Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-928/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İsmayılov Hafiz İsa oğluna və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İsmayılov Hafiz İsa oğluna və cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə cavabdeh1 arasında 2017-ci il # ####### tarixdə BK***T******** saylı baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 120 ay müddətinə illik faiz dərəcəsi 30 faizdən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 faizdən çox olmamaq şərti ilə 5.000.000 manat və ya onun ekvivalenti məbləğində kredit ayrılmışdır.
2. Baş kredit müqaviləsi əsasında LPO İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsinin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişlən Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Kreditor Borcalana 200.000 AZN məbləğində kredit verir; 2.5-ci bəndinin tələbinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.
3. Baş kredit müqaviləsi əsasında LPO İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsinin predmeti kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqaviləni 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borc alana 200.000 AZN məbləğində kredit verir; 2.5-ci bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
4. Baş kredit müqaviləsi əsasında LPO “xxxx» ASC ilə cavabdeh1 arasında bağlanmış 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 150.000 AZN məbləğində kredit verir; 2.5-ci bəndinin tələbinə görə kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
5. İddiaçı ASC (ipoteka saxlayan) ilə cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 2017-ci il # ####### tarixli İP2 ***T******** saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh1 məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1842 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1203 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.3876 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.6189 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.689 ha torpaq sahəsi 2017-ci il # ####### tarixdə BK***T******** saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
6. İddiaçı ASC (ipoteka saxlayan) ilə İsmayılov Hafiz İsa oğlu (ipoteka qoyan) və cavabdeh1 arasında bağlanmış 2017-ci il # ####### tarixli ipoteka müqaviləsinə əsasən, İsmayılov Hafiz İsa oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzil 2017-ci il # ####### tarixdə BK***T******** saylı baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“iddiaçı”) cavabdehlər İsmayılov Hafiz İsa oğluna və cavabdeh1 (bundan sonra -“H.İsmayılov”, “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il # ####### tarixli KM***T******** saylı Kredit müqaviləsi üzrə cəmi 45.183,19 manat-bundan 6.487,71 manat əsas borc, 31.947,06 manat məbləğində faiz borcu, 5.896,12 manat məbləğində cərimə borcunun, 852,30 manat məbləğində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə cəmi 87.365,84 manat-bundan 26.401,08 manat məbləğində əsas borc, 40.937,70 manat məbləğində faiz borcu, 16.584,60 manat məbləğində cərimə borcu, 3.442,46 manat məbləğində MM-nin 445.7- ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə cəmi 132.491,54 manat-bundan 52.875,18 manat məbləğində əsas borc, 51.075,17 manat məbləğində faiz borcu, 21.766,37 manat məbləğində cərimə borcu, 6.774,82 manat məbləğində MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ümumilikdə hər üç kredit üzrə 265.040,57 manat pul borcunun, iş üzrə ödənilmiş 555.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 306 manat rüsumun cavabdehdən tutulmasına; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinə və ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə H.İsmayılova məxsus ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilə yönəldilməsinə; həmin əmlakların ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılmasına; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdehlər müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmişlər və Banka olan kredit üzrə borcunu ödəməmişlər. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə ************* saylı 2024-cü il # ###### tarixli, ************* saylı 2024-cü il # ###### tarixli, ************* saylı 2024-cü il # ###### tarixli və ************* saylı 2024-cü il # #### tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
9. 2025-ci il ## #### tarixində cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin ötdüyünü və bankın cavabdehə qarşı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini bildirmiş və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 2025-ci il ## ###### tarixli */**** saylı ekspert rəyinə əsasən 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 2021-ci il # ####### tarixə - müqavilə müddətinin bitdiyi tarixə: - əsas borc üzrə 5914.26 manat, faiz borcu üzrə 30.804,30 manat, 2024-cü il # ### tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 5914.26 manat, faiz borcu üzrə 30.804,30 manat, faiz borcu 5%-ilə 767.21 manat, qeyd edilir ki, 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehin cərimə borcu hesablanmadı. 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 2021-ci il ## ####### tarixə - müqavilə müddətinin bitdiyi tarixə: əsas borc üzrə 25.810,43 manat, faiz borcu üzrə 37.586,26 manat. 2024-cü il # ### tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 25.810,43 manat, faiz borcu üzrə 37586,26 manat, faiz borcu 5%-lə 3.315,92 manat. Qeyd edilir ki, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə borcu hesablanmadı. 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 2021-ci il ## ####### tarixə - müqavilə müddətinin bitdiyi tarixə: əsas borc üzrə 52.626,12 manat, faiz borcu üzrə 45.157,69 manat. 2024-cü il # ### tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 52.626,12 manat, faiz borcu üzrə 45.157,69 manat, faiz borcu 5%-ilə 6.651,36 manat. Qeyd edilir ki, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə borcu hesablanmadığı müəyyən edilmişdir.
11. “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli LP-***/**** saylı mütəxəsis rəyinə əsasən H.İsmayılova məxsus: ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin bazar qiyməti 139 000 manat, likvid qiyməti 124 000 manat müəyyən edilmişdir.
12. “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli LP-***/**** saylı mütəxəsis rəyinə əsasən cavabdehə məxsus: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinin bazar qiyməti 58 000 manat, likvid qiyməti 52 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinin bazar qiyməti 37 000 manat, likvid qiyməti 33 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinin bazar qiyməti 120 000 manat, likvid qiyməti 108 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinin bazar qiyməti 523 000 manat, likvid qiyməti 471 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinin bazar qiyməti 501 000 manat, likvid qiyməti 451 000 manat müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə 5914,26 manat əsas borc, 30804,30 manat faiz borcu, 296 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 767,21 manat faiz borcu, 2017-ci il ## ####### tarixli KM***T******** saylı Kredit müqaviləsi üzrə 25810,43 manat əsas borc, 37.586,26 manat faiz borcu, 1291 manat dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 3315,92 manat faiz borcu, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi 52626,12 manat əsas borc, 45157,69 manat faiz borcu, 2631 manat dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 6651,36 manat faiz borcu, dövlət rüsumunun əvəzi olaraq 503 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 306 manatın tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 33000 manat məbləğində müəyyən edilməsi, cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 108000 manat məbləğində müəyyən edilməsi, cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 451.000 manat məbləğində müəyyən edilməsi, cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 471.000 manat məbləğində müəyyən edilməsi; H.İsmayılova məxsus ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 124.000 manat məbləğində müəyyən edilməsi; əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması, qalan hissədə iddianın rədd edilməsi, əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq “xxxx” MMC-nin, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim G.Namazova).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və MM-in müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir.
16. Belə olan halda məhkəmənin qənaətinə görə əsas borc məbləğləri və əsas borca hesablanan faiz borcları ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
18. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən tutulacaq dəbbə pulu 2017-ci il # ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə 296 manat, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə 1291 manat, 2017-ci il ## ####### tarixli KM***T******** saylı kredit müqaviləsi üzrə 2631 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilən məbləğlərdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə ipotekaya tutma yönəldilməsi tələbinə qiymət verərək göstərmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
22. Məhkəmə “xxxx” MMC-nin rəyində əksini tapmış qiymətlərin ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
23. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə dair məhkəmə qeyd etmişdir ki, 2017-ci il # ####### tarixli Kredit müqaviləsi üzrə müqavilə müddəti 2021-ci il # ####### tarixində, 2017-ci il ## ####### tarixli Kredit müqaviləsi üzrə müqavilə müddəti 2021-ci il ## ####### tarixində, 2017-ci il ## ####### tarixli Kredit müqaviləsi üzrə müqavilə müddəti 2021-ci il ## ####### tarixində bitmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 2024-cü il ## ######## tarixində (üç illik iddia müddətini ötürmədən) müraciət etdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyi üçün cavabdeh tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizə əsassızdır, təmin edilə bilməz.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 269.1, 270.1, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1, 385.1, 399.1, 442, 445.7, 462.1, 467, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.1 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin dəbbə pulu və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissələrində ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmışdır.
28. İddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və cavabdehin təsdiq etdiyi tərəflər arasında bağlanmış kredit razılaşmalarında kreditalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı mübahisəli müqavilələr üzrə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
29. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən MMin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
30. Apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan, cavabdehə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahələrinin, həmçinin H.İsmayılova məxsus ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin ilkin satış dəyərinin əmlakların real dəyərinə uyğun olmamasından ibarət olmuş, belə ki, şikayətçi həmin əmlakların real dəyərinin daha yüksək olduğunu bildirmişdir.
31. Cavabdeh qiymətləndirici şirkət tərəfindən ipoteka predmetləri olan əmlakların düzgün qiymətləndirilməməsi barədə dəlillərini təsdiq etmək üçün ipoteka predmeti olan ümumi sahəsi 81,42 kv.m. olan köhnə tikilidə yerləşən mənzilin qiyməti ilə müqayisə etmək üçün ümumi sahəsi həmin mənzildən 2-3 dəfə çox olan yeni tikililərdə yerləşən mənzillərin satış elanlarını, Güzdək kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətini müəyyən etmək üçün isə sənaye təyinatlı torpaq sahəsinin satışı ilə bağlı elanı təqdim etmişdir.
32. Bununla bağlı kollegiya qeyd etmişdir ki, qeyd olunan elanlar mütəxəssis rəyini şübhə altına alan sübutlar kimi nəzərə alına bilməz.
33. Odur ki, məhkəmənin mütəxəssis rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından, ipoteka predmeti olan əmlakların dəyəri həmin rəydə müəyyən edilmiş likvid qiymətlər nəzərə alınmaqla müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddələrinə və MPM-in 77.1, 119.1, 199.5, 206.1ci maddələrinə istinadla əsaslandırmışdır.
35. Cavabdeh cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin dəbbə pulu hissəsində dəyişdirilməsi və əmlakların qiymətləndirilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 467-ci maddəsi üzrə- maddənin dizpozisiyasına görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin borcu indiyə kimi ödəyə bilməməyini, üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə cavabdehin vəziyyətini daha ağırlaşdırdığını nəzərə almamışdır.
37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi üzrə-ilkin satış qiyməti müəyyən edilərkən əmlakların hazırkı real bazar qiyməti nəzərə alınmamış və bu barədə verilmiş vəsatət əsassız olaraq təmin edilməmişdir. Belə ki, ipoteka predmeti olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən əmlakın hazırda bazar qiyməti 350.000 manatdan daha çoxdur. Belə ki, əmlak satışı portallarında da bu aydın şəkildə görünür, həmin mənzillər hazırda 400.000-450.000 manatdan daha baha satılır. Eyni zamanda, Abşeron rayonu, Güzdək qəsəbəsində olan torpaqların qiymətləri bahadır. Bu barədə müxtəlif portal şəkilləri vəsatət əlavə etsə də məhkəmə heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Apellyasiya məhkəməsi cavabdehin əmlak hüquqlarını heçə saymışdır.
38. MPM-in 14, 77, 217, 218.1-ci maddələri üzrə-verilmiş vəsatətlər araşdırılmadan, müzakirəsiz şəkildə əsaslandırma aparılmadan təmin edilməmişdir. Torpaqların qiyməti ilə bağlı sənədlər təqdim edilsə də, məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Qiymətləndirmə təşkil edilməmiş, qiymət fərqinin aradan qaldırılması istiqamətində heç bir addım atmamışdır.
39. Apellyasiya məhkəməsi birinci instansiyada araşdırılmış hallara və təqdim edilmiş sübutlara və məhkəmə qətnaməsində öz əksini tapmış hallara düzgün qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından tam yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
44. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Əsas anlayışlar ... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”
“Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ( 2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3-cü maddə yeni redaksiyada verilmişdir.) ...”
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il ## #### tarixli * nömrəli Qərardadında aşağıdakılar nəzərdə tutulur:
“...
10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
11. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. ...
13. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. ...”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
48. Məhkəmə kollegiyası cavabdehin cərimə məbləği üzrə irəli sürdüyü dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır .
49. “Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## #### tarixli qərarı).
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Cərimə məbləğinin daha az miqdarda müəyyən edilməsi üçün əsaslar işə mahiyyəti üzrə baxılarkən müəyyən edilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır.
51. Kassasiya şikayətinin digər dəlili ipoteka əmlakların ilkin satış qiymətləri ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və müvafiq rəylər alınmış, cavabdehin təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatətinə isə məhkəmənin 2025ci il ## #### tarixli qərardadı ilə qiymət verilmişdir.
52. Bundan əlavə, cavabdehin eyni məzmunlu dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən də qiymət verilərək göstərilmişdir ki, cavabdeh qiymətləndirici şirkət tərəfindən ipoteka predmetləri olan əmlakların düzgün qiymətləndirilməməsi barədə dəlillərini təsdiq etmək üçün ipoteka predmeti olan ümumi sahəsi 81,42 kv.m. olan köhnə tikilidə yerləşən mənzilin qiyməti ilə müqayisə etmək üçün ümumi sahəsi həmin mənzildən 2-3 dəfə çox olan yeni tikililərdə yerləşən mənzillərin satış elanlarını, Güzdək kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətini müəyyən etmək üçün isə sənaye təyinatlı torpaq sahəsinin satışı ilə bağlı elanı təqdim etmişdir.
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ipoteka əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi zamanı hər hansı maddi və prosesual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.