Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-911/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: İş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 22(104)- 270/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı X1 Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya Dövlət Vergi Xidmətinin https://www.e-taxes.gov.az saytı vasitəsi ilə göndərilmiş işlərin görülməsi barədə 2025-ci il 4 fevral tarixli, MT2410 seriyalı, 10212964 nömrəli (13 869,23 manat dəyərində) və 2025-ci il 4 fevral tarixli, MT2501 seriyalı, 10758141 nömrəli (5076.92 manat dəyərində ) elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Gəncə Kommers iya Məhkəməsinin 2025-ci il 28 oktyabr tarixli e-2-2(115)2366/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim R.Qələndərzadə).
3. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, elektron qaimə-fakturalar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təm inatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.
4. Eyni zamanda, məhkəmə əlavə etmişdir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıdan 18.946 manat pulun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 avqust tarixli e-2-2(113)-3594/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddiaçıdan (İddiaçı QTSC) 16946 manat məbləğində pulun tutularaq cavabdehə (Cavabdeh) ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, iddiaçı öz ərizəsində özünə məxsus nəqliyyat vasitələri və işçilərlə cavabdeh üçün müəyyən işlərin görüldüyünü bildirmiş, lakin cavabdeh tərəfindən görülmüş işlərin müqabilində hər hansı ödənişin olunmadığını bildirərək, 2025-ci il 4 fevral tarixli, MT2501 seriyalı, 10758141 nömrəli və MT2410 seriyalı, 10212964 nömrəli elektron qaimə-fakturalara əsasən görülmüş işlərin dəyəri olan 18946 manat pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi sözügedən iş üzrə iddiaçı cavabdehlə aralarında olan münasibətlərə və eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron qaimə-fakturalara istinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi də məhkəmə iclaslarında iştirak edərək həmin elektron qaimə-fakturaların səhvən təsdiqləndiyini bildirmişdir. Məhkəmə isə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaları digər sübutlarla əlaqəli şəkildə qiymətləndirirər ək iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Göründüyü kimi sözügedən iş üzrə iddiaçının nümayəndəsi tərəfindən həmin elektron qaimə-fakturaya münasibət bildirilmiş və indiki halda həmin elektron qaimə-fakturaların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti təşkil edə bilməz. Odur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir.
5. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1, 262.1, 262.4, 262.5 və 268.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
6. İddiaçı həmin qərardaddan şikayət vermiş, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 12 noyabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə gö ndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 2-2(104)-270/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 28 oktyabr tarixli e-2-2(115)2366/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Məcidov, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, elektron qaimələrin özü ayrıca mübahisələndirmə mövzusu deyil, başqa bir mübahisənin sübutu qismində qiymətləndirilməli olan sənəddir.
9. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən verg i uçotu ilə bağlı narahatlıqlar, qaimələrin sistemdən silinməsi və ya ləğv edilməsi ilə bağlı texniki zərurətin mövcudluğu, MPM-in tələblərinə görə mülki məhkəmə icraatında ayrıca iddia predmetinə çevrilə bilməz. Qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar) elektron qaimələrin ləğv olunmasının yalnız satıcı tərəfindən həyata keçirilməli olduğunu müəyyən etsə də, bu prosedur hüquqi mübahisənin yaranmasına əsas vermir və məhkəmə müdaxiləsi tələb edən hüquqi məsələ hesab edilmir.
10. Şikayətdə göstərilən arqumentlər mahiyyət etibarilə birinci instansiya məhkəməsi tərəfindən artıq təhlil edilmiş hüquqi vəziyyəti dəyişdirən yeni hal və ya hüquqi əsas ortaya qoymur. İddiaçının mübahisələndirdiyi hallar ira də pozuntusunun deyil, elektron sistemin iş prinsiplərinin nəticəsi olaraq qiymətləndirilə bilər və bu, müstəqil iddia hüququ yaratmır.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 4.1, 5.1, 77.1, 88, 261.0.1, 262.1, 262.4, 262.5 və 398.0.1, 402.4-cü maddələrinə istinadən əsaslandırmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın tamamilə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları üzrə - Qaydaların 3.9-cu bəndinə əsasən Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaiməfaktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Nəticədə ləğv etmənin təsdiqlənməsini ancaq məhkəmə qaydasında cavabdehə həvalə edilməsi mümkündür. Məhkəmə normanı tətbiq etməmiş nəticədə qanuni əsası olmayan qərardad qəbul etmişdir.
14. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir.
15. MPM-in 261.0.1-ci maddəsi üzrə - elektron qaimə-fakturalar səhvən deyil, sistem tərəfind ən təsdiqlənmişdir. Qaimələr dəfələrlə cavabdehə geri qaytarılmış, ancaq sonuncu dəfə 5 gün keçdiyi üçün sistem tərəfindən təsdiqlənmişdir. Həmin təsdiqləmə cəmiyyətin rəhbərliyin iradəsindən kənar təsdiq edilmişdir. Məhkəmədə cavabdeh tərəfindən pul tələbinə dair işə gəldikdə isə həmin mübahisə üzrə iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. O səbəbdən qeyd edilən Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 avqust tarixli, e-2-2(113)-3594/2025 nömrəli qətnaməsinin preyudisiallığından söhbət gedə bilməz. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı bildirir ki, tələb qaimələrin sistemdən silinməsindən gedir (ləğvin təsdiq edilməsi). Qaimələrin məhkəmə qaydasında təsdiqi cavabdehə həvalə edilməzsə həmin qaimələr qü vvədə qalacaq, cəmiyyətin uçotunda mövcud olacaqdır. Cari ilin mənfəət vergi bəyannaməsi verildikdə, cəmiyyət tərəfindən hesablama metodu tətbiq olunduğu üçün həmin qaimələri üzrə əməliyyatları hesablamaq mükəlləfiyyəti yaranacaqdır. Digər əsas isə həmin qaimənin cəmiyyətə aid elektron uçotdan başqa üsulla silinməsi mümkün deyildir. Bu mənada məhkəmənin yanaşmasına tamamilə absurddur. Belə ki, elektron vergi hesab-fakturasının ləğv edilməsi zərurəti yaranarsa və ya alıcı onun səhifəsinə gələn e-VHF razılaşmadıqda vergi hesab-fakturasını alan vergi ödəyicisi (alıcı) vergi hesab-fakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim edilmiş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir. Əks halda e-VHF ləğv edilmir. Məhkəmə MPM-in 261.0.1-ci maddəsini düzgün tətbiq etməmiş və nəticə etibarı ilə cəmiyyətin məhkəməyə müraciət hüququ qeyri-qanuni əsasla məhdudlaşdırılmışdır.
16. MPM-in 262.3-cü maddəsi üzrə - məhkəmə normanın tələblərinə əməl etməmiş və həmin normanı tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşa ğıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
22. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
23. Belə ki, iddiaçının irəli sürdüyü tələb mövcud maddi hüquq münasibətindən irəli gələn müstəqil pozulmuş hüququn bərpasına deyil, elektron uçot sistemində formalaşmış sənədlərin hüquqi mahiyyətinin dəyişdirilməsinə yönəlmişdir. İddiaçı faktiki ola raq elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsini tələb etməklə, həmin sənədlərin digər məhkəmə icraatında sübut kimi istifadə olunması imkanını aradan qaldırmaq və ya onların sübut qismində hüquqi təyinatını dəyişdirmək məqsədi güdmüşdür.
24. Halbuki mülki prosessual qanunvericiliyə əsasən sübutlar yalnız konkret mübahisə üzrə və həmin işin predmeti çərçivəsində qiymətləndirilir, tərəflər də hər hansı sübutu məhz həmin işdə mübahisələndirmək hüququna malikdirlər. Sübutun hüquqi əhəmiyyətinin və ya onun nəticələrinin ayrıca müstəqil iddia predmeti kimi məhkəmədə mübahisələndirilməsi isə yolverilməzdir.
25. Elektron qaimə-fakturaların mövcudluğu və ya ləğv edilməsi tərəflərin hüquq və vəzifələrini birbaşa yaratmır, dəyişdirmir və ya xitam etmir. Bu sənədlər yalnız tərəflər arasında mövcud olan maddi hüquq münasibətlərinin sübutu kimi qiymətləndirilə bilər. Bu səbəbdən onların ləğvinin təsdiq edilməsi tələbi müstəqil hüquqi nəticə doğuran iddia predmeti hesab edilə bilməz.
26. Qaimələrin qüvvədə qalmasının gələcəkdə vergi uçotu və hesabat öhdəlikləri baxımından müəyyən nəticələr doğura bilməsi ehtimalına dair dəlillər də əsassızdır. Çünki iddiaçının bu sübutların konkret mübahisə üzrə və həmin işin predmeti çərçivəsində mübahisələndirmək hüququna malik olması onların ayrıca müstəqil iddia predmeti kimi mübahisələndirilməsi əsasını aradan qaldırır.
27. MPM-in 261.0.1-ci maddəsi də məhz bu baxımdan nəzərdə tutur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
28. Həmin maddədə qeyd edilən “mülki məhkəmə ic raatı qaydası” ifadəsi isə, həm ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddialara (məsələn: inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar), həm də müstəqil olaraq ayrıca iddia icraatı qaydasında verilmiş iddialara aiddir.
29. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb faktiki olaraq sübutun ayrıca məhkəmə icraatında təyinatının dəyişdirilməsi cəhdindən ibarət olmaqla, MPM-in 261.0.1-ci maddəsinin mənasına uyğun olaraq məhkəmədə baxılmalı olan müstəqil hüquqi mübahisə predmeti təşkil etmir.
30. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işə müstəqil iddia kimi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və aşağı instansiya məhkəmələri düzgün olaraq iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişlər. Ona görə də, ka ssasiya şikayətinin təmin edilməsi və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
31. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 2-2(104)-270/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.