Məhkəmə qərarları › İş №2-2(102)-95/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-95/2025

26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-95/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2- 2(103)-178/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxılmışdır. İşin halları 1. "X13 X5" MMC 2022-ci il 8 iyul tarixində neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğusunu Ulduz metrosu yaxınlığından Zığ gölü və ətraf ərazilərinin təmizlənməsi ilə əlaqədar Hövsan qəsəbəsinə aparılması üçün Cavabdeh MMC-nin 166 evakuasiya xidmətinə sifariş vermiş, təmizləmə qurğusunu Ulduz metrosunun yaxınlığından götürmüş və Zığ gölünə apararkən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi lisey yaxınlığında cavabdehin 156 evakuator maşınından yerə düşmüş və nəticədə "X13 X5" MMC-yə məxsus avadanlığa zərər dəymişdir.

2. X1 Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə verdiyi izahatından görünür ki, 2022-ci il 8 iyul tarixində Nərimanov rayonu, Ulduz metrosunun yaxınlığında yerləşən BMZ zavodunda seperator avadanlığını oradan götürərək Zığ yolunda yerləşən "xxxx" şirkətinə aparacağına dair sifariş almışdır. Sifarişi ünvana çatdıran zaman Naxçıvanski dairəsinə çatmamış Zığ yolunda döngədən dönərkən seperator avadanlığı yerləşdiyi oturacaqların üstündə olan dörd ədəd boltlar bərkidilmədiyi səbəbindən qoparaq yola düşüb zərər dəymişdir. Avadanlığı götürən zaman boltların üstündə olub, amma boltları yaxşı bağlanmamış və yükü ona verən zaman bu haqda ona məlumat verməmişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3. "X13 X5" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 156 evakuasiya xidməti tərəfindən vurulmuş zərərin dəyəri olan 39.100 ma nat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğularından istifadə edərək həyata keçirir. 2022-ci il 8 iyul tarixində neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğusunu Ulduz metrosu yaxınlığından Zığ gölü və ətraf ərazilərinin təmizlənməsi Hövsan qəsəbəsinə aparılması üçün cavabdehin 166 evakuasiya xidmətinə zəng edərək aparılması barədə razılaşmışlar. Lakin cavabdeh tərəfindən 156 evakuator maşını kompressor aparatını Ulduz metrosunun yaxınlığından götürmüş və Zığ gölünə apararkən sürət həddini aşaraq Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi lisey yaxınlığında yerə salaraq yararsız hala salmış, məhv etmişdir. Vurulmuş zərərin cavabdeh tərəfindən ödənilməsi üçün onlara müraciət edilsə də müraciət cavabsız qalmış, bununla bağlı Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə şikayət verilmişdir. Müraciətə baxan 35-ci Polis bölməsi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi bildirmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə pretenziya göndərmiş, nəticəsi olmamışdır.

5. Cavabdeh tərəf məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh yalnız zəng xidməti göstərir və qəbul edilən sifarişi sürücüyə yönləndirir. Məsələnin həlli ilə bağlı sürücünün bu məsələni həll etməli olduğunu əsas gətirmişlər. Sürücü ilə cavabdeh xidmət müqaviləsi əsasında fəaliyyət göstərir və 156 zəng xidməti sürücü yə sifarişi ötürməsindən ibarətdir. Hazırda təqsirdə məsuliyyət sürücünün üzərindədir, 156 zəng xidmətinin Elvin Mirzəliyev adlı sürücüsü mövcud deyil. 6. “X6” MMC-nin 2023-cü il 20 iyul tarixli 99 nömrəli Qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, iddiaçıya məxsus “Alfa Laval” Model FOPX 607 yağ-su ayırıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən edilmişdir. Qaynaq üsulları rəyin tədqiqat hissəsində ətraflı qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3906 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - X2 99N ekspert rəyinə əsasən burdan da belə nəticəyə gəlmək olar ki, çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunması m ümkündür. Tədqiqatı aparılan avadanlığın qopub düşmüş hissəsi hazırda mövcud olmadığından, ekspert məsləhətinə əsasən, qaynaq üçün aşağıdakı hallardan istifadə etmək olar: həmin hissənin qəlibi hazırlanmalı (bunun üçün həmin avadanlığın eynisindən istifadə edərək qəlib hazırlana bilər), qəlib vasitəsilə çuqun materialından sınmış hissə düzəldilməli və həmin hissə avadanlığın sınmış hissəsinə qaynaq olunmalı; digər başqa bir eyni tipli istifadə olunmayan avadanlıqdan həmin hissə kəsilib götürülərək qaynaq olunmalı. Aparılmış tədqiqatlar nəticəsində, iddiaçıya məxsus “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən olunmuşdur. Qaynaq üsulları rəyin tədqiqat hissəsində ətraflı qeyd edilmişdir. - X6-nin tərtib etdiyi müt əxəssis rəyinin nəticəsinə əsasən həmin aparatın təmirbərpası üçün çəkilən xərc təxminən 3.000 manat müəyyən olunmuşdur. - Ekspert baxışına təqdim olunmuş “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun hal-hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 55.000 manat müəyyən edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 oktyabr tarixli e-2-2(113)1794/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 3.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, iş üzrə təyin olunmuş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat ekspertiza xərclərinin 25 manat məbləğinin cavabdehdən, qalan 25 manat məbləğinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Məhkəmə işin hallarına istinadla cavabdehin məsuliyyəti ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıya münasibətdə sürücü X3 (daşıyıcı) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından təşkil edən şəxs, yəni ekspeditor olmuş və bu cavabdehin izahatlarından da müəyyən edilmişdir. Bu halda, MM-in 852.5-ci maddəsinin tələbinə əsasən cavabdeh daşıyıcının törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göstərilən normada məsuliyyəti istisna edən hal barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının (yük göndərən) cavabdehdən (ekspeditor) daşıyıcı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.

10. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qey d etmişdir ki, iddiaçı avadanlığın sıradan çıxmasına görə maddi ziyan əvəzi kimi cavabdehdən 39.100 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 sentyabr tarixli 9/3906 nömrəli ekspert rəyi və “X6” MMC-nin 2023-cü il 20 iyul tarixli 99 nömrəli qiymətləndirmə rəyi ilə avadanlığın təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən olunmaqla həmin xərcin 3.000 manat olması müəyyən edilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşan məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş, iş materiallarına əl avə edilmiş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğun olmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq olunan ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul olunmalı və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Beləliklə, məhkəmə iddiaçıya məxsus avadanlığa dəyən ziyana görə ekspert rəyi ilə müəyyən olunmuş 3.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 852.1, 852.4, 852.5, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-178/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, 50 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – V.Sadıqov və İ.İbrahimli).

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı şikayətində məhkəmənin mövqeyi ilə razılaşmamış, mütəxəssis rəyini mötəbər olmayan sübut hesab etmiş, həmçinin şikayətdə 55.000 manat bazar dəyərini zərər kimi, aparatın bərpasının isə mümkün olmaması qeyd edilmiş, məhkəmənin mütəxəssis rəyini tələb etməməsi və qərardadda göstərilmədiyi qeyd olunmuşdur.

16. Apellyasiya şikayətinin mütəxəssis rəyi ilə bağlı dəlili üzrə kollegiya qeyd etmişdir ki, 2023-cü il 30 may tarixində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəxəssisin cəlb olunaraq əmlaka baxışın keçirilməsi barədə Bakı Kommersiya Məhkəməsinə vəsatət verilmişdir. Ümumiləşmiş ekspertiza təcrübəsinə əsasən iş üzrə araşdırma zamanı mütəxəssisə ehtiyac olduqda ekspert tərəfindən mütəxəssisin cəlb edilməsi barədə vəsatət verilir və məhkəmə mütəxəssis cəlb edir. Hazırki işdə də belə olmuşdur. Bu əsasla hazırkı iş üzrə Ekspertiza Mərkəzi tərəfindən də tövsiyə edilən şəxsin peşə hazırlığı yoxlanılmış və onun cəlb olunmasına razılıq verilmişdir. Həmçinin iddiaçı tərəfindən də hər hansı bir mütəxəssisin cəlb edilməsinə məhdudiyyət qoyulmamış, hətta iddiaçı baxış zamanı mütəxəssisin iştirakına heç bir etiraz etməmişdir. Yalnız qərardadda mütəxəssisin göstərilməməsi müvafiq rəyin mötəbərliyinə təsir edə bilməz. Şikayətdə mütəxəssisin avadanlığa baxış keçirməməsi qeyd olunsa da, ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, ekspert və mütəxəssis baxış keçirmişlər.

17. İddiaçı dəymiş zərər faktını və cavabdehin təqsirini sübuta yetirsə də, zərərin məbləğini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə ek spertiza tədqiqatı zamanı əldə etdiyi rəyə uyğun olaraq zərər məbləğini və təmirin mümkünlüyünü müəyyən edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etmişdir. Əldə edilən ekspert və mütəxəssis rəyləri mötəbər, mümkün və qanunvericiliyin tələbinə uyğun əldə edilmiş sübutlar olmuşdur.

18. Məhkəmə kollegiyası iddiaçının vəsatəti əsasında Dövlət Neft Şirkətinin mütəxəssis qismində cəlb edilməklə əlavə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul etmişdir. X14 Şirkətinin 2024-cü il 12 avqust tarixli imtina məktubunda şirkətin belə bir səlahiyyətinin olmaması göstərilmişdir. Odur ki, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən şikayətin dəlilləri zərərin daha yüksək məbləğini müəyyən etməyə əsas verməmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 442, 850.1, 852.5, 859.1, 859.2, 859.4, 859.5 və 861.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 21.1 və 852.5-ci maddələri üzrə - X2 2023-cü il 22 sentyabr tarixli rəyi mötəbər deyil. Əgər zərər vurulması ilə nəticələnən hadisə baş verməsəydi, aparat qaynaq olunma yolu ilə təmir edilməmiş olacaqdı. Qaynaq yolu ilə aparatın təmir edilməsi onun daha tez vaxtda sıradan çıxmasına səbəb olacaq. Qanunvericiliyin tələbinə əsasən, zərər çəkmiş şəxs (yalnız) zərər vurulması ilə nətic ələnən hadisə baş verməsəydi, mövcud olan ilkin vəziyyətə qaytarılmalıdır. Aparatın qaynaq yolu ilə təmir edilməsi onun mövcud ilkin vəziyyətinə qaytarılması demək deyil.

22. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 sentyabr tarixli rəyində cavabdeh tərəfindən təqdim olunmuş müstəqil ekspert rəyinə əsaslanılmışdır. Müstəqil ekspert rəyinin mötəbərliyinə inanılmadığı üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Lakin yenə də ekspert rəyi tərtib edilərkən mötəbərliyinə inanılmayan müstəqil ekspert rəyinə əsaslanılmışdır. X2 rəyi mötəbər deyil. Belə ki, məhkəmə qərardad qəbul edərkən məhkəmə-texniki ekspertizasının aparılmasını X4 deyil, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. X6 ekspertizanı cavabdehin nümayəndəsi vəkil Nü mayəndə ərizəsi əsasında aparmışdır. Bu da həmin ekspertiza əməkdaşlarının cavabdehlə əməkdaşlıq etməsini, qərəzli rəy verməsini təsdiq edir. X2 rəyindən görünür ki, həmin rəy qiymətləndirmə rəyidir, növü əmtəəşünaslıq ekspertizasıdır, ekspert X8 əmtəəşünasdır, mütəxəssis X9 isə qiymətləndiricidir. Əmtəəşünaslıq ekspertizası üzrə məhkəmə-texniki ekspertizasının qarşısında qoyulmuş suallara cavab vermək mümkün deyil, bu rəy saxtakarlıq faktıdır.

23. Bundan başqa, qiymətləndirmə rəyi ilə texniki ekspertizanın sualına cavab verən ekspert Şükür Hüseynov aparata baxışda iştirak etməmişdir. Belə olan halda onun necə aparatın təmir yolu ilə bərpa olunmasını müəyyən edə bilməsi sual olunur. X4 ekspertizanın aparılması həvalə edilməmişdir. Qiymətləndirmə və əmtəəşünsalıq ekspertizası ilə texniki ek spertizanın qarşında qoyulmuş suallara cavab vermək olmaz. Aparatın təmir yolu ilə bərpası mümkün deyil, həmin aparatı bərpa edə biləcək mütəxəssislər ölkəmizdə fəaliyyət göstərmir, aparatın bərpası ilə bağlı iddiaçı tərəf ölkə üzrə çox axtarışlar aparmışdır. Əgər bərpa mümkün olsa idi, iddiaçı nəinki 3.000 manata, hətta 5.000 manat və daha çox xərc çəkib onu bərpa etdirərdi, aparatın işləməsi iddiaçıya daha çox xeyir gətirmiş olardı, bu günədək həmin aparatı iddiaçı bu vəziyyətdə saxlamazdı. Odur ki, məhkəmənin qətnaməsi əsaslı deyil, məhkəmə mötəbər olmayan cavablara əsaslana bilməz, ona görə də iddia tələbi tam təmin edilməlidir. İddiaçının aparatı cavabdehin hərəkətləri nəticəsində məhv olmuş, iddiaçıya 39.100 manat maddi zərər vurulmuşdur. Aparatın təmir bərpası mümkün deyil, bu barəd ə iş materiallarında olan qiymətləndirmə rəyi mötəbər deyil, həmin rəyi texniki ekspertizanın rəyi kimi qəbul etmək olmaz.

24. Müstəqil ekspert rəyi əsasında tərtib edilməsinə baxmayaraq, məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə iqtisadçı eksperti Elvin Qəhrəmanov tərəfindən verilmiş 2023-cü il 22 sentyabr tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirən apellyasiya məhkəməsi göstərmişdir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyil. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul olunmuş qətnamə əsaslı deyil. Qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamə mötə bər, təkzibedilməz hallar nəzərə alınmadan və əsaslandırılmadan qəbul edilmişdir.

25. MPM-in 217-ci maddəsi üzrə - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktları üzrə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, kasasiya şikayəti qanunsuz və əsassız, habelə hüququn təməl prinsiplərinə zidd olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş ərizədə kompressora dəymiş zərərin məbləği 39.100 manat olaraq müəyyənləşdirilsə də, iş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən müvafiq zərər çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunması yolu ilə təmir-bərpa edilməsi mümkün hesab olunmuş və zərər 3.000 manat qiymətləndirilmişdir. Ekspert rəyi ilə sübut olunmuşdur ki, iddiaçı əsassız olaraq cavabdehdən daha böyük məbləğdə pul tələb etməkdədir. Habelə, müvafiq rəydə qeyd edilən avadanlığının dəyərinin 55.000 manat qiymətləndirilməsi aşkardır, avadanlığın köhnəlməsi, amortizasiyası nəzərə alınmadan yeni işlənməmiş məhsulun dəyəridir. İstifadə edilən aparatın qiyməti bu məbləğdə ola bilməz və avadanlığın qiymətinin 39.100 manat olmasını iddiaçının ərizəsində göstərilərək tələb olunmaqla da e tiraf edilmişdir. Digər tərəfdən bu məbləğin hazırki vəziyyətdə heç bir əhəmiyyəti yoxdur. Yeni və ya köhnə aparat olmasından asılı olmayaraq, vurulmuş zərərin aradan qaldırılması mümkün olduğundan, yalnız həmin zərərin aradan qaldırılması üçün nəzərdə tutulan məbləğ tələb edilə bilən məbləğdir. Vurulmuş zərərin qiyməti 3.000 manat müəyyən edilmiş və qətnamə ilə artıq təmin olunmuşdur. Əgər iddiaçının yeni aparata ehtiyacı varsa, bu vəziyyətdən sui-istifadə edib aparatın təmir oluna biləcəyi halda, yeni aparat almaq niyyəti ilə əlavə məbləğ tələb etməsi yolverilməzdir. İddiaçının tələbi təmin edilərsə, bu onun əsassız varlanmasına, cavabdehin isə hüquqlarının pozulmasına əsas olacaq.

28. İddiaçının təmir üçün çəkməli olduğu xərc isə məhkəmə qətnaməsi ilə 3.000 manat olaraq təsdiq edilmişdi r. MM-in 21.1-ci maddəsinin anlayışına görə, zərərin tam həcmdə ödənilməsinə o halda yol verilir ki, zərərin əvəzinin daha az miqdarda ödənilməsi mümkün olmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hüququn və onun təmin və bərpasını həyata keçirən məhkəmənin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin ərizəçiyə ödənməsidir. Habelə, maddi zərərin əvəzinin ödənilməsində məqsəd iddiaçının əvvəlki vəziyyətinin bərpa olunmasından, bir sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu prinsipin tələblərinə əsasən əvvəlki vəziyyətin bərpa o lunması sadəcə olaraq qaynaq olunma yolu ilə ölkəmizdə mümkün hesab edilir. Odur ki, təqdim olunan sübutlar və sənədlər məhkəmə tərəfindən araşdırılmış və həqiqiliyi təsdiq edilmişdir.

29. Habelə, 2023-cü il 30 may tarixində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəxəssisin cəlb edilərək əmlaka baxışın keçirilməsi barədə Bakı Kommersiya Məhkəməsinə vəsatət verilmişdir. Ümumiləşmiş ekspertiza təcrübəsinə əsasən, iş üzrə araşdırma zamanı mütəxəssisə ehtiyac olduqda ekspert tərəfindən mütəxəssisin cəlb olunması barədə vəsatət verilir və mütəxəssis tək və ya bir neçə nəfər olmaqla tərəflərin tövsiyə etdiyi şəxslər sırasından seçilir. Bu əsasla hazırkı iş üzrə Ekspertiza Mərkəzi tərəfindən də tövsiyə edilən şəxsin peşə hazırlığı yoxlanılmış və onun cəlb olunmasına razılıq verilmişdir. Həmçinin iddiaçı tərəfindən də hər hansı mütəxəssisin cəlb edilməsinə məhdudiyyət qoyulmamış, hətta iddiaçı baxış zamanı mütəxəssisin iştirakına heç bir etiraz etməmişdir. Halbuki, iddiaçının bunu əvvəlcədən bildirmək imkanı da mövcud idi. Etirazın edilməməsi isə təklif olunan mütəxəssisin cəlb edilməsinə münasibətdə razılıq əlamətini özündə ehtiva edir. Sonradan iddiaçının guya həmin ekspertiza mərkəzinin əməkdaşlarının cavabdehlə əməkdaşlıq etməsi iddiasını irəli sürməyi iddiaçının özünün sui-istifadəyə meyilli olduğunu bir daha təsdiq edir. Bu səbəbdən iddiaçının həmin hissədə arqumenti əsassızdır. Belə ki, aparatın təmir edilməsinin mümkün olması istiqamətində verilmiş X2 rəyi mötəbərdir. İddiaçı, ümumiyyətlə, məhkəməyə zərər məbləğini təsdiq edən hər hansı qüsur aktı, sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu əsasla hazırkı iş üzrə mütəxəssis rəyi vacib və mütləq hesab olunur.

30. Həmçinin, apellyasiya şikayətində aparata baxışda mütəxəssis Şükür Hüseynovun iştirak etmədiyini bildirilsə də, iş üzrə materiallardan məlum olur ki, Şükür Hüseynov X2 direktorudur. Baxışda nümayəndə İbadov Fərid çıxış etmişdir, bu da Şükür Hüseynov birbaşa özünün iştirakının mütləqliyini istisna edərək, rəyin həqiqi və mötəbərliyinə heç bir təsir etmir. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsində irəli sürdüyü tələbi dəyişdirərək inkar edə bilməz, bu hal faktın preyudisiyallığı institutuna zidd olmaqla bərabər iddia tələbindən kənara çıxma kimi qəbul edilməlidir. Kassasi ya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəmə aktını qismən – iddianın təmin edilməyən hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiy mətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklə rin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu... 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.” “Maddə

859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan b aşqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.... 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, la kin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.” “Maddə

861. Yüklərin daşınması zamanı iddia müddətləri 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir....”

34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətindəki dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər prosessual fəallıq göstərərək iş üzrə 2 dəfə əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmiş və sonuncu ekspertizadan imtinaya səbəb isə Dövlət Neft Şirkətinin mütəxəssis qismində cəlb edilməsinin mümkünsüzlüyü olmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərinə tam olaraq riayət etmiş və hər hansı prosessual pozuntuya yol verməmişdir.

37. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı mövcud ekspert rəyi ilə razılaşmadığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötə bər sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, MPM-in 101-1-ci maddəsi iddiaçıya öz təşəbbüsü ilə ekspertizanın aparılması üçün sifariş verilməsi hüququnu versə də, iddiaçı mövcud hüququndan istifadə etməmiş, məhkəmələrin mötəbər hesab etdikləri ekspert rəyini şübhə altına salacaq hər hansı bir tutarlı dəlil gətirməmişdir.

38. Məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətində qeyd edilmiş ekspert Şükür Hüseynovun aparata baxışda iştirak etməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan (bax: səhifə 58) 2023-cü il 20 iyul tarixli Qiymətləndirmə rəyindən görünür ki, həm ekspert Şükür Hüseynov, həm də mütəxəssis İbadov Fərid tədqiqat prosesində iştirak edərək aparata baxış keçirmiş və yekun rəy vermişlər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizada tədqiqat obyektinə baxışın nəticələrinə dair protokoldan görünür ki, mütəxəssis İbadov Fərid də iştirak etmişdir (bax: səhifə 51). Ona görə də kassatorun bu dəlili də əsassızdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Məhkəmə kollegiyası, həmçinin cavabdehin kassasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd edir ki, həmin məsələlərə bu qərarın yuxarı paraqraflarında mövqe bildirildiyindən əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

42. Qe yd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 oktyabr tarixli 2-2(103)-178/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar