Məhkəmə qərarları › İş №2-2(102)-88/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-88/2023

28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması və əldən çıxmış faydanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6 Company Limited” Şirkətinin Azərbaycandakı filialı) qarşı “əmlakın geri qaytarılması və əldən çıxm ış faydanın tutulması”na dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)808/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 7 noyabr tarixli KR170246 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın (2.531,47 metr uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boru) ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X6” şirkəti, yük alan - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı). 2. 2017-ci il 7 noyabr tarixli KR170246 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş mal ın 3.550,70 metr uzunluğu və 1 metrin qiyməti 10.04 ABŞ dolları olan 4.000 metr 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun ümumi dəyəri 44.129,33 ABŞ dolları, 1.987,74 metr uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boru və 449,30 metr uzunluğu və 1 metrin qiyməti 10,04 ABŞ dolları olan 4.000 metr 2-3/8" 4.7PPF, N-80, EUE R2 boru) ümumi dəyəri 37.842,36 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X6” şirkəti, yük alan - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı). 3. 2017-ci il 27 dekabr tarixli **********2874 saylı qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 39.692,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 4. 2017-ci il 27 dekabr tarixli **********2871 saylı qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 37.842,36 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 5. 2017-ci il 27 dekabr tarixli **********2866, **********2875, **********2877, **********2880, **********2886, **********2888, **********2890, **********2891, **********2892, **********2893, **********2894, **********2895, **********2900, **********2901, **********2902, **********2904, **********12905, **********2906, saylı qısa idxal bəyannamələrindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 41.082,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 borunun, **********2884 saylı qısa idxal bəyannaməsi üzrə isə 10 bağlama 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur. 6. 2018-ci il 1 fevral tarixli KR171733 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın 1.370,68 metr uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.364.70 ABŞ dolları, 1.458,24 metr uzunluğu və 1 metrin qiyməti 77.60 ABŞ dolları olan 73mm*4200mm Drill pipe (qazma borular) ümumi dəyəri 113.159,60 ABŞ doll arı və 1.371,08 metr uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.395,70 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X6” şirkəti, yük alan - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı). 7. 2018-ci il 8 fevral tarixli **********6598 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 44.129,33 ABŞ dolları olan 10 bağlama 2-3/8" 4.7PPF, N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir. 8. 2018-ci il 8 fevral tarixli **********6589 saylı gömrük bəyannaməsindən g örünür ki, göndərən (ixracatçı) “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 37.842,36 ABŞ dolları olan 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 boru AR-in gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir. 9. 2018-ci il 8 fevral tarixli **********6590 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 39.692,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbay can Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir. 10. 2018-ci il 8 fevral tarixli **********615, **********6588, **********6593, **********6591, **********6596, **********6601, **********6602, **********6603, **********6606, **********6604, **********6605, **********6600 saylı və 2018-ci il 9 fevral tarixli, **********7020, **********7064, **********6919, **********6959, **********6822, **********6788 saylı gömrük bəyannamələrindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 41.082,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Fili alının adına rəsmiləşdirilmişdir. 11. 2018-ci il 12 mart tarixli **********1660 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 106.364,70 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları, 113.159,60 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları və 106.395,70 ABŞ dolları olan 11 ədəd ölçü 73mm*4.200mm qazma boruları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

12. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycandakı filialı (alıcı) ilə 2018-ci il 10 yanvar ta rixli AOOC-ZD 0xxxx/2018 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. 13. 2018-ci il 10 yanvar tarixli müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 3.224,93 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 72.496,42 ABŞ dolları, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.975 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 44.398 ABŞ dolları və bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.470 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 33.046 ABŞ dolları təşkil etmişdir. 14. 2018-ci il 12 mart tarixli EAAH seriyalı, 649080 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 123.224,58 manat dəyərində təqdim edilmiş 3.224,93 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 15. 2018-ci il 20 avqust tarixli EAAL seriyalı, 454846 nömrəli tarixli elektron qaimədən görünür ki, İddiaçı Şir kətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 75.464,75 manat dəyərində təqdim edilmiş 1.975 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

16. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 56.183,40 manat dəyərində təqdim edilmiş 1.470 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 31 avqust tarixli EAAL seriyalı, 708226 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

17. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkəti nin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2018-ci il 7 dekabr tarixli, AOOC-017/2018 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. 18. 2018-ci il 7 dekabr tarixli müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.000 metr uzunluğunda ola n 2- 7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 89.920 ABŞ dolları təşkil etmişdir.

19. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 152.880 manat dəyərində təqdim edilmiş 4.000 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 28 dekabr tarixli, EAAO seriyalı, 778876 nömrəli, elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

20. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 14 may tarixli AOOC-023/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında g östərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.400 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 53.952 ABŞ dolları təşkil etmişdir. 21. 2019-cu il 21 may tarixli EAAU seriyalı, 753421 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Compa ny Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 91.728 manat dəyərində təqdim edilmiş 2.400 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

22. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 7 iyun tarixli AOOC-029/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsas ən, n bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 55.727,92 ABŞ dolları təşkil etmişdir. 23. 2019-cu il 7 iyun tarixli EAAV seriyalı, 496213 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəs i ilə göndərilmişdir. 24. 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 109.385,64 manat dəyərində təqdim edilmiş 2.862 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

25. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqd ara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.690 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 37.991,20 ABŞ dolları təşkil etmişdir. 26. 2019-cu il 1 iyul tarixli EAAW seriyalı, 540256 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərba ycan Respublikasındakı filialına 64.591,80 manat dəyərində təqdim edilmiş 1.690 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 27. 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 saylı alğı-satqı müqaviləsinə 1 saylı qoşma olan 2019-cu il 17 iyul tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.119 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 borunun ümumi qiyməti 92.595,12 ABŞ dolları təşkil etmişdir. 28. 2019-cu il 17 iyul tarixl, EAAX seriyalı, 311818 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 157.428,18 manat dəyərində təqdim edilmiş 4.119 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

29. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 Saylı qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.710 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 38.440,80 ABŞ dolları təşkil etmişdir. 30. 2019-cu il 10 iyul tarixli EAAW seriyalı, 959672 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 65.356,20 manat dəyərində təqdim edilmiş 1.710 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 31. 2019-cu il 16 iyul tarixli EAAX seriyalı, 222626 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

32. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı is ə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 Saylı qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 21,83 ABŞ dolları olan 1.426 metr uzunluğunda olan 2- 3/8" 4.7 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 31.129,58 ABŞ dolları təşkil etmişdir. 33. 2019-cu il 28 avqust tarixli EAAZ seriyalı, 098766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 52.918,86 manat dəyərində təqd im edilmiş 1.426 metr uzunluğunda olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 34. 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktından görünür ki, istismara verilmə tarixi 2018- ci il, uzunluğu 3.465 metr olan Muradxanlı 45 saylı quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 935 metr olan Zərdab 21 saylı quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 1.002 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 1.268 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 4.000 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.400 metr olan 2-7/8" 6.5 PPF N -80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.479 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.690 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.710 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.479 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 4.119 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 və istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.426 metr olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruları “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən SOCAR Cavabdeh Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

35. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (podratçı) ilə “X6 Company Limi ted” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (sifarişçi) arasında bağlanmış əsas xidmətlərin göstərilməsi üzrə 2018-ci il 18 dekabr tarixli AOOC-019/2018 saylı çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, həmin müqavilə tərəfləri işlərin yetirilməsi və ya malların çatdırılması barədə sifarişi imzaladıqları təqdirdə podratçı tərəfindən sifarişçiyə xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və malların satışı üzrə ümumi müddəaları müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə podratçı sifarişçiyə avadanlıqlar, işçi heyəti və malları təqdim etmək, sifarişçi isə bunun müqabilində hazırkı müqavilədə müəyyən edilmiş qaydaya uyğun olaraq ödəniş etmək öhdəliyini götürür.

36. İddiaçı Şirkəti tərəfindən Cavabdehnə ünvanlanmış 2021-ci il 24 avqust tarixli p retenziya məktubundan görünür ki, qeyd olunan NKB-ləri: 2-7/8” 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları olan, toplam dəyəri 320.578,83 ABŞ dolları, 2-3/8” 4.7 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, uzunluğu 2.574 metr, 1 metrinin dəyəri 10,04 ABŞ dolları olan, toplam dəyəri 25.842,96 ABŞ dolları, QB: 73 mm düym qazma borusu, uzunluğu 4.200 metr, 1 metrinin dəyəri 77,60 ABŞ dolları olan, toplam dəyəri 325.920 ABŞ dolları təşkil etmiş, 2021-ci il 16 aprel tarixdən etibarən NKB-ləri və QB-ni geri qaytarılmaması səbəbindən 650.000 ABŞ dolları məbləğində gəlir əldə olunmamışdır. Həmin məktubda 2021-ci il 16 aprel tarixindən 2021-ci il 23 avqust tarixinədək 650.000 ABŞ dolları dəyərində əldən çıxmış faydanın ödənilməsi xahiş edilmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

37. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 7 oktyabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, (uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, toplam dəyəri 320.578,83 ABŞ dolları), 2-3/8” 4.7PPF, N-80, EUE, R2 tipli Nasos Kompressor borusu (uzunluğu 2.574 metr,1 metrinin dəyəri 10,04 ABŞ dolları, toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusunun (göstəriciləri: 73mm düym uzunluğu 4.200 metr, 1 metri nin dəyəri 77,60 ABŞ dolları, toplam dəyəri 325.920 ABŞ dolları) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi və 650.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borusu, (uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları toplam dəyəri 320.578,83 ABŞ dolları), 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu (uzunluğu 2.574 metr, 1 metrinin dəyəri 10,04 ABŞ dolları toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusu (göstəriciləri: 73mm düym uzunluğu 4.200 metr, 1 metrinin dəyəri 77,60 ABŞ dolları toplam dəyəri 325.920 ABŞ dolları) 2018-ci il ərzində Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində və cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. İddiaçı mülkiyyətində olan həmin boruları ölkədən ixrac etmək niyyətində olmuşdur. Lakin cavabdeh həmin boruların ərazidən çıxarılmasına mane olaraq iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozmuş, iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik etmişdir. Bu barədə tərəflər arasında dəfələrlə yazılı və şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf öz qanunsuz əməllərini davam etdirmişdir.

39. Qeyd edilən boruların ərazidən götürülməsi ilə əlaqədar olaraq cavabdeh tərəfə ünvanlanmış məktuba cavabdeh tərəfindən özü ilə “X6 Company Limited” Şirkətinin Azər baycan Respublikasındakı Filialı (bundan sonra – “üçüncü şəxs”) arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə qətnaməsinin qəbul edildiyi və iddiaçıya məxsus həmin boruların üçüncü şəxsin borcu ilə əvəzləşdirilməsi barədə sonuncuya müraciət edildiyi və boruların mülkiyyət hüququnun iddiaçıda olduğunu təsdiq edən sənədlərin mövcud olmadığını bildirən əsassız cavab verilmişdir. Cavabdehlə üçüncü şəxs arasında olan mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuş və həmin qətnamə üzrə qəbul edilmiş icra vərəqi Xətai rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. Tərəflər arasında olan həmin mübahisənin predmetinə iddiaçının mülkiyyətində olan borular daxil olmamışdır. Eyni zamanda, nə məhkəmə, nə də icra orqanı tərəfindən həmin boruların üçüncü şəxsə məxsus olmas ı, üzərinə həbs qoyulması və s. barədə bir rəsmi məlumat və ya qərar mövcud olmuşdur. Cavabdeh üçüncü şəxslə arasında olan mübahisəni qanun çərçivəsində həll etmək əvəzinə, mübahisəyə aidiyyəti olmayan boruları qanunsuz olaraq saxlamış, cavabdeh həmin boruların iddiaçıya “aid olmadığını” bildirdiyi məktuba cavab olaraq iddiaçı tərəfindən həmin boruların ölkəyə iddiaçı tərəfindən idxal edildiyini təsdiq edən gömrük bəyannamələri, həmçinin mülkiyyət hüququnu təsdiq edən, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2021-ci il 6 yanvar tarixli e-2-2(113)483/2021 nömrəli qərardadının də surəti göndərilmişdir.

40. Həmin məhkəmə qərardadı iddiaçı ilə “X4 X5 LTD” Şirkəti arasında olan borc mübahisəsi üzrə iddiaçıya məxsus olan əmlaklar (borular) üzərinə həbs qoyulması barədə qəbul edilmişdi r. Həmin qərardad icra edilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən həmin əmlaklar üzərinə həbs qoyulması barədə 2021-ci il 2 fevral tarixində protokol tərtib edilmişdir. Həmin borular iddiaçıya məxsus olduğu üçün, borcu barəsində verilmiş iddianın təmin tədbiri kimi həmin borular üzərinə həbs qoyulmuşdur. Həm gömrük bəyannamələrindən, həm də qeyd edilən məhkəmə qərardadından açıqca həmin boruların iddiaçıya məxsus olduğu müəyyən edildiyi təqdirdə cavabdeh bunların heç birinə əhəmiyyət verməmiş, hətta iddiaçıya ünvanlandığı bir məktubda üçüncü şəxsə məxsus 1.035.341,57 manat borcun ödənilməsi üçün iddiaçı tərəfindən “zəruri tədbirlərin görülməsi”ni xahiş etmişdir. Qeyd olunan boruların ümumi dəyəri 672.341,79 ABŞ dollarıdır. Həmin boruların cava bdeh tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində isə hazırda cavabdeh 650.000 ABŞ dolları məbləğində gəlirdən məhrum olmuşdur. İddiaçıya məxsus olan əmlaka qanunsuz sahiblik edən cavabdeh həmin əmlaklardan istifadə etməklə üçüncü şəxslərə xidmət göstərmişdir.

41. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.5, 157.2-ci, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 Saylı Protokolunun 1-ci maddələrinə istinad edilmişdir.

42. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş, etirazı onunla əsaslandırmışdır ki, iddia tələb hüququ olmayan şəxs tərəfi ndən verilmişdir. İddiaçı qeyd etmişdir ki, 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borusu, (uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları toplam dəyəri 320.578,83 ABŞ dolları), 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu (uzunluğu 2.574 metr, 1 metrinin dəyəri 10,04 ABŞ dolları toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusu (göstəriciləri: 73mm düym uzunluğu 4.200 metr, 1 metrinin dəyəri 77,60 ABŞ dolları toplam dəyəri 325.920 ABŞ dolları) 2018-ci il ərzində Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində və cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. İddiaçı tərəfindən həmin boruların ölkəyə iddiaçı tərəfindən idxal edildiyini təsdiq edən gömrük bəyannamələri, mülkiyyət hüququn u təsdiq edən, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2021-ci il 6 yanvar tarixli e-2-2(113)- 483/2021 nömrəli məhkəmə qərardadının surəti də göndərilmişdir. Belə ki, iddiaçı cavabdehə məhkəməyə müraciət etməzdən əvvəl ancaq iddia ərizəsini göndərmişdir. Cavabdehin etiraz hazırlaması üçün lazım olan sənədlərin hamısı təqdim edilməmişdir. Cavabdeh öz xahişi ilə elektron məhkəmə sisteminə əlavə edildikdən sonra orda olan sənədlərlə tanış olmuş və onlar əsasında etiraz hazırlamışdır ki, o sənədlər arasında da istinad edilən bəyannamələr olmamışdır.

43. İddiaçının istinad etdiyi 2021-ci il 6 yanvar tarixli qərardadda boruların kimə məxsus olması barədə araşdırılma aparılması və sübuta yetirilməsi göstərilməmiş, iddiada qeyd edilən borularla qərardadda göstərilən borular (Boru UESU4 323421; Boru GESU6657300; Boru CMAU8380072; Boru CMAU9373089; Boru CMAU8105105; Boru ECMU4717620; Boru CMAU8191628; Boru ECMU4725841; Boru CMAU8234484; Boru CMAU8002200; Boru CMAU8018485; Boru GESU5342715; Boru ECMU4464687; Boru ECMU4492647; Boru CMAU8301664; Boru CMAU8109570; Boru CMAU9023167; Boru CMAU8300523; Boru CMAU9126294; Boru CMAU8128190; Qazma Boruları TCLU4388696; Qazma Boruları OOLU7444529; Qazma boruları OOLU4516116) eynilik təşkil etməmişdir.

44. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 yanvar tarixli e-2-2(113)-483/2021 nömrəli qərardadı ilə həmin əmlakın mahiyyət üzrə kimin mülkiyyətində olduğu müəyyən edilməmişdir.

45. İddiaçı sözügedən NKB və QB-lərin nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə və hansı qaydada təhvil veril məsi və onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmin borular üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilmişdir. “SOCAR”-ın cavabdeh ilə üçüncü şəxs arasında Dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirinə dair 2016-cı il 28 sentyabr tarixli 52/10/XM nömrəli və 2019-cu il 30 yanvar tarixli 11/09/XM nömrəli xidmət müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, üçüncü şəxs öz öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2020-ci il 26 noyabr tarixli 2-2(113)-1049/2020 saylı qətnaməsi ilə 1.035.341,57 manat pul vəsaitinin üçüncü şəxs tərəfindən cavabdehə ödənilməs i qət edilmişdir. Üçüncü şəxs ilə “SOCAR” arasında imzalanmış 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktına əsasən, bir çox avadanlıqlar, inzibatı bina və s. SOCAR “Azneft” İBnin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir ki, onların arasında üçüncü şəxs tərəfindən alınmış “2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli və 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları mövcud olmuşdur.

46. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 noyabr tarixli e-2-2(113)-5099/2021 saylı qərardadı ilə “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını qərara almışdır (hakim – L.Əliyeva).

47. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 dekabr tarixli e-2-2(113)-5099/2021 saylı qərardadı ilə məhkəmə tikinti-tex niki ekspertizası təyin edilmişdir (hakim – L.Əliyeva). Qərardadla ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçının ona məxsus olmasını iddia etdiyi hazırda cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşən nasos kompressor və qazma borularının tipi, markası, texniki göstəriciləri ( o cümlədən borunun diametri, divarların qalınlığı, möhkəmlik qrupu, poladın markası), ölçüləri (o cümlədən uzunluğu), mənşə ölkəsi, istehsalçısı müəyyən edilsin. - Cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmiş sözügedən borularla iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasos kompressor boruları və qazma borularının (həmin boruların Azərbaycan Respublikasına gətirilməsinə dair gömrük bəyannamələ ri, packing listlər, invoyslar, mənşə sertifikatı iş materiallarına əlavə edilib) yuxarıda göstərilən parametrlərə görə eynilik təşkil edib-etməməsi müəyyən edilsin.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 11 aprel tarixli 10/455 rəyinə əsasən: - Cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən borular 73 mm-lik, divarın qalınlığı 9,19 mm olan İD 2-1/8” qazma (drill pipe) tipli, diametri 73 mm-lik, divarın qalınlığı 5.51 mm olan 2-7/8” 6.5 PPF N-80, EUE R2 və diametri 60 mm-lik, divarın qalınlığı 4,83 mm olan 2-3/8” 4.7 PPF N-80, EUE R2 tikişsiz nasos kompressor tipli borular olmuşdur. 2022-ci il 15 mart tarixində keçirilmiş baxış zamanı əldə olunmuş məlumatlara əsasən cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən diametri 73 mm-lik qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 metr, diametri 73 mm-lik nasos-kompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 metr, diametri 60 mm-lik nasos-kompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 metr olmaqla ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 metr olmuşdur. - 2022-ci il 19 yanvar tarixli 10/455 nömrəli vəsatətlə məhkəmədən iddiaçıya məxsus olması iddia edilən cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən nasos kompressor və qazma borularının möhkəmlik qrupu və poladın markasının müəyyənləşdirməsi üçün, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) baxış zamanı nümunələr kimi götürülmüş boru his sələrinin sınaq və yoxlamalarının keçirilməsinin təşkil edilməsi və keçirilmiş yoxlamaların nəticələrinin ekspertizaya təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq, bu günə kimi həmin nəticələr ekspertizaya təqdim edilməmişdir. Qeyd olunan səbəbdən boruların möhkəmlik qrupu və poladın markasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş gömrük bəyannamələrində, kommersiya invoyslarda, qablaşdırma siyahılarda (packing list), mənşə sertifikatına və baxış zamanı əldə olunmuş lövhəciklərdə olan məlumatlara görə, yükün (həmçinin iddia olunan boruların) sifarişçisi “X6 Companu Limited” şirkəti, yükü göndərən “Erui X1 Co. Ltd” şirkəti, yükalan (malı qəbul edən) “Zena Driling LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialıdır, mənşə ölkəsi Çin Xalq Respublikası, istehsalçı sı isə “Darun” X3 Manufacturing Co.Ltd” müəssisəsidir (şirkətidir). - Cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşdirilmiş sözügedən borularla iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasos kompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil etmişdir.

49. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 iyun tarixli e-2-2(113)-285/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan 2 3/8” 4.7PPF, N80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri alınaraq iddiaçıya verilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 800 manat, ekspertiza xərci olan 200 manat (100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən) və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim – L.Əliyeva).

50. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının məhkəmədə tərəf qismində iştirak edə bilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, m əhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.

51. İddia tələbinin mahiyyətinə gəldikdə məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

52. Mülkiyyət hüququnun məhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasına əsasən mülkiyyətçi (qanuni sahib) fərdi-müəyyən edilmiş əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edir. Vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi(qanuni sahibi) olması, həmin əşyanın hal-hazırda cavabdehin sahibliyində olması, eləcə də cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir. Beləliklə, iddianın əsaslı olub-olmaması araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilməli olan birinci hal iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi) olub-olmama sıdır.

53. İş materiallarından isə görünür ki, iddiaçı tərəfindən 2018-ci il ərzində ümumi uzunluğu 50.000 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları; uzunluğu 4.000 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Daha sonra 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən üçüncü şəxsə ümumi uzunluğu 28.409 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları, uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları satılmışdır.

54. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, uzunluğu 21.591 metr (50.000 metr-28.409 metr) olan, diametri 73 mm-lik nasos kompresso r boruları; uzunluğu 2.574 metr (4000 metr-1426 metr) olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları hazırda da iddiaçının balansında olmaqla iddiaçı həmin boruların qanuni sahibidir.

55. İddiaçının qaytarılmasını tələb etdiyi 2.862 metr uzunluğunda diametri 73 mm-lik nasos kompressor borularına (iş materialları ilə həmin ölçüdə 21.591 metr uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda, iddiaçı həmin ölçüdə 24.453 metr nasos kompressor borularının hazırda ona məxsus olmasını iddia edir) gəldikdə isə, 2.862 metr uzunluğu olan diametri 73 mm-lik nasos kompressor boruları AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimə əsasın da iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır. İddiaçı həmin boruların dəyəri alıcı tərəfindən ödənilmədiyindən sözügedən boruların sonradan onlara qaytarılması barədə alıcı ilə razılığa gəldiklərini iddia etsə də, həmin halları (yəni ödəniş edilməməsi ilə bağlı müqavilədən imtina etmələrini və boruların qaytarılmasını tələb etmələrini, alıcının da həmin boruları qaytarmasını) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin boruların hazırda iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmır.

56. Məhkəmə tərəfindən araşdırılmalı olan ikinci məsələ iddiaçının mülkiyyətində (qanuni sahibliyində olan əmlaka hazırda cavabdehin sahiblik edib-etməməsidir.

57. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda cavabdehin Ə.Əmirov adında NQÇİnin 4 saylı (Mur adxanlı) neft və qazçıxarma sahəsinin ərazisində (üçüncü şəxsin əvvəllər fəaliyyət göstərdiyi sahədə) nasos kompressor və qazma boruları saxlanılır. İddiaçı həmin boruların ona məxsus yuxarıda göstərilən borular olmasını iddia edir.

58. Cavabdehin ərazisində yerləşən boruların iddiaçıya məxsus borular olubolmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən sözügedən boruların texniki parametrləri ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasoskompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texn iki parametrlər (göstəricilər) eynilik təşkil edir. Eyni zamanda, həmin rəylə müəyyən edilmişdir ki, sahədə yerləşən diametri 73 mm-lik qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 metr, diametri 73 mm-lik nasos-kompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24588,2 metr, diametri 60 mm-lik nasos-kompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 metr, ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 metrdir.

59. Göründüyü kimi, cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən boruların texniki parametrləri iddiaçı tərəfindən AR-ə idxal edilmiş boruların texniki parametrləri ilə eynilik təşkil etməklə bərabər həmin boruların miqdarı (uzunluqları) da iddiaçının qaytarılmasını tələb etdiyi boruların miqdarına təxminən uyğun gəli r (73 mm-lik qazma borularının uzunluğu iddia ərizəsində 4.200 metr göstərildiyi halda, ekspert rəyində uzunluğun faktiki 4.197 metr olması qeyd edilmişdir; 73 mm-lik nasoskompressor borularının uzunluğu iddia ərizəsində 24.453 metr göstərildiyi halda, ekspert rəyində 24.588 metr olması qeyd edilmişdir; diametri 60 mm-lik nasoskompressor boruları iddia ərizəsində 2.574 metr olduğu halda ekspert rəyində 2.558,9 metr olması qeyd edilmişdir).

60. Digər tərəfdən, iddiaçı AR-ə idxal etdiyi boruların Muradxanlı neft və qazçıxarma sahəsinə yerləşdirilməsini təsdiq edən sənəd (təhvil-təslim aktı) təqdim etməsə də: - Birincisi, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli boruların hazırda yerləşdiyi 4 saylı Muradxanlı neft və qaz çıxarma sahəsi “AR-də Muradxanlı, Cəfərli və Zərdab neft yat aqların daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2016-cı il 16 mart tarixli sazişə əsasən, əvvəllər üçüncü şəxsin fəaliyyət göstərdiyi sahə olmuşdur. Üçüncü şəxs isə öz növbəsində iddiaçı ilə əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsindən irəli gələn müqavilə münasibətlərində olmuşdur. - İkincisi, iddiaçının AR ərazisinə idxal etdiyi boruların gömrük bəyannamələrində, yük qaimələrində yüklərin çatdırılması barədə xəbər verilməsi olan tərəf qismində, invoyslarda sifarişçi qismində üçüncü şəxs göstərilmiş, qısa idxal bəyannamələrində isə həmin boruların Muradxanlı, Zərdab, Cəfərli yataqları üçün gətirilməsi qeyd edilmişdir. - Üçüncüsü, iddiaçı AR-ə gətirdiyi nasos kompressor boruların təxminən yarısı iş materiallarına əlavə edilmiş al qı-satqı müqavilələri və elektron qaimələrə əsasən üçüncü şəxsə satılmışdır.

61. Göründüyü kimi, işin yuxarıda göstərilən halları üçüncü şəxsin Muradxanlı ərazisində göstərdiyi neft və qazçıxarma fəaliyyəti ilə bağlı iddiaçı ilə əməkdaşlıq etməsi, iddiaçı tərəfindən boruların üçüncü şəxsin neft və qazçıxarma sahəsində istismar olunması məqsədilə AR-ə idxal edilməsi barədə iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edir.

62. Bununla yanaşı, iddiaçıya məxsus boruların Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılması məhkəmə iclasında şahidlərin verdiyi ifadələr ilə də öz təsdiqini tapır.

63. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə mübahisəli boruların AR-ə gətirildikdən sonra üçüncü şəxsin fəaliyyət göstərdiyi Muradxanlı sahəsində yerləşdirilməsi barədə iddiaçının dəl illərini ağlabatan hesab etmişdir.

64. Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılan boruların miqdarı ilə bağlı sahədə saxlanılan hər növdən olan boruların uzunluğu ekspert rəyi ilə müəyyən edilmişdir.

65. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməli və sahədə saxlanılan, yəni faktiki c avabdehin sahibliyində olan boruların uzunluqları ekspert rəyinə əsasən müəyyən edilməlidir.

66. Digər tərəfdən, ekspert rəyində sahədə saxlanılan diametri 73 mm-lik nasoskompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 metr olmasını göstərildiyi halda, yuxarıda da qeyd edildiyi kimi, iş materiallarına əsasən həmin ölçüdə olan uzunluğu 21.591 metr olan boruların iddiaçıya məxsus olması müəyyən edilmişdir (belə ki, iddiaçının qaytarılmasını tələb etdiyi 24.453 metr boruların 2.862 metr hissəsi təqdim edilmiş sənədlərə əsasən üçüncü şəxsə satılmışdır).

67. Beləliklə, iş materiallarında olan sübutlara əsasən təsdiq edilir ki, iddiaçıya məxsus 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan nasos kompressor borularına; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan nasos kompressor borularına; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mmlik qazma borularına hazırda faktiki olaraq cavabdeh sahiblik edir.

68. Nəhayət, məhkəmə tərəfindən müəyyən edilməli olan üçüncü hal cavabdehin əmlaka sahibliyinin qanuni olub-olmamasıdır.

69. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli borulara sahiblik etməsi üçün hər hansı bir qanuni əsasın və ya müqavilə əsasının olması iş materiallarına əsasən müəyyən edilməmişdir.

70. Cavabdeh hazırda Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşən mübahisəli boruların “X6 Company Limited” Şirkətinə məxsus olmasını və həmin boruların onlara təhvil verilməsini bildirsə də, göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır.

71. Belə ki, əvvəla iş materi allarına əlavə edilmiş mübahisəli borularının qanuni sahibi olması iddia edilən “X6 Company Limited” Şirkəti cavabdehə ünvanladığı 2021-ci il 15 aprel tarixli AOOC 03/21 nömrəli məktubunda cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində “X6 Company Limited” Şirkətinin balansında olan hər hansı NKB-lərin olmamasını qeyd etmişdir.

72. İkincisi, cavabdehin etirazının əsasını təşkil edən halları sübuta yetirmək üçün istinad etdiyi təhvil-təslim aktından görünür ki, 2020-ci il 10 aprel tarixində “üçüncü şəxs tərəfindən ümumi uzunluğu 25.547 metr olan diametri 73 mm-lik nasos kompressor boruları və ümumi uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik Nasos Kompressor boruları cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

73. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin borular təhvil-təslim aktının əsas vəsaitlər hissəsində 12-17, 19-24-cü nömrələr altında qeyd edilmiş və hər bir nömrənin qabağında həmin nömrə altında təhvil verilmiş boruların istismara verildiyi tarix və yerləşdiyi sahə göstərilmişdir. Həmin məlumatlardan isə aydın olur ki, təhvil alınan zaman sözügedən borular Muradxanlı, Zərdab, Cəfərli sahələrində, bəziləri isə QƏYTX (Quyuların əsaslı və yeraltı Təmiri Xidmətində) yerləşir və 2018-2019-cu illərdə istismara verilmişdir. Yəni həmin borular müxtəlif sahələrdə istismara verilmiş quyularda yerləşən borulardır.

74. Bundan əlavə, sözügedən akta əsasən cavabdehin idarəsi tərəfindən təhvil alınmış boruların texniki parametrləri və miqdarı iddiaçının qaytarılmasını tələb etdiyi boruların texniki parametrləri və miqdarına deyil, iddiaçı tərəfindən “X6 Company Limited” Şirkətinə satılmış boruların texniki parametrləri və miqdarına uyğun gəlir.

75. Belə ki, iddiaçı tərəfindən “X6 Company Limited” Şirkətinə uzunluğu 1.426 metr olan diametri 60 mm-lik nasos kompressor boruları satılmış və eyni miqdarda eyni ölçüdə borular sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən “X6 Company Limited” Şirkətinə uzunluğu 28.409 metr olan diametri 73 mm-lik nasos kompressor boruları satılmış və həmin boruların 25.547 metr hissəsi (yuxarıda qeyd edildiyi kimi həmin boruların 2.862 metr hissəsi Muradxanlı sahəsində saxlanılır) sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçının qaytarılmasını tələb etdiyi və hazırda Muradxanlı sahəsində yerləşən ümumi uzunluğu 4.197 metr olan qazma borularına gəldikdə isə həmin növdə borular “X6 Company Limited” Şirkətinə ümumiyyətlə satılmamış və təhvil-təslim aktına əsasən cavabdehə də təhvil verilməmişdir.

76. Və əksinə, iddiaçının idxal etdiyi 60 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 4.000 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 2.574 metr olduğu halda, təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 1.426 metr (4.000-2.574) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 50.000 metr, iddiaçının qaytarılması tələb etdiyi isə eyni ölçülü nasos kompressor borularının uzunluğu 24.453 metr olduğu halda təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 25.547 metr (50.000-24.453) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik qazma borularının ümumi uzunluğu 4.200 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 4.200 metr olduğu halda təhviltəslim aktına əsasən qazma boruları ümumiyyətlə təhvil alınmamışdır.

77. Beləliklə, 2020-ci il 10 aprel tarixində “X6 Company Limited” Şirkəti tərəfindən cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmiş borular iddiaçının qaytarılmasını tələb etdiyi hazırda Muradxanlı sahəsində yerləşən borular deyil, iddiaçı tərəfindən “X6 Company Limited” Şirkətinə satılmış borulardır. Odur ki, iddiaçının istinad etdiyi 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktı Muradxanlı sahəsində yerləşən mübahisəli boruların cavabdehin qanuni sahibliyində olmasına dəlalət etmir.

78. Belə olan hald a, iddiaçı mübahisəli, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mm-lik qazma boruları cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.

79. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 650.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Əldən çıxmış fayda dedikdə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddial ara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

80. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 1.630 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 800 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

81. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 21.2, 157.2, 157.8, 443.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, MPM-in 4.6, 14.2, 77.1, 101.3, 107, 115.0.9, 119.1, 222.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

82. Cavabdeh 2022-ci il 17 iyul tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunduğu hissəsinin ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

83. İddiaçı 2022-ci il 18 iyul tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

84. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-808/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

85. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Zərərin ödənilməsi üçün isə aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

86. Hazırkı işdə isə qeyd olunan şərtlərin və əsasların mövcud olması təsdiq olunmur.

87. Belə ki, hazırkı işdə iddiaçı kimi “Zena Drilling Limited Şirkəti deyil, onun Azərbaycan Respublikasındakı Filialı çıxış edir. İddia tələbləri isə sonuncuya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və əldən çıxmış faydanın tutulmasından ibarət olmuşdur. Maddi hüquq normasına əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnaməl ər üzrə fəaliyyət göstərirlər. Filial və nümayəndəliyin fəaliyyət göstərmələri üçün hüquqi şəxs onlara müəyyən əmlak verir və filial və nümayəndəliklər hüquqi şəxs olmadıqlarından həmin nemətlər üzərində mülkiyyət hüququ əldə etmirlər. Hüquqi şəxs həmin əmlakın vahid mülkiyyətçisi olaraq qalır. Öz əmlakına malik olmayan filial müstəqil olaraq mülki dövriyyədə iştirak edə bilməz.

88. Bu baxımdan, iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmamışdır. Mübahisə predmeti olan əmlaklar onun mülkiyyəti hesab edilə bilməz. Eyni zamanda, sonuncunun fəaliyyəti nəticəsində əldə oluna biləcək gəlir hüquqi şəxsə məxsusdur.

89. Məhkəmə iclasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsi müzakirə olunmuş, lakin iddiaçı tərəf əvəz edilməsinə etiraz etmişdir.

90. Beləliklə, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmadan rədd olunmalıdır.

91. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün MM-in 43.1, 44.1, 53.2, 53.3, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına, MPM-in 4.1, 54.1, 54.2, 385.1.1-ci maddələrinə istinad etmişdir.

92. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 4 noyabr tarixdə tərəflərə göndərilmiş və tərəflərin vəkillərinə məxsus şəxsi elektron kabinetində yerl əşdirilmişdir.

93. İddiaçı 2022-ci il 14 dekabr tarixdə kassasiya şikayəti verməklə, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

94. Azərbaycan Respublikası Konstitusiyasının 125.7, 127, 129.3-cü maddələri üzrə Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan maddələrinin tələblərinə əməl olunmamışdır.

95. MM-in 157.2-ci maddəsi üzrə - İddiaçıya məxsus olan borular faktiki olaraq cavabdehin qanunsuz sahibliyindədir və yaranmış zərurətlə bağlı olaraq iddiaçı mülkiyyətində olan həmin boruları ölkədən ixrac etmək niyyətində olmuşdur. Lakin cavabdeh həmin boruların ərazidən çıxarılmasına mane olaraq iddiaçının mülkiyyət hüququnu kob ud surətdə pozmuş, iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik etmişdir. Borular iddiaçının mülkiyyətindədir. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2021-ci il 5 fevral tarixli e-2-2(113)483/2021 saylı məhkəmə aktına əsasən, iddiaçı ilə “X4 X5 LTD” Şirkəti arasında olan borc mübahisəsi üzrə iddiaçıya məxsus olan əmlaklar (borular) üzərinə həbs qoyulması müəyyən edilmişdir. Əmlak üzərinə həbs qoyulması da sübut edir ki, həmin borular iddiaçıya məxsus olmuşdur. Həmin məhkəmə aktı boruların iddiaçının mülkiyyətində olduğunu, cavabdehin boruları qanunsuz olaraq öz ərazisində saxlaması, mülkiyyətçi tərəfindən çıxarılmasına icazə verməməsi boruların qanunsuz olaraq cavabdehin qanunsuz sahibliyində olmasının əyani sübutudur. Yuxarıda göstərilənlər isə sübut edir ki, MM-in 157-ci maddəsi nin tələblərinin pozulmasının şərt və əsasları mövcuddur. 96. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı üzrə - Həmin Plenum qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları da kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir. 97. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 2007- ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarı üzrə İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilələrə əsasən, həmin müqavilənin 1 Saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin iki xarici hüquqi şəxsin Azərbaycandakı filialı arasında bağlanması və müqavilə predmeti olan boruların qanunsuz olaraq cavabdeh tərəfindən saxlanması müqavilə tərəflərinin iddiaçı və üçüncü şəxsin maraqlarına toxunduğundan və subyektiv hüquqlarını pozduğundan maraqlar ına toxunulan tərəfin məhkəmədə iddia qaldırması onların subyektiv hüququ olmuşdur.

98. Hazırkı iş üzrə apellyasiya məhkəməsi MPM-in 9, 14.2, 77.1, 217.4, 407.2, 416-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

99. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının kassasiya şikayəti əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi 2021-ci il 6 yanvar tarixli qərardadda boruların kimə məxsus olması barədə araşdırma aparılması və sübuta yetirilməsi göstərilməmiş, iddiada qeyd olunan borularla qərardadda göstərilən borular (bax yuxarıda § 43) eynilik təşkil etməmişdir. Belə olan halda qeyd olunan borular üzərində mülkiyyət hüququ heç bir qərarla təsdiq olunmamışdır.

100. İddiaçı tərəf iddia edir ki, guya iddiaçının "xxxx" şirkətinə satdığı boruların dəyəri ödənilmədiyindən sözügedən boruların iddiaçıya geri qaytarılması barədə razılığa gəlinmişdir, lakin məhkəmə tərəfindən belə bir razılıq nəzərə alınmamışdır. Halbuki birincisi, iddiaçı tərəfindən belə bir razılıq məhkəməyə təqdim edilməmişdir. İkincisi, belə bir razılıq mövcuddursa, niyə bu razılıq 3 il ərzində icra edilməyib və əgər "xxxx" Şirkəti razılıqdan irəli gələn öhdəliyi icra etməyibsə, niyə ona qarşı iddia qaldırılmayıbdır. Üçüncüsü, hər iki şirkətin direktorlarının və qanun nümayəndələrinin eyni şəxs olduğunu nəzərə alaraq, belə bir razılıq olsa belə, onun sonradan məhz bu iddia üçün hazırlandığı aşkardır. Həm üçüncü şəxsin direktoru, həm də “Zena Driling Limited” şirkətinin təsisçisi və direktoru Andrea Kattaneodur.

101. İddiaçı həmin boruların ona məxsus olmasını sübuta yetirə bilmədiyi üçün əldə edəcəyi gəlirlər barədə sübut da təqdim edə bilmir, çünki iddia tamamilə əsassızdır. İddiaçı əldən çıxmış faydanı qanunvericiliyin tələbi əsasında sübuta yetirə bilməmişdir. İddiaçı əsaslandıra bilmir ki, niyə özünə məxsus olduğunu iddia etdiyi boruları 3 il istifadəsiz cavabdehin ərazisində saxlayır, amma indi əldən çıxmış faydanı tələb edir. İddiaçı sübut edib, əsaslandıra bilmir ki, tələb etdiyi zərəri necə hesablamışdır. İddiaçı əldən çıxmış faydanı qanunvericiliyin tələbi əsasında sübuta yetirə bilməmiş, hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirməmişdir.

102. İddiaçı mülki prosessual qanunverici liyin tələbinə görə məhkəmədə tərəf ola bilməz. İddiaçının istinad etdiyi “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarında bununla bağlı xüsusi qeyd vardır və bildirilir ki, “müəyyən şərtlər çərçivəsində mülki hüquq münasibətlərinin bütün tərəfləri kommersiya mübahisəsinin subyekti ola bilərlər”. Ancaq Plenum qərarında qanunla qadağan edilən tərəflərin hansı şərtlər əsasında kommersiya mübahisənin tərəfi ola bilməsi şərtləri açıqlanmamışdır. İkincisi isə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Qanunvericilikdə məhkəmədə tərəf olma hüququ hüquqi şəxslərə verilir və qanunvericiliyin tələbinə görə filial hüquqi şəxs deyildir.

103. Şəxs əşyaya mülkiyyətçi hüququ kimi sahib olmaq üçün MM-də nəzərdə tutulan əsasla əmlaka sahibliyi həyata keçirən şəxs olmalıdır. Qanunun tələbindən də görünür ki, əşyaya faktiki sahiblik edən əşyanın mülkiyyətçisi hesab edilir. Mübahisə predmeti olan borulara 5 ildən artıq olaraq cavabdeh sahiblik edir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu 18 ədəd hesab-faktura 2017-ci il 7 noyabr tarixli hesab-faktura ilə eynilik təşkil etmişdir. Belə məlum olur ki, iddiaçı öz seçimi ilə təqdim etdiyi sənədlər, alqı-satqı müqavilələri əsasında "xxxx" şirkətinin sifarişi ilə ölkəyə gətirilmiş boruların niyəsə bir qismi sifarişçiyə satılır, digər qismi isə məhkəməyə məlum olmayan və araşdırılmayan hansısa səbəbdən satılmayaraq, iddiaçı ilə əlaqəsi olmayan ərazidə 3 ildən çox müddət ərzində istifadə edilmədən saxlanılır. Maraqlısı budur ki, bu illər ərzində iddiaçı mübahisəli borulardan istifadə etmir, heç kəsə də satmır, hətta "xxxx" Şirkəti qeyd edilən ərazidəki fəaliyyətini dayandırdıqdan və istifadəsində olan hər şeyi təhvil verib getdikdən xeyli müddət sonra da boruları ərazidən götürmür. Ancaq cavabdeh "xxxx" şirkətinə qarşı iddia qaldırıb, borcu tələb etdikdən, iddia təmin edildikdən və qətnamə qanuni qüvvəyə mindikdən, cavabdeh "xxxx" şirkətindən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı məhkəməyə müraciət edir. Mara qlıdır ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi "xxxx" şirkətindən deyil, 3-cü şəxsdən tələb edir. Əlbəttə ki, "xxxx" şirkəti borcu olduğu cavabdehəə borcunu ödəməkdən, Azərbaycan Respublikası adından qəbul edilmiş qətnaməni icra etməkdən yayınmaq üçün digər şirkəti olan iddiaçı əsassız iddia qaldıraraq, boruları ölkədən çıxartmaq istəyir.

104. Buna səbəb olaraq qeyd olunmalıdır ki, həm iddiaçının, həm də üçüncü şəxsi direktoru eyni şəxsdir. İddiaçı sözügedən NKB və QB-lərin nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən heç bir sənəd təqdim etməmişdir.

105. İddiaçı iddia edir ki, şahid ifadələri ilə də iddia sü but olunur. Halbuki, "xxxx" ASC-nin işçisi olan şahid Əbdül Hacıyev bildirmişdir ki, onun boruların məhz iddiaçıya məxsus olmasını müəyyən etmək səlahiyyəti və qabiliyyəti olmamış, sadəcə, gedib ərazidə borulara baxış keçirmişdir. İkinci şahid Səxavət Muradov ifadəsində bildirmişdi ki: “yeni boruları idarənin həyətindən götürürdülər. Təhvil verilməyən heç nə qalmamışdır. “X6 Company Limited” Şirkətinə aid olmayan heç nə sahədə yox idi.” Daha sonra iddiaçının vəkilinin konkret istiqamətverici sualından sonra şahid bildirdi ki, sahədə bourlar qalib və borular iddiaçıya məxsusdur. Bu borular "xxxx" Şirkətinin itifadə edilməsi üçün gətirilmişdir. Göründüyü kimi, şahid ifadələri ilə borunun "xxxx" Şirkətinə məxsus olduğu sübut olunur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

106. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

107. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

108. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə tərəflərə eyni olaraq yanaşmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ

109. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqla rı sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;... 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər....” “Maddə

159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə

160. Vasitəsiz və vasitəli sahiblik Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə

161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.” “Maddə

166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətç i hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur....” 110. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Əsas anlayışlar 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;...” “Maddə

4. Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydaları 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur....”

111. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

33. Vergi ödəyicilərinin uçotu 33.1.... Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəx slərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir....” 112. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

12. Hüquqi şəxsin istinad etdiyi qanun Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Maddə

13. Hüquqi şəxsin hüquq qabiliyyəti 13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən ol unur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir....” 113. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Bu Qanunda istifadə olunan anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.5. xarici investor – investisiya fəaliyyətini həyata keçirən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, habelə xarici dövlət;...” “Maddə

8. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi formaları 8.1. İnvestisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər:... 8.1.3. xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili;...” 114. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə müəyyən edilmişdir ki: “... Kommersiya mübahisəsinin subyektlərinin dairəsi... - Kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla)...”

115. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanunil iyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

116. Hazırkı iş üzrə iddiaçı ona məxsus müvafiq nasos kompressor borularının və qazma borusunun cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ya təhvil verilməsini və bununla əlaqədar əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianı təmin etməmişdir.

117. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi nəticə etibarilə ondan ibarət olmuşdur ki, iddiaçı hüquqi şəxs olmadığından mübahisə predmeti olan əmlaklar onun mülkiyyəti hesab edilməz, hüquqi şəxsin mülkiyyətçisi tərəfindən filialın fəaliyyət göstərmək üçün ona verdiyi əmlakın vahid mülkiyyətçisi hüquqi şəxs olaraq qalır, bu səbəbdən də iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir.

118. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

119. Əvvəla, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 13.1-ci maddələrindən (bax yuxarıda § 112) aydın olur ki, hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin, eləcə də onun filial və nümayəndəliyinin hüquq qabiliyyəti həmin hüquqi şəxsin istinad etdiyi qanunla müəyyən olunur.

120. Bu o anlama gəlir ki, apellyasiya instansiya məhkəməsi hazırkı halda iddiaçının hüquq qabiliyyətinə Azərbaycan Respublikasının qanunu deyil, iddiaçının tabe olduğu hüquqi şəxsin istinad etdiyi qanun, yəni müvafiq xarici ölkənin hüququ əsasında qiymət verməli idi.

121. İstənilən halda, məhkəmə kollegiyas ının mövqeyinə görə, milli qanun xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir. 122. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin (bax yuxarıda § 110) məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar.

123. Azərbaycan Respublikası Vergi Məcə lləsinin 33.1-ci maddəsinə (bax yuxarıda § 111) əsasən, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

124. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatına alınması qanunla nəzərdə tutulmamışdır.

125. Eləcə də, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meya rları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ (bax yuxarıda § 114) əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.

126. Qeyd etmək lazımdır ki, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının hüquq qabiliyyətinin spesifikliyi “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan da açıq-aşkar şəkildə irəli gəlməkdədir.

127. Həmin Qanunun 1.1, 1.1.5, 8.1 və 8.1.3-cü maddələrinin (bax yuxarıda § 113) əlaqəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətini həyata keçirən xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri xarici investor hesab olunurlar. Ümumiyyətlə, həmin Qanuna görə, xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili özü investisiya fəaliyyətinin formalarından biridir.

128. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər. Belə ki, ölkə iqtisadiyyatına sərmayə yatıran, yəni xarici investor hesab edilən filialların qanuni əsaslara əmlaka sahib olmaları, o cümlədən əmlak əldə etmələri və özgəninkiləşdirmələri tamamilə mümkündür.

129. Bundan başqa, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hall arından görünür ki, mübahisə predmeti olan borular məhz iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına da rəsmiləşdirilmiş, daha sonra onların bir hissəsi iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır (bax yuxarıda § 53).

130. MM-in 166.1-ci maddəsində (bax yuxarıda § 109) nəzərdə tutulmuş prezumpsiyaya görə, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir.

131. Bundan başqa, MM-in 159, 160 və 161-ci maddələrinin (bax yuxarıda § 109) əlaqəli təhlili onu deməyə əsas verir ki, xarici hüquqi şəxslərin filiallarının qanuni əsaslara əmlaka sahib olmaları yalnız mülkiyyət hüququ əsasında deyil, sahiblik hüququ əsasında da mümkündür.

132. Belə ki, müvafiq xarici hüquqi şəxsin öz filialına təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün verdiyi əmlak, ən azından, filialın qanuni sahibliyində də ola bilər.

133. Belə olan halda isə, MM-in 157.8-ci maddəsinə (bax yuxarıda § 109) uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka qanuni əsaslarla sahiblik edən xarici hüquqi şəxsin filialına da mənsubdur.

134. Qeyd etmək lazımdır ki, MM-in 158.1, 158.1.2 və 158.2-ci maddələrinə (bax yuxarıda § 109) görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı, əmlak hüququ sayılır və bu əmlak hüququ mülkiyyətçi olmayan şəxslərə də mənsub ola bilər.

135. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, MM-in 157.2-ci maddəsinə (bax yuxarıda § 109) uyğun olaraq, əmlakın mülkiyyətçisi kimi, qanuni sahibinin də (konkret halda iddiaçının da) özgəsinin (konkret halda cavabdehin) qanunsuz sahib liyindən öz əmlakını tələb etmək hüququ, o cümlədən bu hüququn müdafiəsi üçün məhkəməyə müraciət etmək kimi subyektiv hüququ vardır.

136. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, nəticədə MPMin 217.1-ci maddəsinə (bax yuxarıda § 115) zidd olaraq qanunsuz qətnamə qəbul etmişdir.

137. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən, cavabdeh isə tam mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığını hesab edərək sübutları araşdırmadan rədd etdiyindən, hazırkı vəziyyətdə mübahisə predmeti olan əmlakın həqiqətən də iddiaçıya məxsus olub-olmaması ba rədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

138. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-808/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

139. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməli, o cümlədən işdə olan sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir.

140. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 22(103) -808/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar