Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-9/2019 08.01.2019 ALİ MƏHKƏMƏ Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X1 ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı Müstəqil Sağlamlıq Şirkətinin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-422/18 saylı, 6 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: işin halları: İddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında 11 dekabr 2006-cı il tarixdə bağlanmış “torpaq sahəsinin ica rəyə verilməsi haqqında” müqaviləyə əsasən ünvan 1 ünvanının ətrafında yerləşən 9000 kv.m torpaq sahəsi iddiaçının uzun müddət (99 il) icarəsinə verilmişdir. Həmin tarixdən iddiaçı torpaq sahəsindən istifadə edir və onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən 18.07.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2017-ci il tarixli 2-2(81-140/2017 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin cavabdehlər İddiaçı Müstəqil Sağlamlıq Şirkətinə və Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş və onlar arasında bağlanmış 11 dekabr 2006-cı il tarixli 1 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında ” müqavilə etibarsız hesab edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmış, bununla da birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçıya məxsus olan və ünvan 1 ünvanının ətrafında yerləşən 9000 kv.m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa etdiyi avtomobil dayanacağının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bəyan edir ki, həmin torpaq sahəsində yerləşən İddiaçı qeyd olunan çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş və orada qanunsuz olaraq avtomobil dayanacağı tikilmişdir. B ununla da torpaq sahəsindən istifadə hüququ pozulur. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 700, 706, 708-ci, “Torpaq icarəsi haqqında” Qanunun 1, 2.2-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(81)-26/2018 saylı iş) 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X4 və X3, 2-2(103)-422/18 saylı iş) 6 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsiyoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbu l edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı ilə cavabdeh arasında qanuni müqavilə imzalanmış və 9000 kv.m torpaq sahəsi uzun müddət iddiaçının istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçının həmin torpaq sahəsindən sərbəst istifadə etmək hüququ vardır. Torpaq sahəsində iddiaçı tərəfindən abadlıq işləri görülmüş ağaclar əkilmiş və yaşıllıq salınmış, istifadəyə yararlı vəziyyətə gətirilmişdir, üzərindəki daşınmaz əmlak isə iddiaçının xüsusi mülkiyyəti kimi reyestrdə qeydə alınmışdır. Lakin cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt olunaraq avtomobil dayanacağı tikilir. Halbuki, həmin ərazi istirahət üçün ayrılmış bir ərazidir və cavabdehin belə səlahiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq belə nəticəyə gəlmişdir ki. “iş material larına əlavə olunmuş birinci instansiya, apellyasiya və kassasiya instansiyalarının məhkəmə aktlarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin X10 İdarəsinin cavabdehlər “İddiaçı” və Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı, cavabdeh İddiaçı ilə Bakı şəhər Səbail Bələdiyyəsi arasında 11 dekabr 2006-cı il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 14.03.2017-ci il tarixli, 2-2(81)-140/2017 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Beləliklə məhkəmə əsassız olaraq hesab etmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün də əsaslar mövcud deyil”. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə mövqeyi tamamilə əsassız, qanunsuz və qərəzlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin X10 İdarəsinin cavabdehlər “İddiaçı” və Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı, cavabdeh İddiaçı ilə Bakı şəhər Səbail Bələdiyyəsi arasında 11 dekabr 2006-cı il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-2( 102)-517/17 saylı, 29 dekabr 2017-ci il tarixli qərarından tərəfimizdən Azərbaycan Respublikasının Ko nstitusiya Məhkəməsinə şikayət verilmiş və şikayət icraata qəbul edilmişdir. Hazırda, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin X10 İdarəsinin cavabdehlər “İddiaçı” və Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı, cavabdeh İddiaçı ilə Bakı şəhər Səbail Bələdiyyəsi arasında 11 dekabr 2006-cı il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qəbul edilmiş məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu yoxlanılır. Bununla da, apellyasiya instansiya məhkəməsinin AR MPM-nin 82.3-cü maddəsinə istinad etməklə iddiaçının subyektiv hüququnun mövcud olmaması qənaətinə gəlməsi tamamilə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 700, 706, 708, Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələblərini nəzərə almamış, maddi hüquq normalarını pozmuş, eyni zamanda prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. tərəflərin izahatları: Cavabdeh kassasiya şikayətinə dair etiraz göndərək bildirmişdir ki, iddia tələbi ilə çıxış etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassatorun şikayətində göstərdiyi hallara əsasən bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 27 sentyabr 2018-ci il tarixli qərardadı i lə P.İbrahimovun şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin hallarından görünür ki, iddiaçı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi arasında 11 dekabr 2006-cı il tarixdə bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 saylı müqa viləyə əsasən ünvan 1 ünvanının ətrafında yerləşən 9000 kv.m torpaq sahəsi illik icarə haqqı 540 manat olmaqla bələdiyyə tərəfindən 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İddiaçı hesab edir ki, icarəyə götürdüyü torpaq sahəsi onun qanuni istifadəsində olmasına baxmayaraq cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq avtomobil dayanacağı tikmiş, iddiaçının mübahisə olunan torpaq sahəsi üzərində istifadə hüququnu pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-382/2017 saylı 1 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2-2(81)-140/2017 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin cavabdehlər İddiaçı Müstəqil Sağlam lıq Şirkətinə və Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş və onlar arasında bağlanmış 11 dekabr 2006-cı il tarixli 01 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1 avqust 2017-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 11 dekabr 2006-cı il tarixli 01 saylı müqaviləyə əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. İddiaçının iddiasının faktiki əsasını təşkil etdiyi 11 dekabr 2006-cı il tarixli 01 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edildiyindən etibarsız hesab edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fak tların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 14 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisə olunan torpaq sahəsinin onun qanuni istifadəsinə verildiyinə istinad etdiyi Səbail Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinə hüquqi qiymət verilərək müqavilə etibarsız hesab edilmişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şə xslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş 9000 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair müqavilənin predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən hazırkı məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslarından biri də bələdiyyələrlə bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyə tində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının 9000 kv.m torpaq sahəsinə icarə hüququ 11 dekabr 2006-cı il tarixli 01 saylı müqavilə əsasında yaranmış və adı çəkilən müqavilə hazırda qüvvədə deyildir. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və ya hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. İddiaçının mübahisə açdığı torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ona icarəyə verilməsi barədə qə rarı olmamışdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin tə kzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı kasssiya şikayətində 11 dekabr 2006-cı il tarixli 01 saylı icarə müqaviləsinin şərtlərinə istinad etmişdir. Nəzərə alınmalıdır ki, istinad edilən müqavilə etibarsız hesab edilmişdir və Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutlara əsasən şikayətin dəl illərini əsaslı saymır. MPM-in 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-422/18 saylı, 6 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-9/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-9/2019
08.01.2019 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver