiya şikayətinin qismən, cavabdeh 13 saylı X8 Təsərrüfatı Mərkəzinin kassasiya şikayətinin isə tam təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(104)-21/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim – Raqub Qurbanov, hakimlər – Elşad Şamay ev və Bəhman Qəribov). Təkrar apellyasiya baxışı zamanı iş məhkəmənin sədri X6 (sədrlik edən və məruzəçi), hakimlər X2 və X1 ibarət məhkəmə tərkibinin icraatına verilmişdir. İddiaçı İslam oğlu məhkəmə kollegiyasının 2025-ci il 26 noyabr tarixli iclasında apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə etiraz edilmiş və etirazını onunla əsaslandırmışdır ki, işin araşdırılması üçün müəyyən edilmiş üç aylıq prosessual müddət keçmiş və işin icraatı bu müddət ərzində dayandırılmamış, Ali Məhkəmənin qərarında göstərilən göstərişlər məhkəmə tərəfindən araşdırılmamış, onlar tərəfindən təqdim edilən vəsatətlərə baxılmamış, iddiaçının nümayəndəsinin fikirləri dinlənilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 noyabr tarixli 22(104)-217/2025 nömr əli qərardadı ilə İddiaçı İslam oğlunun məhkəmə tərkibinə etirazı məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iş materiallarını və etirazı araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ bəndinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Bununla belə “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsil ə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Avropa Konvensiyasında “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə əsasən, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Baxılan iş üzrə subyektiv testə əsasən, Gəncə Ape llyasiya Məhkəməsinin hakimlərinin şəxsi qərəzliliyi müəyyən edilmir. Lakin Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Yəni qərəzliliyin müəyyən olunması üçün ikinci yoxlama üsulu obyektiv testdir. Bu testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olubolmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə işinə baxılan şəxsdə doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qər ar çıxararkən şəxsin mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan məsələ bu ehtiyatlanmanın obyektiv əsasa söykənib-söykənmədiyinin müəyyən edilməsidir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 1-ci hissəsində göstərilir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar -MPM) hakimin işə baxılmasına yo l verilmədiyi halların dairəsini nizamlayan 19-cu maddəsinə görə də onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxılmasına yol verilmir (MPM – in 19.1.7-ci maddəsi). Həmin Məcəllənin etirazın və ya özü-özünə etirazın təmin edilməsinin nəticələrinədən bəhs edən 23-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir (MPM-in 23.5-ci maddəsi). MPM-in 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilmə sinə yol verilmir. Yuxarıda göstərilənləri və Gəncə Apellyasiya Məhkəməsinin müraciətini nəzərə alaraq hesab edir ki, hazırkı kommersiya mübahisəsinə dair iş baxılması üçün ərazi baxımından daha yaxın olan Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Beləliklə məhkəmə kollegiyası şərh edilənləri və MPM-in 19 və 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Məmiyev X7 Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə edilmiş etirazı təmin olunsun. İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddiası ilə bağlı kommersiya işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-868/2025
Ali Məhkəmə Qərar — İş №2-2(102)-868/2025
26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver