Məhkəmə qərarları › İş №2-2(102)-887/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-887/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-887/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Naxçıvan Muxtar Respublikası N axçıvan Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.286,15 manat əsas, 1.668 manat əvəzindən ödədiyi, cəmi 4.954,15 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70,30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin 2025-ci il 14 noyabr tarixli 2(078)-831/2025 saylı qərardadı ilə işin aidiyyət üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Səfərəliyeva).

3. Məhkəmə iddiaçının iddia tələbində əsaslandırdığı cavabdehin pula ehtiyacı olduğundan bankdan kredit götürərək on a borc verməsi, pulun cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə verilməsi, cavabdehin götürülən krediti ödəməsi fikirlərinə, həmçinin iddiaçının nümayəndəsinin ailəli olduqları müddətdə cavabdehin mağaza işlətdiyindən pula ehtiyacı olması, tərəflərin hər ikisinin vergi ödəyicisi olmasına əsaslanaraq mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi nəticəsinə gəlmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.3 və 32.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Naxçıvan Muxtar Respublikası Naxçıvan Kommersiya Məhkəməsindəki icraat

5. Naxçıvan Muxtar Respublikası Naxçıvan Kommersiya Məhkəməsinin 2025-ci il 9 dekabr tarixli 2-2(123)-576/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətin in müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Q.Məmmədov).

6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı borc verməsi əsasında məhkəməyə müraciət etmişdir. Borc verməsinin sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi məqsədi ilə olması məlum olmur. Həmçinin cavabdehin izahatında qeyd etdiyi halların real sübutu təqdim olunmamış, həmçinin yaranmış münasibətin sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi məqsədi ilə olması real görsənmir. Hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün tərəflərin arasında yaranan münasibətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olmamasının aydınlaşdırılması zərurəti yaranır.

7. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilmədiyindən işə Naxçıvan MR Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz.

8. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, işin məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aid deyildir və işə ümumi məhkəmədə baxılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni MPM-in 1, 13, 24.1, 24.2, 24.3, 25.1, 26.1, 32.3, 32.7, 395.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.

7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələri nin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

13. Lakin hazırkı iş üzrə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

14. Belə ki, iddianın əsasını tərəflər arasında bağlanması iddia edilən borc müqaviləsi, iddianın predmetini isə həmin müqavilə üzrə borcun tutulması təşkil edir.

15. Məhkəmə tərkibi qeyd edir ki, yalnız tərəflərin fərdi sahibkar statusunda olması onlar arasında olan bütün mübahisələrin kommersiya mübahisəsi olması anlamına gəlmir. Bunun üçün mübahisənin predmet i və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

16. Hazırkı mübahisə də yalnız o vaxt kommersiya mübahisəsi kimi qiymətləndirilə bilərdi ki, iddianın əsasını təşkil edən borc müqaviləsinin bağlanması məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsun. Lakin iddiaçı borc müqaviləsinin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlı hallara istinad etməmişdir. Yalnız cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması isə mübahisənin kommersiya xarakterli olması anlamına gəlmir.

17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

18. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır.

19. Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar