Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-96/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti B ank olmayan kredit təşkilatı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş s urətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının cəmiyyətin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim Kənan Hüseynov).
3. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
6. Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəal arında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza v asitələri;...” “Maddə
6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir....”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlə rinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir..... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayən də və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.2-ci maddəsinə uyğun olaraq yoxlanılarkən şikayətin cavabdeh müəssisə tərəf indən imzalanmasına baxmayaraq onu tərtib etmiş vəkil tərəfindən imzalanmadığı, bununla da kassasiya şikayətinin MPM-in 407.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab olunmalı və icraata qəbul edilməməlidir.
11. MPM-in 10-1.7-ci maddəsinin tələblərinə görə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 12. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.
13. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə ed ilir.
14. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
16. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
17. Hazırkı halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada 2023-cü il 30 dekabr tarixdə yalnız iddiaçının idarə heyətinin sədrinin müavini Nümayəndə1 tərəfindən imzalanmış, lakin şikayəti tərtib edən Vəkil tərəfindən tərəfindən elektron qaydada imzalanmamış, “Elektron Məhkəmə” informasiya sisteminə vəkil tərəfindən əllə imzalanmış kassasiya şikayəti əlavə olunmuşdur ki, bu da §1416da göstərilənlərə əsasən məqbul sayıla bilməz. Bu səbəbdən qeyd olunan kassasiya şikayəti qeyri-mümkün sayılaraq onun icraata qəbulundan imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.