Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-97/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1031/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh1 MMC arasında 2015-ci il 19 avqust tarixdə BB GTS-246/215 nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır.
2. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 25067 manat məbləğində, 2021-ci il 10 noyabr tarixli DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə 2022 -ci il 10 noyabr tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 83998 manat məbləğində, 2021-ci il 9 dekabr tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə 2022-ci il 9 dekabr tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 6095 manat məbləğində birdəfəlik kredit verilmişdir.
3. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 2020-ci il 24 avqust tarixli DCS90040254-03 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı dövriyyə vəsaitlərinin artırılması üçün qaytarılmaq, məqsədli istifadə və faizlər ödəmək şərti ilə cavabdehə 150.000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 18 a y müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
4. Həmçinin adı çəkilən 4 kredit müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra - “iddiaçı”) Cavabdeh1nə (bundan sonra – “MMC”) və Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) qarşı iddia ərizəsi və iddia tələbinin dəq iqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək DCS9004025403 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 5947,69 manat cərimə borcu olmaqla cəmi 36626,47 manat borcun, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 5525,88 manat cərimə borcu olmaqla cəmi 33066,79 manat borcun, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 83998 manat əsas borc, 13118,73 manat faiz borcu, 9183,78 manat cərimə borcu olmaqla cəmi 106300,51 manat borcun, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6095 manat əsas borc, 1021,77 manat faiz borcu, 509,27 manat cərimə borcu olmaqla cəmi 7626,04 manat borcun və ödənilmiş 73,62 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qa ydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, MMC kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il 11 iyun tarixli 9/8466 nömrəli ekspert rəyinə əsasən 2020-ci il 24 avqust tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə 2022-ci il 24 fevral tari xinə əsas borc 39621,6 manat, faiz borcu 952,85 manat, 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə 2022-ci il 5 iyul tarixinə əsas borc 25067 manat, faiz borcu 2473,91 manat, 2021-ci il 10 noyabr tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə 2022-ci il 4 avqust tarixinə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, 2021-ci il 9 dekabr tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə 2022-ci il 4 avqust tarixinə əsas borc 6095 manat, faiz borcu 661,98 manat təşkil etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 avqust tarixli, e-2-2(113)-31/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı ilə cavabdeh MMC arasında 2020-ci il 24 avqust tarixində bağlanmış DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 507, 68 manat cərimə, 2021-ci il 5 iyul tarixində bağlanmış DCL90040254-04 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 22,28 manat cərimə, 2021-ci il 10 noyabr tarixində bağlanmış DCL90040254-05 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 83998 manat əsas borc, 9312,87 manat faiz borcu, 34,99 manat cərimə, 2021-ci il 9 dekabr tarixində bağlanmış DCL90040254-06 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 6095 manat əsas borc, 661,98 manat faiz borcu, 2,54 manat cərimə olmaqla ümumilikdə 158855,03 məbləğində pul cavabdehlər MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).
9. Kredit müqaviləsi üzrə əsas borcu n və faiz borcunun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.
10. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçını n 2022-ci il 4 avqust tarixində cavabdeh MMCyə iddia ərizəsini yollayaraq kredit müqavilələri üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh MMC tərəfindən qəbul edildiyi tarixdən müqavilələr xitam edilmiş hesab edilməlidir.
12. Lakin həmin tarixdə (2022-ci il 4 avqust) 2020-ci il 24 avqust tarixli DCS9004025403 saylı və 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı kredit müqavilələri üzrə kreditin müddəti başa çatmışdır. Belə olan halda iddiaçı 2020-ci il 24 avqust tarixli DCS9004025403 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı 2022-ci il 24 fevral, 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı 2022-ci il 5 iyul, 2021-ci il 10 noyabr tari xli DCL90040254-05 saylı və 2021-ci il 9 dekabr tarixli DCL90040254-06 saylı müqavilələr üzrə isə 2022-ci il 4 avqust tarixinədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
13. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı hesab etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və pro seslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
14. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, cavabdehlər ekspert rəyinə etiraz etməmiş, iddiaçı isə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, ekspert rəyinə əsas və faiz borcu hissəsində etiraz etməmişdir.
15. Məhkəmə §9-da göstərilən ekspert rəyinə istinadən qeyd etmişdir ki, 2020-ci il 24 avqust tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə əsas borc 30678,78 manat (iddiaçının tələb etdiyi əsas borc məbləği), 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə əsas borc 25067 manat, faiz borcu 2473,91 mana t, 2021-ci il 10 noyabr tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, 2021-ci il 9 dekabr tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə əsas borc 6095 manat, faiz borcu 661,98 manat olaraq müəyyən edilməlidir.
16. Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 5 iyul tarixli DCL90040254-04 saylı, 2021-ci il 10 noyabr tarixli DCL90040254-05 saylı və 2021-ci il 9 dekabr tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır. 2020-ci il 24 avqust tarixli DCS90040254-03 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
17. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarına istinadən qeyd etmişdir ki, ekspert qarşısında müqavilənin qüvvədə olduğu müddətlərdə cərimənin hesablanması ilə bağlı suallar qoyulmuş ekspert tərəfindən ona uyğun rəy verilmişdir.
18. Məhkəmə bildirmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamı şdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.
19. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmişdir.
20. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən cərimə məbləğləri ağlabatan və ədalətlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 447.1, 447.2, 447.2.1, 447.2.2, 462.1, 467, 470.1, 471, 472.1, 739.1, 739.2, 741-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 107, 115.0.4, 115.0.9, 119.1, 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulmasının təmin e dilməyən hissəsində ləğv olunmasını və 2023-cü il 16 mart tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, icraata xitam verilməsini, həbsdə olan mülklərin, qiymətləndirilmə ekspertləri tərəfindən, qiymətləndirilib və borc məbləğinə uyğun olan bir mülkü həbsdə, digərlərini isə həbsdən azad edib satın alınmasına icazə verilməsinə şərait yaradılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1031/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehin a pellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva, T.Mahmudova).
25. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin əmlaka həbslə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi qərardadından şikayət hüququ var, həmçinin həmin tədbirin ləğv edilməsinə dair tətbiq etmiş məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı halda həmin tədbirlərin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Ona görə də cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.
26. Cavabdeh Qanuni nümayəndə k assasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Plenum qərarı, MM-in 462.1, 467-ci maddələri üzrə - Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
28. MPM-in 416-cı maddəsi üzrə - istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanın irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfi ndən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)in qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddihüquq normasının dispozisiya şərtləri ilə uzlaşarsa (habelə cavabdehin etirazı və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. MPM-in 417.1.4 və 418.1-ci maddəsi üzrə - kassator qeyd etmişdir ki, adı çəkilən maddələrin tələbləri pozulmaqla qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. İş üzrə cavabdeh Qanuni nümayəndə tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respub likası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bun un heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda;...” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasü bsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zamini n subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllə də ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərar ının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlikmünasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir...”
35. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilm iş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi)....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
39. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub -olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunver iciliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1031/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.