Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-96/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1048/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İŞİN HALLARİ
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 2021-ci il 30 noyabr tarixli aktda qeyd olunmuşdur ki, 83047667 saylı sayğacın elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur.
2. İddiaçı MMC (istixana) adlı **********00000 saylı, ünvan 1 ünvanda qeyd olunan abonentin saldosunda cəmi 2021-ci ilin noyabr ayına 23.733,82 manat məbləğində borc qeyd olunmuşdur. 3. 2021-ci il 30 noyabr tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd olunmuşdur ki, 2021-ci il 11 avqust tarixli 29/1640-01376-6 nömrəli aktına əsasən G-1000 markalı 83047667 nömrəli sayğacda korrektorun parametr göstəricilərində baza tempraturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeydə alınmayı b. 4. 2022-ci il 24 may tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Vəliyev, Bağırov və partnyorları” Vəkil Bürosunun bank hesabına 900 manat köçürülmüşdür. 5. 2022-ci il 13 aprel tarixli ödəniş tapşırığına əsasən 5 saylı Bakı Mediasiya Təşkilatının hesabına İddiaçı MMC tərəfindən 200 manat köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh İB-yə (bundan сonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 23.733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində ziyanın silinməsi və hazırkı iddianın verilməsi ilə bağlı çəkilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 900 (doqquz yüz) manat məbləğində vəkilə ödənilmiş qonorar, ümumilikdə 1100 (bir min yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları 2020-ci ilin əvvəlindən başlayaraq bir neçə dəfə iddiaçının Xəzər rayonunda yerləşən xidmət sahəsinə gələrək bayırda quraşdırılmış qaz sayğacının yenisi ilə əvəz edilməsini təklif etmişlər. Qaz sayğacının işləməsində hər hansı problem olmadığı üçün cavabdehin əməkdaşlarının bu təklifi rədd edilmişdir. 2020-ci il 8 iyul tarixində cavabdehin əməkdaşları tərəfindən növbəti dəfə iddiaçıya məxsus xidmət sahəsinə gələrək bayırda quraşdırılmış G1000 markalı 83047667 nömrəli turbin tipli “Elster” qaz sayğacına baxış keçirilmiş, heç bir zərurət olmadan həmin tarixdə qaz sayğacı yoxlamaya gön dərilməsi üçün xətdən çıxarılmışdır. Qaz sayğacı xətdən çıxarılan zamanı sayğacın üzərində olan plomb bütöv və salamat olmuşdur. Cavabdehin Metrologiya Departamenti tərəfindən 2020-ci il 11 avqust tarixində təsdiq etdiyi SS № 29/1640-01376-6 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” Aktına əsasən “ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir. Sayğacın mexaniki hissəsi işləkdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücüsünün vəziyyəti normaldır. Baza temperatur qazın sıxılma əmsalı və CO2 standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində keçən qazın sərfi düzgün qeydə alınmayıb”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğundur. Batareya tələb olunur.” Beləliklə, yoxlama zamanı müəyyən olunan qüsur kənardan mexaniki və digər təsir vasitəsilə olmamış, istehlakçı tərəfindən müdaxilə olmadan sayğacın daxili elektron hissəsində baş vermiş xətadır. Cavabdehin tərtib etdiyi 2021-ci il 30 noyabr tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”yə əsasən, sayğacın korrektorun parametr göstəricilərində baza temperaturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfi düzgün qeydə alınmayıbdır. Cavabdehin tərtib etdiyi ******* saylı 2021-ci il 30 noyabr tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”a əsasən, 83047667 saylı sayğacda elektron göstəricisi V1 mexaniki göstəricidən 1318 m3 çoxdur. Nəticədə iddiaçıya 107881 m2 həcmdə əlavə qazın istifadəsi, onun əsasında isə 23.733 manat məbləğində ziyan hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya tərtib edilmiş 2020-ci il 11 avqust tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında Akt”ı, 2021-ci il 30 noyabr tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə” və 2021-ci il 30 noyabr tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ı əsassız və qanunsuzdur. Ona görə də iddiaçıya hesablanmış 23733 manat məbləğində ziyan silinməlidir. Borcun silinməsi ilə bağlı cavabdehə edilən şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Məsələni məhkəmədən kənar həll edilməsi üçün cavabdehə 2022-ci il 25 yanvar tarixli pretenziya göndərilmiş və mübahisəni məhkəməyədək həll edilməsini və əsassız yazılmış borcun silinməsi xahiş edilmişdir. Pretenziya ilə bağlı cavabdeh heç bir fikir bildirməmişdir. Pretenziya nəti cəsiz qaldığı üçün mübahisəni məhkəməyədək həll edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediasiya xərcləri ödənilmişdir. Mediator tərəfindən cavabdehə mediasiya sessiyasında iştirak edilməsi barədə təklif göndərilmiş, lakin cavabdeh təyin olunmuş vaxtda mediasiya sessiyasına gəlməmişdir. Bu barədə 5 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 8 aprel tarixli arayış verilmişdir. Beləliklə, mübahisənin məhkəməyədək həll olunması üçün bütün mövcud qanuni addımlar atılsa da, bunun heç bir nəticəsi olmamışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 560.1, 560.3.5.2-ci maddələrinə, “Enerj i resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinin 1-ci hissəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə, 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə, 13-cü maddəsinin 8ci hissəsinə, 19.1-ci maddəsinə, 21, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 4.1, 4.6., 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 76.1, 88, 218.1-ci maddələrinə istinad etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli, e-2-2(113)3270/2022 saylı qətn aməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində borc (abonent kodu **********00000) hesabından silinmiş, iş üzrə ödənilmiş 200 manat mediasiya xərcinin və hüquqi yardımla bağlı 900 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (A.Əliyeva).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 23733 (iyirmi üç min yeddi yüz otuz üç) manat məbləğində cərimə silinməlidir.
11. Məhkəmə gəldiyi nətic əni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra-“Qaydalar”) 4.2, 4.9-cu bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə, MPM-nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 noyabr tarixli, 2-2(103)-1048/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli, e2-2(113)-3270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə göstərmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli olduğundan birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9-cu bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 3.3, 4.1, 4.8, 5.2, 5.4-cü maddələrinin tələbləri pozu lmuşdur- sayğacın elektron hesablama tablosunun işləməməsinə görə cavabdehliyi məhz iddiaçı özü daşıyır. Kommersiya işinin materiallarından görünür ki, elektron hesablama tablosunun işləməməsi nəticəsində cavabdeh tərəfindən standarta uyğun olaraq dövlət standartları əsasında əmsallaşdırılaraq hesablama aparılmış və üzləşmə aktları ilə bu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən cavabdehə ünvanlanmış məktubda qeyd edilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə s ərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyət də elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində hüquq normalarından biri kimi, Qaydaların 5.4-cü bəndinə ümumiyyətlə istinad etməmiş, bununla da məhkəmə faktiki olaraq qaz sərfiyyatına görə hesablanmış borcu əsassız hesab etmişdir. Lakin məhkəmə bu qənatə gələrkən qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmaların aparılmasının mümkün olması müddəasını nəzərdən qaçırmışdır. Qaydaların 5.4-cü bəndindən belə aydın olur ki, qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmalar aparıla bilər. Belə olan halda, məhkəmə bu iş üzrə ekspertiza t əyin etməklə faktiki sərfiyyata görə hesablanmalı olan borc məbləğini müəyyən etməli olduğu halda bunu etməmiş, əvəzində isə hesablanmış bütün borc məbləğini silməklə konkret dövr üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş borc məbləğini silmişdir. Bununla da məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Hər bir halda əgər məhkəmə sərfiyyata görə hesablanmış borc məbləğini artıq hesab etmişdirsə belə, bunu qətnamədə qanuni əsaslarla göstərməli idi. Məhkəmə bu hala qiymət verməməklə iş üzrə ədalətli məhkəmə qətnaməsi qəbul etməmişdir. 19. “Qaz təchizatı haqqında” Qanunun 13.6-cı maddəsinin tələbləri pozulmuşdurişin materiallarından göründüyü kimi iddiaçının abonent qeydiyyatı üzrə istixanada istehlak olunmuş təbii qaz sərfiyyatı ayrı-ayrı vaxtlarda qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac göstəricilərinə əsasən yəni, mexaniki göstəriciyə əsasən korreksiya aparılmaqla qeyd olunmuşdur. Hazırkı iddia məbləği isə mübahisələndirilən dövr ərzində abonentin ünvanında istismarda olan qaz sayğacının tam işləməməsinə görə, yəni sayğacın elektron göstəricisinin işləməməsi üçün hesablanmış və abonent koduna daxil edilmiş qaz sərfi hesabatıdır. Baxmayaraq ki, qanunvericilikdə bu halda qaz təminatının dayandırıla bilməsi xüsusilə qeyd olunmuşdur. Lakin müqavilə tərəfi olaraq abonentin bilavasitə razılığı ilə elektron hissəsi işləməyən sayğacın mexaniki hissədə qeydə aldığı qaz sərfiyyatının korreksiyasının fiziki aparılması qərara alınmışdır. İşin materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 2021-ci il 30 noyabr tarixli aktdan g örünür ki, iddiaçının nümayəndəsi Kərimzadə Nizami tərəfindən qeyd olunan akt imzalanmış və cavabdeh tərəfindən uçotu aparılmayan qazın hesabatı aparılmışdır. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə uyğun olaraq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmiş, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın ötən müddət ərzində faktiki qeydə aldığı mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 23. 733,82 manatdır.
20. MPM-in 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur-abonent saldosundan və kommersiya işinin materiallarından aydın olur ki, istehlakçı akt üzrə hesablanmış borc məbləğindən məlumatlı olmuşdur və həmin borc məbləğini təbii qazdan istifadə etməsi nəticəsində sərfiyyata görə yaranmış borc məbləği ilə birgə hissə-hissə ödəniş həyata keçirmişdir. Ümumiyyətlə yaranmış borc üzrə həyata keçirilmiş ödənişlər mövcud olmuş borc məbləğinin etirafı kimi qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia edilən pul məbləğinin silinməsi tələbini ümumilikdə rədd etməlidir. 21.Məhkəmə aktın tədqiqatını ətraflı aparmadığından iddiaçı barəsində tərtib edilmiş mövcud akta münasibətdə düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, həmin sübutları səhv qiymətləndirmiş, akta münasibə tdə məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı barəsində tərtib edilmiş akta münasibətdə məhkəmənin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı Qanunu və Əsasnaməni tədbiq etməsi işin hallarına uyğun gəlmir. Belə ki, mübahisələndirilən ümumi borc məbləğinin yaranma əsası olan akt yoxlama aktı deyildir. Həmin aktlar istixanada qaz sayğacının elektron göstəricisinin sərfiyyatı qeydə almadığı dövrdə iddiaçı tərəfindən faktiki olaraq istehlak edilmiş təbii qazın hesablanması barədə tərtib edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yox lanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. QAZ SAYĞACLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ... 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” 27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubl ikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz....” “ Maddə
31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;...”
28. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronome traj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun a parılır....”
29. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” «Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutları n qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarı nın mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği 2021- ci il 30 noyabr tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus xidməti sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.
33. İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında ” Əsasnamənin 1.4-cü bəndinə istinad olunaraq qeyd olunmuşdur ki, müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmi ş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Lakin qanunvericiliyin həmin tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarl ıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz 35.Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda §28) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
36. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki (bax yuxarıda § 20-21), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 37.Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 38.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(103)-1048/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov