Məhkəmə qərarları › İş №2-2(102)-932/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-932/2025

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-932/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 qarşı (Azərbaycan Respublikası Sahibkarlığın Inkişafı Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 qarşı (Azərbaycan Respublikası Sahibkarlığın Inkişafı Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ####### tarixli qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. 2021-ci il # ###### tarixli ZM-****/**** nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın Inkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASC arasında bağlanılmış 2020-ci il ## #### tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – cavabdeh3 MMC; kreditin məbləği, manatla – 200 000; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 0; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 2000.

2. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il # ###### tarixli ******-******/* nömrəli kredit müqaviləsinə əsasən Kreditor Azərbaycan Respublikası Sahibkarlığın Inkişafı Fondunun 2021-ci il # ###### tarixli ZM-****/**** nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 200 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir.

3. Həmin müqaviləyə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlinə görə ilk ödəniş tarixi 2021-ci il # ########, son ödəniş tarixi 2023-cü il # ###### tarixi olmaqla ümumilikdə 200000 manat əsas borc, 32735,89 manat faiz borcu ödənilməsi nəzərdə tutulmuş, faiz borcundan 16367,99 manat məbləğində hissəsinin subsidiya ödənişini təşkil edəcəyi razılaşdırılmışdır.

4. Kredit müqaviləsinin təminatı olaraq zamin cavabdeh2 ilə bağlanmış 2021-ci il # ###### tarixli ******-******/* nömrəli və zamin cavabdeh1 ilə bağlanmış 2021-ci il # ###### tarixli 106901- ******/* nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

5. 2023-cü il ## ####### tarixli * nömrəli X1nin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 2021-ci il # ###### tarixli ******-******/* nömrəli kredit müqaviləsinə əsasən Borclu olan cavabdeh3 MMC-yə verilmiş kredit üzrə və 2021-ci il # ###### tarixli 106901- ******/* nömrəli və ******-******/*/* nömrəli zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 37606,79 manat, faiz məbləğinin 940,72 manat, dəbbə pulunun 3969,84 manat, cəmi məbləğin 42517,35 manat təşkil etdiyini qəbul edirlər.

6. 3-21- */*-****/**** nömrəli 2023-cü il # ###### tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3xxxx“cavabdeh MMC”), cavabdeh2 (bundan sonra – “cavabdecavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh cavabdeh1”) müştərək qaydada 37606,79 manat əsas bоrc, 7499,14 manat faiz borcu оlmaqla, ümumilikdə 45105,93 manat borcun və 210 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər.

9. 2024-cü il ## ###### tarixli maliyyə arayışına əsasən müqavilə üzrə 2024-cü il ## ###### tarixə əsas borc 37606,79 manat, faiz borcu 7499,14 manat təşkil edir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli */***** nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla hal-hazıra kimi aparılmış bütün ödənişlər və üçüncü şəxs tərəfindən 2023-cü il ## ###### tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmaqla 2023-cü il # ###### (müqavilənin müddətinin bitdiyi) tarixə cavabdeh MMC-nin əsas borcu 24648,07 manat, faiz borcu 0 manat, halhazıra kimi aparılmış bütün ödənişlər və üçüncü şəxs tərəfindən 2023-cü il ## ###### tarixdə köçürülmüş 22564,07 manat nəzərə alınmadan 2023-cü il # ###### (müqavilənin müddətinin bitdiyi) tarixə cavabdeh MMC-nin əsas borcu 45446,69 manat, faiz borcu 1765,45 manat təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2021-ci il # ###### tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə 37606,79 manat əsas borc, 1765,45 manat faiz borcu olmaqla ümumilikdə 39372,24 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 184 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq 26 manat məbləğində pulun iddiaçıdan, 174 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh MMC pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

13. Iddiaçının subyektiv hüququ olması ilə bağlı məhkəmə göstərmişdir ki, iddiaçı (müvəkkil kredit təşkilatı qismində) ilə üçüncü şəxs (Fond) arasında 2020-ci il ## #### tarixdə bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasına dair” Əməkdaşlıq müqaviləsindən görünür ki, adıçəkilən Qaydaların tələblərinə uyğun razılaşdırılmış müqavilə bağlanmış, 2.2.5-ci bəndinə əsasən, tələb hüquqlarını Fondun adından həyata keçirilmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək üçüncü şəxsin vəzifəsi, 3.1.3-cü bəndinə əsasən, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir. Iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə Qaydaların tələblərinə uyğun tənzimləmələr razılaşdırılmış, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir. Hazırkı halda zəmanət üzrə 2023-cü il ## ###### tarixdə 22564,07 manat məbləğində pul üçüncü şəxs tərəfindən iddiaçıya ödənilmiş, iddiaçı müqavilə üzrə tələb hüquqlarını Qaydaya və tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq bütünlüklə üçüncü şəxsə ötürmüş, üçüncü şəxs *-**-*/*-****/**** nömrəli 2023-cü il # ###### tarixli məktubla Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsini İddiaçı ASC-yə həvalə etmişdir. Belə olan halda iddiaçı hazırkı kredit müqaviləsi üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir.

14. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd etmişdir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməli, həmçinin nəzərə alınmalıdır ki, iddiaçı və ya cavabdehlər cavabdeh2 və cavabdeh1 ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 oktyabr tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

18. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.

19. Həmçinin kollegiya qeyd etmişdir ki, “xxxx” MMC-nin 2024-cü il ## ####### tarixli çıxarışına əsasən 15042,72 manat əsas, 10294,59 manat faiz borcu müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikası Sahibkarlığın Inkişafı Fondunun 2023cü il ## ###### tarixdə ödədiyi 22564,07 manat məbləğində pul kredit müqaviləsi üzrə silinmişdir. Həmçinin iddiaçının Neftçilər filialı tərəfindən cavabdehə təqdim edilmiş 2024-cü il ## ####### tarixli pretenziya məktubunda qeyd olunan məbləğ Fond tərərfindən ödənilən pul vəsaiti çıxıldıqdan sonra qalan məbləğdir. Hazırda isə Fond öz tələb hüququnu banka güzəşt etdiyindən iddiaçı Fondun adından və hesabına həmin zəmanət üzrə edilmiş ödənişi də tələb edir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM 385.1, 386, 442, 443.1, 448.1, 465.2, 467, 470, 472, 739, MPM-nin 107, 115.0.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 194.1, 194.2-ci maddələri üzrə - iddiaçının elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi 2023-cü il ## ####### tarixli * saylı “X1”nə əsasən, mübahisə predmeti olan kredit və zaminlik müqavilələri üzrə bütünlükdə tələb etmə hüququ iddiaçıdan Azərbaycan Respublikasının Sahibkarlığın Inkişafı Konduna ötürülmüşdür. Iddiaçı isə məhkəməyə 2024-cü il ## ###### tarixində müraciət etmişdir. Yəni iddiaçı məhkəməyə artıq müraciət edərkən, mübahisəli kredit və zaminlik müqavilələri üzrə borcun tələb edilməsinə dair subyektiv hüququ olmamışdır. Iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ya iddia indiki məqamda rədd edilməlidir.

23. MPM-in 14.1, 14.2, 54.1-ci maddələri üzrə - cavabdeh tərəfindən təqdim edilmiş sübutlar düzgün aradırılmamış və iddiaçının qanuna zidd hərəkətlərinə qiymət verilməmişdir. Belə ki, “xxxx” MMC-nin 2024-cü il ## ####### tarixli çıxarışına və iddiaçının Neftçilər filialı tərəfindən cavabdehə təqdim edilmiş 2024-cü il ## ####### tarixli pretenziya məktubuna sübut olaraq qiymət verilməmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsinin təqdim etdiyi 2023-cü il ## ####### tarixli * saylı “X1”nə əsasən, mübahisə predmeti olan 2021-ci il # ###### tarixli kredit və zaminlik müqavilələri üzrə bütünlükdə tələb etmə hüququ İddiaçı ASC-dən Azərbaycan Respublikasının Sahibkarlığın Inkişafı Fonduna güzəşt edilib, bu səbəbdən də iddiaçının subyektiv hüququ olmadığından hazırkı iddia rədd edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

25. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...”

“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

32. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ####### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar