Məhkəmə qərarları › İş №2-2(102)-94/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-94/2025

13.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-94/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)798/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmış dır. İşin halları 1. “Cavabdeh MTK-nın satış üzrə meneceri X1 Rəşid Qoşnalı oğlundan Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (Azadlıq metro stansiyasının ətrafında) 2008-ci il 4 oktyabr tarixində 246.000 ABŞ dolları, 2008-ci il 4 noyabr tarixində 246.000 ABŞ dolları aldım” məzmunlu iltizam tərtib edilmişdir. Həmin iltizam “Bağırov E.K” tərəfindən imzalanmış və Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 dekabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 467.000 ABŞ dolları əsas borcun, ge cikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faizin, cəmi 482.000 ABŞ dollarının və 1.111 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə investisiya olaraq hissəhissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul vermişdir. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli idi. Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri X4 vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini vermişdir. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metro stansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödə mişdir. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini ona verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb. Sonuncu dəfə 2022-ci il aprel ayında ona 25.000 ABŞ dolları qaytarılıb. Cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pulu isə geri qaytarılmayıb. “Azadlıq” Metro stansiyasının yaxınlığındakı Ticarət Mərkəzini başqasına satdıqdan sonra cavabdeh ona həmin əraziyə yaxın “Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələ ilə bağlı son müzakirəm olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 əvvəllərdə iltizamların olmasını inkar etməmiş, sonun cu iltizamda qeyd edilmiş məbləğdə pulun verildiyini qəbul etmiş, ancaq məbləğin tam olaraq qaytarıldığını qeyd etməklə yanaşı, iddia müddətinin keçməsini bildirmiş və iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 iyun tarixli e-2-2(113)-778/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (K.Hüseynov).

6. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından iddiaçı tərəfindən cavabdehə istinad olunan iltizamda göstərilmiş məbləğdə pulun verilməsi müəyyən edilməlidir. Bu halla bağlı məhkəmə bildirmişdir ki, cavabdeh tərəf iltizamda qeyd edilən məbləğdə pulun verildiyini qəbul etmişdir.

7. Bundan sonra müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə verilmiş pulun qaytarılıb-q aytarılmamasıdır. İddiaçı tərəf bu halla bağlı qeyd etmişdir ki, cəmi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Cavabdeh tərəf isə qeyd edilmiş pulu tam olaraq qaytarıldığını bildirərək, “Rəşidə verilən pullar” başlıqlı dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surəti təqdim etmişdir. Qeyd edilən dəftərin əslinə məhkəmənin 2024-cü il 7 iyun tarixli iclasında baxış keçirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş ksero surət iddiaçının özünə göstərilmiş və iddiaçı tərəf də onun adı əks olunan hissələrdə imzanın ona aid olduğunu və orada göstərilən pulların qaytarıldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin pullar sonuncu istinad olunan iltizamda göstərilən məbləğə deyil, ondan öncəki verilmiş pulların qaytarılmasına aiddir. Qeyd edilmiş əslinə b axış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçı tərəfin özünün qəbul etdiyi məbləğin cəmi 140.000 ABŞ dolları təşkil edir. Cavabdeh tərəf isə qeyd edilmiş kağızda “Şahbaz”, “Akif”, “Xaliq”, “Urfani” adlı şəxslərə pulun verildiyini və həmin şəxslərin də, pulu iddiaçıya qaytardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 qeyd edilmiş bütün pulların iddiaçıya qaytarıldığını bildirmişdir.

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qaytarılmış iddiaçının özünün qəbul etdiyi 140.000 ABŞ dolları məbləğində pul, sonuncu iltizamda qeyd edilmiş məbləğdən deyil, hər iki tərəfin qəbul etdiyi, əvvəllər mövcud olmuş və hər iki tərəfin məhv etmiş olduğu iltizamlarda qeyd edilmiş məbləğ üzrə qaytarılmış pul olmuşdur.

9. Məh kəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verərək bildirmişdir ki, ilk öncə, tərəflər arasında olan mülki hüquq münasibətlərinin nədən ibarət olması aydınlaşdırılmalıdır. Tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən edərkən məhkəmə gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır:

10. Məhkəmə iclasında iddiaçı tərəfdən qeyd edilən məbləğdə pulun nə üçün cavabdehə verdiyi soruşulmuş, iddiaçı tərəf də investisiya qoyulduğunu; birgə fəaliyyətlə məşğul olduğunu; vermiş olduğu pulun əvəzində əmlak verilməli olduğunu bildirdi. Bundan başqa, iddiaçı tərəf: əgər verilmiş pulların əvəzində əmlak verilməli idisə, nəyə görə əvvəlki iltizamlarda qeyd edilmiş pulları əmlak deyil, nağd pul şəklində almısınız? sualına cavab olaraq qeyd etmişdir ki, əmlakın verilməy əcəyini bildikdən sonra pulumuzu tələb etmişik. İş materiallarına əlavə edilmiş əslinə baxış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçının özünün məhkəmə iclasında qəbul etmiş olduğu pullar ona 2009-cu il 29 dekabr, 06.0.2010-cu il, 2010-cu il 25 avqust, 2010-cu il 22 oktyabr tarixlərdə ödənilmişdir. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, əgər əvvəlki iltizamlarda olan pullar 2009-2010-cu illərdə, nağd şəkildə qayatarılıbsa, həm əvvəlki, həm də hazırda istinad olunan iltizamda qeyd edilmiş pul vəsaiti cavabdehə borc olaraq verilmişdir. Həmçinin qeyd edilməlidir ki, iltizamda “Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün” ifadəsi qeyd edilmişdir, yəni verilmiş pulun əvəzində hər hansı bir əmlakın verilməsi ilə bağlı qeyd mövcud deyildir. Cavabdeh tərəf də pulun əmlakın alınması ilə bağlı verilmədiyini bildirmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, əgər həqiqətən də, pul əmlakın alınması ilə bağlı olsa idi, MTK-ilə mülki hüquqi müqavilə (podrat, alqı-satqı) bağlanmış olardı.

12. Məhkəmə 482.000 ABŞ dolları məbləğində cavabdehin iddiaçıya borclu olmasını, tərəf arasında borc müqaviləsi üzrə münasibətlərinin yaranmasını, iddiaçının borc müqaviləsi üzrə 3 illik iddia müddətinin ötürülməsini müəyyən etmişdir.

13. Belə ki, işdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2008-ci il 4 oktyabr tarixində 146.000 ABŞ dolları, 2008-ci il 4 noyabr tarixində 246.000 ABŞ dolları məbləğində pul verilmişdir. İdd iaçı isə hazırkı iddia ərizəsi ilə 2023-cü il 14 dekabr tarixində məhkəməyə müraciət etmişdir.

14. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, hətta iddiaçının bildirdiyi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğinin qaytarılması halı da, iddia müddətinin keçməsindən sonra baş vermişdir. Yəni, iddia müddətinin keçməsindən sonra edilmiş etirafedici hərəkət, iddia müddətinin kəsilməsinə səbəb olmur. Çünki bu hərəkətlər iddia müddəti ərzində edilməli olduğu halda, nəzərə alınır. Hazırda isə göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti kifayət qədər uzun müddət ötürülmüşdür.

15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 373.3, 375.2, 380.1, 380.2, 445.7, 739.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-798/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə 482.000 ABŞ dolları məbləğində cavabdehin iddiaçıya borclu olmasını, tərəf arasında b orc müqaviləsi üzrə münasibətlərinin yaranmasını, iddiaçının borc müqaviləsi üzrə 3 illik iddia müddətinin ötürülməsini müəyyən etmişdir. Tərəflər arasında investisiya münasibətlərinin yaranması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün müəyyən və tətbiq etmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə istinadən vurğulamışdır ki, işdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2008-ci il 4 oktyabr tarixində 146.000 ABŞ dolları, 2008-ci il 4 noyabr tarixində 246.000 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2023-cü il 14 dekabr tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta iddiaçının bildirdiyi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğinin qayt arılması halı da, iddia müddətinin keçməsindən sonra baş vermişdir. Yəni, iddia müddətinin keçməsindən sonra edilmiş etirafedici hərəkət, iddia müddətinin kəsilməsinə səbəb olmur. Çünki bu hərəkətlər iddia müddəti ərzində edilməli olduğu halda, nəzərə alınır.

20. İddiaçı apellyasiya şikayətində hüququnun pozulmasını iddia qaldırmamışdan 1 il əvvəl bilməsini qeyd etsə də, tərəflər arasında əvvəlki pulun verilib-qaytarılması baxımından iddiaçının hüququnun pozulmasını bilməməsi inandırıcı deyildir. İddiaçı şikayətdə qeyd etdiyi bu dəlili sübut edə bilməmişdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi iddia müddəti ötdüyündən düzgün olaraq rədd edilməlidir. Apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq e tməsinə maneə yaratmır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.2, 380.1, 380.2, 385.1, 386.1, 427.3, 442, 739.1-ci; “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddələrinə; Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarına; “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 384.0.4-cü maddəsi üzrə - Məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd edərkən nəzərə almayıb ki, iddiaçının bina tikintisi üçün yatırdığı vəsait investisiya şəklində iddiaçının mülkiyyətidir, buna görə də borc hesab oluna bilməz. “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 1.1.2-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri borc yox, investisiya adlanır. İnvestisiya qanunla qorunur. İddiaçı öz mülkiyyətindəki əmlakını (qoyduğu investisiyanı) geri tələb edir. Bu tələb üçün iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qətnamə çıxararkən qanunun həmin müddəasını tətbiq etməyib. Qətnamədə göstərilib ki, əgər həqiqətən də, pul əmlakın alınması ilə bağlı olsa idi, MTK-ilə mülki hüquqi müqavilə (podrat, alqı-satqı) bağlanmış olardı. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə qiymət verilərkən tərəflər arasında borc müqaviləsindən irəli gələn mülki hüquq münasibətinin olması nəzərə alınmalıdır. Lakin tərəflər arasında borc münasibətlərini təsdiq edən hər hansı müqavilə mövcud deyil. Tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən yeganə sənəd cavabdehin iltizamıdır. Həmin sənəddə də birmənalı olaraq göstəril ib ki, iddiaçı cavabdehə 492.000 ABŞ dolları pulu məhz Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (azadlıq metro stansiyasının ətrafında) verilib. Bu sənəd mövcud olduğu halda məhkəmənin iddiaçı ilə cavabdeh arasındakı münasibətləri borc müqaviləsindən irəli gələn münasibət olması nəticəsinə gəlməsi qanunsuzdur.

25. MM-in 377.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qanunsuz olaraq MM-in 377.1-ci maddəsini tətbiq etməyib. Məhkəmə nəzərə almayıb ki, iddiaçı hüquqlarının pozulduğunu 2023-cü ilin mart ayında bilib. Belə ki, həmin vaxta qədər cavabdeh ona qalan investisiya vəsaitinə uyğun “Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi verəcəyini s öz verib, iddiaçı da həmin binanın tikintisinin başa çatmasını və istismara qəbul olunmasını gözləyib. Lakin 2023-cü ilin martında cavabdeh iddiaçıya həmin binadan da sahə verməyəcəyini bildirib. Həmin vaxtdan heç bir il keçməmiş iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 26. “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 1.1.2-ci maddəsi üzrə - İddiaçının məhkəməyə təqdim etdiyi iltizamda birmənalı qeyd olunub ki, iddiaçı pul vəsaitini məhz sahibkarlıq fəaliyyətinin obyekti olan Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün yatırıb. İddiaçının tikinti üçün ödəniş şəklində qoyduğu həmin vəsait özəl maliyyə investisiyası sayılır. 27. “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsi üzrə İddiaçı öz mülkiyyətindəki əmlakını, yəni yatırdığı investisiyanı geri tələb edir. Bu tələb üçün iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qətnamə çıxararkən “İnvestisiya fəaliyyəti haqqında” Qanunun qeyd edilən müddəasını tətbiq etməyib. Tərəflər arasında borc münasibətlərini təsdiq edən hər hansı müqavilə mövcud deyil. Digər tərəfdən, sahibkarlıq fəaliyyəti üçün investisiya qoyularkən podrat və alqı-satqı müqavilələrinin bağlanması da məcbur deyil. Tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən yeganə sənəd cavabdehin iltizamıdır. Həmin sənəddə də birmənalı olaraq göstərilib ki, iddiaçı cavabdehə 492.000 ABŞ dolları pulu məhz sahibkarlıq fəaliyyətinin obyekti olan Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 sa ylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (azadlıq metro stansiyasının ətrafında) verilib. Bu sənəd mövcud olduğu halda məhkəmənin iddiaçı ilə cavabdeh arasındakı münasibətləri borc müqaviləsindən irəli gələn münasibət olması nəticəsinə gəlməsi qanunsuzdur. Tərəflər arasında münasibətlərin borc (kredit) müqaviləsindən irəli gəlməməsi, vəsaitin məhz sahibkarlıq fəaliyyətinin obyekti olan bina tikintisinə yatırılması məhkəməyə fləşdə təqdim olunmuş səs yazısı ilə də təsdiq olunur.

28. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi də sübutlara düzgün hüquq qiyməti verməyib, cavabdeh tərəfin ziddiyyətli mövqeyini, əvvəlcə iddiaçıdan pul alınmaması, sonradan alınan pulun tamamilə geri qaytarılması, daha sonra isə iddiaçının həqiqətən pulunun bir hissəsinin geri qaytarılmaması, lakin iddiaçı tərəfindən iddia müddətinin buraxılması barədə bir-birini təkzib edən izahatlarını nəzərə almayıb. Məhkəmə iddiaçının cavabdehə 492.000 ABŞ dolları pulu Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (azadlıq metro stansiyasının ətrafında) verməsi barədə iltizama da düzgün hüquq qiyməti verməyib. İltizamda pulun açıq-aşkar nə üçün verildiyi göstərilsə də məhkəmə qanunsuz olaraq hesab edib ki, guya iltizamda verilmiş pulun əvəzində hər hansı bir əmlakın verilməsi ilə bağlı qeyd mövcud deyil.

29. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmə öz qətnaməsini tədqiq edilmiş sübutlarla (investisiyanın yatırılması barədə qəbzlə, binaların tikintisini təsdiq edən fotoş əkillərlə, verilmiş vəsaitin bir hissəsinin geri qaytarılması barədə cavabdehin özünün təqdim etdiyi qəbzlərlə) deyil, öz əsassız mülahizələri ilə əsaslandırıb. Məhkəmə kollegiyası qətnamə ilə hüquqlarımı pozarkən təqdim edilmiş sübutları qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürmüşdür. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarında izah olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstər ilən hallar işin materiallarına uyğun olsun. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

31. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyən ləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.”

34. Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulurdu: “Maddə

1. İnvestisiya anlayışı İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir....” “Maddə

6. İnvestisiya fəaliyy əti subyektlərinin hüquqları 1.... Bu Qanunla və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə investisiya qoyulması qadağan edilən və ya məhdudlaşdırılan obyektlərdən başqa, hər hansı obyektə investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur....” “Maddə

17. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqlarının təminatı Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir.... Bu Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz....” “Maddə

18. İnvestisiyanın qorunması

1. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici invest isiyanın qorunmasına təminat verir. İnvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir. İnvestorlar, o cümlədən xarici investorlar investisiyasını idarə, istifadə və ona xitam verməyə maneçilik törədə bilən ayrı-seçkilik xarakterli tədbirləri istisna edən, habelə qoyulmuş sərvətlərin və investisiyanın nəticələrinin respublikadan aparılması şərtləri və qaydasını müəyyənləşdirən bərabər hüquqi rejimlə təmin olunurlar....” “Maddə

19. İnvestisiya fəaliyyəti subyektlərinin məsuliyyəti

1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və ya investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə (kontrakt) öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşd irilmiş qaydada məsuliyyət daşıyırlar....

3. Qanunvericiliyin tələblərinin və müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir....” “Maddə

20. İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi şərtləri

1. İnvestisiya fəaliyyətinin dayandırılmasına və ya ona xitam verilməsinə aşağıdakıların qərarı ilə yol verilir: investorların özünün (bu zaman investorlar investisiya fəaliyyətinin digər iştirakçılarına dəymiş zərəri ödəyirlər); səlahiyyətli dövlət orqanının....”

35. Hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları nda aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Bu Qanunun tətbiq dairəsi... 3.2. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur....” “Maddə

4. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri 4.1. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.1.1. mülkiyyətin toxunulmazlığı; 4.1.2. qanunçuluq;...” “Maddə

9. İnvestisiya fəaliyyətinin xüsusiyyətləri İnvestisiya fəaliyyəti sahəsində bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, bütün sahibkarlıq fəaliyyəti obyektlərinə investisiya qoyuluşuna yol verilir.” “Maddə

10. İnvestorların hüquqları 10.1. İnvestorlar aşağıdakı hüquqlara malikdirlər: 10.1.1. inves tisiya fəaliyyətinin həyata keçirilməsi formasını, investisiyanın həcmini, sahibkarlıq fəaliyyəti sahəsini və formasını sərbəst müəyyənləşdirmək;... 10.1.3. bu Qanunun tələbləri və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini dayandırmaq və ya ona xitam vermək;...”

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “... MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası il ə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir....”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.

39. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MTK-nın satış üzrə meneceri X1 Rəşid Qoşunəli oğlundan Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (Azadlıq metro stansiyasının ətrafında) 2008-ci il 4 oktyabr tarixində 246.000 ABŞ dolları, 2008-ci il 4 noyabr tarixində 246.000 ABŞ dolları aldım” məzmunlu iltizam tərtib edilmiş, həmin iltizam “Bağırov E.K” tərəfindən imzalanmış və Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmişdir (bax § 1).

40. İddiaçı hazırkı iddia ilə həmin vəsaitin investisiya qoyulması məqsədilə verildiyini bildirərək onun qaytarılmasını tələb edir.

41. Ap ellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin tərəflər arasındakı borc münasibətlərindən irəli gəlməsinə və bununla əlaqədar qanunla müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeni əsaslı hesab etmişdir.

42. Məhkəmə kollegiyası həmin mövqe ilə aşağıdakılara görə razılaşmır.

43. Tərəflər arasında pul verilməsinin və alınmasının rəsmiləşdirilməsi ilə tərəflərin arasında əqd bağlanması və əqddə pulun alınma məqsədinin konkretləşdirilməsi şübhəsizdir. Əks təqdirdə, üzərində heç bir öhdəlik olmadığı halda, iddiaçının ticarət mərkəzinin tikintisinə pul qoyması və bunun iltizamla rəsmiləşdirilməsi mənasız olardı. Ən azından, Azərbaycan dilinin izahlı lüğətinə baxdıqda, iltizama “bir işin yerinə yet irilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə” kimi anlayışların verildiyini görmək mümkündür.

44. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli iltizam tərəflər arasında hüquq münasibətlərinin xarakterini və mahiyyətini rəsmiləşdirən əqddir.

45. MM-in əqdin anlayışına dair 324.5-ci maddəsində (bax § 33) iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olduğu göstərilmişdir.

46. Tərəflər arasında yaranmış sözügedən hüquq münasibətlərinin xarakterinə məhz iltizamın məzmunu kontekstindən qiymət verilməlidir. Mübahisəli iltizamda pul alınması müqabilində pul alan tərəfin həyata keçirməli hərəkətlər dəqiqləşdirilməsə də, pul vəsaitinin konkret ünvanda tica rət mərkəzinin tikintisi üçün verildiyi (alındığı) iltizamdan açıq-aydın görünür.

47. Bütün dünyada olduğu kimi, ölkəmizdə də ticarət mərkəzləri heç şübhəsiz ki, külli miqdarda gəlir gətirən biznes obyektləri hesab olunurlar. Bu obyektlərdə çoxsaylı ticarət mağazaları, iaşə obyektləri, əyləncə məkanları fəaliyyət göstərir, iş yerləri açılır, irihəcmli ticarət dövriyyəsi mövcud olur, dövlət büdcəsinə böyük məbləğlərdə vergi və digər məcburi ödənişlər yığılır.

48. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı halda ticarət mərkəzinin tikintisi üçün yatırılmış irihəcmli pul vəsaitinin borc deyil, məhz investisiya kimi dəyərləndirilə bilməsi qənaətindədir.

49. Belə ki, zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci abzasında (bax § 34) verilən anlayışa görə, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı konkret ünvanda ticarət mərkəzinin inşası layihəsinin başa gəlməsi üçün irihəcmli pul məbləği, yəni investisiya qoymuş, cavabdeh tərəf həmin pulu qəbul etmiş, tərəflər arasındakı bu münasibətlər iltizamla, yəni faktiki olaraq investisiya müqaviləsi ilə rəsmiləşdirilmişdir.

51. İddiaçının bildirdiyinə görə, qoyulmuş pul vəsaiti müqabilində cavabdeh ona əmlak verməli idi.

52. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, əgər əvvəlki iltizamlarda olan pullar 2009-2010-cu illərdə, nağd şəkildə qayatarılıbsa həm əvvəlki, həm də hazırda istinad olunan iltizamda qeyd edilmiş pul vəsaiti cavabdehə borc olaraq verilmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

53. Məhkəmə kollegiyasının qənaətinə görə isə, əvvəla, zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Qanunda investorun maliyyə vəsaitinin qoyulmasından yalnız pul formasında gəlir (mənfəət) edə bilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, gəlirin əmlak formasında əldə edilməsi də mümkündür. İkincisi isə, sonradan tərəflərin arasındakı razılaşmalara yenidən baxılmasını da qanun qadağan etməmişdir. Elə iddiaçı da məhkəməyə əmlakın verilməyəcəni bildikdən sonra pulunu tələb etdiyini bildirmişdir. Cavabdeh tərəf isə pulun əmlakın alınması ilə bağlı verilmədiyini bildirsə də, bunu tutarlı dəlillərlə təkzib etməsi iş materiallarından görünmür.

54. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə tərəflər arasında münasibətləri borc və ya digər müqavilələrlə deyil, investisiya müqaviləsi ilə səciyyələndirmək mümkündür; iddiaçı hazırkı iddianı verməklə ticarət mərkəzinin tikintisi üçün qoyduğu pulu həmin vəsait yatırılarkən bəslədiyi biznes gözləntiləri özünü doğrultmadığı üçün cavabdehin icra etməli olduğu sözügedən layihənin reallaşması məqsədilə yatırdığı mayanın, yəni mülkiyyətində olan pul vəsaitinin geri qaytarılmasını tələb edir.

55. Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 19-cu 1 və 3-cü bəndlərinə (bax § 33) görə, investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir.

56. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin hazırkı iddia tələbinin borc müqaviləsi üzrə üç illik iddia müddətinin tətbiq edilərək rədd edilməli olması barədə gəldikləri nəticə də doğru olmamışdır.

57. İddia müddətinin bitib-bitmədiyinə qiymət verilməsi üçün ilkin olaraq iddia müddətinin axımın başladığı tarix dəqiq müəyyən edilməlidir.

58. Birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş əvvəlki iltizam üzrə son ödənişin tarixini əsas götü rməklə hazırda mübahisə predmetini təşkil edən iltizam üzrə iddia müddətinin axımının həmin tarixdən başlandığı qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

59. Halbuki məhkəmə kollegiyasının qənaətinə görə, hazırda mübahisə predmeti olmayan iltizam üzrə edilmiş ödənişin mübahisəli iltizam üzrə iddia müddətinin başlanğıc tarixi kimi müəyyən edilməsinin özü hüquqi baxımdan əsassızdır. Belə ki, bu tarix məhz mübahisəli iltizamın özünə münasibətdə fərdi qaydada müəyyən edilməlidir.

60. Mübahisəli iltizamda pul qoyanın öz hüququnun təmin olunmasını tələbetmə anı, yəni pul alanın öz vəzifələrini icraetmə anı dəqiq müəyyən edilməmişdir.

61. Öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsasları və qayd aları MM-in 377-ci maddəsi (bax § 33) ilə müəyyən edilmişdir.

62. MM-in 377.1-ci maddəsinin ("İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.”) hazırkı mübahisəyə tətbiqi mümkün deyildir.

63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərdən (bax § 36) aydın olur ki, MM-in 377.1-ci maddəsi müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir.

64. Hazırkı halda isə yuxarıda qe yd olunduğu kimi, tərəflər arasındakı investisiya müqaviləsindən irəli gələn hüquq münasibətləri formalaşmışdır.

65. Eyni zamanda, mübahisəli iltizamda pul alan tərəfindən icra edilməli öhdəliklər və onların icra müddətləri konkretləşdirilmədiyindən MM-in 377.2-ci maddəsi (“İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.”) və reqres öhdəliklər üzrə iddia müddətinin axımını müəyyən edən MM-in 377.4-cü maddəsi də baxılan işdə tətbiq edilə bilməz.

66. MM-in 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.

67. Beləliklə, həmin normaya istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı məhz iddiaçının öz hüququnu cavabdehdən tələb etdiyi tarixdən, yəni pretenziya göndərildiyi tarixdən başlanmışdır (2023-cü il noyabr tarixli həmin pretenziya məktubu “Elektron Məhkəmə” informasiya sistemində mövcuddur), bu səbəbdən də qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir.

68. O da qeyd edilməlidir ki, hətta iddiaçının bildirdiyi 2022-ci il aprel ayında mübahisəli iltizam üzrə 25.000 ABŞ dolları məbləğinin qaytarılması tarixi MM-in 377.3-cü maddəsinə uyğun olaraq iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəlməsi, yəni iddia müddətinin axımının başlanma tarixi kimi qəbul edilsə belə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 14 dekabr tarixində müraciət etdiyindən yenə də qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmiş hesab olunur.

69. Zamana görə qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin 1-ci bəndinin ikinci abzasının, 17-ci maddəsinin birinci və dördüncü abzaslarının, 18-ci maddəsinin 1-ci bəndinin, 20-ci maddəsinin 1-ci bəndinin (bax § 34) məzmununa görə, qanunla qadağan edilən və ya məhdudlaşdırılan obyektlərdən başqa, hər hansı obyektə investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. Bu Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların qorunmasına təminat verir. İnvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə təmin edilir. İnvestor özünün investisiya fəaliyyətinin dayandırılmasına və ya ona xitam verilməsinə öz qərarı ilə yol verə bilər.

70. Eləcə də hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 4.1, 4.1.1, 4.1.2, 9, 10.1, 10.1.1, 10.1.3, 12.1, 17.1-ci maddələrinin (bax § 35) məzmununa uyğun olaraq, investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur. Mülkiyyətin toxunulmazlığı və qanunçuluq investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsinin prinsiplərindən biridir. İnvestisiya fəaliyyəti sahəsində bütün sahibkarlıq fəal iyyəti obyektlərinə investisiya qoyuluşuna yol verilir. İnvestorlar investisiya fəaliyyətinin həyata keçirilməsi formasını, investisiyanın həcmini, sahibkarlıq fəaliyyəti sahəsini və formasını sərbəst müəyyənləşdirmək; bu Qanunun tələbləri və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini dayandırmaq və ya ona xitam vermək; hüquqlara malikdirlər. Dövlət tərəfindən investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir. İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya qanunlara, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılır.

71. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı hazırkı iddianı verməklə ticarət mərkəzinin tikintisi üçün qoyduğu vəsait yatırılarkən bəslədiyi biznes gözləntiləri özünü doğrultmadığı üçün özünün investisiya fəaliyyətinə xitam vermək qərarına gələrək, cavabdehin icra etməli olduğu sözügedən layihənin reallaşması məqsədilə yatırdığı mayanın, yəni mülkiyyətində olan pul vəsaitinin geri qaytarılmasını tələb edir, həmçinin tələbinə (pretenziyasına) uyğun olaraq pulun qaytarılmasının gecikdirildiyi müddət üçün hesablanmış illik 5%-in tutulmasını xahiş edir. İddiaçı investor hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddəti ötürülməmişdir.

72. Yuxarıda qeyd olunanları nəzərə almayan apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin hazırkı mübahisənin borc münasibətlərindən irəli gəlməsinə və buna görə də üç illik iddia müddətinin tətbiq edilməli olmasına dair mövqeyi ilə razılaşmaqla maddi hüququn tətbiqində səhvə yol vermiş, MPM-in 217.1-ci maddəsinin (bax § 37) tələblərinə zidd qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamənin qüvvədə saxlanılması mümkün deyildir.

73. Bununla belə, məhkəmə kollegiyası iş üzrə hər hansı əlavə araşdırma və ya qiymətləndirmə aparılmasına ehtiyac olmamasını nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmələrin müəyyən etdiyi hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməlidir.

74. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının borcun qaytarılmasını tələb etmək hüququnun yarandığı qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də aşağı məhkəmənin qətnaməsini qüvvədə saxlamaqla həmin mövqe ilə razılaşmışdır.

75. Həmçinin apellyasiya instansiyası məhkəmə sinin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə 482.000 ABŞ dolları məbləğində cavabdehin iddiaçıya borclu olmasını müəyyən etmişdir (bax § 18).

76. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-798/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz, cəmi 482.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) cavabdehdən alınaraq iddiaçıya ödənilməli, habelə iddiaçının çəkdiyi məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinə (bax § 37) əsasən cavabdeh ə aid edilərək ondan iddiaçının xeyrinə tutulmalıdır.

77. İş materiallarına və “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarına əsasən, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq 711 manat, mediasiya xərci olaraq 400 manat, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün 556 manat və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün 556 manat xərc çəkmişdir. Beləliklə, iddiaçının çəkdiyi məhkəmə xərcləri ümumilikdə 2.223 manat (711 + 400 + 556 + 556) təşkil etmişdir.

78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-798/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz, cəmi 482.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddiaçının çəkdiyi cəmi 2.223 manat məhkəmə xərcləri Cavabdehnə aid edilərək ondan İddiaçı xeyrinə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar