Məhkəmə qərarları › İş №2-2(102)-88/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-88/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-in Cavabdeh MMC-ə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçının vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tari xli 2-2(103)-449/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Ləğv prosesində olan “xxxx” ASC (bundan sonra-ASC) ilə “xxxx” MMC (bundan sonra-MMC) arasında üç ədəd kredit müqaviləsi imzalanmışdır.

2. Borc alan qismində X2 (bundan sonra-Z.Aslanov) şəxsində MMC ilə borc verən qismində ASC arasında 2012-ci il 28 dekabr tarixində bağlanmış 169/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 3.606.000 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.

3. ASC ilə Z.Aslanovun şəxsində MMC ara sında 2013-cü il 2 iyul tarixində bağlanmış 52K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 431.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.

4. ASC ilə Z.Aslanovun şəxsində MMC arasında 2013-cü il 3 iyul tarixində bağlanmış 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 224.000 manat məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarma ğı öhdəsinə götürmüşdür. 5. 2012-ci il 28 dekabr tarixli 169K/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 14 may tarixli 1 saylı əlavədən görünür ki, 2012-ci il 28 dekabr tarixli 169K/12 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin məbləği 80.000 manat artırılaraq 3.686.000 manatadək çatdırılmışdır. 6. 2013-cü il 3 iyul tarixli, 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə edilmiş 2013-cü il 3 iyul tarixli, 1 saylı əlavədən müəyyən olunur ki, 2013-cü il 3 iyul tarixli, 55 K/13 saylı bərpa olunan kredit xətti müqaviləsinin məbləğini 10.000 manat artırılaraq 234.000 manatadək çatdırılmışdır.

7. ASC tərəfindən verilmiş 2017-ci il 17 may tarixli maliyyə arayışından müəyyən olunur ki, MMC-in 2017-ci il 7 aprel tarixinə 2012-ci il 28 dek abr tarixli müqavilə üzrə 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə 718.337.20 manat, 2013-cü il 3 iyul tarixli müqavilə üzrə 389.792 manat, 2014-cü il 11 mart tarixli müqavilə üzrə 657.375 manat məbləğində borcu vardır. 8. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 201(81)1404/2016 saylı qərarı ilə ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin edilmişdir. 9. 2016-cı il 25 oktyabr tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində “xxxx” MMC yenidən təşkil olunmuş və MMC-in hüquqi varisi olmuşdur.

10. ASC tərəfindən 2017-ci il 10 may tarixində Cavabdeh MMC-ə pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, 2012-ci il 28 dekabr tarixli, 169K/12 saylı müqavilə üzrə cəmi 5.741.786.60 manat, 2013-cü il 2 iyul tarixli müqavilə üzrə cəmi 718,337.20 manat və 2014-cü il 11 mart tarixli, 41/14 saylı müqavilə üzrə cəmi 657.375 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ASC Cavabdeh MMC-ə qarşı cavabdehdən ASC-in xeyrinə 169K/12 nömrəli, 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.685.600 manat, faiz borcu üzrə 2.039.294.24 manat və cərimə borcu üzrə 16.892.36 manat, cəmi 5.741.786.60 manat, 52K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 431.000 manat, faiz borcu üzrə 259.561.24 manat, cərimə borcu üzrə 27.775.96 manat, cəmi 718.337.20 manat, 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 234.000 manat, faiz borcu üzrə 140.816 manat, cərimə borcu üzrə 14.976 manat, cəmi 389.792 manat, 41/14 nömrəli, 2014-cü il 11 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 207.375 manat, cəmi 657.375 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidməti haqqının tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-in Müştərilərə Xidmət Departamenti ilə cavabdeh MMC (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Reyestrinin Çıxarışına əsasən Cavabdeh MMC 2016-cı il 25 oktyabr tarixindən MMC-in hüquqi varisi təyin edilmişdir. Bu səbəbdən bundan sonra cavabdeh-Cavabdeh MMC) arasında bağlanmış 169K/12 nömrəli, 2012-ci il 28 dekabr tarixli təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının-maliyyələşdirilməsi üçün illik 15 %-lə, 12 ay müddətinə 3.686.000 manat, 52K/13 nömrəli, 2013-cü 2 iyul tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 12 ay müddətinə 431.000 manat, 55K/13 nömrəli, 2013-cü il 3 iyul tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 12 ay müddətinə 224.000 manat, 41/14 nömrəli, 2014cü il 11 mart tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 15%-lə, 36 ay müddətinə 450.000 manat məbləğində kredit verilmişdir. 2013-cü il 14 may tarixində 169K/12 nömrəli kredit müqaviləsinin məbləği 80.000 manat artırılaraq 3.686.000 manata, 2013-cü il 3 iyul tarixində 55K/13 nömrəli kredit müqaviləsinin məbləği 10.000 manata artırılaraq 234.000 manata çatdırılmışdır. Cavabdeh kredit müqaviləsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdeh "Cav abdeh" MMC-ə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qətnaməsi ilə iddiaçı ASC-in Cavabdeh MMC-ə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia rədd olunmuş, ASC-dən 80 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir (hakim-H.Babayeva).

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2017- ci il 26 sentyabr tarixli, 21888 saylı ekspert rəyindən müəyyən olunur ki, 2013-cü il 3 iyul tarixli 55K/13 nömrəli, 2013-cü il 2 iyul tarixli 52K/13 nömrəli təminatsız bərpa olunan kredit xətti müqavilələrindəki, 2012-ci il 28 dekabr tarixli 169K/12 nömrəli təminatsız bərpa olunmayan kredit xətti müqaviləsindəki borcalan qrafasının qarşısındakı imzalar və 4-cü səhifədə MMC-in direktoru adından “X3” qrafasının altındakı imza faksimile klişe vasitəsilə əks olunub. 2012-ci il 28 dekabr tarixli 169K/12 nömrəli müqaviləyə 2013-cü il 14 may tarixli 1 saylı əlavədə MMC-in direktoru adından “X3” qrafasının altındakı imza birbaşa qələm vasitəsilə icra olunub. 2013-cü il 3 iyul tarixli 55K/13 nömrəli müqaviləyə 2013-cü il 3 iyul tarixli 1 saylı əlavədə MMC-in direktoru adından “X3” qrafasının altındakı imza faksimile klişe vasitəsilə əks olunub.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində tərəflər arasında bağlanmış 2014-cü i l 11 mart tarixli 41/14 saylı müqavilə üzrə cavabdehdən 450.000 manat əsas borc, 207.375 manat faiz borcunun tutulmasını tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, kredit müqaviləsini, həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ekspert rəyindən müəyyən olunur ki, mübahisələndirilən müqavilələrdə və 2013-cü il 3 iyul tarixli 55K/13 nömrəli müqaviləyə 2013-cü il 3 iyul tarixli 1 saylı əlavədə “Borc alan”, “X3” qrafalarındakı imzalar birbaşa deyil, faksimile klişe vasitəsilə icra edilmiş, yalnız 2012-ci il 28 dekabr tarixli 169K/12 nömrəli müqaviləyə 2013-cü il 14 may tarixli 1 saylı əlavədə MMC-in direktoru adından “X3” qrafasının altındakı imza birbaşa olaraq icra edilmişdir. İddiaçı cav abdehdən verilmiş kreditin qaytarılmasını tələb etsə də, tərəflər arasında kredit müqavilələrinin bağlanmasını, müqavilədə müəyyən edilən pul vəsaitlərinin borc alana kredit olaraq verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqdim olunan hər üç kredit müqaviləsində borc alan qrafasındakı imzalar isə cavabdeh təşkilatın rəhbəri tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsilə imza olunmuşdur.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 389, 390.1 və 407.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/ 2017 saylı xüsusi qərardadı ilə ASC-in, MMC-in və Cavabdeh MMC-in işçilərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193.2.1, 193.2.3, 195.2, 308.2, 313, 314-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, xüsusi qərardad həmin idarəyə daxil olduqdan sonra həmin idarə 10 gün müddətində ASC-in, MMC-in və “xxxx” MMC-in işçilərinin barəsində cinayət işinin başlanması barədə məsələni həll etsin və qəbul edilmiş qərarın surətini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və göstərilən hüquqi şəxslərə göndərsin.

18. İddiaçı 2019-cu il 27 sentyabr tarixində buraxılmış prosessu al müddətin bərpasına dair ərizə, 2019-cu il 1 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpa edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qərardadı ilə iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müddətin bərpa olunması barədə ərizə rədd edilmişdir. 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 noyabr tarixli, 2-2(82)- 545/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)-545/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 dekabr tarixli, 2-2(103)-900/2019 saylı qərardadı ilə iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli 2-2(82)-545/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(102)-82/2020 saylı qərarı ilə iddiaçı ASC-in kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 dekabr tarixli qərardadı ləğv olunmuş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 iyun tarixli, 2-2(103)-368/2020 saylı qərardadı ilə ASC tərəfindən verilmiş şikayət təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 oktyabr tarixli, 2-2(82)-545/2017 saylı qərardadı ləğv edilmiş, iddiaçı ASC-in müddətin bərpası barədə ərizəsi təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qətnaməsindən ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir.

24. Cavabdeh MMC apellyasiya şikayətinə etiraz verərək iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2017-ci il 19 oktyabr tarixli, 2-2(82)545/2017 saylı qətnaməsinin dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, e-2-2(103)-449/2020 saylı qətnaməsi ilə iddiaçı ASC-in apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 22(82)-545/2017 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, Cavabdeh MMCdən iddiaçı ASC-nin xeyrinə: - 169K/12 №-li 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən 3.685.600 manat əsas borc, 552.840 manat faiz borcu, 16.892,36 manat cərimə borcu - cəmi, 4.255.332,38 manat; - 52K/13 №-li, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 431.000 manat əsas borc, 68.960 manat faiz borcu, 27.775,96 manat cərimə borcu cəmi, 527.735,96 manat; - 55K/13 №-li, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən 234.000 manat əsas borc, 37.400 manat faiz borcu, 14.976 manat cərimə borcu - cəmi, 286.376 manat; - iddianın verilməsinə görə çəkilmiş məhkəmə məsrəflərinə görə 21 manat pul tutulmuş, iddia qalan hissələrində təmin edilməmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər üç kredit müqaviləsinin “faksimile klişe”dən istifadə olunmaqla imzalandığını qəbul etsə də, həmin “faksimile klişe”də əks olunmuş imzanın borc alan hüquq şəxsin rəhbəri (direktoru) Z.Aslanova məxsusluğu və bunun onun özü tərəfindən MMC-in hüquqi şəxs kimi statusunu təsdiq edən elementi olan dairəvi möhürü ilə təsdiq edilməsinə qətiyy ən diqqət yetirməmiş, buna hüquqi qiymət verməmişdir. 2013-cü il 2 iyul tarixli, 52K/13 №-li kredit müqaviləsi, habelə, 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqaviləsi və həmin müqaviləyə 2013-cü il 3 iyul tarixli 1 saylı Əlavədə borc alanın adıçəkilən rəhbərinin “faksimile klişe” imza qoyulmaqla müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Həmin möhürün həqiqiliyi, yəni borc alan müəssisəyə məxsus olması isə işin mübahisələndirilməyən halıdır.

27. Bu məhkəmə daha sonra vurğulamışdır ki, ekspert rəyi ilə 2012-ci il 28 dekabr tarixli 169K/12 №-li kredit müqaviləsinə 2013-cü il 14 may tarixli 1 saylı Əlavə üzrə 3.686.000 manat məbləğində kreditin borc alana təqdim olunduğu işdə olan və hazırki mərhələdə məhkəməyə təqdim olunmuş - cavabdehə məxsus bank hesabından çıxarışda təs bit olunan məlumatlara əsasən və BOA 097901 №-li və BOA 09703 №-li çeklərlə də təsdiq olunur. İddiaçının işdə olan 2017-ci il 7 aprel tarixli maliyyə arayışına əsasən məlum olur ki, hətta borc alan tərəfindən 1.000 manata yaxın ödəniş də olunmuş və həmin ödəniş onun əsas borcuna aid edilmişdir. İşə əlavə olunmuş iddiaçıya məxsus hesabdan çıxarışdan da görünür ki, 2013-cü il 2 iyul tarixli, 52K/13 №- li kredit müqaviləsi üzrə 431.000 manat, 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqaviləsi və ona 1 saylı Əlavə ilə 234.000 manat məbləğləri müvafiq olaraq BOA 97903 №-li və BOA 97904 №-li çeklərlə borc alana ödənilmişdir. Beləliklə, birinci üç kredit müqaviləsi üzrə iddiaçı bank tərəfindən cavabdehə (hüquq sələfinə) həmin müqavilələrdə təsbit olunan kredit məbləğlərinin verildiyi öz təs diqini tapır. 2017-ci il 17 may tarixli maliyyə arayışlarına və 73-cü vərəqindəki hesabdan çıxarışa (əsli ilə düz olan nüsxəsi hazırkı mərhələdə məhkəməyə təqdim olunmuşdur) və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, birinci kredit müqaviləsi üzrə borc alanın əsas borcundan 1.000 manat məbləğində qismən ödənişi istisna olmaqla, onun tərəfindən həmin müqavilələr üzrə nə əsas, nə də ki faiz borcundan heç bir ödəniş həyata keçirilməmişdir.

28. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, 169K/12 saylı birinci müqavilə üzrə ödənilməyən 3.685.600,00 manat əsas borcu, illik 15% hesablanan 2.039.294,24 manat faiz borcu vardır. Lakin qeyd olunan əsas borc məbləği işin hallarına uyğun olsa da, cavabdehə hesablanan 2.039.294,24 manat məbləğində faiz borcu 12 aylıq mü qavilə müddətinə uyğun sayıla bilməz, çünki bank müqavilə müddəti bitdikdən sonra da faizləri hesablamada davam etmişdir. Belə olan halda, 3.685.600 manat əsas borc məbləğindən hesablanan illik 15% hesablanan faiz borcu 552.840 manat təşkil etmiş olur. Həmin müqavilə üzrə borcun ödənilməsinin müqavilə müddəti bitdikdən sonra ödəmənin gecikdirilməsinə görə borc alana 16.892,36 manat məbləğində cərimənin hesablanması müqavilə şərtinə uyğun hesab edilməlidir. Həmin müqavilə üzrə cavabdehin hazırki mərhələdə iştirak edən nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin keçməsi ilə əlaqədər iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə hazırki mərhələdə onun ərizəsi nəzərə alınmaqla iddia müddəti tətbiq olunma bilməz. Çünki iş materiallarından görünür ki, birinci instans iya məhkəməsində işə baxılarkən cavabdehin səlahiyyətli nümayəndəsi (Nümayəndə Asif oğlu) işə baxılmasında iştirak etmiş, etirazını da məhkəməyə təqdim etmiş, lakin iddia müddətinin keçməsi onun tərəfindən mübahisələndirilməmişdir. 52K/13 №-li ikinci müqavilə üzrə qeyd olunan 2017-ci il 17 may tarixli maliyyə arayışına əsasən isə ödənilməyən əsas borcu 431.000 manat, illik 16% hesablanan faiz borcu isə 259.561,24 manat təşkil edir. Həmin müqavilə üzrə də illik faiz borcunun da iddiaçı tərəfindən hesablanan məbləği 12 aylıq müqavilə müddətinə uyğunluğundan söhbət gedə bilməz. Çünki, heç bir ödəniş olmadığı təqdirdə 431.000 manat əsas borcdan hesablanan 16% məbləği 68.960 manat təşkil edir. Həmin müqavilə üzrə borc alan 27.775,96 manat cərimə hesablanması işin hallarına uyğun hesab edilməlid ir. Bundan əlavə 55K/13 №-li üçüncü müqavilə üzrə kredit müqaviləsi və ona edilən 1 saylı Əlavə üzrə isə bankın 2017-ci il 17 may tarixli maliyyə arayışı üzrə cəmi 234.000 manat əsas borcu və 140.816 manat faiz borcu və 14.976 manat cərimə borcu təsbit olunmuşdur. Məhkəmə kollegiyası həmin müqavilə üzrə hesablanmış faiz borcu ilə də razılaşmır. Çünki 234.000 manat əsas borcundan heç bir ödəniş icra olunmadığı halda, həmin məbləğin 12 ay müqavilə müddətinə hesablanmış illik 16%-i 37.400 manat təşkil edir. Cərimə məbləğinə gəldikdə isə 14.976 manat məbləğində cərimə həmin müqavilənin 5.2-5.3-cü bəndlərinə uyğun hesablana biləcək cərimə məbləğindən əhəmiyyətli dərəcədə azdır. İddiaçının 41/14 №-li, 2014-cü il 11 mart tarixli dördüncü kredit müqaviləsi ilə bağlı borc tələbinə gəldikdə isə sö zügedən kredit müqaviləsi nə birinci, nə də ki hazırki mərhələdə (məhkəmənin təklifinə baxmayaraq) məhkəməyə təqdim olunmamışdır. Müqavilə mövcud olmadığı, həm də cavabdeh tərəfindən qəbul olunmadığı halda isə həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlərin mövcudluğundan söhbət gedə bilməz.

29. Məhkəmə bu qənaitini Mülki Məcəllənin 351.3, 449, 739, 741-ci maddələrinə, MPMin 77.1, 119.1, 385.1.1-385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 11 sentyabr tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 3 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

31. İddiaçı qətnamənin qismən ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını x ahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) iddiaçının kassasiya şikayətinin dəlilləri

32. Məhkəmə hər üç müqavilədə iddia tələbi üzrə faiz məbləğini təmin edərkən heç bir əsas olmadan həmin məbləği müstəqil şəkildə hesablayaraq azaltmış, bank tərəfindən verilmiş maliyyə arayışları, hesabdan çıxarış və digər sübutlara isə heç bir əhəmiyyət verməmişdir.

33. Məhkəmə bankın iddia tələbini 2014-cü il 11 mart tarixli, 41/14 nömrəli dördüncü kredit müqaviləsinə münasibətdə isə təmin etməmişdir, səbəb kimi isə həmin kredit müqaviləsinin məhkəməyə təqdim olunmamasını qeyd etmişdir.

34. Lakin məhkəmə həmin kredit müqaviləsi üzrə pul vəsaitinin cavabdeh tərəfindən istifadə olunması ilə bağlı bank tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmişdir.

35. Belə ki, cava bdehə məxsus cari hesabın çıxarışından və bank tətəfindən verilən maliyyə arayışından cavabdehə verilən kredit müqaviləsi üzrə vəsaitlərin MMC tərəfindən istifadə edilməsi görünür.

36. Həmçinin cavabdeh tərəfindən həmin məbləğin alınması üçün banka edilən müraciət, müddətli öhdəliklə də cavabdeh tərəfindən həmin kredit müqaviləsində göstərilən məbləğlərin istifadə olunması sübuta yetirilir.

37. Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

38. Kredit müqavilələri üzrə MMC-in öz qanuni təmsilçilərinin, işçilərinin yerinə yetirdikləri hərəkə tlərə görə, həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olduğundan məsuliyyət daşıyır.

39. Hesab olunur ki, Mülki Məcəllənin 49.1, 49.3, 448.3-cü maddələrinə və MPM-in 88, 217.1, 217.3, 403.1-ci maddələrinin tələbləri əsas götürülərək qətnamə qismən ləğv olunaraq iddia tələbi tam təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

40. İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 4 sentyabr tarixli, 2-2(103)-449/20 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

41. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

42. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

43. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduğunu nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qət naməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Cavabdeh və iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödən ilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....”. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 73 9.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcl əri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

47. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsi qismən ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

48. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

49. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

50. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnamə ilə iddiaçı ASC-in apellyasiya şikayətini qismən təmin edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 2- 2(82)545/2017 saylı qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, Cavabdeh MMC-dən iddiaçı ASC-in xeyrinə 169K/12 №-li 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən 3.685.600 manat əsas borc, 552.840 manat faiz borcu, 16.892,36 manat cərimə borcu - cəmi 4.255.332,38 manat; 52K/13 №-li, 2013-cü il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 431.000 manat əsas borc, 68.960 manat faiz borcu, 27.775,96 manat cərimə borcu cəmi 527.735,96 manat; 55K/13 №-li, 2013-cü il 3 iyul tarixli kredit müqaviləsinə əsasən 234.000 manat əsas borc, 37.400 manat faiz borcu, 14.976 manat cərimə borcu - cəmi 286.376,00 manat; iddianın verilməsinə görə çəkilmiş məhkəmə məsrəflərinə görə 21 manat pulun tutulması, iddianın qalan hissələrində təmin edilməməsi qənaətinə gələrkən Mülki Məcəllənin 449-cu, 739-cu və 741-ci maddələrinə, MPM-in 77-ci maddəsinə əsaslanmışdır.

51. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti ilə əlaqədar faiz borcu və 2014-cü il 11 mart tarixli, 41/14 №-li kredit müqaviləsi ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

53. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər m üqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Apellyasiya instansiya məhkəməsi 2012-ci il 28 dekabr tarixli, 169K/12 №-li, 2013cü il 2 iyul tarixli, 52K/13 №-li və 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqavilələri üzrə 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsi ilə hesab etmişdir ki, 2012-ci il 28 dekabr tarixli, 169K/12 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsi üzrə illik 15 faizlə hesablanan 552.840 manat faiz borcunun, 2013-cü il 2 iyul tarixli, 52K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsi üzrə illik 16 faizlə hesablanan 68.960 manat faiz borcunun və 2013-cü il 3 iyul tarixli, 55K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsi üzrə illik 16 faizlə hesablanan 37.400 manat faiz borcunun tutulması qənaətinə gəlmişdir.

55. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının hazırki şikayət üzrə mövqeyi yalnız yuxarıda göst ərilən üç kredit müqaviləsinin faiz borcu hissəsi ilə bağlı gəldiyi nəticə ilə bağlıdır.

56. İş materiallarında olan 2012-ci il 28 dekabr tarixli, 169K/12 №-li təminatsız bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ödənilməyən 3.685.600 manat əsas borcu, illik 15 faizlə hesablanan 2.039.294,24 manat məbləğində faiz borcu vardır. Borc verənin krediti vaxtından əvvəl tələbetmə hüququnun yaranması ilə bağlı halları nəzərdə tutan 4-cü bəndində kreditin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə qaytarılmaması, habelə onun bu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə hər-hansı bir hissəsinin qaytarılmaması; borc alanın ardıcıl otuz gün ərzində kredit məbləğini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəməməsi; borc alanın müqavilə müddəti ərzində ona veril miş kredit məbləğini və ona hesablanmış faizi gecikmə günlərinin sayından asılı olmayaraq ödəniş qrafiki üzrə iki dəfə gecikdirməsi halları da göstərilmişdir (169K/12 №-li təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinin 4-cü bəndinin h, j, k yarımbəndi). Bundan əlavə 2017-ci il 7 aprel tarixli, 1441 №-li maliyyə arayışından, müqaviləyə 1 saylı Əlavədən və hesabdan çıxarışdan müəyyən olunur ki, qeyd olunan müqavilə üzrə illik 15 faizlə hesablanan 2.039.294,24 manat faiz borcu vardır. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, qeyd olunan əsas borc məbləği işin hallarına uyğun olsa da, cavabdehə hesablanan 2.039.294,24 manat məbləğində faiz borcu 12 aylıq müqavilə müddətinə uyğun sayıla bilməz və faiz məbləğini özü hesablayaraq 552.840 manat müəyyən etmiş və mövqeyini sa dəcə olaraq belə əsaslandırmışdır ki, “ müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 449-cu maddəsinə müvafiq olaraq müqavilə faizləri yox, özgə pul vəsaitindən istifadəyə və əldən çıxmış faydaya görə kreditorun məruz qaldığı zərərin əvəzi (subutlarla əsaslandırılıdığı təqdirdə) tələb oluna bilər. Belə olan halda, 3.685.600,00 manat əsas borc məbləğindən hesablanan illik 15 faizlə hesablanan faiz borcu 552.840,00 manat təşkil etmiş olur”. Cavabdeh MMC tərəfindən 2017-ci il 7 aprel tarixli maliyyə arayışına əsasən 1.000 manat ödəniş edilmiş və həmin ödəniş onun əsas borcuna aid olunmuşdur. İddiaçı ASC müflis elan edilənədək və iflas proseduruna başlananadək Cavabdeh MMC tərəfindən əlavə olaraq heç bir ödəniş edilməmişdir.

57. İş materiallarında olan 2013-cü il 3 iyul tarixli, 52K/13 №-li təminatsız bərpa olunan kredit xətti müqaviləsinin 1.1-ci bəndinə görə borc verən borc alana 431.000 manat məbləğində 12 ay müddətinə, illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc verənin krediti vaxtından əvvəl tələbetmə hüququnun yaranması ilə bağlı halları nəzərdə tutan 4-cü bəndində kreditin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə qaytarılmaması, habelə onun bu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə hər-hansı bir hissəsinin qaytarılmaması; borc alanın ardıcıl otuz gün ərzində kredit məbləğini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəməməsi; borc alanın müqavilə mü ddəti ərzində ona verilmiş kredit məbləğini və ona hesablanmış faizi gecikmə günlərinin sayından asılı olmayaraq ödəniş qrafiki üzrə iki dəfə gecikdirməsi halları da göstərilmişdir (52K/13 №-li təminatsız bərpa olunan kredit xətti müqaviləsinin 4-cü bəndinin h, j, k yarımbəndi). Bundan əlavə 2017ci il 7 aprel tarixli, 1440 №-li maliyyə arayışında isə illik 16 faizlə faiz borcu 259.561,24 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin bu müqavilə üzrə faiz borcu ilə bağlı gəldiyi qənaət ondan ibarət olmuşdur ki, “həmin müqavilə üzrə də illik faiz borcunun da iddiaçı tərəfindən hesablanan məbləği (259.561,24 manat) 12 aylıq müqavilə müddətinə uyğunluğundan söhbət gedə bilməz. Çünki, ən azından heç bir ödəniş olmadığı təqdirdə 431.000,00 manat əsas borcdan hesablanan 16 faiz məbləği 68.960 manat təşkil edir və iddiaçının bu müqavilə üzrə tələb etdiyi faiz məbləği, onun artıq hesablanması, müqavilə müddətindən sonrakı dövrü də əhatə etməsi kimi qiymətləndirilmişdir”. Maliyyə arayışından görünür ki, bu müqavilə üzrə Cavabdeh MMC iddiaçı ASC müflis elan olunanadək heç bir ödəniş həyata keçirməmişdir.

58. İş materiallarında olan 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li təminatsız bərpa olunan kredit xətti müqaviləsinin 1.1-ci bəndinə görə borc verən borc alana 224.000 manat məbləğində 12 ay müddətinə, illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə də borc verənin krediti vaxtından əvvəl tələbet mə hüququnun yaranması ilə bağlı 4-cü bəndində də yuxarıda göstərilən halları nəzərdə tutan h, j, k yarımbəndi nəzərdə tutulmuşdur. Bundan əlavə 2017-ci il 7 aprel tarixli, 1439 №-li maliyyə arayışına əsasən isə illik 16 faizlə faiz borcu 140.816 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin bu müqavilə üzrə faiz borcu ilə bağlı gəldiyi qənaət ondan ibarət olmuşdur ki, “məhkəmə kollegiyası həmin müqavilə üzrə hesablanmış faiz borcu ilə də razılaşmır. Çünki 234.000,00 manat əsas borcundan heç bir ödəniş icra olunmadığı halda, həmin məbləğin 12 ay müqavilə müddətinə hesablanmış illik 16 faiz 37.400 manat təşkil edir”. Bu müqavilə üzrə Cavabdeh MMC iddiaçı ASC müflis elan olunanadək heç bir ödəniş həyata keçirməmişdir.

59. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzər də tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə öhdəliklər vicdanla yerinə yetirilməlidir (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqav ilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarı). Qeyd olunan müqavilənin 8.6-cı bəndinə görə kreditdən istifadə müddətinin bitməsi tərəfləri bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hər üç müqavilə üzrə (2012-ci il 28 dekabr tarixli, 169K/12 №-li, 2 013-cü il 2 iyul tarixli, 52K/13 №-li və 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqavilələri) faiz məbləğlərini hesablayarkən həmin müqavilələrdə eyni ilə müəyyənləşdirilən 5.3-cü bəndini nəzərdən qaçırmışdır. Belə ki, adı çəkilən hər üç müqavilənin müvafiq olaraq 5.3-cü bəndində göstərilmişdir ki, borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1-ci bəndində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, hər üç müqavilə üzrə yuxarıda göstərilən müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası kimi yaxud da kredit vəsaitinin tam şəkildə bağlanmadığı təqdirdə hər üç müqavilənin 1. 1-ci bəndində qeyd olunan illik faiz dərəcələrinin iki dəfə artırılmış adi faiz dərəcəsi kimi qəbul edilməsinə qiymət verməmişdir.

61. Digər tərəfdən MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

62. Barəsində kassasiya şikayəti verilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən hər üç müqavilə üzrə ödənilməli faiz məbləğləri məhkəmə mühasibatlıq ekspertizası təyin edilmədən bilavasitə bu məhkəmə instansiyası tərəfindən hesablanmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda göstərilən kredit müqavilələri üzrə cavabdehin iddiaçıya olan faiz borclarının dəqiq müəyyənləşdirilməsi işin obyektiv və ədalətli həlli baxımından zərurət təşkil edir. Belə ki, həmin məhkəmə cavabdeh barəsində kredit müqavilələri üzrə ödənilməli olan faiz borclarını müəyyən edərkən iddiaçının irəli sürdüyü dəlillərinin nəzərə alınmamasını kifayət qədər əsaslandırmamışdır.

63. Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hərhansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cə hətdən icrası mümkün olsun. Mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayət i üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hər üç müqavilə üzrə faiz borcunun hesablanması ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə onun rəyi alındıqdan sonra kredit müqavilələri üzrə istinad edilən normaların (hər üç müqavilə üzrə 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin cərimə sanksiyası və yaxud da onun iki dəfə artırılmış adi faiz dərəcəsi olub-olmamasını da müəyyənləşdirməklə) tələblərini araşdıraraq qiymətləndirməklə cavabdehin faiz borcu məbləğləri dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.

65. Kassasiya şikayətinin 2014-cü il 11 mart tarixli, 41/14 № -li kredit müqaviləsi üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, sözügedən kredit müqaviləsi nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tə rəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bununla belə, bu məsələ ilə bağlı Kollegiya hesab edir ki, hazırki iş üzrə müqavilə mövcud olmasa da, həm də cavabdeh tərəfindən qəbul edilməsə də belə həmin müqavilə üzrə iddiaçının pul tələbinin təmin edilməsini zəruri edən şərtlərin mövcudluğu təəssüratı yaranır. Belə ki, iddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi 2017-ci il 7 aprel tarixli, 1442 №-li maliyyə arayışına, 2012-ci il 28 dekabr - 2016-cı il 18 yanvar tarixləri əhatə edən hesabdan çıxarışdan və həmin hesabdan çıxarışda əks olunan BOA 97906 saylı çeklə müəyyən olunur ki, qeyd olunan müqavilə üzrə ASC-in MMC-ə 450.000 manat məbləğində əsas borcu vardır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkə məsinin hazırki işə yenidən baxarkən həmin kredit müqaviləsi üzrə mövcud olan bütün halların tam, hərtərəfli və obyektiv müəyyənləşdirilməsi məqsədilə cavabdehin bu müqavilə üzrə krediti almasını təsdiq edən BOA 97906 saylı çeki və bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş həqiqiliyi şübhə doğurmayan digər sənədləri əlaqəli surətdə araşdıraraq qiymətləndirməklə mübahisənin obyektiv həllini təmin etməlidir.

67. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normala rı pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)449/2020 saylı qətnaməsi qismən-2012-ci il 28 dekabr tarixli, 169K/12 №-li kredit müqaviləsi, 2013-cü il 2 iyul tarixli, 52K/13 №-li kredit müqaviləsi, 2013-cü il 3 iyul tarixli, 55K/13 №-li kredit müqaviləsi üzrə faiz borcları hissəsində və iddianın rədd olunması hissəsində ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmi n edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, 2-2(103)-449/2020 saylı qətnaməsi qismən-faiz borcu hissəsində və iddianın rədd olunması hissəsində ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar