Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh firmasına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdeh firmasının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Firmasına (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və ’’xxx ” LTD üçüncü şəxslər olmaqla) qarşı Cavabdeh Firmasından Subpodrat müqavilələri üzrə yaranmış əsas borc 210.000 manat, p ulun vaxtında ödənilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq cərimə 21.000 manat, boşdayanmaya görə 12.789 manat 60 qəpik, cəmi 243.789 manat 60 qəpik pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair ilkin iddia, Cavabdeh Firmasının ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı cavabdeh İddiaçı MMC-dən Subpodrat müqavilələri üzrə görülən işlərlə əlaqədar Cavabdeh Firması tərəfindən artıq ödənilən 362.118 manat pul vəsaitinin və 65.118 manat 24 qəpik ƏDV-nin, cəmi 427.299 manat 24 qəpik pul vəsaitinin geri qaytarılması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-340/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 19 mart 2018-ci il tarixdə, a çıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC (müqavilə üzrə “subpodratçı”) ilə Cavabdeh Firması (müqavilə üzrə podratçı”) arasında bağlanmış 19.06.2014-ci il tarixli AT-P-01/14 saylı, 02.10.2014-cü il tarixli AT-P-04/014 saylı subpodrat müqavilələrinə və 14.07.2015-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC həmin müqavilələrə uyğun olaraq və layihə sənədləri əsasında podratçının xxx qəsəbəsində tərsanə slipinin tikintisində qaya süxurundan ibarət dəniz dibinin dərinləşdirilməsi, qırmadaş layının tökülməsi və hamarlanması, qazma doldurma svayların və rostverklərin tikintisi işlərinin həyata keçirilməsini, subpodratçı isə bu işlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 19.06.2014-ci il tarixli AT-P-01/14 saylı Subpodrat müqa viləsi üzrə görüləcək işlərin dəyəri (ƏDV-siz) 1.197.380,00 manat, 02.10.2014-cü il tarixli AT-P-4/014saylı subpodrat müqaviləsi üzrə isə 145.285,97 manat (ƏDV-siz) müəyyən edilmişdir. 19.06.2014-cü il tarixli AT-P-01/14 saylı subpodrat müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə tərəflərin qarşılıqlı razılığı əsasında müvafiq olaraq 25.12.2014-cü il tarixli 1 nömrəli, 26.02.2015-ci il tarixli 2 nömrəli, 17.03.2015-ci il tarixli 3 nömrəli, 10.04.2015-ci il tarixli 4 nömrəli, 08.06.2015-ci il tarixli 5 nömrəli, 25.06.2015-ci il tarixli 6 nömrəli, 21.07.2015-ci il tarixli 7 nömrəli əlavələr; 02.10.2014 tarixli AT-P-04/014 saylı subpodrat müqaviləsinə 16.03.2015-ci il tarixli 1 nömrəli, 08.07.2015-ci il tarixli 2 nömrəli əlavələr edilmiş, əlavə razılaşmalarda görüləcək iş həcmi və d əyəri artırılmışdır. Həmin əlavə razılaşmalarda qeyd edilmişdir ki, əlavə razılaşma subpodrat müqaviləsinin ayrılmaz hissəsi sayılır və hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir. İddiaçı MMC (mətndə bundan sonra - iddiaçı) Cavabdeh Firmasına qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və “xxx ” LTD) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilələr üzrə yaranmış ƏDV daxil olmaqla 397.990 manat 97 qəpik əsas borcun, pulun vaxtında ödənilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq 107.495 manat 24 qəpik cərimənin, cəmi 605.486 manat 21 qəpik pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin həcminin aza ldılması barədə ərizə təqdim edərək, Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi üzrə iş həcmlərinin AT-P-01/014 saylı subpodrat müqaviləsinə 21.07.2015-ci il tarixli 07 nömrəli əlavə razılaşmaya əsasən 140.000 manat, demobilizasiya işlərinin aparılması ilə əlaqədar 75.000 manat, 10 % cərimə olmaqla cəmi 231.000 manat, həmçinin boşdayanmalar üzrə 9.592,2 və 3.197,4 manat olmaqla, ümumilikdə 243.789,6 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (müqavilə üzrə subpodratçı) ilə Cavabdeh Firması (müqavilə üzrə “podratçı”) arasında bağlanmış 19.06.2014-ci il tarixli AT-P-01/14 saylı, 02.10.2014-cü il tarixli AT-P-04/014 saylı subpodrat müqavilələrinə və 14.07.2015-ci il tarixli icarə m üqaviləsinə əsasən İddiaçı MMC həmin müqavilələrə uyğun olaraq və layihə sənədləri əsasında podratçının xxx qəsəbəsində tərsanə slipinin tikintisində qaya süxurundan ibarət dəniz dibinin dərinləşdirilməsi, qırmadaş layının tökülməsi və hamarlanması, qazma doldurma svayların və rostverklərin tikintisi işlərinin həyata keçirilməsini, podratçı isə bu işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. 19.06.2014-cü il tarixli AT-P-01/14 saylı və 02.10.2014-cü il tarixli AT-P-04/014 saylı müqavilələrə tərəflərin qarşılıqlı razılığı əsasında 25.12.2014, 26.02.2015, 17.03.2015, 10.04.2015, 08.06.2015, 25.06.2015, 21.07.2015-ci il tarixli, 16.03.2015 və 08.07.2015-ci il tarixli əlavələr edilmiş və görüləcək işlərin həcmi və dəyəri artırılmışdır. Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olma yan) düzəldilməsi üzrə iş həcmləri AT-P01/014 saylı müqaviləyə 21.07.2015 tarixli 07 nömrəli əlavə razılaşmada əks edilmişdir. Əlavə razılaşmada qiymətlərin müzakirəsi nəticəsində iş həcmi 140.000 manat məbləğində müəyyən edilərək imzalanmışdır. Həmin iş 07.08.2015-ci il tarixində qurtarmış, lakin iş başa çatandan sonra cavabdeh bu işlərin bahalığını qeyd edərək müvafiq 2 saylı forma aktını təsdiq etməkdən imtina etmişdir. Demobilizasiya işlərinin aparılması üçün müqavilədə 75.000 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuş, lakin bu işlərin da yerinə yetirilməsinə baxmayaraq cavabdeh 2 saylı formanı təsdiq etməmişdir. Bu problem boşdayanmalar üzrə ümumi məbləği 9.592,2 və 3.197,4 manat (ƏDV-siz) olan Forma 2-lərə də aiddir. AT-P-01/014 müqaviləsinin 2.4-cü bəndinə əsasən, Forma -2 aktları üç gün ərzində təsdiqlənmədikdə, iş qəbul olunmuş sayılır. AT-P-01/014 müqaviləsinin təsdiqlənməmiş Forma 2-lər üzrə əsas məbləğ və ƏDV müvafiq olaraq 227.789,6 və 41.002,13 manat təşkil edir. Qeyd olunan AT-P-01/014 saylı müqavilə üzrə yerinə yetirilən işlərin ümumi dəyəri, təsdiq edilmiş Forma-2 aktlarına əsasən 1.851.375,31 (ƏDV-siz) manat təşkil edir. Həmin məbləğdən 54.375,31 manat 11.11.2015-ci il tarixində ödənilmişdir. Yuxarıda qeyd olunan işlərə görə 140.000 manat və texnikaların demobilizasiya işlərinə görə 75.000 manat məbləğ ödənilməmişdir. Bütün bunları nəzərə alaraq, 01.07.2015-ci il tarixdən müqavilə məbləğindən 10% cərimə hesablanmışdır ki, bu da 21.000 manat təşkil edir. Cavabdeh Firması ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı cavabdeh İddiaçı MMC-dən subpodrat müqavilələri üzrə görülən işlərlə əlaqədar Cavabdeh Firması tərəfindən artıq ödənilən 362.118 manat məbləğində pul vəsaitinin və 65.118,24 manat ƏDV-nin, cəmi 427.299,24 manat pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2-2(82)-11/2018 saylı qətnaməsi ilə (hakim: İ.H.Bayramova) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasından 231.000 manat pul vəsaiti və 30 manat dövlət rüsumu, cəmi 231.030 manat tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilməsi qərara alınmış, qarşılıqlı iddia tam, ilkin iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, 140.000 manat və 75.000 manat dəyərində işlərin görülməsinə dair ilkin iddia üzrə cavabdeh tərəfindən təsdiq edilməmiş Forma-2 aktları hüquqi sənəddir və həmin Forma 2 aktları üzrə pulun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Həmçinin, cərimə müqavilə şərtlərinə uyğun olduğundan və pul vaxtında ödənilmədiyindən cərimə barədə də iddia əsaslıdır. Məhkəmə həmçinin İddiaçı MMC-nin boşdayanmaya görə iddia tələbini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı bu barədə iddia tələbini əsaslandırmamış, boşdayanmanın hansı müddətləri əhatə etdiyini, boşdayanmanın səbəbləri, boşdayanmada cavabdehin təqsirinin olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıq iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh Firması həmin iddia üzrə cavabdeh İddiaçı MMCnin Forma-2 aktlarında özbaşına olaraq iş həcmlərini artırması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Qətnamə ilə razı olmayan Cavabdeh Firması apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-340/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: K.N.Abiyeva və V.M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2-2(82)-11/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apell yasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-340/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh Firması sifarişçi “xxx ” LTD ilə bağladığı müqaviləyə əsasən İddiaçı MMC ilə 19.06.2014-cü il tarixli AT-P-01/014 nömrəli, 02.10.2014-cü il tarixli AT-P-04/014 subpodrat müqavilələri və 14.07.2015-ci il tarixli icarə müqaviləsi bağlamışdır. “İddiaçı" MMC həmin müqavilələrə uyğun olaraq və layihə sənədləri əsasında xxx qəsəbəsində tərsanə slipinin tikintisində qaya süxurundan ibarət dəniz dibinin dərinləşdirilməsi, qırmadaş layının tökülməsi və hamarlanması, KP-70 rels yolu metal qurğusunu quraşdırmağı üzərinə götürmüş, “Cavabdeh" Firması isə layihə sənədləri əsasında görülən həmin işlərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Əsas müqavilələrə tərəflərin razılığı əsasında əlavələr edilmiş və görüləcək işlərin həcmi və dəyəri artırlımışdır. Subpodrat müqavilələrin 4.1.1-ci bəndində göstərilmişdir ki, bütün işlər sırf layihə sənədləri əsasında icra edilməlidir. Lakin İddiaçı MMC həmin işləri layihə sənədlərindən kənara çıxaraq qismən icra etmişdir. Müqavilədə nəzərdə tutulan rels yolu metal qurğusu onlar tərəfindən deyil, İsrail şirkəti tərəfindən sahildə quraşdırılmışdır. Lakin İddiaçı MMCnin layihə sənədlərində işin həcmi 2851,3 kub.metr göstərilsə də, iş həcmi artır ılaraq guya 4429,5 kub.metr iş görüldüyü bildirilməklə layihə sənədlərindən kənara çıxılaraq Forma-2 aktında işin həcmi 1578,3 kub.metr çox göstərılmişdir. Halbuki, görülən işlər Respublika əhəmiyyətli olduğundan həmin layihə sənədləri müvafiq Elmi-Tədqiqat İnstitutları tərəfindən ciddi və dəqiq hesablamalar aparılmaqla təsdiq edilmişdir. Layihəni təsdiq edən həmin vəzifəli şəxslərin rəsmi razılığı olmadan layihədən kənara çıxılması yolverilməz olmaqla yanaşı subpodratçıya məsuliyyət yaradır. Buna baxmayaraq, İddiaçı MMC gördüyü işlərin dəyərini artıq hesablayaraq Cavabdeh Firmasından (1 kub.m. 229.45 manatdır) 362.118 manat və 65.181,24 manat ƏDV cəmi 427.299,24 manat əlavə vəsait almışdır. Həmin işlərin müəyyən olunmuş müddətdə icra edilərək təhvil verilməsinə ciddi nəzarət edildiyindən subpodratçının bütün tələbləri yerinə yetirilmiş və istədikləri vəsait dərhal ödənilmişdir. Sonradan qarşılıqlı hesablamalar aparılarkən müəyyən olunmuşdur ki, subpodratçı İddiaçı MMC podratçı Cavabdeh Firmasından artıq vəsait almışdır. Ona görə də Cavabdeh Firması həmin Forma-2 aktını imzalamaqdan imtina etmiş, bu barədə İddiaçı MMC-yə rəsmi məlumat verilmişdir. Eyni zamanda İddiaçı MMC-yə elektron poçt vasitəsilə müraciət edilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunsa da, həmin məbləği qaytarmamaq məqsədilə Cavabdeh Firmasına qarşı əvvəlcə cəmi 807.072,76 manat, sonrakı iddia ərizəsində 605.486,21 manat, məhkəmə zamanı isə cəmi 243.789 manat 60 qəpik əsası olmayan tələblər irəli sürmüşlər. Kassator bildirir ki, həmin vəsaitin ödənilməsi Elmi-Tədqiqat İnstitutları tərə findən dəqiq hesablamalar nəticəsində tərtib olunan layihə sənədlərindən kənara çıxılmasının təsdiq olunması kimi qiymətləndirilməklə bərabər, podratçı tərəfindən sifarişçinin tapşırığının lazımi qaydada yerinə yetirilməməsi kimi müəyyən oluna bilər. Daha sonra şikayətdə qeyd edilir ki, İddiaçı MMC rəsmi razılıq olmadan layihə sənədlərindən kənara çıxmamışdır, yalnız artıq vəsait əldə etmək məqsədilə gördüyü işin həcmini artırmışdır. Lakin işin həcminin və dəyərinin artırılması layihə sənədlərindən kənara çıxılmasını nəzərdə tutmur. Digər tərəfdən, tərəflər arasında müqavilədə nəzərdə tutulan görüləcək işlər lazımi qaydada müqaviləyə uyğun icra edildikdən sonra qarşılıqlı hesablamaya uyğun görülən işin dəyəri ödənilməlidir. Əgər müqavilə tərəflər arasında imzalanmış olsa belə, nəzərdə tutu lmuş işlər lazımi qaydada icra edilməmişdirsə, həmin müqavilənin olmasını əsas tutaraq görülməyən işlərin dəyərinin ödənilməsi yolverilməzdir. Həmçinin, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 20 noyabr 2017ci il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh Firması ilə İddiaçı MMC arasında bağlanmış subpodrat müqaviləsi üzrə subpodratçıya təqdim edilmiş layihə sənədlərinə əsasən xxx qəsəbəsində tərsanə slipinin tikintisində slipin səthinə 2819.1 kubmetr qırmadaş-qum layının tökülməsi və hamarlanması işlərinin həyata keçirilməsi nəzərdə tutulduğu müəyyən edilmişdir. xxx qəsəbəsində tərsanə slipinin tikintisində slipin səthinə qırmadaş-qum layının tökülməsi və hamarlanması işlərinin həyata keçirilməsi zamanı normativ sə nədlərə əsasən artırmalara yol verilə bilən hədd layihə sənədləri hazırlanarkən müəyyən edilir ki, bu da iş materiallarına əlavə edilmiş layihə sənədlərində öz əksini tapmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən layihə sənədlərinə mail hissə və KP 7070 rels yolu ilə birlikdə slipin ümumi uzunluğunun 132.1 metr olduğu müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, xxx qəsəbəsində tərsanə slipinin Tikintisinə baxış keçirilməsi mümkün olmadığından Cavabdeh firması tərəfindən təsdiq edilməmiş 2 saylı formalarda göstərilən işlərin İddiaçı MMC tərəfindən görülüb-görülməməsini və İddiaçı MMC tərəfindən slipin tikintisinə faktiki sərf olunmuş çaydaşının və çınqılın, həmçinin slipin geometrik ölçüləri və normativ sənədlərdə nəzərdə tutulan sərfiyyat normaları, həmçinin su di binin dərinləşdirilməsi işləri aparılarkən normativlər üzrə layihədən kənara çıxma hallarının nəzərdə tutulduğu, eləcə də tikinti işlərinin gedişində su dibinin dərinləşdirilməsi layihəsində dəyişikliklərin edilməsi, çaydaşının və çınqılın tökülmə hündürlüyü və slipin üst hissəsinin hamarlaşdırılması işlərinin həyata keçirilməsi nəzərə alınmaqla hesablanan material həcmini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə keçirilmiş ekspertiza rəyini əsas götürsə də, qeyd olunanlara əhəmiyyət verməyərək iddiaçının mülahizəsinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Şikayətdə daha sonra qeyd edilir ki, iddiaçıdan 4429.5 kub. metr qırmadaş çınqılının gətirilməsinə dair qaimə sənədləri təqdim edilməsi tələb edilsə də, həmin sənədlər təqdim edilməmişdir. Bu sənədlərin təqdim edilməməsi bi r daha təsdiq edir ki, qeyd olunan 4429.5 kub. metr iş görülməmiş və işin həcmi süni olaraq artırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh firmasının nümayəndələri məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-ni n 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və q anuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas p rinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş ü zrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bununla bağlı olaraq məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İşdən görünür ki, ilkin iddiada aşağıdakı tələblər irəli sürülmüşdür:
1. AT-P-01/014 saylı müqaviləyə 21.07.2015-ci il tarixli 07 nömrəli əlavə razılaşmaya əsasən Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi işlərinin görülməsi ilə əlaqədar 140.000 manat; 2. demobilizasiya işlərinin aparılması ilə əlaqədar 75.000 manat; 3. ödənişin gecikdirilməsinə görə 10 faiz, yəni 21.000 manat cərimə; 4. boşdayanmalar üzrə 9.592,2 və 3.197,4 manat pulun cavabdehdən tutulması. Məhkəmə kollegiyası qeyd edir ki, 4-cü tələb birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, ilkin iddiaçı həmin hissədə qətnaməni mübahisələndirməmişdir. 1-ci tələbə münasibətdə iddiaçı iddia edir ki, müqaviləyə əlavə razılaşma imzalandıqdan sonra Qırmadaş təpəsinin sonuncu hissəsinin (meyl və plitə olmayan) düzəldilməsi işləri görülsə də, qarşı tərəf heç bir səbəb göstərmədən bu işlərin görülməsinə dair Forma -2 aktıni təsdiq etməmişdir. Müqavilə şərtlərinə görə isə, bu halda akt təsdiq eidlmiş sayılır və dəyəri ödənilməlidir. Cavabdeh isə qarşılıqlı iddia tələbində və kassasiya şikayətində iddia edir ki, İddiaçı MMC-nin layihə sənədlərində işin həcmi 2851,3 kub.me tr göstərilsə də, iş həcmi artırılaraq guya 4429,5 kub.metr iş görüldüyü bildirilməklə layihə sənədlərindən kənara çıxılaraq Forma-2 aktında işin həcmi 1578,3 kub.metr çox göstərilmişdir. Halbuki, görülən işlər Respublika əhəmiyyətli olduğundan həmin layihə sənədləri müvafiq Elmi-Tədqiqat İnstitutları tərəfindən ciddi və dəqiq hesablamalar aparılmaqla təsdiq edilmişdir. Layihəni təsdiq edən həmin vəzifəli şəxslərin rəsmi razılığı olmadan layihədən kənara çıxılması yolverilməz olmaqla yanaşı, subpodratçıya məsuliyyət yaradır. Buna baxmayaraq, İddiaçı MMC gördüyü işlərin dəyərini artıq hesablayaraq Cavabdeh firmasından (1 kub.m. 229.45 manatdır) 362.118 manat və 65.181,24 manat ƏDV, cəmi 427.299,24 manat əlavə vəsait almışdır. Məhz bu səbəbdən onlar tərəfindən Forma-2 aktı imzalanmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halların, o cümlədən podrat müqaviləsi üzrə görülən işin həcminin, layihədən kənara çıxmaların olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin etsə də, ekspertiza tədqiqatı natamam keçirilmiş və ekspertin qarşısına qoyulmuş suallar tam cavablandırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tikinti ekspertizasının 20.11.2017-ci il tarixli 12806/12825 saylı rəyində qeyd edilir ki, xxx qəsəbəsində tərsanə slipinin tikintisinə baxış keçirilməsi mümkün olmadığından “Cavabdeh firması tərəfindən təsdiq edilməmiş 2 saylı formalarda göstərilən işlərin İddiaçı MMC tərəfindən görülübgörülməməsini və İddiaçı MMC tərəfindən slipin tikintisinə faktiki sərf olunmuş çaydaşının və çınqılın, həmçinin slipin geometrik ölçüləri və normativ sənədlərdə nəzərdə tutulan sərfiyyat normaları, həmçinin su dibinin dərinləşdirilməsi işləri aparılarkən normativlər üzrə layihədən kənara çıxma hallarının nəzərdə tutulduğu, eləcə də tikinti işlərinin gedişində su dibinin dərinləşdirilməsi layihəsində dəyişikliklərin edilməsi, çaydaşının və çınqılın tökülmə hündürlüyü və slipin üst hissəsinin hamarlaşdırılması işlərinin həyata keçirilməsi nəzərə alınmaqla hesablanan material həcmini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəll ənin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə görə, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Göründüyü kimi, ekspertiza tə dqiqatı xxx qəsəbəsində inşa edilən tərsanə slipin tikintisi üzrə aparılsa da, tədqiqat obyektinə baxış keçirilmədən, iş materiallarına əsasən ekspert rəyi tərtib edilmişdir, bu isə rəydəki məlumatların real vəziyyəti nə dərəcədə əks etdirdiyini şübhə altına alır. Bundan əlavə, tədqiqat obyektinə baxış keçirilmədiyindən ekspertin qarşısına qoyulmuş bütün suallar, təsdiq edilməmiş Forma - 2 aktları üzrə həqiqətən də podrat işlərinin iddiaçı tərəfindən görülməsinin müəyyən edilməsi mümkün olmamışdır. Birtərəfli olaraq iddiaçı tərəfindən təsdiq edilmiş Forma - 2 aktları isə dəyərinin ödənilməsi tələb edilən işlərin həqiqətən də görülməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Odur ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə əlavə ekspertiza nın keçirilməsi və ekspert qarşısına qoyulmuş bütün sualların cavablandırılması təmin edilməlidir. Bununla da, apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən həmin vacib halları aydınlaşdırmamış, natamam ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, beləliklə də birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı saymaqla maddi və prosessual hüquq normalarını pozmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi təsdiq edilməmiş forma - 2 aktları üzrə 140.000 və 75.000 manat hissəsində və ödənişin gecikdirilməsinə görə 21.000 manat cərimə hissəsində iddia tələbini təmin etsə də, (140000+75000+21000=236000), qət etdi hissədə 231.000 manat məbləğində pulun tutulması qət edilmiş, apellyasiya qaydasında işə baxılarkən də, bu hala aydınlıq gətirilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbində podrat müqaviləsi üzrə forma - 2 aktlarında nəzərdə tutulan işlərin həcminin artırıldığı, əslində layihədən kənara çıxma olmadığı halda, iddiaçıya görülmüş işlərin dəyərindən artıq pul ödənildiyi bildirilsə də, işə baxan məhkəmələr qarşılıqlı iddia ilə bağlı heç bir araşdırma aparmadan iddianı rədd etmişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və ilkin iddia tələbinin əsaslı, qarşılıqlı iddianın əsassız olması barədə qənaətini əsaslandırmamışdır. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmas ının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquqi mövqeye görə, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sa dəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007ci il tarixli Qərarları). Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdi yi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. ( 217.1 və 217.3) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217-ci maddəsinin tələbləri çərçivəsində qəbul edilməmişdir. Ona görə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şərh olunanlara əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Nət icə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 418.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-340/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.