Məhkəmə qərarları › İş №2-2(102)-90/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-90/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-90/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-nin “xxxx” X1rşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2, vəkili XXX iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-nin “xxxx” X1rşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cu il 18 noyabr tarixli, 22(103)-590/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “X5 (CDB)” ASC ilə Cavabdeh MMC-nin “xxxx” X3 (bundan sonra – “cavabdeh”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, CBHK0039 nömrəli Kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 12 ay müddətində qaytarılması şərtilə, Borc alana 356.000 manat məbləğində kredit verməyi, Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonu nadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20%olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir, müqavilənin 2.7-ci bəndinə əsasən borcalan hesablanmış faizləri hər ay və əsas məbləği isə müddət sonu ödəməyi öhdəsinə götürür, müqavilənin 2.11-ci bəndinə əsasən, ödənişin növü kredit 12 (on iki) ay müddətinə faizləri hər ay, əsas məbləği müddətin sonu ödəmək şərti ilə müəyyən edilmişdir”, 3.1.7-ci maddəsinə əsasən, “Borc alan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək” bankın h üququdur, 3.4.3-cü bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək”- borcalanın vəzifəsidir, müqavilənin 6.1-ci maddəsində göstərilmişdir: “Bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və Borc alanın Bank qarşısındakı öhdəliklərinin “kreditin və ona hesablanmış faizlərin eləcə də tətbiq edilmişdirsə, cərimələrin ödənilməsi” tam icra edilməsi müddətinədək müəyyən edilir. 6.2-ci bəndinə əsasən "Bu Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu və hesablanmış cərimə faizləri tam ödənildikdən sonra bu Müqavilə öz qüvvəsini itirir”. 2. “X5 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.20 17-ci il tarixli, CBHK0039-02 nömrəli Kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 12 ay müddətində qaytarılması şərtilə. Borc alana 500.000 (beş yüz min) manat məbləğində kredit verməyi. Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20%olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir. 2.7-ci bəndinə əsasən borcalan hesab lanmış faizləri hər ay və əsas məbləği isə müddətin sonu ödəməyi öhdəsinə götürür. 3.4.3-cü bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borc alanın vəzifəsidir.

3. İddiaçı ASC ilə (bundan sonra – “iddiaçı”) cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 988H nömrəli Kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə görə «Kredit verən» «Kredit alan»a kredit verməyi, «Kredit alan» isə krediti qəbul edib ondan 1.2. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər a dlanacaq) «Kredit verən»ə ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Kredit alana 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində kredit verilir. 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə “Kredit verən”ə illik 16 faiz ödəyir. 3.5-ci maddəsinə əsasən “Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır”. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 12 ay müddətinə verilir. 4. xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə, cavabdehin iddiaçıya fevral 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 356.000 manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 26.700 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28.975 manat faiz borcunun, xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 56.134 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 36.320 manat faiz borcunun, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 1.289.372 ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 1.720 ABŞ dolları faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-ci il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137.142 ABŞ dolları faiz borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabd ehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 356.000 manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 26.700 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28.975 manat faiz borcunun, xx xxxxx 2017-ci il tarixli CBHK0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 56.134 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 36.320 manat faiz borcunun, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 1.289.372 ABŞ dolları əsas borcun, müqavilə müddəti nin sonuna hesablanmış 1720 ABŞ dolları faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-ci il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137.142 ABŞ dolları faiz borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, “X5 (CDB)” ASCnin iddiaçıya qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, “X5 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X5 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. 8. “X5 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% olmaqla 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 356.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın ban k hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən Öhdəliyin icra edilməməsi və ya laızmınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borcalanın vəzifəsidir. 9. xx xxxxx 2017-ci il tarixli, CBHK-0039-02 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 20 faiz olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır”. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borc alan bu kredi tdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borclalanın vəzifəsidir. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 356.000 manat, faiz borcu 138.717,93 manat, ümumilikdə 494.717,93 manat təşkil edir. xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 500.000 manat faiz borcu 219.467,13 manat, ümumilikdə k redit borcu 719.467,13 manat, hər iki kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə ümumi borc 1.214.185,06 manat təşkil edir.

10. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş, qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 05 avqust tarixli, e-2-2(113)-72/2020 qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 820.446,34 (səkkiz yüz iyirmi min dörd yüz qırx altı ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 44.782,70 (qırx dörd min yeddi yüz səksən iki ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 865.229,04 (səkkiz yüz altmış beş min iki yüz iyirmi doqquz ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən xx.xx.2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 355.999,78 (üç yüz əlli beş min doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərə cəsi ilə 26.676,78 (iyirmi altı min altı yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 382.676,56 (üç yüz səksən iki min altı yüz yetmiş altı manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən xx.xx.2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 (beş yüz min) manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 92.453,16 (doxsan iki min dörd yüz əlli üç manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 592.453,16 (beş yüz doxsan iki min dörd yüz əlli üç manat on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qayd ada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat notariat xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 245 (iki yüz qırx beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17940 nömrəli ekspert rəyinə görə, iş materiallarındakı hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 988H saylı, xx.xx.2017-ci il tarixli CBHK -0039 saylı və xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə və kredit müqaviləsi müddəti bitdikdən sonra faiz məbləği illik 5 faiz dərəcəsi hesablanmaqla cavabdehin xx.xx.2015-ci il tarixli, 988H saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 820.446,34 ABŞ dolları əsas borc 42.845,53 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə 820.446,34 ABŞ dolları əsas, 44.782,70 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli CBHK-0039 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 355.999,78 manat əsas, 26.676,78 manat faiz borcu və xx xxxxx 2017-ci il tarixli, CBHK0039-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 500.000 manat əsas borc, 92.453,16 manat faiz borcu müəyyən edilmişdir.

13. İddiaçı ilə cavabdeh a rasında bağlanmış kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana kredit verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfin bağlanmış müqavilələr üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. 14. xx.xx.2019-cu il tarixli, 17940 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, həmin rəydə qeyd edilən əsas borc məbləğləri cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən verilən ödəniş sənədləri də bunu təsdiq edir. 15. xx.xx.2015-ci il tarixli 988H saylı müqavilə üzrə 44.782 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, CBHK-0039 saylı müqavilə üzrə 26.676,78 manat, xx.xx.2017-ci il tarixli, CBHK0039-02 saylı müqavilə üzrə 92.453,16 manat tələb olunan illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faizlər ədalətlidir.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə”) 101.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 21.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarına istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin qismən, xx xxxxxxx 2015-ci il tarixli, 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK0039 nömrəli kredit müqavilələri üzrə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cu il 18 noyabr tarixli, 2-2(103)-590/2020 saylı qətnaməsi ilə (hakimlər (sədrlik edən V.Ə.Baxışova), C.A.Yusifov və H.Ü.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 05 avqust tarixli, e-2-2(113)-72/2020 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı apelyasiya şikayətində məhkəmənin cavabdehin kredit borcunun məbləğinin iş üzrə verilmiş ekspert rəyləri əsasında müəyyənləşdirilməsinin düzgün olmadığını, həmin ekspert rəyləri ilə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında kəskin fərq oldu ğunu göstərsə də, lakin ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissədə düzgün olmadığını əsaslandırlmamışdir.

20. Belə ki, ekspert rəylərinə görə cavabdeh xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə 1.561.719,48 ABŞ dolları məbləğində pul ödəmiş, həmin məbləğin 1.179.553,66 ABŞ dolları əsas borc, 382.165,82 ABŞ dolları faiz borcundan silinmişdir. 2.000.000 ABŞ dolları kreditə bir il üçün 16 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı, müqavilə müddəti üçün cəmi 320.000 ABŞ dolları faiz ödəməli olduğu və cavabdehin həmin məbləği tam ödədiyi müəyyən olunur. Eyni zamanda xx.xx.2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 73.695,61 manat məbləğində pul ödənilmiş, həmin məbləğin 0,22 manatı əsas b orc üzrə, 73.695,39 manatı faiz borcundan silinmişdir. Həmin müqavilə əsasında cavabdehə verilmiş 356.000 manat kreditə bir il üçün illik 20 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı, müqavilə müddəti üçün cəmi 71.200 faiz ödəməli olduğu və cavabdehin həmin məbləği tam ödədiyi müəyyən olunur.

21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 23. xx.xx.2020-ci il tarixli, 29747 nömrəli ekspert rəyində ekspert xx xxxxx 2017-ci il tarixli, CBHK-0039-02 nömrəli kredit müqaviləsi əsasında borc üzrə düzgün nəticəyə gəlsə də, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına və hesabdan çıxarış məlumatlarına əsasən cavabdehin xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli müqavilə üzrə 1.289.372 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 1720 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137.142 ABŞ dolları faiz borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləs i üzrə isə 356.000 manat əsas, müqavilə müddətinin sonunda hesablanmış 26.700 manat faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28.975 manat faiz borcu yaranmışdır. xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə ekspert rəyində göstərilənlə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatları arasında əsas borc və faiz borcu arasında kifayət qədər fərq vardır.

24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.2, 102.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

26. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkil Məmmədov Pərviz Yaşar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Mülki Pr osessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. "Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. "Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, i ştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cu il 18 noyabr tarixli, 2-2(103)-590/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edil məməlidir.

34. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və hesabdan çıxarış məlumatlarına əsasən cavabdehin xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli müqavilə üzrə ******* ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 1720 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137142 ABŞ dolları faiz borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləsi üzrə isə 356.000 manat əsas, müqavilə müddətinin sonunda hesablanmış 26700 manat faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28975 manat faiz borcu yaranmışdır. xx xxxxxxx 2 015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə ekspert rəyində göstərilənlər qeyd edilən maliyyə arayışı və hesabdan çıxarış məlumatları arasında əsas borc və faiz borcu arasında kifayət qədər fərq vardır.

35. İddiaçının apelyasiya şikayətinin analoji dəlilləri ilə bağlı apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ekspert rəylərinə görə cavabdeh xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə 1.561.719,48 ABŞ dolları məbləğində pul ödəmiş, həmin məbləğin 1.179.553,66 ABŞ dolları əsas borc, 382165,82 ABŞ dolları faiz borcundan silinmişdir. 2.000.000 ABŞ dolları kreditə bir il üçün 16 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı, müqavilə müddəti üçün cəmi 320.000 ABŞ dolları faiz ödə məli olduğu və cavabdehin həmin məbləği tam ödədiyi müəyyən olunur.

36. Eyni zamanda xx.xx.2017-ci il tarixli, CBHK- 0039 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 73.695,61 manat məbləğində pul ödənilmiş, həmin məbləğin 0,22 manatı əsas borc üzrə, 73.695,39 manatı faiz borcundan silinmişdir. Həmin müqavilə əsasında cavabdehə verilmiş 356.000 manat kreditə bir il üçün illik 20 %-lə faiz hesablanarsa cavabdehin əsas borc üzrə heç bir ödəniş olmasaydı, müqavilə müddəti üçün cəmi 71.200 faiz ödəməli olduğu və cavabdehin həmin məbləği tam ödəməsi müəyyən edilmişdir.

37. İddiaçı şikayətində məhkəmənin cavabdehin kredit borcunun məbləğinin ekspert rəyləri əsasında müəyyənləşdirilməsinin düzgün olmadığı, həmin ekspert rəyləri ilə maliyyə arayışı arasında kəskin fərq olduğunu göstərsə də, ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissədə düzgün olmadığını əsaslandırılmamışdır. Digər tərəfdən, ekspert rəyi ilə razılaşıb-razılaşmamaq mülki prosessual qanunvericiliyə əsasən məhkəmənin səlahiyyətidir və hazırki halda da məhkəmələr həmin rəylə razılaşaraq onu iş üçün mötəbər sübut kimi qəbul etmişlər.

38. Qeyd edilənlərə əsasən xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli və xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 nömrəli kredit müqavilələri üzrə ekspert rəyində göstərilənlərlərlə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatları arasında əsas borc və faiz borcu arasında kifayət qədər fərqin olması barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

39. Kas sasiya şikayətində MPM-nin 88, 217.2, 217.3, 217.4. və 218.1-ci maddələrinin tələblərinin pozulması barədə ümumi istinad isə bu pozuntuların konkret olaraq nədən ibarət olduğu göstərilmədiyi üçün əsaslı hesab edilə bilməz.

40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cu il 18 noyabr tarixli, 22(103)-590/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası QƏRARA ALDİ:

42. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cu il 18 noyabr tarixli, 2-2(103)-590/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar