Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-96/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 22(103)-1069/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə AZ/PİP-S/17/0005 nömrəli 2017-ci il 13 fevral tarixli şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4 və 5-ci mənzillər (“Mem” geyim mağazası) ümumilikdə 415.750 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. 2. 2017-ci il 11 aprel tarixli hadisə barədə məlumat aktından görünür ki, X5 2017-ci il 11 aprel tarixində ona məxsus obyektə subasma nəticəsində zərər dəydiyi barədə "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş, "xxxx" ASC-nin əməkdaşı Əliy ev Rasim hadisəyə səbəbin üçüncü mərtəbədən axmış su olduğunu, təxmini zərərin 35000 manat olduğunu göstərmişdir. 3. 2017-ci il 11 aprel tarixli 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi X1, sahə ustası X6, “Mem” mağazasının baş satıcısı X3 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, 30-cu məhəllə, ev 2/23-ün 1, 4 və 5 saylı mənzillərində yerləşən “Mem” mağazasının satıcıları 2017-ci il 11 aprel tarixində saat 09:00-da mağazaya daxil olarkən mağazanın hər tərəfinə suyun axmasının şahidi olmuş, həmin vaxt mənzillərə suyun axıdılması barədə 5 saylı mənzil-kommunal istismar sahəsinə məlumat verilmişdir. 5 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərliyi tərəfindən su axıdılan mənzillərə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, 30-cu məhəllə, ev 2/23, mənzil 8-də mənz il sahibi həmin axşam mənzildə olmamış, mənzilin su otağından su borusu zədələnmiş, nəticədə axan sular evin 1, 4 və 5-ci mənzillərinə axaraq, mənzillərdə olan əşyaları istifadəsiz hala salaraq mənzillərə böyük ziyan və zərər vurmuşdur. 4. 2017-ci il 15 aprel tarixli dəymiş zərərin ilkin hesabatından görünür ki, ümumi zərər 15.800 manat müəyyən edilmişdir. 5. 2017-ci il 25 may tarixli 845 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, dəymiş zərər 22.023 manat müəyyən edilmişdir. 6. 2017-ci il 23 iyun tarixli 1387/FS/Fİ-016/2017 nömrəli sığorta aktından görünür ki, ünvan 2zil 1, 4, 5-də yerləşən ticarət obyektində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 15800 manat müəyyən edilmiş, zərər məbləğindən 800 manat azadolma və 450 manat əlavə sığorta haq qı çıxılaraq, ödəniləcək sığorta ödənişi 14550 manat müəyyən edilmişdir. 7. 2017-ci il 23 iyun tarixli 4693 saylı ödəniş tapşırığından görünür ki, sığortalı "xxxx" ASC tərəfindən X2 bank hesabına 14.550 manat köçürülmüşdür. 8. 2023-cü il 27 iyul tarixli 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi İlkin Quliyev, sosial işçisi Sevda Məmişova, 30-cü məhəllə, ev 2/23, mənzil 8-də yaşayan Cavabdeh1, sakin Esmira İbrahimova və sakin Elçin Nurəddinov tərəfindən tərtib olunmuş aktdan görünür ki, 30-cü məhəllə, ev 2/23-ün 8-ci mənzilinə baxış keçirilərkən mənzilin mətbəx, dəhliz və vanna otağına qeyri-müəyyən vaxtda yuxarı mərtəbələrdən suyun axdığı müəyyən olunmuşdur. Divarda olan suvaqdakı və divar kağızlarındakı su ləkələrindən suyun mənzilə yuxarı mərtəbədən keçərək axması müəyyən edil mişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14550 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/PİP-S/17/0005 nömrəli “əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və X2 istifadəsində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, e 23/2, mənzil 1, 4 və 5-də yerləşən ticarət obyekti təminat altına alınmışdır. 2017-ci il 11 aprel tarixində Cavabdeh1 istifadəsində olan mənzildən M.Hacıyevanın istifadəs ində olan ünvan 2zil 1, 4 və 5-də yerləşən ticarət obyektində yerləşən daşınar əmlaka su axması nəticəsində maddi ziyan dəymiş, baş vermiş hadisə nəticəsində 14.550 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən fakt 5 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş 2017-ci il 11 aprel tarixli aktla təsdiq olunmuşdur. Bu səbəbdən ödənilmiş 14.550 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh "xxxx" ASC prosessual hüquq varisi Cavabdeh2 şəxsi ilə əvəz edilmişdir.
12. Cavabdeh1 iddiaya etiraz edərək, onun mənzilindən subasmanın baş vermədiyini, əksinə 4-cü mərtəbədə olan subasma nəticəsində onun da mənzilinə zərər dəydiyini bildirmişdir.
13. C avabdeh2 iddiaya etiraz edərək, binanın daxilində olan su xətlərinə nəzarəti həyata keçirmədiklərini bildirmişdir.
14. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 3-16-16/1-10/8255-9/8600 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisəli mənzillər 5 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrində yerləşirlər. 1, 2 və 5 saylı mənzillərə baxış keçirilən zaman müəyyən olundu ki, mənzil faktiki olaraq qeyri-yaşayış sahəsidir və mağaza kimi istifadə olunur. Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillərin tikililərinə baxış keçirilən zamanı, tikililərin tam təmirli vəziyyətdə olduğu və su sızmaya aid hər hansı bir qüsurların olmadığı m üəyyən edilmişdir. Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 8 saylı mənzillə baxış keçirilən zamanı mənzilin dəhliz tikilisinin tavan və divarları üzərində su sızmaya aid (divar kağızının qopması və tavanın üzərində sarımtıl su ləkələri) qüsurların olduğu müəyyən edilmişdir. Ekspertiza tərəfindən qeyd olunur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər: boru xətlərində yaranan qəzadan; sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan; kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan; yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən; mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. – 1, 4, 5 saylı mənzillərə su sız masının səbəbini müəyyən etmək üçün tədqiq olunan mənzilin üzərində yerləşən, cavabdehin 8 saylı mənzilinə baxış keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (kanalizasiya boru xətləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzəri ndə su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 1, 4, 5 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qərardadın birinci sualı ilə bağlı qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə olduğundan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zamanı cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğu müşahidə olunmuşdur. Qərardadın ikinci və üçüncü sualları üzrə qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 30cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış s ahəsi) təmirli vəziyyətdə olduğundan (ilkin vəziyyətdə saxlanmadığından) eləcə də, 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğunu nəzərə alaraq, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq aparılmış tədqiqatla, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə olduğundan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zaman cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımt ıl) ləkələrinin olduğu müşahidə olunmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 avqust tarixli e-2-2(113)-209/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ekspertiza xərci olaraq iddiaçıdan 100 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz e dir. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməlidir.
17. Hazırkı işin hallarından görünür ki, 2017-ci il 11 aprel tarixində Cavabdeh1 mənzilindən subasmanın baş verməsi irəli sürülmüşdür, bu mənada sonuncunun maddi məsuliyyətinin əsasını mülki hüquq pozuntusu (delikt) təşkil edir.
18. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir. 19. 2017-ci il 11 aprel tarixli akt tərtib edilərkən hadisə nəticəsində zərər vurulan 1, 4 və 5 saylı mənzillərə baxış keçirilmiş, 8-ci mənzilin mülkiyyətçisinin iştirakı təmin edilməmişdir. Həmçinin baxış keçirilmədiyi halda, hadisənin baş verməsinin 8-ci mənzilin su otağında su borusunun zədələnməsi nəticəsində olması qənaətinə gəlinməsinin əsasları da aktda əks olunmamışdır. Belə ki, üst mərtəbədən suyun axmasının müşahidə olunması birmənalı şəkildə həmin suyun üst mərtəbədə yaşayan şəxsin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində axması qənaətinin formalaşması üçün kifayət deyildir. Məhz ekspert rəyindən də göründüyü kimi, su sızması boru xətlərində yaranan qəzadan, sanitarqovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən baş verə bilər. Göründüyü kimi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilmə su sızmasının baş verməsinin yalnız bir səbəbidir.
20. Həmçinin aparılmış ekspert tədqiqatı ilə 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrin olduğu müəyyən edilmiş, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmaması dəqiqliklə təsbit edilə bilməmiş, həyata keçirilmiş eksperiment zamanı (8 saylı mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə) 1, 4 və 5-ci mənzillərin konstruktiv elemen tləri üzərində su sızma halları müşahidə olunmamışdır.
21. Cavabdeh1 münasibətdə mülki hüquq pozuntusunun tərkibi-hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsir iş materialları ilə təsdiq edilməmişdir.
22. Digər cavabdeh Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, M.Hacıyevanın Cavabdeh2şəxsinə tələb hüququnun yaranması da işin materialları ilə təsdiqlənməmişdir. Belə ki, su təchizatı və kanalizasiya müəssisəsi kimi Cavabdeh2şəxsi tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi olan balans mənsubiyyəti sərhədi aktı hazırda mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, STKM yalnız balansında olan su təchizatı və kanalizasiya sisteml ərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən sənəd isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formaya uyğun tərtib edilən aktdır. Belə bir akt olmadan, subasmanın baş vermə nöqtəsində balans mənsubiyyətini aydınlaşdırmadan isə subasma ilə əlaqədar Cavabdeh2şəxsinə maddi məsuliyyət müəyyən etmək mümkün deyil.
23. Cavabdeh Cavabdeh3 qarşı hissədə məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimi yyətləri haqqında əsasnamə”yə istinadla qeyd etmişdir ki, 2017-ci il 11 aprel tarixli subasma, ümumiyyətlə, işin halları ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri arasında hər hansı əlaqə mövcud olmamışdır. Belə ki, iddiaçının irəli sürdüyü iddianın faktiki əsası hadisənin yerli icra hakimiyyətinin hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini istisna etmişdir.
24. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin tətbiq edilməsi üçün iddiaçının subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Hazırkı halda isə iddiaçının subyektiv hüququnun Cavabdeh1 tərəfindən p ozulması təsdiq olunmadığından, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin də ona münasibətdə nəzərə alınmasının yolverilməz olması qənaətinə gəlmişdir. Həmçinin subroqasiya tələblərində 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386, 936.1, 936.2, 936.5, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinin 4.5.11, 4.5.12, 4.7.11 və 4.11.10-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1069/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
28. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və kollegiya məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 936.1, 936.2, 936.5, 1096.1 və 1097.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 21, 936.1, 936.2, 1096, 1097, 1108.1 və 1111.2-ci maddələri üzrə AZ/PİP-S/17/0005 nömrəli “əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və M.Hacıyevanın istifadəsində olan ticarət obyekti sığorta təminatı altına alınmışdır. 2017-ci il 11 aprel tarixində Cavabdeh1 istifadəsində olan mənzildən ticarət obyektində olan daşınar əmlaka su axması nəticəsində maddi ziyan dəymiş, baş vermiş hadisə nəticəsində 14.550 manat sığorta ödənişi həyata keçirilmişdir. Sonradan cəmiyyətə 2017-ci il 11 aprel tarixində ünvan 1 ünvanında yerləşən mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı mənzilin sahibi Cavabdeh1 şikayəti əsasında Sumqayıt Şəhər Polis İdarəsində araşdır ma aparılması və həmin araşdırma zamanı 2017-ci il 11 aprel tarixində M.Hacıyevanın istifadəsində olan ticarət obyektində su sızma hadisəsinin baş verməsinin öz təsdiqini tapdığı barədə məlumat daxil olmuşdur. Bundan sonra, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ərizə ilə məhkəməyə müraciətlə iddia ərizəsinin geri qaytarılması xahiş olunsa da, məhkəmə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Polis İdarəsində aparılmış araşdırmadan müəyyən olunur ki, Cavabdeh1 2023-cü il 30 sentyabr tarixli dindirmə zamanı Sumqayıt şəhəri, 1-ci mkr, ev 13/31, mənzil 7-də qeydiyyatda olmaqla yaşadığını, 30-cu məhəllə, ev 2/23, mənzil 8 ünvanında yerləşən mənzilin özünə məxsus olduğunu, 2017-ci il tarixində özünə məxsus həmin mənzildə yerləşən taxta dolabda olan qızıl-zinət əşyalarının olmadığını, 2023-cü il 5 iyul tarixində özünə məxsus mənzildən “Mem” geyim mağazasına su axması nəticəsində dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 14.500 manat pulun ödənilməsi tələbinə dair məktub daxil olduğunu, həmin məktubu “Mem” mağazasının müdiri Mehriban xanıma göndərdiyini, Mehriban xanımın da ona səsli mesaj göndərərək yaşadığı ünvandan onun mağazasına su axdığını, onun işçilərinin eyvanın şüşəsini sındıraraq mənzilə daxil olduqlarını, işçilərin borunu təmir edərək çıxdıqlarını, qızıl-zinət əşyalarının Mehriban xanımın işçiləri tərəfindən götürüldüyünü düşündüyü üçün polisə müraciət etdiyini göstərmişdir.
32. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş M.Hacıyeva da öz ifadəsində 2017ci ilin aprel ayında Türkiyə Cümhuriyyətindən qayıtdığı zaman mağazaya gəldiy ini, mağazanın bitişik olduğu 30-cu məhəllə, ev 2/23, mənzil 8 ünvanında yerləşən mənzildən su axması nəticəsində mağazanın 1 və 2-ci mərtəbələrində olan geyimlərin habelə mağazanın içinin yararsız hala düşdüyünü, hadisə ilə bağlı sığorta şirkətinə müraciət etdiyini, yarana biləcək yanğın hadisəsinin qarşının alınması üçün 8 nömrəli mənzilin eyvanının şüşəsini sındıraraq mənzilə daxil olduqlarını, içəri daxil olub hamam otağına keçdiklərini, otağın qapısının açıq olduğunu, sanitar qovşaqda duşun rezin hissəsinin partladığını, həmin yerdən yüksək təzyiqlə su gəldiyini, evin döşəməsinin taxtasının çürümüş vəziyyətdə olduğunu, işçilərinin suyu ümumi xətdən bağlayaraq evdən çıxdıqlarını göstərmişdir.
33. Beləliklə, həm Cavabdeh1, həm də M.Hacıyevanın Sumqayıt Şəhər Polis Şöbəsində verdikləri i zahatlardan 2017-ci il 11 aprel tarixində Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən su axması nəticəsində ünvan 2zil 1, 4 və 5-də yerləşən ticarət obyektinə zərər dəydiyi müəyyən edilir və MM-in 1111.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh1 tərəfindən deliktin törədilməsi, M.Hacıyevaya məxsus ticarət obyektinə zərər dəyməsi öz təsdiqini tapır. Dəymiş zərər iddiaçı tərəfindən 15.800 manat məbləğində qiymətləndirilmiş (müvafiq hesabat iddia ərizəsinə əlavə edilmişdir), 800 manat şərtsiz azadolma məbləği və 450 manat sığorta haqqı çıxıldıqdan sonra 14.550 manat sığorta ödənişi edilmişdir.
34. Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla təyin etdiyi s ığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir (MM-in 914.1 və 914.2-ci maddələri). Sığortaçının dəymiş zərəri qeyd olunan məbləğdə qiymətləndirərək, sığorta ödənişini etməsi də tam qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilənlər iddiaçının tələbinin MM-in istinad olunan normalarının tələblərinə müvafiq qaydada yarandığını və birinci instansiya məhkəməsinin işin hallarına düzgün hüquqi qiymət vermədən iddianın təmin edilməməli olması barədə səhv nəticəyə gəldiyini deməyə əsas verir. İddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilən halların əsaslı olduğunu təsdiq edən Cavabdeh1 və M.Hacıyevanın dindirmə protokollarının surəti apellyasiya şikayətinə əlavə edilmiş və həmin protokollarda müəyyən olunmuş hallarla bağ lı yeni dəlillər irəli sürülmüşdür. Həmçinin, apellyasiya şikayətində iddiaçının irəli sürdüyü yeni dəlillərin araşdırılması üçün Cavabdeh1 şikayəti əsasında aparılan araşdırma ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsindən məhkəmə sorğusu ilə tələb edilməsi barədə vəsatətlə iddiaçı tərəfindən müraciət edilmişdir. İddiaçı Cavabdeh1 və M.Hacıyevanın dindirmə protokollarını qeyri-rəsmi formada əldə etdiyi üçün, onun birinci instansiya məhkəməsində həmin protokolları sübut kimi təqdim etmək imkanı olmamışdır. Lakin məhkəmə əsaslı vəsatəti təmin etməmiş, Cavabdeh1 və M.Hacıyevanın dindirmə protokollarını sübut kimi nəzərə almamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 35. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsi və Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə qaydaları”nın 1.12 və 2.1.9.3-cü bəndləri üzrə-apellyasiya məhkəməsi cavabdeh Cavabdeh2şəxsi tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi olan balans mənsubiyyəti sərhədi aktının hazırda mövcud olmadığını müəyyən etsə də, su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) baş vermiş subasma hadisəsi və dəymiş zərərə görə təqsirinin olmamasını göstərmiş və yuxarıda qeyd olunan normaların tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən qaydaların 2.1.9.3-cü bəndinin tələblərini nəzərə almamışdır. Qeyd edilən hallar iddia tələbinin Cavabdeh2şəxsi nə münasibətdə də əsaslı olduğunu təsdiq edir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2-ci bəndi üzrə - Qeyd olunan müddəanın tələbləri pozulmuşdur. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl olunmaqla qəbul edildikdə, qanuni hesab olunur. MPM-in 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəm iyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid olunan və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. MPM-in 14.1, 76, 88, 89 və 217.4-cü maddələri üzrə - yuxarıda qeyd edilən dindirmə protokollarının surəti apellyasiya şikayətinə əlavə edilmiş, həmin protokollarda müəyyən olunmuş hallarla bağlı yeni dəlillər irəli sürülmüşdür. Həmçinin, apellyasiya şikayətində irəli sürülən yeni dəlillərin araşdırılması üçün Cavabdeh1 şikayəti əsasında aparılan araşdırma ilə bağlı materialların Sumqayıt Şəhər Polis İdarəsindən məhkəmə sorğusu ilə tələb olunması barədə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin məhkəmə əsaslı vəsatəti təmin etməməklə yanaşı, dindirmə protokollarını sübut kimi nəzərə almamış, bununla da yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndi rilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı z ərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri …… 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. …» Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymə t verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara u yğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə AZ/PİP-S/17/0005 nömrəli 2017-ci il 13 fevral tarixli şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2 ünvanında yerləşən 1, 4 və 5-ci mənzillər (“Mem” geyim mağazası) ümumilikdə 415.750 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X5 "xxxx" Açıq Səhmdar Cəmi yyətində sığortalanmışdır. 2017-ci il 23 iyun tarixli 1387/FS/Fİ-016/2017 nömrəli sığorta aktına əsasən ünvan 2zil 1, 4, 5-də yerləşən ticarət obyektində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 15800 manat müəyyən edilmiş, zərər məbləğindən 800 manat azadolma və 450 manat əlavə sığorta haqqı çıxılaraq, ödəniləcək sığorta ödənişi 14550 manat müəyyən edilmişdir. 2017-ci il 23 iyun tarixli 4693 saylı ödəniş tapşırığına əsasən sığortalı "xxxx" ASC tərəfindən X2 bank hesabına 14.550 manat köçürülmüşdür.
46. İddiaçı hazırki tələbində cavabdehlərdən 14550 manat məbləğində pulun tutulmasını xahiş etmişdir (bax yuxarıda §9-10).
47. İddianın rədd edilməsinə dair məhkəmələrin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia t ələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 16-24, 28).
49. Bundan əlavə, məhkəmə kollegiyası Cavabdeh1 və M.Hacıyevanın dindirmə protokollarının sübut kimi qəbul edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Mə hkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 78.1ci maddəsi). Hazırki halda iddiaçı tərəfindən apellyasiya qaydasında işə baxılarkən yeni təqdim edilmiş sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadığından, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 372-ci maddəsinin tələbləri pozulmamışdır (mətni üçün bax § 42).
50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlil lərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1069/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.