Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-95/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqavilələrinə xitam verilməsi və icarə haqqının tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Hacıqabul Rayon Məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə bağlanmış 2020-ci il 13 mart tarixli, Cavabdeh2 ilə bağlanmış 2019-cu il 21 dekabr tarixli icarə müqavilələrinə xitam verilməsi, Cavabdeh1 tərəfindən ödənilməmiş 2490 manat, Cavabdeh2 tərəfindən ödənilməmiş 1600 manat icarə haqqı borcunun tutulması və icarəyə verilmiş torpaq sahələrinin bələdiyyənin sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətinə aid və 2020-ci il 13 mart tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 icarəsində olan, eləcə də 2019-cu 21 dekabr il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 icarə sində olan torpaq sahələrinin icarə haqları ödənilməmişdir. Belə ki, Cavabdeh1 icarəsində olan 5 ha torpaq sahəsinə illik icarə haqqı 315 manat, 8,12 ha torpaq sahəsinə isə 515 manat müəyyən olunduğu halda, icarəçi tərəfindən müqavilə şərtləri yerinə yetirilməyərək ötən müddət ərzində ümumilikdə hər iki torpaq sahəsi üzrə 2490 manat icarə haqqı ödənilməmişdir. Bundan başqa, Cavabdeh2 icarəsində olan 6,5 ha torpaq sahəsinin icarə haqqının 400 manat müəyyən olunduğu halda, onun tərəfindən müqavilə şərtləri tam yerinə yetirilməyərək son 4 il ərzində təxminən 1600 manata yaxın icarə haqqı ödənilməmişdir.
3. Hacıqabul Rayon Məhkəməsinin 2023-cü il 5 dekabr tarixli 2(071)-1151/2023 nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi q ərara alınmışdır (hakim - O.Bayramov).
4. Məhkəmə mövqeyini belə əsaslandırılmışdır ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini təsdiq edən sənədlər – Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 13 mart tarixli icarə müqaviləsi, Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 8,12 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 13 mart tarixli icarə müqaviləsi və Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 6,5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 21 dekabr tarixli icarə müqaviləsidir.
5. Ümumi sahəsi 5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 13 mart tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən icarəyə götürən icarəyə verilən 5 ha torpaq sahəsinə görə illik 315 manat ödəməyi öhdəsinə götürmüşdür. Ümumi sahəsi 8,12 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 13 mart tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən icarəyə götürən icarəyə verilən 8,12 ha torpaq sahəsinə görə illik 515 manat ödəməyi öhdəsinə götürmüşdür. Ümumi sahəsi 6,5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2019-c u il 21 dekabr tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən icarəyə götürən icarəyə verilən 6,5 ha torpaq sahəsinə görə illik 400 manat ödəməyi öhdəsinə götürmüşdür.
6. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və vergi ödəyiciləri kimi uçota alınmışlar (VÖEN: ********** və **********).
7. İddiaçı ona məxsus olan torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlayarkən mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində mülki hüquqi əqd bağlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla yanaşı, iddiaçı ilə bağladıqları icarə müqavilələri üzrə torpaq sahələrini şəxsi istehlak məqsədi ilə deyil, məhz biznes fəaliyyətilə məşğul olmaq məqsədi ilə icarəyə götürmüşlər.
8. Hacıqabul Rayon Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 26.2, 30, 31 və 32.4-cü maddələrinə, həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11-ci, 12-ci və 23-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. a) Şirvan Kommersiya Məhkəməsindəki icraat
9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli 2-2(121)-2808/2023 sa ylı qərardadı ilə işin məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Abbasov).
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin hazırkı vəziyyətdə ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi mümkün deyildir. Belə ki, işdə olan icarə müqavilələrinin məzmunundan görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini şərtləşdirilmiş haqla cavabdehlərin icarəsinə verir. Lakin müqavilələrdə icarə obyekti olan torpaq sahəsinin hüquqi rejimi, məqsədli təyinatı, hansı məqsədlə icarəyə verilməsi göstərilməmişdir. Buna görə də, qeyd olunan müqavilələrə əsasən icarəçilərin (cavabdehlərin) icarə obyekti olan torpaq sahələrini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi v ə ya digər məqsədlə icarəyə götürdükləri müəyyən edilmir.
11. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahələrinin icarəyə verilmə məqsədinin müqavilələrə istinadən aşkar edilməsi mümkün olmadığına görə, tərəflərin müqaviləyəqədərki münasibətlərinin müəyyənləşdirilməsi zəruri idi. Lakin işdən görünür ki, həmin xüsusatlar da araşdırılmamış, zəruri sənədlər tələb və təqdim edilməmişdir. Adı çəkilən zəruri sənədlər qismində isə torpaq sahəsini icarəyə götürmək arzusunda olan şəxslərin müvafiq bələdiyyəyə ünvanladıqları ərizələr, torpaq sahəsinin icarəyə verilməsi haqqında bələdiyyə iclasının protokol-qərarı, icarəyə verilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxarılması barədə qərar, hərrac və ya müsabiqənin yekun protokolu çıxış edə bilərdi.
12. Bundan başqa, icarə müqavilələri bağlanan zaman hər iki cavabdeh sahibkarlıq subyekti qismində vergi uçotunda olmamışlar. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 2020-ci il 16 iyun, Cavabdeh2 isə 2020-ci il 5 avqust tarixlərində sahibkarlıq subyekti kimi vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İcarə müqavilələri isə onlarla müvafiq olaraq 2020-ci il 13 mart və 2019-cu il 21 dekabr tarixlərdə bağlanmışdır. O da qeyd olunmalıdır ki, cavabdehlər vergi uçotuna götürülərkən fəaliyyət istiqamətləri müvafiq olaraq pirojki satışı üzrə fəaliyyət və şəxsi maşınların sürücü ilə icarəsi üzrə fəaliyyət kimi qeyd olunmuşdur. Başqa ifadə ilə icarə müqavilələri bağlanan zaman cavabdehlərin sahibkarlıq subyekti olmadıqları, yəni kommersiya fəaliyyəti göst ərmədikləri, sonradan vergi ödəyicisi kimi qeydiyyata alınarkən torpaqdan sahibkarlıq məqsədi üçün istifadə fəaliyyəti ilə uzlaşmayan başqa-başqa fəaliyyət istiqamətləri ilə məşğul olmaqları, onların icarə münasibətlərinə girərkən sahibkarlıq məqsədi güddüklərini ciddi şübhə altına qoyur.
13. Məhkəmə bu qənaətini MPM-in 24.3, 32.3, 32.4-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6, 6.7-ci maddələrinə, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 10, 11.1 və 11.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommer siya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
15. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Belə ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
17. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və vergi ödəyiciləri kimi uçota alınmışlar (VÖEN: ********** və **********). Fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən Cavabdeh1 icarəyə götürdüyü torpağın ümumi sahəsi 8,12 ha, Cavabdeh2 icarəyə götürdüyü torpağın ümumi sahəsi isə 6,5 ha olmuşdur.
18. Qarışıq məhkəmə tərk ibi hesab edir ki, hər iki cavabdehlərin fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olması, icarəyə verilmiş torpaq sahələrinin ölçüləri həmin torpaq sahələrinin şəxsi məqsədlərlə icarəyə götürülməsini istisna edir və bu səbəbdən, həmçinin hüquq münasibətlərinin xarakterləri nəzərə alınmaqla hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.
19. Qeyd edilənlərə əsasən də hazırkı vəziyyətdə işin kommersiya məhkəməsinə və ya ümumi məhkəməyə aidiyyətinin müəyyən edilməsinin mümkün olmadığı, müqavilələrdə torpaq sahələrinin hüquqi rejimi, məqsədli təyinatı, hansı məqsədlərlə icarəyə verilməsi göstərilmədiyindən, icarə obyekti olan torpaq sahələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, yaxud digər məqsədlərlə icarəyə götürül düyünün müəyyən edilmədiyi barədə Şirvan Kommersiya Məhkəməsinin qərardadında göstərilən hallar əsaslı hesab edilmir.
20. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqavilələrinə xitam verilməsi və icarə haqqının tutulması” tələbinə dair iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.