Məhkəmə qərarları › İş №2-2(102)-88/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-88/2025

04.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ASC-yə iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribov və X2 ibarət tərkibdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – “iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-987/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi qismində iddiaçı ilə icraçı kimi cavabdeh arasında “Hərbi Dəniz Qüvvələrinin Bazası”nın tikintisi layihəsi üzrə 2010-cu il 29 dekabr tarixli 18 nömrəli və 2011-ci il 3 avqust tarixli 18 nömrəli podrat müqavilələri bağlanmışdır. 2.Tərəflər arasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisinin İ mərhələsi üzrə 79.073.886 manat məbləğində, İİ mərhələ üzrə isə 185.808.215 manat məbləğində, cəmi 264.880.101 manat məbləğində 2010-cu il 29 dekabr tarixli 41 nömrəli və 2011-ci il 3 avqust tarixli birbaşa satınalmalar müqavilələri bağlanmışdır. İddiaçının Hərbi Dəniz Qüvvələrinin yeni bazasının tikintisinin İ mərhələsi 2015-ci il 6 oktyabr tarixdə istis mara qəbul edilmişdir.

3. İş üzrə müqavilələr icra edildiyi və tikinti işlərinin bitirilməsindən sonra Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən yerinə yetirilmiş tikintiquraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci ilin bazis smeta qiymətlərinə nisbətən ehtimal olunan müqavilə dəyərinin məbləği 197.223.469,41 manat, artım əmsalı isə 23,26 dəfə hesablanmış və 64.476.612,6 manat məbləğində vəsaitin cavabdehə artıq ödənilməsi müəyyən edilmişdir. X3 Qrupunun 2017-ci il sentyabr-oktyabr aylarında iddiaçının Əsaslı tikinti şöbəsində keçirtdiyi planlı yoxlama zamanı müqavilə üzrə cavabdehə ödənilmiş vəsaitlərin obyektə təyin olunmuş dəyərdən artıq olduğu əsası ilə qeyd olunan vəsaitin dövlət büdcəsinə qaytarılmalı olduğu yekun aktda qeyd edilmişdir.

4. İddiaçının Əsaslı tikinti şöbəsi tərəfindən cavabdehin idarə heyətinin sədrinə 2016-cı il 28 yanvar tarixli məktub ünvanlanaraq obyektin ehtimal olunan dəyəri ilə ödənilmiş vəsait arasındakı 64.476.613,6 manat fərqin 3 ay müddətində geri qaytarılması tələb olunmuşdur.

5. Bundan sonra iddiaçının Əsaslı tikinti şöbəsi tərəfindən cavabdehə müxtəlif məzmunlu (yerinə yetirilmiş əlavə işlərin müvafiq qaydada ekspertiza olunmuş layihəsmetası və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin ehtimal olunan dəyəri təqdim olunduqdan sonra əlavə işlərə dair müqavilənin bağlanması ehtimalı, obyektin istismarı ilə bağlı çətinliklərin olması, obyektin dəyəri üzrə azalmanın yaranması barədə) 2016-cı il 1 fevral, 2016-cı il 8 fevral, 2016-cı il 3 mart və 2016-cı il 18 mart tarixli məktublar göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı 2024-cü il 19 mart tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə müəyyən olunmuş dəyərdən artıq ödənilmiş 64.476.612,6 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək müqavilənin icra olunmasından 9 il keçdiyini və müqavilə üzrə iddia müddətinin ötürülmüş olduğunu bildirmişdir. Bu səbəbdən, iddia müddəti tətbiq olunaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 iyul tarixli e-2- 2(113)-2589/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov). 9.Məhkəmənin mövqeyinə görə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməkdə subyektiv hüququ olsa da, o həm müqavilədən irəli gələn iddia tələbi üzrə müddəti həm də əsassız varlanma obyektini qaytarmaq hüququ üzrə müddəti ötürmüşdür.

10. Belə ki, iddiaçı artıq ödədiyi vəsait hesabına əsassız varlanmış cavabdehdən sonradan aradan qalxmış əsasa görə həmin məbləğin geri qaytarılmasını 2016-cı il 28 yanvar tarixdə tələb etmiş, həyata keçirilmiş əsasın aradan qalxması iddiaçıya 2016-cı il 1 yanvar tarixdən məlum olmuşdur. Lakin, həmin vaxtdan iddiaçı cavabdehə bu barədə müraciət etməmiş, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsini etiraf edən hər hansı hərəkətlər edilməmişdir. İddiaçı cavabdehə artıq ödənişl ər edilməsini, yəni əsasın aradan qalxdığını bildiyi 2016-cı il tarixdən iddia müddətinin axımı başlanmış və həmin tarixdən də ikiillik müddət ötrülmüşdür.

11. Digər tərəfdən 2010-cu il 29 dekabr (İ müqavilə) və 2011-ci il 3 avqust (İİ müqavilə) podrat müqavilələri üzrə cavabdehin öhdəliyi icra etmə müddətinin 720 gün müəyyən edildiyini, həmin müddətlərin müvafiq olaraq 2012-ci il 19 dekabr və 2013-cü il 24 iyul tarixlərində başa çatdığını və həmin vaxtlardan da iddia müddətlərinin axımının başladığı nəzərə alındıqda həmin tarixlərdən üçillik müddət ötürülmüşdür.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 425.1, 442, 752.1, 759.2, 760.1, 762.3, 1091, 1095-ci maddələri nə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-987/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – İ.İbrahimli və V.Sadıqov).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 372.1, 372.2, 373.2, 375.2, 377.2, 380, 385.1, 386.1, 427.3, 442, 752.1, 759.2, 760.1, 762.3, 1091, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 384, 386, 425-ci, MPM-in 418-ci maddələrinə əsaslanaraq, kassator bildirmişdir ki, iddiaçı tərəfindən 2015-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyəri cədvəlində qeyd olunmuş qiymətlər və layihə-smeta sənədlərinə uyğun olaraq obyekt üzrə 197.223.469,4 manat məbləğində yerinə yetirilmiş işlərin qəbulu aktları yenidən hazırlanaraq təsdiq edilmiş və imzalanması üçün podratçıya təqdim edilmiş, lakin Forma 2 aktlarının podratçı tərəfindən audit keçirilən müddətədək imzalanmadığı aşkar edilmişdir. Şöbə tərəfindən bu barədə 2016-cı il 28 yanvar tarixdə 43 nömrəli məktubla cavabdehin idarə heyətinin sədrinə müraciət olunmuşdur. Məhkəmə iddia tə ləbinin iddia müddəti tətbiq olunmayan tələblərə aid olduğunu, tikintisi dövlət büdcəsi hesabına aparılan obyektlər üzrə yerinə yetirilmiş işlərin dəyərinə aid olduğunu nəzərə almamışdır. Bununla yanaşı, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verdikdən sonra belə işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə sənədlər təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. Kassasiya baxışının hədləri

19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.. İİİ. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “ Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. …” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. …” “Maddə

427. Öhdəliyin icrası müddəti... Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”

21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərai t yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəy yən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

23. Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, su byektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən arqumentlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil etmir. Apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmış, sübutlara qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və gəlmiş olduğu nəticə qanuni və əsaslı olmuşdur.

26. Belə ki, mübahisəyə səbəb olmuş podrat münasibətləri çərçivəsində cavabdeh tərəfindən müəyyən tikinti-quraşdırma işlərinin görülməsi və təhvil verilməsi faktı iş materialları ilə təsdiqlənmişdir. İddiaçı həmin müqavilə çərçivəsində artıq vəsaitin cavabdehə ödənildiyini əsas gətirərək bu məbləğin geri qaytarılmasını tələb etmişdir. Lakin apel lyasiya instansiyası məhkəməsi düzgün şəkildə müəyyən etmişdir ki, bu tələb ya əsassız varlanma, ya da müqavilə öhdəlikləri üzrə iddia tələbi kimi qiymətləndirilsə də, istənilən halda iddia müddətləri artıq keçmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2016-cı il 1 yanvar tarixindən etibarən artıq ödəniş faktından xəbərdar olmuş, lakin yalnız 2024-cü il 19 mart tarixində iddia qaldırmışdır. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

28. Kassasiya şikayətində iddia müddətinin tətbiq edilməməli olduğu göstərilmiş, buna əsas kimi isə tələbin tikintisi dövlət büdcəsi hesabına aparılmış obyektlə bağlı olduğu bildirilmişdir. Halbuki, bu mövqe maddi hüquq normalarına uyğun sayıla bilməz. Belə ki, tikinti işlərinin dövlət sifarişi əs asında həyata keçirilməsi, onların maliyyə mənbəyindən asılı olmayaraq, iddia müddətinin tətbiqinə maneə yaratmır. Burada əsas meyar hüquqi münasibətlərin mülki xarakter daşıması və tərəflər arasında bağlanmış müqavilə çərçivəsində hüquq və vəzifələrin müəyyən olunmasıdır.

29. Digər tərəfdən, kassasiya şikayətində göstərilən sübutlar, o cümlədən dövlət qurumlarının hesabatları və rəsmi məktublar, artıq ödənişin texniki baxımdan hesablanması ilə bağlıdır. Lakin bu sənədlər cavabdehin həmin məbləği könüllü olaraq geri qaytarmaq niyyətini və ya hüquqi öhdəlik daşıdığını sübut etmir. Borcun etirafı baş vermədiyindən və tərəflər arasında yeni razılaşma bağlanmadığından, müddətlərin pozulması əsaslı şəkildə iddianın rəddinə səbəb olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkə məsi MM-in 372–380 və 1091–1095-ci maddələrini düzgün tətbiq etmiş, həmçinin iddia müddəti ilə bağlı tərəfin təqdim etdiyi ərizəyə əsasən prosessual qaydada qiymət vermişdir.

31. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab verir, kassasiya şikayətində göstərilən dəlillər isə həmin qətnamənin dəyişdirilməsinə və ya ləğvinə əsas yaratmır.

32. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Gös tərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-987/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar