Məhkəmə qərarları › İş №2-2(102)-90/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-90/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-90/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdehlər “X1 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbi üzrə qarşılıqlı iddiasına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və A bbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi İşin halları

1. İlk iddia üzrə iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” QSC (bundan sonra – “ilk iddiaçı”) Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddiaçı ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 28 yanvr tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsi üzrə 45.983 manat əsas borc, 3.004,37 manat faiz borcu, 9.408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58.395,89 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh tu tularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddiaçıya və "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddiaçı ilə onun arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 nömrəli, cavabdehlə Cavabdeh arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsini, ilk iddia tələbi təmin olunacağı təqdirdə təmin olunacaq məbləğin cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3.957 manat pulun cavabdehdən tutularaq Cavabdeh geri qaytarılması, satıcı cavabdeh qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49.940 manat pul vəsaitinin (qərar çıx arıldığı gün üçün bank uçot dərəcəsini əsas götürüb hesablamaqla) faizini və 100 manat rüsumun cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddiaçı ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT21/0001 nömrəli, cavabdehlə Cavabdeh arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsini, 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh tələb edilən 45.983 manat əsas, 3.004,37 manat faiz, 9.408,52 manat cərimə borcu olmaqla 58.395,89 manat borcun, 400 manat mediasiya xərcinin cavabdehdən tu tularaq Cavabdeh ödənilməsi, habelə onun tərəfindən ödənilmiş 3.957 manat pulun da cavabdehdən tutularaq Cavabdeh geri qaytarılması, satıcı cavabdeh qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49.940 manat pul vəsaitinin faizi olan (xx.xx.2023 tarixli bank uçot dərəcəsi əsas götürülüb hesablanmaqla) 4.369,75 manat pulun və ödənilmiş 100 manat rüsumun cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Gəncə Kommesiya Məhkəməsinin 2023-cü il 22 may tarixli 2-2(115)-74/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddiaçı ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 28 yanvar tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 45.983 manat kredit borcu, 3004,37 manat faiz borcu, 500 man at cərimə borcu olmaqla, cəmi 49.487,37 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya xərcinin ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh ASC ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müaviləsi üzrə 45.620 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh ASCdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, ilk iddia üzrə Cavabdeh 238,46 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi ilk və qarşılıqlı iddiaların qalan hissəsinin təmin olunmaması qət edilmişdir (hakim G.Quliyeva).

5. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək onun qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın həmin hissələrdə də təmin ed ilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə cavabdeh ASC apellyasiya şikayəti verərək onun ASC ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müaviləsi üzrə 45.620 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, ilk iddia üzrə Cavabdeh 238,46 manat qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 138 manat ekspertiza xərcinin qarşılıqlı iddia üzrə cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın 3504,37 manat pulun tutulmasının təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddia tələbi üzrə cavabdeh ASC-dən 3504,37 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).

8. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh ASC kassasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin təmin olu nduğu hissədə ləğvi və qarşılıqlı iddia tələbinin təmin olunduğu hissələrdə də rədd edilməsi, iş üzrə ödənilmiş ekspertiza xərcinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 9. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını mü əyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə

6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir....”

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir..... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəf indən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.2-ci maddəsinə uyğun olaraq yoxlanılarkən şikayətin cavabdeh müəssisə tərəfindən imzalanmasına baxmayaraq onu tərtib etmiş vəkil tərəfindən imzalanmadığı, bununla da kassasiya şikayətinin MPM-in 407.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab olunmalı və icraata qəbul edilməməlidir.

13. MPM-in 10-1.7-ci maddəsinin tələblərinə g örə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 14. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatl aşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.

15. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.

16. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə inf ormasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.

18. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.

19. Hazırkı halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada 2023-cü il 7 dekabr tarixdə yalnız cavabdeh ASC tərəfindən imzalanmış, lakin şikayəti tərtib edən Vəkil2 tərəfindən elektron qaydada imzalanmamışdır. Bu səbəbdən qe yd olunan kassasiya şikayəti qeyri-mümkün sayılaraq onun icraata qəbulundan imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

20. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-193/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar