Məhkəmə qərarları › İş №2-2(102)-95/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-95/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-95/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Ap elyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-43/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 30.000 manat (kredit xətti) məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 2. 26.08.2020-ci il tarixli, **********700 saylı maliyyə arayışına görə, Cavabdeh MMCnin 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit mü qaviləsi üzrə İddiaçı ASC-yə 21 avqust 2020-ci il tarixə əsas borcu 29.837,52 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 6.862,11 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 17.423,87 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 8.263,44 manat təşkil edir.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyaya görə, sonuncuya kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)3620/2016 saylı qərarına əsasən, İddiaçı ASC ləğv edilmiş, Əmanətlərin Sığortalanması F ondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.

5. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2020-ci il tarixli, 9/1103 saylı ekspert rəyinə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh MMC-nin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə soruşulan tarixlərə olan borcunu müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 29.837,52 manat əsas borc, 17.423,87 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3.878,71 manat olmaqla, cəmi 51.049,10 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı 25.08.2020-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 29.837,52 manat əsas borc, 6.862,11 manat müddət sonuna hesablanan faiz, 17.423,87 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3.878,71 manat olmaqla, cəmi 62386,94 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.03.2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 23% ödənilmək şərtilə 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Borclu mütəmadi ödənişlər etmiş, sonuncu dəfə 13.03.2017-ci il tarixdə 750 manat ödəniş etsə də, bu günə qədər borcunu ödəməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, e-2-2(113)-139/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin ed ilərək, cavabdehdən 29.837,52 manat (iyirmi doqquz min səkkiz yüz otuz yeddi manat əlli iki qəpik) əsas borc, 6.862,11 manat (altı min səkkiz yüz altmış iki manat on bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3.878,71 manat (üç min səkkiz yüz yetmiş səkkiz manat yetmiş bir qəpik), 1.000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat olmaqla, cəmi 41.598,34 manat (qırx bir min beş yüz doxsan səkkiz manat otuz dörd qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, dövlət rüsumunun 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Axundova).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış 05 fevral 2 013-cü il tarixli, 02/14 saylı kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

11. Göstərilən kredit müqaviləsi üzrə ödəniş qrafikinin, eləcə də kassa məxaric orderinin olmaması hazırkı iş üzrə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçının hesabına ödənişlər olunmuşdur. Axırıncı ödəniş 13.03.2017-ci il tarixdə həyata keçirilmiş, qəbzlərdə “Kimdən” qrafasında Cavabdeh MMC göstərilmişdir. Bu hal kreditin cavabdehə verilməsini təsdiq edir. Cavabdehə müqavilədə göstərilən məbləğdən daha az məbləğdə kredit verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

12. Müqavilənin təsisçi tərəfindən bağlanması ilə bağlı cavabdehin dəlillərinə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, həmin hal cavabdeh tərəfindən əvvəllər mübahisələndirilməmiş və kreditlə bağlı ödənişlərin edilməsi cavabdehin həmin müqavilənin bağlanmasına razılığı kimi qəbul edilə bilər. Ekspert verdiyi rəydə iş materiallarındakı hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə soruşulan tarixlərə olan borcu müəyyən etməyin mümkün olmadığını göstərmiş, cavabdehin iddiaçıya borcunun olmaması nəticəsinə gəlməmişdir.

13. İddiaçı Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etməkdə haqlıdır.

14. Maliyyə arayışında gecikdirilmiş vaxt üçün hesablanan məbləğ 8.263,44 manat qeyd edilsə də, iddia tələbində cavabdehdən gecikdirilmiş vaxt üçün 3.878,71 manat faiz borcunun tutulması xahiş edildiyinə görə gecikdirilmiş vaxt üçün həmin faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 17.423,87 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.000 manat məbləğində müəyyən edilməli, dəbbə pu lunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 739.1, 739.2, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)- 43/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, e-2-2(113)-139/2020 saylı qətnaməsi müqavilə müddətinin sonuna faiz borcu tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 527,63 manat faiz borcu tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə (cavabdehdən iddiaçının xeyrinə 29.837,52 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3.878,71 manat, 1.000 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın tutulması) dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinin 2.3- cü bəndində kreditin nağd və ya köçürmə yolu ilə verilməsinin mümkünlüyü, müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayıldığı qeyd edilmişdir. Müqavilənin qeyd edilən şərtinə əsasən, kredit vəsaitinin kredit alanın hesabına mədaxil edilməsi mümkün olduğundan, kreditin cavabdehə nağd təqdim edildiyinə dair iddiaçı tərəfindən sübut təqdim edilməli olduğu barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassız hesab edilir. Müqavilənin 2.5-ci bəndində kredit üzrə ödənişlərin ödəniş qrafiki əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, iddiaçı həmin qrafiki məhkəməyə təqdim etməmişdir.

20. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, müqavilənin qüvvədə olma müddəti 05.02.2016-cı il tarixdə bitdiyindən, müqavilə tələbi üzrə üç illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

21. İddiaçının nümayəndəsinin 03.03.2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahata əsasən, cavabdehlə üç kredit xətti müqaviləsi bağlanmış, bütün əməliyyatlar bir ssuda hesabı ilə həyata keçirilmişdir. Müqavilə kredit xətti müqaviləsi olduğu üçün cavabdehin istifadə etdiyi kredit vəsaitinin bir hissəsi müqavilə müddəti ərzində qaytarılmış, sonradan təkrar istifadə edilmişdir. Kredit xəttindən istifadə 05.02.2014-cü ildən başlamışdır.

22. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı ASC tərəfindən kredit xətti üzrə hesabdan çıxarışdakı əməliyyatlarla bağlı izahlı maliyyə arayışı təqdim edilmişdir.

23. Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2020-ci il tarixli rəyində işdə olan sənədlər əsasında cavabdehin kredit borcunu müəyyən etməyin mümkün olmadığı qeyd e dilmişdir. İş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14.04.2021-ci il tarixli ekspert rəyi göndərilsə də, rəydə borcun hesablanmasının mümkün olmadığı qeyd edilmişdir.

24. Cavabdehin kredit borcunun hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi “Məhkəmə Ekspertiza və X1” MMC-nə həvalə edilmişdir. “Məhkəmə Ekspertiza və X1” MMC-nin 03 saylı 15.07.2021-ci il tarixli rəyinə görə, tərəflər arasında bağlanmış 05.02.2013-cü il tarixli 01/14 saylı kredit müqaviləsi üzrə kredit müddətinin sonuna 29.850 manat əsas, 527,63 man at faiz borcu olmaqla, cavabdehin cəmi 30.377,63 manat borcu var.

25. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan əsas borc, illik 5 faizlə əldən çıxmış faydaya görə borcun məbləği düzgün müəyyən edilsə də, kredit müqaviləsinin müddətinin sonuna faiz borcu cəmi 527,63 manat təşkil etdiyindən, qətnamə həmin hissədə dəyişdirilməlidir.

26. Eyni zamanda, kredit öhdəliyinin lazımı qaydada icra edilməməsinə görə cavabdehdən 1.000 manat cərimə tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

27. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, borcalan ödənişin gecikdirildiyi hər gün üçün aylıq ödəniş məbləğinin 1 faizi, vaxtı keçmiş kredit üzrə 46 faizlə dəbbə pulu ödənilməyi öhdəlik götürmüşdür.

28. Məhkəmə bu qənaətini Mülki Məcəlləni n 385.1, 739, 442, 445.7, 462.1, 465.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. Müqavilə üzrə iddia müddəti 05.02.2018-ci il tarixində bitdiyi üçün iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verildikdən sonra, iddiaçı tərəf 24.01.2017, 13.03.2017-ci i tarixlərə nəğd pulun ödənilməsi barədə elanın (mədaxil qəbzlərində) surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının tə şkili Qaydaları”na uyğun olaraq hazırlanmamışdır. Mədaxil orderində pulu təhvil verən şəxsin soyadı, adı, atasının adı qeyd edilməmişdir. Qəbzin üzərində Cavabdeh MMC yazılması borcun cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən ödənilməyən pul məbləği borclu şəxsin etirafı hesab edilməməlidir.

31. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2 dəfə keçirilən ekspertiza rəyindən görünür ki, ödəniş qrafikinin olmaması və lazımi sənədlərin tam olaraq təqdim edilməməsi səbəbindən borcun müəyyən edilməsi mümkün olmamışdır. Lakin, Məhkəmə ekspertizası və X1 MMC tərəfindən bankın təqdim etdiyi izahlı arayışa əsasən borc məbləği müəyyən edilmiş, hətta faiz məbləği də hesablanmışdır.

32. Məhkəmə dəbbə pulunun məbləğini mövcud sənədlər əsasında müəyyən edə bilməzdi. Belə ki, ödənişin icra müddəti ödəniş qrafiki olmadığından, müqavilə müddətinin başa çatmasınadək müəyyən edilə bilməz.

33. Kassasiya şikayəti Mülki Məcəllənin 373.2, 375.2, 377.2, 462.1, 465.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ

38. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və y a öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər saslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş f aiz ödəməyə borcludur...”. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...”. “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək apelyasiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin 2.3-cü bəndində kreditin nağd və ya köçürmə yolu ilə verilməsinin mümkünlüyü, müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayıldığı qeyd edildiyindən, kreditin cavabdehə nağd təqdim edildiyinə dair iddiaçı tərəfindən sübut təqdim edilməli olduğu barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə həmçinin cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə münasibət bildirər ək qeyd etmişdir ki, cavabdehlə üç kredit xətti müqaviləsi bağlanmış, bütün əməliyyatlar bir ssuda hesabı ilə həyata keçirilmiş, müqavilə kredit xətti müqaviləsi olduğu üçün cavabdehin istifadə etdiyi kredit vəsaitinin bir hissəsi müqavilə müddəti ərzində qaytarılmış, sonradan təkrar istifadə edilmiş, kredit xəttindən istifadə 05.02.2014-cü ildən başlamış, cavabdeh tərəfindən sonuncu dəfə 2017-ci ildə ödəniş edilmişdir.

42. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin kredit borcunun hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi “Məhkəmə Ekspertiza və X1” MMC-nə həvalə edilmiş, həmin MMC-nin rəyinə görə, tərəflər arasında bağlanmış 05.02.2013-cü il tarixli 01/14 saylı kredit müqaviləsi üzrə kredit müddətinin sonuna 29.850 manat əsas, 527,63 manat faiz borcu olmaqla, cavabdehin cəmi 30.377,63 manat borcu var, buna görə də, kredit müqaviləsinin müddətinin sonuna faiz borcu cəmi 527,63 manat təşkil etdiyindən, qətnamə həmin hissədə dəyişdirilmişdir.

43. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə kommersiya işi üzrə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı, tərəflər arasında bağlanmış 05 fevral 2013-cü il tarixli, 02/14 saylı kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdehin kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamaqla, kredit müqaviləsi üzrə öhdəliklərini pozduğunu, nəticədə cavabdeh in iddiaçıya borcu yarandığını, sonuncu dəfə 13.03.2017-ci il tarixdə 750 manat ödəniş etdiyini nəzərə alaraq, “qəbzin üzərində Cavabdeh MMC yazılmasının borcun cavabdeh tərəfindən ödənilməsi demək olmadığı, MMC-nin səlahiyyətli şəxsi tərəfindən ödənilməyən pul məbləğinin borclu şəxsin etirafı hesab edilməməli olduğu barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

44. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin X2 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-43/2021 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

46. Bakı Apelyasiya Məhkəməsinin X2 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar