Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-87/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO “X”-in Ləğvedicisi olan "F"-in cavabdeh "Y" MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi 02.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı LPO “X” ASC-nin ləğvedicisi olan "F"-in vəkili Cavabdeh "Y" MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı LPO “X” ASC-nin ləğvedicisi olan "F"-in cavabdeh Cavabdeh "Y" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İşin materiallarından görünür ki, “X” ASC (bundan sonra – “ASC”) ilə Cavabdeh "Y" MMC (bundan sonra – “MMC”) arasında 2014-cü il 10 oktyabr tarixli 15 saylı bank qarantiyasının verilməsi barədə müqavilə bağlanılmış, müqaviləni hər iki tərəf öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, “ASC – Gürcüstan” SC-yə (bundan sonra – “SC”) veriləcək Bank qarantiyasına uyğun olaraq, Bələdiyyə İnkişafı Fondu (bundan sonra – “Fond”) tərəfindən təşkil olunan Terjola və Duşeti su xətlərinin yenidən qurulması işl ərinin aparılması üzrə tenderlərin şərtlərinə Prinsipal (MMC) tərəfindən əməl edilmədiyi təqdirdə, SC tərəfindən ödəniləcək 1.071.994,37 lari məbləğindən artıq olmayan hər hansı məbləği Benfisiarın (SC) ilk yazılı tələbi ilə ona ödənilməsinə dair Prinsipalın xeyrinə bank qarantiyasının verilməsini ASC öhdəsinə götürmüşdür. Qarantiya üzrə yaranmış öhdəliyin vaxtında və tam şəkildə əməl edilməsinin təminatı kimi Prinsipal 2014-cü il 10 oktyabr tarixli 042-330-14 saylı ipoteka müqaviləsində göstərilmiş daşınmaz əmlakları ipotekaya qoyur.
2. ASC ilə MMC arasında 2014-cü il 10 oktyabr tarixli 042-330-14 saylı ipoteka müqaviləsi bağlanılmış, müqaviləni hər iki tərəf öz imzaları ilə təsdiq etmişlər. Həmin müqaviləyə əsasən, 2014cü il 9 oktyabr tarixli 15 saylı bank qarantiyasının verilməsi barəsi ndə müqavilənin təminatı üçün ipoteka qoyanların xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus aşağıdakı daşınmaz əmlakları ipoteka ilə yüklü edilmişdir: Şəxs "A" (bundan sonra – “A”) məxsus Bakı şəhəri *********** yerləşən 105/35 nömrəli binanın zirzəmisində 44.4 m2 qeyri-yaşayış sahəsi, Bakı şəhəri, ********** küçəsində yerləşən 105/35 nömrəli, 3 otaqlı 56 nömrəli mənzil, Şəxs "B"-yə (bundan sonra – “B”) məxsus Bakı şəhəri,********* ünvanında yerləşən ev 89, 3 otaqlı 25 nömrəli mənzil, Şəxs "C"-yə (bundan sonra – “C”) məxsus Bakı şəhəri, ********* ünvanında yerləşən ev 127, 1 otaqlı 52 nömrəli mənzil, Şəxs "D"yə (bundan sonra – “D”) məxsus ünvan 1 yerləşən 68.2 m2 qeyri-yaşayış sahəsi.
3. MMC ləğv prosesində olan ASC-nin ləğvedicisi olan "F" (bundan sonra – “F”) qarşı “ipotekadan azad o lma” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 iyul tarixli 2-2(81)-719/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququi ilə "B"yə məxsus olan Bakı şəhəri,****** ünvanında yerləşən 89 saylı evin 25 nömrəli mənzili, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququi ilə "C"-yə məxsus olan Bakı şəhəri, ******* yerləşən 127 saylı evin 52 nömrəli mənzili, RX seriyalı, ******** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın döv lət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququi ilə "D"-yə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yüklülüyün götürülməsi və həmin daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması məqsədilə lazımi hərəkətlərin edilməsi vəzifəsinin "F"-ə həvalə edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 dekabr tarixli 2-2(103)-BAM/2018 saylı qətnaməsi ilə "F"-in apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 iyul tarixli 2-2(81)-Bİİ/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 avqust tarixli 2(102)-AM/2019 saylı qərarı ilə "F"-in ka ssasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 dekabr tarixli 2-2(103)BAM/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 7. "F" 2018-ci il 19 fevral tarixində MMC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 15 oktyabr tarixində Fond ilə MMC arasında EİB/WİMP11/NCB/03-1 saylı “Terjola Su Sisteminin yenidən qurulması” layihəsi (bundan sonra – “NCB 03-1”) üzrə 1.488.642,2 GEL dəyərində və EİB/WİMP11/NCB/14-1 saylı “Duşeti Su Sisteminin yenidən qurul ması” layihəsi (bundan sonra – “NCB 14-1”) üzrə 1.588.162,28 GEL dəyərində 2 müqavilə imzalanmışdır.
9. NCB 03-1 müqaviləsi üzrə 11 aylıq müddətə 446.592,65 GEL avans zəmanəti 2015-ci il 15 sentyabr tarixinə kimi, 148.864,22 GEL icra zəmanəti isə 24 ay müddətinə 2016-cı il 15 oktyabr tarixinə qədər olmaq şərti ilə bank qarantiyası işlərin sifarişçisi olan Fond tərəfindən tələb olunurdu.
10. NCB 14-1 müqaviləsi üzrə 317.632,57 GEL avans zəmanəti 2015-ci il 15 avqust tarixinə kimi, 158.816,22 GEL icra zəmanəti isə 2016-cı il 15 avqust tarixinə qədər olmaq şərti ilə bank qarantiyası işlərin sifarişçisi olan Fond tərəfindən tələb olunurdu.
11. Qeyd edilmiş hallara nəzərən bank qarantiyalarının verilməsi üçün MMC tərəfindən ASCyə müraciət olunmuşdur. Eyni zamanda, sözügedən dövrdə ASC-nin Gürcü stan Respublikası Tbilisi şəhərindəki törəmə bankı olan SC fəaliyyət göstərirdi. MMC-nin ASC-yə müraciəti müqabilində Bank tərəfindən bu qarantiyaların verilməsi üçün girovlar tələb olundu.
12. Bankın tələbinə əsasən girov kimi aşağıdakı əmlakları təqdim edilmişdir. ASC ilə şəxs "A","B" və "D" ilə 2014-cü il 9 oktyabr tarixli 15 saylı Bank Qarantiyasının verilməsi barəsində müqavilənin təminatı üçün bağlanmış 2014-cü il 10 oktyabr tarixində 042-330-14 saylı ipoteka müqaviləsinə əsasən, "A"-nın mülkiyyətində olan ünvan 2 ünvanda zirzəmidə yerləşən 44,4 m2 qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 56 saylı mənzil, "B"-yə məxsus ünvan 3 ünvanda yerləşən 3 otaqlı, 25 saylı mənzil, "C"-nin mülkiyyətində olan Bakı şəhəri, ********* ünvanda yerləşən 1 otaqlı 52 saylı mənzil, "D"-nin mülkiy yətində olan ünvan 1 ünvanda yerləşən 68,2 m2 olan qeyriyaşayış sahəsi ipoteka qoyanların razılığı ilə 560.000 AZN məbləğində qiymətləndirilməklə ipoteka ilə yüklü edilmişdir.
13. SC ilə ASC-nin arasında olan SWİFT yazışmalarına əsasən NBC 03-1 müqaviləsi üzrə 2016-cı il 15 oktyabr tarixinə qədər qüvvədə olan SC-yə 2014-cü il 15 oktyabr tarixli (saat 11:58-40) printer-0398-000001, çıxış nömrəsi 1155-141015, ********** saylı, məbləği 148.864 GEL olan icra qarantiyası verilmişdir.
14. Həmçinin SC ilə ASC arasında olan SWİFT yazışmalarına əsasən NBC 03-1 müqaviləsi üzrə 2015-ci il 15 sentyabr tarixinə qədər qüvvədə olan SC-yə 2014-cü il 15 oktyabr tarixli (saat 11:58-20), printer 0397-000001, sessiya 1948, çıxış nömrəsi ********** ********** saylı, məbləği 446.593 GEL olan avans qarantiyası v erilmişdir.
15. Eyni zamanda, SC ilə ASC-nin arasında olan SWİFT yazışmalarına əsasən NBC 14-1 müqaviləsi üzrə 10% icra qarantiyası olmaqla 2016-cı il 15 avqust tarixinə qədər qüvvədə olan SCyə 2014-cü il 15 oktyabr tarixli (saat 11:58-00), printer-0396-000001 saylı, sessiya 1949, çıxış nömrəsi 1155-141015 **********SAYLİ saylı məbləği 158.816 GEL olan icra qarantiyası verilmişdir.
16. Həmçinin SC ilə ASC-nin arasında olan SWİFT yazışmalarına əsaaən NBC 14-1 müqaviləsi üzrə 2015-ci il 15 avqust tarixinə qədər qüvvədə olan SC-yə 2014-cü il 15 oktyabr tarixli (saat 11:57-40) printer-0395-000001 saylı, sessiya 1949, çıxış nömrəsi 1155-141015 ********** saylı, məbləği 317.632 GEL olan avans qarantiyası verilmişdir.
17. Sözügedən qarantiyalar üzrə borc məbləğləri hazıradək tam icra edilməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə MMC-yə şifahi formada, o cümlədən yazılı “Bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan qarantiyalar üzrə əsas, qarantiya üzrə ayrılmış vəsaitdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmişdir və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqdan sonra MMC 2016-cı il 17 noyabr tarixində 185.000 ABŞ dolları ödəniş edilmiş və ödənişin əvəzi olaraq "A"-nın mülkiyyətində olan ünvan 2 ünvanda zirzəmidə yerləşən 44,4 m2 qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 56 saylı mənzil, "B"-yə məxsus ipoteka ilə yüklü edi lmiş əmlaklar yüklülükdən azad edilmişdir.
18. MMC-nin bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməməsi nəticəsində MMC-nin banka 786.338,29 ları məbləğində əsas borcu, 9.314,41 lari məbləğində faiz borcu, ümumilikdə 795.652,70 lari məbləğində borcu yaranmışdır.
19. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 148.1, 385, 386.1, 428.4, 439.6, 442, 445.1, 449.4, 460.1, 478, 479.1, 480, 483, 973.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) 4, 149, 216, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. MMC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, "F"-in MMC-dən 795.652,70 lari məbləğində kredit borcunun tələbinə dair 2017-ci il 1 avqust tarixli iddia ərizəsi məhkəmənin hakimi R.Kərimlinin icraatındadır. MMC ilə ASC arasında heç bir kredit müqaviləsi olmamış, yalnız 2014-cü il 10 oktyabr tarixli 15 saylı müqaviləyə əsasən 2014-cü il 10 oktyabr tarixli ***-**-** saylı ipoteka müqaviləsi mövcud olmuşdur. Əvvəlki mübahisə üzrə MMC-nin iddiasının təmin edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 iyun tarixli 2(81)-Bİİ/2018 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəltmişdir (bax yuxarıda §§ 4-6). Hazırkı tələb əvvəlki tələblə eyni məzmunlu, anlayışlı, xarakterli olduğundan hazırkı icraata xitam verilməlidir. 21. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsi ilə "F"-nin MMC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim – R.Kərimli).
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq borcun olmaması əsası ilə ipoteka yüklülüyünün götürülməsi və ipoteka predmeti olan daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı iddia əsaslı sayıla bilməz.
23. Məhkəmə bu qənaətini MM-in 14.1, 14.2.1, 269.1, 269.2, 269.4, 269.5, 272, 307.1, 317.1, 319.1, 385.1, 386.1, 425, 442, 739.1, 739.2-ci, MPM-nin 4.1, 76, 82, 77.1, 72, 119.1, 217.4cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 4.1, 4.1.4, 4.2, 5, 6.1, 33-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. ƏSF 2020-ci il 6 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 22(103)-BAM/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli 2-2(82)-Bİİ/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və V.B).
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə (bax yuxarıda § 22) razılaşmış və qeyd etmişdir ki, hazırki işdə MM-in 478, 489.1-ci maddələrinin əsasları mövcud deyil. 27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 iyul tarixli 2-2(81)-719/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, ASC-ni n kontrqarantiya üzrə benefisiara hər hansı məbləğdə pul ödəməsinə, başqa sözlə, bankın (Qarantın) MMC-yə (Prinsipala) reqress tələbinə malik olmasına dair sübut mövcud deyildir.
28. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 27 dekabr tarixli 2-2(103)-613/2018 saylı nömrəli qətnaməsində isə qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı ASC tərəfindən iddianın hüquqi həllinə təsir edəcək, o cümlədən kont-qarantiya üzrə Bank tərəfindən ödənişlərin aparılmasını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.
29. Hazırkı iddia tələbinə gəldikdə, iddia ərizəsindən və ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, "F" həmin iddia ərizəsi ilə müraciət edərək ASC tərəfindən deyil, SC tərəfindən verilmiş qarantiyalar üzrə benefisara (Fonda) aparılan ödənişlərin, 786.33 8,29 lari məbləğində əsas borcun, 9.314,41 lari faiz borcunun, ümumilikdə 795.652,70 lari borcun tutulmasını, tutmanın ASC-nin MMC ilə bağladığı 2014-cü il 10 oktyabr tarixli 042-330-14 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinə yönədilməsini xahiş etmişdir.
30. Bununla bağlı məhkəmə hesab etmişdir ki, SC-nin nizamnamə Kapitalının 100% həcmində payı ASC olsa da, hər ikisi ayrı-ayrı hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələbinə görə, təsisçi hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır.
31. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırda tutmanın yönəldilməsi tələbi irəli sürülmüş ipoteka predmetlərinin yüklülükdən azad edilməsi vəzifəsi ASCnin üzərinə qoyulmuş və həmin qərarlarla müəyyən edilmişdir ki, ASC-nin MMC-yə qarşı MM-in 489.1-ci maddəsinə əsasən reqres hüququ yaranmamış və kontr-qanat bank olan ASC-nin prinsipal MMC-dən reqres qaydasında tutulmasını tələb etdiyi qarantiya məbləğləri onun tərəfindən deyil, ayrı hüquqi şəxs olan qarant SC tərəfindən benefisiara ödənilmişdir.
32. Məhkəmə bu qənaətini MM-nin 478, 489.1-ci maddələrinə, MPM-nin 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
33. ƏSF həmin qətnamədən 2020-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd olunan halları araşdırmamış, qətnamə qəbul edərkən bu hallara münasibət bildirməmiş, həmçinin birinci instansiya mə hkəməsinin qeyd etdiyi halları və qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsində olduğu kimi işə düzgün hüquqi qiymət verməmiş, tərəflər arasındakı müqavilə və qanunvericiliyin müddəalarına əhəmiyyət verməmiş, əvvəlki məhkəmə qətnamələrinə əsaslanmış, bu qətnamələrin qanuni qüvvəyə minməsini və sözügedən əmlakların ipotekadan azad edilməsini əsas gətirərək, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmiş, ASC ilə MMC arasında bağlanmış qarantiya müqaviləsinə əsasən yaranmış ümumilikdə 795.652,70 lari məbləğində kredit borcunun olmasına heç bir münasibət bildirməmişdir.
35. Kassasiya şikayəti MPM-nin 405, 417.1. 4, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
36. MMC kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını yuxarıda § 20-də göstərilən hallarla əsaslandırmış, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdi.
38. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız ol duğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellya siya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərində n əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlaya n (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə
272. Girov saxlayan (ipoteka saxlayan) Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir.” “Maddə
307. İpoteka müqaviləsi 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə a lınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vur ulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törə də biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.” “Maddə
479. Prinsipialın öhdəliy inin qarantiya ilə təmin edilməsi 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.” “Maddə
489. Qarantın prinsipiala qarşı reqres tələbləri 489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
43. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halla rın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehti yacı yoxdur.... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsa slandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” 44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvaf iq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə 4.İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılm ası, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Maddə
5. İpoteka saxlayanın əlavə xərclərinin ipoteka ilə təmin edilməsi İpoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Maddə 6.İpoteka predmeti 6.1. İpoteka pred meti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər....”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) 2016-cı il “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir: “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmas ını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il tarixli Qərarı).” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §34) isə əsassız hesab edir.
47. MM-in 478, 479 və 489.1-ci maddələrindən (bax yuxarıda §42) aydın olur ki, qarantiya müqaviləsi üzrə prinsipalın qarant qarşısında borcu iki əsasla yarana bilər: 1) qarantiya verilməsinə görə şərtləşdiri lmiş muzdun prinsipal tərəfindən qaranta ödənilməməsi; 2) qarantın qarantiya ilə icrası təmin olunmuş əsas öhdəlik(lər) üzrə benefisiara ödədiyi məbləğlərin prinsipal tərəfindən qaytarılmaması.
48. Hazırkı iş üzrə qarantiya verilməsinə görə şərtləşdirilmiş muzd qarantiya müqaviləsinin 3cü bəndinə görə, qarantiya məbləğinin 4 faizini təşkil edir. Muzdla bağlı MMC-nin ASC qarşısında hər hansı borcunun yarandığı iddia ərizəsində və digər sənədlərdə, o cümlədən apellyasiya və kassasiya şikayətlərində ayrıca əsaslandırılmamış, mövcud borcun məbləği ümumilikdə göstərilmişdir.
49. Belə olan vəziyyətdə iddiaçının ayrıca əsaslandırmadığı borcla bağlı məhkəmələrin ayrıca münasibət bildirməsi də mümkünsüzdür. Belə ki, MPM-nin 217.3, 217.4 və 218.3-cü maddələrinin (bax yuxarıda § 43) tələblərinə gör ə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır.
50. Hazırkı iş üzrə qarantın qarantiya ilə icrası təmin olunmuş əsas öhdəlik(lər) üzrə benefisiara ödədiyi məbləğlər üzrə borca gəldikdə isə, belə borcun mövcud olmadığı eyni tərəflər arasında əvvəllər yaranmış mübahisə ilə əlaqədar çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq müəyyən olunmuşdur. Belə ki, həmin qərarlardan görünür ki, ASC-nin MMC-yə qarşı MM-in 489.1-ci maddəsinə əsasən reqres hüququ yaranmamış və kontr-qanat bank olan ASC-nin prinsipal MMC-dən reqres qaydasında tutulmasını tələb etdiyi qarantiya məbləğləri onun tərəfindən deyil, ayrı hüquqi şəxs olan qarant SC tərəfindən benefisiara ödənilmişdir (həmin hallar hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır).
51. Bunun nəticəsidir ki, hazırkı iş üzrə tutmanın yönəldiləməsi tələb edilən əmlaklar əvvəlki iş üzrə qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq ipotekadan çıxarılmışdır.
52. MPM-nin 82.3-cü və 233.3-cü maddələrində (bax yuxarıda § 43) təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Preyudisial faktlarla bağlı KMP də öz hüquqi mövqeyini formalaşdırmışdır (bax yuxarıda § 45). Həmin mövqeyə görə, məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olan preyudisiallıq və preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə, sübutetmə prosesinin sadələşdirilməsinə, işlərə baxılması müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
54. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini rədd edərkən apellyasiya instansiya məhkəməsi mahiyyət baxımından düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv olunmasına əsas verən hüquq pozuntusuna yol verməmişdir.
55. Şərh olunanlara və xxxx-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.