Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-89/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı (LPO Maraqlı şəxs ASC üçüncü şəxs olmaqla) “hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)830/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 63 kv.m olan 10 nömrəli mənzil (bundan sonra – “mənzil”) üzərində İddiaçı (bundan sonra – “İddiaçı”) tam mülkiyyət hüququ 2015-ci il 5 fevral tarixində dövlət qeydiyyatına alınmışdır (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış).
2. İddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı (üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 189.580,71 manat məbləğində əsas, 28.354,6 manat məbləğində faiz borcu, 8.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1.448,15 manat məbləğində faiz borcu, cəmi 227.383,46 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan Maraqlı şəxs ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqd a isə artıq qalmış məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması, eyni zamanda qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər "xxxx" MMC-nin və İddiaçı müştərək qaydada 300 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə, 400 manat məbləğində pul vəsaiti tutularaq “X2 Mərkəzi” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə 2022-ci il 9 mart tarixində qanuni qüvvəsini almış və həmin tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir (Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli e-2-2(113)-487/2021 nömrəli icra vərəqəsi).
3. Bakı şəhəri Səbail rayon İcra şöbəsi "xxxx" MMC -yə (bundan sonra – “Hərrac Mərkəzi”) 2022-ci il 20 aprel tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli e-2-2(113)-487/2021 nömrəli icra sənədinin 2022ci il 7 may tarixində icraata daxil olduğu və müvafiq qaydada icraya yönəldildiyini, icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edildiyini bildirmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq, mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil olunmasını xahiş etmişdir.
4. Lot 177/22. mənzilin ilkin satış qiyməti 397.100 manat olmaqla açıq hərracın 2022ci il 25 may tarixində saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir (“Market” reklam və elanlar qəzetinin 2022-ci il 29 aprel - 5 ma y tarixləri üçün 16 nömrəli (41) buraxılışı). 5. “Hərrac Mərkəzi” tərəfindən İddiaçı SS781456450A7 və SS787758878AZ kodlu sifarişli məktublar göndərilmişdir (Sifarişli poçt qəbzləri).
6. Lot 177/22. mənzilin təkrar hərracdakı satış qiyməti 337.535 manat olmaqla 2022-ci il 25 may tarixində keçirilən ilkin hərrac baş tutmadığından təkrar hərracın 2022-ci il 13 iyun tarixində saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir (“Market” reklam və elanlar qəzetinin 2022-ci il 27 may – 2 iyun tarixləri üçün 20 nömrəli (45) buraxılışı).
7. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 2022-ci il 20 aprel tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus mənzil 337.535 manata təkrar hərraca çıxarılmış və hərracın tarixi 2022-ci il 13 iyun saat 11:00-dadır (“Hərrac Mərkəzi”nin 2022-ci il 27 may t arixli 177/22 nömrəli hərrac bildirişi). 8. “Hərrac Mərkəzi” tərəfindən 2022-ci il 2 iyun tarixində ünvanlanan göndəriş müvafiq olaraq 2022-ci il 6 iyun tarixində "xxxx" MMC-yə və İddiaçı çatdırılmışdır (2022-ci il 6 iyun tarixli teleqramlardan (geri bildirişi).
9. Bakı şəhəri Səbail rayon İcra şöbəsi “Hərrac Mərkəzi”nə 2022-ci il 16 iyun tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli e-22(113)-487/2021 nömrəli icra sənədinin (qətnamə) 2022-ci il 7 aprel tarixində icraata daxil olduğu və müvafiq qərarla icraata başlandığını, icra sənədi üzrə borclu İddiaçı məxsus mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil edilməsi üçün onlara 2022-ci il 20 aprel tarixli məktubla müraciət olunduğunu, icra sənədi üzrə borclu İddiaçı tərəfindən şikayət veril diyini, 2022-ci il 16 iyun tarixli qərarla icra sənədi üzrə icraatın dayandırıldığını bildirərək, bu səbəbdən hərracın dayandırılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 2022-ci il 16 iyun tarixli məktubuna əsasən, mənzil barəsində keçiriləcək hərrac 2022-ci il 16 iyun tarixindən dayandırılmışdır (“Hərrac Mərkəzi”nin hərracın dayandırılması barədə 2022-ci il 16 iyun tarixli 177/22 nömrəli protokolu).
11. Bakı şəhəri Səbail rayon İcra şöbəsi “Hərrac Mərkəzi”nə 2023-cü il 31 oktyabr tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli e-2-2(113)-487/2021 nömrəli icra sənədi (qətnamə) üzrə borclu İddiaçı məxsus mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil edilməsi üçün onlara 2022-ci il 20 aprel tarixli məktubla müraciət ol unduğunu, daha sonra yaranmış zərurətlə bağlı hərracın dayandırılması üçün onlara 2022-ci il 16 iyun tarixli məktubla müraciət olunduğunu, halhazırda zərurət aradan qalxdığından borclu İddiaçı mülkiyyətində olan mənzilin satışına dair hərracın davam etdirilməsini xahiş etmişdir.
12. Lot 177/22 üzrə mənzilin hərracının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən davam etdirilməsi barədə elan verilmişdir (“Market” reklam və elanlar qəzetinin 2023-cü il 3 noyabr – 9 noyabr tarixləri üçün 105 nömrəli (10921) buraxılışı). 13. “Hərrac Mərkəzi”nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərracın yekunları barədə 2023-cü il 16 noyabr tarixli 177/22 nömrəli protokola əsasən mənzilin satılması ilə bağlı keçirilmiş iki hərrac ba ş tutmadığına görə ipoteka saxlayan LPO Maraqlı şəxs ASC həmin əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 253.151,25 manata almışdır. 14. “Hərrac Mərkəzi” ilə ipoteka saxlayan LPO Maraqlı şəxs ASC arasında 2023-cü il 16 noyabr tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, mənzil 253.151,25 manata ipoteka saxlayan LPO Maraqlı şəxs ASC-yə satılmışdır.
15. İddiaçı tərəfindən “Hərrac Mərkəzi”nə 2024-cü il 25 yanvar tarixli pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq 2023-cü il 16 noyabr tarixli hərracın nəticələrinin ləğv edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 14 fe vral tarixində “Hərrac Mərkəzi”nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü il 16 noyabr tarixində keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli e2-2(113)-487/2021 nömrəli icra vərəqəsinə əsasən, Səbail İcra şöbəsi tərəfindən mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanla bağlı icra hərəkətləri nəticəsində mülkiyyətçiyə heç bir məlumat verilmədən gizli hərrac keçirilmiş və cavabdehin 177/22 nömrəli 2023-cü il 16 noyabr tarixli hərrac protokoluna əsasən həmin əmlakın ilkin satış qiyməti 397.100 manata qiymətləndirilmişdir. Bund an sonra cavabdeh tərəfindən 177/22 nömrəli protokolu ilə hərrac keçirilmişdir. Nəticədə iddiaçının xüsusi mülkiyyətində olan mənzil 10 – 253.151,25 manata ləğv prosesində olan Maraqlı şəxs ASC-yə satılmışdır. Belə ki, o, həm əmlakın qiymətləndirilməsindən gec xəbərdar olmuş, həm də hərracın iki dəfə keçirilməsinə baxmayaraq, ona bir mülkiyyətçi olaraq heç bir bildiriş məlumat verilməmişdir. Hərracın qanun pozuntusu ilə keçirildiyini bildirmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətinə dair məlumatlar yer almışdır. Belə olan halda hazırkı iddiaçının (mülkiyyətçinin) məlumatı olmadan hərracın təşkili, keçirilməsi və mənzilin satılması birbaşa sonuncunu n hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1 və 42.3-cü maddələri mülkiyyət hüququnun toxunulmaz olması prinsipinə əsaslanaraq son zərurətdə belə mülkiyyətin əldən çıxmamasına şərait yaradıb. Lakin hərracın keçirilməsindən bixəbər olan cavabdeh mülkiyyətçi hərracda alıcı qismində iştirak etmək hüququna malik olsa belə, həmin hüquqların həyata keçirilməsinə qanuna müvafiq şərait yaratmaq əvəzinə, həmin hüququndan istifadə edilməsindən məhrum edilmişdir. Qeyd olunanlardan əlavə mənzilin reallığa uyğun olmayan çox aşağı qiymətlə qiymətləndirilməsi, qiymətləndirmə rəyinin mülkiyyətçiyə göndərilməməsi onun hüquqlarının davamlı şəkildə pozulmasının ani sübutudur.
18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli e- 2-2(113)-1638/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim – L.Əliyeva).
19. İddiaçı keçirilmiş hərracın nəticələrini mübahisələndirmiş və iddiasına əsas kimi iki faktiki hala - ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsinə və hərracın onun xəbəri olmadan keçirilməsinə istinad etmişdir.
20. Birinci halla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
21. İkinci hala münasibətdə məhkəmə hesab etmişdir ki, 2023-cü il 25 may tarixində hərracın və 2023-cü il 13 iyun tarixində təkrar hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya hərracların vaxtı və yeri barədə məlumat verilməsi məqsədilə sifarişli məktublarla bildirişlər göndərilmişdir. Təkrar hərracla bağlı bildiriş 2023-cü il 6 iyun tarixində iddiaçıya çatdırılmışdır.
22. İlkin hərracın keçirilməsi ilə bağlı bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sənədin təqdim edilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən hərrac təşkilatlarının üzərinə ipoteka saxlayana və ipoteka qoyana bildirişlər göndərmək vəzifəsi qoyulmuşdur ki, ilkin hərracla bağlı iddiaçıya bildiriş göndərilməsini təsdiq edən poçt zərfinin surəti iş materiallarına əlavə edilmişdir. Odur ki, cavabdeh hərraclar barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirməklə, eləcə də ipoteka qoyana bildirişlər göndərməklə hərrac barəsində məlumatlandırma ilə bağlı qanunda nəzərdə tutulmuş vəzifələrini icra etmişdir. Belə olan halda birinci hərracla bağlı göndərilmiş bildirişin iddiaçıya çatdırılmaması ehtimal edilsə də, həmin hal hərrac təşkilatı tərəfindən qanun pozuntusuna yol verilməsi barədə nəticəyə gəlməyə əsas vermir.
23. Digər tərəfdən, ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmaması hərrac prosedurunun pozuntusu kimi dəyərləndirilsə belə, sözügedən hal hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün yetərli əsas deyildir. Belə ki, hərrac keçirilərkən yol verilmiş istənilən formal pozuntunun hərracın nəticələrinin etibarsız hesab edilməsinə səbəb olması mülki dövriyyənin sabitliyini pozmaqla hərracın digər iştirakçılarının, o cümlədən hərrac nəticəsində əmlakın əldə etmiş şəxsin qanuni maraq və hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, yalnız maraqlı şəxsin qanunla qorunan hüquqlarını əhəmiyyətli dərəcədə pozan və hərracın nəticələrinə təsir göstərən pozuntular hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas qismində çıxış edə bilərlər.
24. Hazırkı halda təkrar hərrac barədə bildiriş 2024-cü il 6 iyun tarixində iddiaçıya çatdırıldığından, yəni iddiaçı hərrac barədə məlumatlı olduğundan təkrar hərracda iştirak etmək, iştirak üçün beh ödəmək və ya həmin hərracda iştirak etməkdə maraqlı olması barədə hərrac təşkilatına hər hansı bir formada məlumat vermək imkanına malik olmuşdur. İddiaçının göstərilən hüquqlarının heç birindən istifadə etməməsi, hərracda iştirak etmək niyyətinin olmamasına və belə olan halda ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmasının hərracın nəticələrinə təsir etməyəcəyinə dəlalət edir.
25. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola verən pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 415.2, 416.1, 416.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42.1, 43.1, 43.4, 43.5, 43.7, 44-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması v ə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-830/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və E.Həsənov).
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi eyni dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd olunan arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zə rurət görmür, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax § 26).
31. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsi üzrə Qanun tələblərinin ziddinə olara q, cavabdeh hərracın vaxtı, keçirilmə yeri barədə iddiaçıya heç bir xəbərdarlıq etmədən keçirmişdir. Daha əvvəl həm iddia ərizəsində, həm də apellyasiya şikayətində də qeyd edilmişdir ki, hərracın keçirilməsindən iddiaçının heç bir məlumatı olmamışdır. Bununla bağlı iddiaçıya nə bildiriş göndərilmiş, nə də kütləvi informasiya vasitələrində bunun bağlı hər hansı bir məlumatdan iddiaçının xəbəri olmamışdır. Bu hal hər iki instansiya məhkəmələrində qeyd edilsə də, lakin məhkəmə düzgün hüquqi qiymət verməmişdir.
33. MM-nin 152.1-ci maddəsi üzrə - Hərrac keçirilərkən iddiaçıya heç bir məlumat verilməmişdir. Bu da onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.
34. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlid ir. Lakin məhkəmə məcəllənin bu maddəsinin tələblərini nəzərə almamışdır.
35. MPM-nin 217-ci maddəsi üzrə - Kommersiya işinin materiallarından görünür ki, məhkəmə MPM-nin 217.3 və 217.4-cü maddələrinin tələblərini pozaraq işin müəyyən edilmiş hallarına əsasən çıxarmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri)
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləş dirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.”
40. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərra ca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5. Hərrac açıq auksion formasında keçirilir.” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keç irilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştir akçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.... 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü mad dəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.... 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal i stisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun....” “Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.”
41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışı nın prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
43. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
44. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
45. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88ci maddələrinin (bax § 41) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 41) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-830/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-830/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.