Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-97/2019 19.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-552/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pb/GTC-321/2014 saylı, 14.08.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan 14.08.2014-cü il tarixli ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizəyə əsasən verilmiş kredit xətti üzrə Cavabdeh MMCdən əsas borc 19 050,34 manat, faiz borcu üzrə 7 261,55 manat, cərimə borcu üzrə 4 226,64 manat olmaqla, cəmi öhdəlik üzrə 30 538,53 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəmə icraatının gedişində iddia tələbinin həcminin artı rılmasına dair ərizə verərək əsas borc üzrə 19050,34 manat, faiz borcu üzrə 11008,73 manat, cərimə borcu üzrə 1808,30 manat olmaqla, cəmi 31867,37 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2018-ci il tarixli, 2-2(81)-529/2018 saylı qətnaməsi (hakim - İ.B.Əhmədov) ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən Pb/GTC-321/2014 saylı, 14.08.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun tərkib hissəsi olan 23.02.2015-ci il tarixli ödəniş kartlar üzrə xidmətlərin göstərilməsi üçün ərizəyə əsasən əsas borc üzrə 19 050,34 manat, faiz borcu üzrə 7261,55 manat, dəbbə pulu borcu üzrə 1000 manat olmaqla, cəmi 27311,89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, 145 manat ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Az.MEM, X1, kod 210005 VÖEN ********** Müxbir hesabına AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 ödənilməsi qət edilmişdir. Qətnaməni cavabdeh mübahisələndirməmiş, ondan yalnız iddiaçı apellyasiya şikayəti vermişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-552/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyev, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2018-ci il tarixli, 2-2(81)-529/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 01 iyun 2018-ci il tarixə olan əsas borca hesablanmış faiz və dəbbə pulunun müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. Ekspert isə verdiyi rəydə əsas borcun məbləğini 19.050,34 manat, faiz borcu nun məbləğini 7.261,35 manat, dəbbə pulu borcunun məbləğini isə 4.226,64 manat olaraq müəyyən etmişdir. Ekspertin verdiyi rəy 19 fevral 2018-ci il tarixə olan borcla eynidir. Lakin ekspert qarşısında qoyulan sual isə 01 iyun 2018-ci il tarixinə olan borcu müəyyən etmək idi. Apellyasiya məhkəməsi bu səhvi aradan qaldırmaq əvəzinə sübutlara düzgün hüquqi qiymət verməyərək birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq qüvvədə saxlamışdır. Nəzərə almaq lazımdır ki, ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətlənirilməlidir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya məhkəməsinin qətnaməsini faiz və dəbbə pulu borcuna aid hissədə ləğv edərək işin həmin hissələrdə yeni baxışa qaytarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edi lməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz və dəbbə pulu borcunun məbləğlərinə adi hissələrdə ləğv edilməklə iş həmin hissələrdə təkrar apellyasiya baxışına göndərilməlidir. Kollegiya ilk növbədə kassasiya baxışının həddləri ilə bağlı olaraq qeyd edir ki, hazırkı iş üzrə yalnız faiz və dəbbə pulu borcuna aid hissələrdə apellyasiya məhkəməsinin qətnaməsinin qanuni liyi və əsaslılığı yoxlanılacaqdır. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh şikayət verməmiş, iddiaçı isə apellyasiya şikayətində yalnız faiz və cərimə borcunun tutulması hissəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyini bildirməklə qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Eləcə də, apellyasiya məhkəməsinin qətnaməsindən də yalnız iddiaçı şikayət vermişdir. Həmin şikayətin dəlillərindən də görünür ki, iddiaçının dəlilləri məhkəmə tərəfindən ekspert rəyinə istinadla tutulmuş faiz və dəbbə pulu borcunun düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetiri lmədiyinə istinadla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ilkin olaraq təqdim etdiyi iddia ərizəsində tutulmalı olan borcun məbləğinin əsas borc üzrə 19.050,34 manat, faiz borcu üzrə 7.261,55 manat və cərimə borcu üzrə 4.226,64 manat olduğunu bildirmiş, bununla bağlı müvafiq maliyyə arayışı təqdim edərək sözügedən borcun 19 fevral 2018-ci il tarixə olan borc olduğunu göstərmişdir. İddiaçı daha sonra məhkəmə icraatının gedişində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək əsas borc üzrə 19050,34 manat, faiz borcu üzrə 11008,73 manat, cərimə borcu üzrə 1808,30 manat olmaqla, cəmi 31867,37 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bu d əfə də müvafiq maliyyə arayışı təqdim etməklə konkret olaraq hansı qaydada hesablandığını da göstərməklə sözügedən borcun artıq 01 iyun 2018-ci il tarixə olan borc olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi 04 iyun 2018-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edərək ekspertiza qarşısında 01 iyun 2018-ci il tarixinə olan əsas borca hesablanmış faiz və dəbbə pulu borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2018-ci il tarixli, 16511 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 14.08.2014-cu il tarixli, PB/GTC-321/2014 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu nəzərə alınmaqlaCavabdehxxxx“İddi açı ASC-yə olan əsas kredit borcu – 19050,34 manat; faiz borcu – 7261,55 manat; cərimə borcu üzrə - 4226,64 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi faiz və cərimə borclarının məbləğləri ilə bağlı hissədə ekspert rəyini əsas və mötəbər sübut kimi qəbul etmiş, iddia tələbini faiz məbləğinə aid hissədə ekspert rəyində göstərilən qaydada tam, cərimə məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalatmaqla qismən təmin etmişdir. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmamış, rəydə müəyyənləşdirilmiş faiz və cərimə pulu borcunun məbləğlərinin 01 iyun 2018-ci il tarixə deyil, ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə olan (19.02.2018-ci il tarixə) borc olduğunu bildirməklə faiz və cərimə borcunun məbləğlərinin məhkə mə tərəfindən düzgün hesablanmadığını nəzərə almaqla iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi isə apellyasiya şikayətinin həmin dəlillərindən irəli gələn zəruri araşdırmanın və qiymətləndirmənin aparılmasını təmin etmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bununla da, MPM-in 88, 101 və 102ci maddələrinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəf indən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102-ci maddəsində isə təsbit edilmişdir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Kollegiya hesab edir k i, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2018-ci il tarixli, 16511 nömrəli ekspert rəyi MPM-in 101-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, orada tədqiqatın hansı qaydada aparıldığı müfəssəl təsvir edilməmiş, eləcə də qoyulmuş suallarla bağlı gəlinmiş nəticələrə müqavilə şərtlərinə və faktiki hallara istinadla əsaslandırılmış cavablar verilməmişdir. Cavabdeh rəydə faiz və cərimə pulu borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyinə dair mövqeyini onunla əsaslandırmışdır ki, borcun məbləği məhkəmənin qərardadında qoyulmuş 01 iyun 2018-ci il tarixə deyil, ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə (19.02.2018-ci il tarixə) müəyyənləşdirilmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, həqiqətən də iş materia llarından müəyyən edilir ki, iddiaçı məhkəməyə ilkin olaraq təqdim etdiyi iddia ərizəsində tutulmalı olan faiz borcunun 7.261,55 manat və cərimə borcunun isə 4.226,64 manat olduğunu bildirmiş, bununla bağlı müvafiq maliyyə arayışı təqdim edərək sözügedən borcun 19 fevral 2018-ci il tarixə olan borc olduğunu göstərmişdir. İddiaçı daha sonra məhkəmə icraatının gedişində iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək faiz borcu üzrə 11008,73 manat, cərimə borcu üzrə 1808,30 manatın tutulmasını xahiş etmiş, bu dəfə də müvafiq maliyyə arayışı təqdim etməklə konkret olaraq hansı qaydada hesablandığını da göstərməklə sözügedən borcun artıq 01 iyun 2018-ci il tarixə olan borc olduğunu bildirmişdir. Beləliklə, apellyasiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin həcminin artırıldığ ını, artırılmış iddia tələbi üzrə yeni faiz və cərimə borcunun hansı qaydada hesablandığına dair arayış təqdim edildiyini, iş üzrə verilmiş ekspert rəyinin lazımi qaydada əsaslandırılmadığını, nəhayət, apellyasiya şikayətinin dəlillərində ekspert rəyinin əsassızlığına dair əsaslı mülahizələrin irəli sürüldüyünü və ondan irəli gələn araşdırmaların aparılmalı olduğunu nəzərə almamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı zərurət olarsa əlavə və ya təkrar ekspertiza keçirilməsi məsələsi də müzakirə edilməklə 01 iyun 2018-ci il tarixə olan faiz və cərimə borcunun həqiqi məbləğinin müəyyən edilməsi üçün bütün lazımi hərəkətlər edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-552/2018 saylı iş üzrə 10 oktabr 2018-ci il tarixli qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə ləğv edilsin. İş həmin hissələrdə təkrar apellyasiya baxışına qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-97/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-97/2019
19.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver