Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-98/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC BOKT-un “xxxx” MMC -yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X4, X2 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı BOKT-un vəkili X1 və cavabdeh MMCnin vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdeh “xxxx” MMC-yə qarşı kredit borcunun tutulması haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-15/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMCtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə xx.xx.2008-ci il tarixli 10521 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% olmaqla 10.000.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixli 10405 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% olmaqla 2.085.000 Avro, xx.xx.2013-cü il tarixi 11170 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 12% olmaqla 2.000.000 manat və xx.xx.2013-cü il tarixli 11210 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 12% olmaqla 2.000.000 manat kredit verilmişdir. Cavabdeh MMC müqavilələr üzrə öhdəliklərini lazımınca yeri nə yetirmədiyindən onun 3.128.428 manat əsas, 206.717,29 manat faiz və 12.196.639 ABŞ dolları əsas, 876.937,73 ABŞ dolları faiz borcu qalmışdır.
2. İşin materiallarında olan, ““xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı” QSC BOKT-yə güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən, bu müqavilə ilə Azərbaycan Respublikası Prezidentinin "xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" xx.xx.2015- ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC BOKT-un idarəetməsinə verm iş, eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC BOKT-a güzəşt etmişdir. İşin materiallarında olan, həmin müqaviləyə 2 nömrəli Əlavədən və xx.xx.2016-cı il tarixli 316 nömrəli Aktdan göründüyü kimi, “xxxx” MMC-nin “xxxx” ASCyə olan kredit borcu üzrə tələb hüququ İddiaçı QSC BOKT-a təhvil verilmişdir.
3. İşin materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2017-ci il tarixli məktubuna əlavə edilmiş məlumata əsasən, 2 ədəd “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **-AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə niş anlı avtomobillər “xxxx” MMC-nin mülkiyyətindədir.
4. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********54 nömrəli məktubuna əsasə, yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarında cavabdeh “xxxx” MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. İddiaçı BOKT yuxarıda sözügedən kredit borcunun ödənilməsi ilə bağlı cavabdeh MMC-yə müraciət etsə də, sonuncu tərəfindən borc ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC BOKT cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 10521, 10405, 11170 və 11210 nömrəli kredit müqavilələri üzrə cəmi 3.335.145,29 manat (əsas borc 3.128.428 manat, faiz borcu 206.717,29 manat) və 13.073.576,73 ABŞ dolları (əsas borc 12.196.639 ABŞ dolları, faiz borcu 876.937,73 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı BOKT-un xeyrinə tutulması; borc tələbinin cavabdeh MMC-yə məxsus 2 ədəd “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı 90-AJ332 dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillərə və cavabdeh MMC-nin digər daşınmaz və daşınar əmlaklarına yönəldilməsi; həmin əmlaklar üzərində cavabdeh MMC-nin mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un mülkiyyət hüququnun tanınması; müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliynin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh MMC kredit müqavilələri üzrə öhdəliyini yerinə yetirmədiyindən tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh MMC-nin pul vəsaiti olmadığı üçün tələb onun əmlakına yönəldilməlidir.
8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli 2-2(084)-142/2018 nömrəli qətnaməsi ilə (hakim. R.Məcidov) iddianın qismən təmin edilməsi; cavabdeh MMCdən 10521 nömrəli, 10405 nömrəli, 11170 nömrəli və 11210 nömrəli kredit müqavilələri üzrə cəmi 3.335.145,29 manat (3.128.428 manat əsas borc, 206.717,29 manat faiz borcu) və 13.073.576,73 ABŞ dolları (12.196.639 ABŞ dolları əsas borc, 876.937,73 ABŞ dolları faiz borcu) məbləğində kredit borcu tutularaq iddiaçı BOKT-a ödənilməsi; borc tələbinin cavabdeh MMC-yə məxsus 2 ədəd “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı 90-AJ332 dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillərə və cavabdeh MMC-yə məxsus digər daşınar əmlaklara yönəldilməsi; cavabdeh M MC-yə məxsus 2 ədəd “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillər və digər daşınar əmlaklar üzərində cavabdeh MMC-nin mülkiyyət hüququna xitam verilməsi; cavabdeh MMC-yə məxsus 2 ədəd “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **-AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillər və digər daşınar əmlaklar üzərində iddiaçı BOKT-un mülkiyyət hüququnun ta nınması; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən avtomobillərin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh MMC Bankla bağladığı kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 194.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddələrinə istinad edilmişdir.
10. Həmin qətnamədən narazı qalan cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Hüseynov, hakimlər G.Abbasov və R.Rəfiyev; iş № 22(107)-15/2019) cavabdeh MMC tərəfindən verilmiş аpelyаsiyаnin şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması; həmin qətnamə ilə ABŞ dolları ilə ifadə olunan kredit borcunun ödəniş gününə Azərbaycan manatına olan məzənnəsinə uyğun tutulmasının nəzərə alınması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdeh MMC-nin apellyasiya şikayətində qeyd edilən dəlillərə hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçı BOKT hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. İş üzrə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilələrin müddəti uzadıldığından, hər müqavilə üzrə 3 illik iddia müddəti müvafiq olaraq xx.xx.2016-cı il tarixdən, xx.xx.2017-ci il tarixdən, həmçinin 11210 nömrəli və 11170 nömrəli kredit müqavilələri üzrə ödəniş edilən xx.xx.2015-ci il tarixdən hesablanmağa başlamış, ona görə də, hazırkı tələb üzrə məhkəməyə müraciət edilən tarixdən iddia müddəti ötürülməmişdir.
13. Bundan əlavə cavabdeh MMC kredit müqavilələri üzrə iddia müddətinin keçdiyini iddia etsə də, borc məbləğlərinin əsassız olmasına, şişirdilməsini də etirazında qeyd etmiş, həmin kredit müqavilələri üzrə son ödəniş tarixi ilə bağlı sübutları və ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş və ümumi olaraq müqavilənin bağlanma tarixlərinə əsa slanmışdır. Lakin işin araşdırılması zamanı müəyyən edildi ki, həqiqətən də cavabdeh MMC tələb üzrə kredit müqavilələri ilə bağlı kredit ödənişlərini və kredit müqaviləsinin müddətinin uzadılması ilə bağlı yeni müqavilələr bağlamaqla kredit borcunu etiraf edən hərəkətlər etmiş, nəticədə isə hər bir müqavilə ilə bağlı kredit borcu üzrə iddia müddətinin axımı kəsilmiş, hər bir kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.
14. Bundan başqa, 1-ci instansiya məhkəməsi cavabdehə məxsus daşınar əmlaklar olan müxtəlif təyinatlı avtomaşınlara tələbin yönəldilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. Belə ki, tələb edilən vəsaitin məbləğinin çoxluğu nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinə əsasən düzgün olaraq məhkəmə qətnamənin icrası üçün görüləcək tədbirləri m üəyyən etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 385.1, 425.1, 442, 445.1, 739.1, 739.2-ci maddələrinə istinad edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir.
17. Həmin qətnamədən narazı qalan cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə məhkəmə kollegiyasından qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı BOKT tərəfindən iddia müddətinin ötürülməməsi i lə bağlı gəldiyi nəticə yanlışdır. Belə ki, həmin məhkəmə xx.xx.2008-ci il tarixli 10521 nömrəli kredit müqaviləsi və xx.xx.2008-ci il tarixli 10405 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin keçməməsinin səbəbini onunla izah etmişdir ki, guya, tərəflər arasında qeyd edilən müqavilələrin uzadılması ilə bağlı əlavə razılaşmalar olmuşdur, halbuki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi razılaşmaların əsilləri işin materiallarında yoxdur. Təbii ki, məhkəmə tərəfindən işə baxılarkən iş materiallarının içərisində sənədlərin əsilləri və ya ona bərabər tutulan sənədlərin olmasını bir mənalı olaraq müəyyən etməlidir. Lakin, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin 4-cü səhifəsinin sonuncu abzasında bildirir ki, müqavilələrin və əlavələrin surətləri var. Bu fakt həmçinin i ddia ərizəsinin qoşma hissəsində öz təsdiqini tapır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən müqavilələrə edilmiş əlavələrin surətlərinə əsaslanmaqla iddia müddətinin keçməməsi qənaətinə gəlməsi yol verilməzdir.
19. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin iddiaçı qeyd edilən sənədlərin surətlərini məhkəməyə təqdim edilməklə kifayətlənmiş, əsillərini təqdim etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş bu da iddia müddəti ilə bağlı məsələyə yanlış münasibət bildirilməsi ilə nəticələnmişdir.
20. Daha sonra, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində xx.xx.2013-cü il tarixli 1170 nömr əli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli, 11210 saylı kredit müqaviləsinə münasibətdə iddia müddətinin keçməməsini onunla əsaslandırmışdır ki, guya cavabdeh MMC tərəfindən ödəniş edilmişdir. Lakin, işin materiallarında cavabdeh MMC tərəfindən sözügedən ödənişin„edilməsini təsdiq edən müvafiq sənəd - məxaric qəbzi yoxdur. Yalnız iddigçı BOKT-un təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə sənədinə istinad edilmişdir. Halbuki, bu sənəd cavabdeh MMC tərəfindən borcun etiraf etməsini təsdiq edə bilməz. Həmin sənədlə ödənişin borclu tərəfindən ödənilməsi sual altındadır. Çünki məhkəmə qətnaməsindən aydın olur ki, iddiaçı tərəf mədaxil qəbzini deyil, yalnız hesabdan çıxarışı təqdim etmişdir ki, bununla da borcun etirafı müəyyən edilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi nəticə əsassızdır, ona görə də, iddia tələbi rədd edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin başqa yol verdiyi nöqsan borcun müəyyən edilməsi ilə bağlıdır, məhkəmə manatla verilən borc üzrə faiz borcunu düzgün müəyyən etməmişdir. Belə ki, işin materiallarında olan ekspertıza rəyinə əsasən, xx.xx.2013-cü il tarixli 11170 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 821.780 manat əsas kredit borcu, 13.845,51 faiz borcu; xx.xx.2013-cü il tarixli 11210 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 1.939.416 manat əsas borc, 27.151 manat faiz borcu müəyyən edilmişdir. Rəyin nəticə hissəsindən aydın olur ki, manatla verilən kredit müqavilələrinin müddətinin bitməsi tarixinə faiz borcu 40.996,51 manatdır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin müqavilələrə münasibətdə 206.717,73 manat faiz borcu tutulmuşdur. Məhkəmə qətnaməsində artıq tutulan160.000 manat məbləğində faiz borcunu əsaslandırılmamışdır. Bu yol verilməzdir.
22. Eyni hal dollarla bağlanan müqavilələrə də aiddir. Belə ki, xx.xx.2008-ci il tarixli 10521 nömrəli kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixinə 9.778.696 ABŞ dolları əsas borc, faiz borcu 277.901,0 ABŞ dolları; xx.xx.2008-ci il tarixli 10405 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixinə 2.418.417 ABŞ dolları əsas borc, 418.400,23 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Hər iki müqavilə üzrə faiz borcu 696.301 ABŞ dolları məbləğində müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh MmC-dən 876.937,73 ABŞ dolları faiz barcu tutulmuşdur. Bu isə aşağıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarının tələblərinin pozulması deməkdir.
23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında bir başa olaraq vurğulanır ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələr i elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik 5 faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki M əcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazı mi şəkildə icra etməlidirlər. Habelə həmin Plenum Qərarında vurğulanır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu isə o deməkdir ki, kreditor yalnız öhdəliyin icrası müddətinin bitməsi tarixinə olan faiz borcunu tuta bilər.
24. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsas olmadan cavabdeh MMC-yə məxsus olan əmlaklar üzərində mülkiyyət hüququna xitam verilmişdir. Bu zaman həmin məhkəmə Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinə istinad etmi şdir. Lakin qeyd edilən norma düzgün təfsir edilməmişdir. Belə ki, adı çəkilən maddəyə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Qeyd edilən normanın sonuncu hissəsində məhkəmə tərəfindən qətnamənin icrasının təmin edilməsi üçün görülən tədbirlərin qeyd edilməsi nəzərdə tutulmuşdur.
25. Bu isə Azərbaycan Respublikası MPM-in digər norması olan 158-ci maddəsi ilə tənzimlənir. Yəni məhkəmə həmin normada nəzərdə tutan tədbirlər görübsə, onu qeyd edə bilər. Yoxsa ki, cavabdehin mülkiyyətinə xitam verib, onun üzərində iddiaçının mülkiyyət hüququnun tanınması nəzərdə tutulmur. Əks təqdirdə mülkiyyət hüququnun təminatı pozulacaqdır. Çünki bunun üçün “İcra ha qqında” Azərbaycan Respublikası Qanununda xüsusi prosedurlar nəzərdə tutulmuşdur. Həmin prosedurlar borclunun mülkiyyət hüququnu qorumaqla həyata keçirilir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cavabdeh MMC-nin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. İddiaçı BOKT tərəfindən kassasiya şikayətin dair yazılı etiraz ərizəsi məhkəmə kollegiyasına təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdeh MMC-nin vəkili Ü.Yusifov kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək özlərinin verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir.
29. İdiaçı BOKT-un vəkili B.İmamverdiyev kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla b ağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Həmin Məcəllənin 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
33. Həmin Məcəllənin 377.2-cti maddəsinə uyğun olaraq icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
34. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müə yyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
35. Həmin Məcəllənin 380.2-ci maddəsinə müvafiq olaraq fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
36. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Həmin Məcəllənin 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
40. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
41. Həmin Məcəllənin 89.3-cü maddəsinə uyğun olaraq lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sə nəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
42. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
43. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normal arına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.
46. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
48. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçı MMCnin cavabdeh BOKT tərəfindən irəli sürülmüş iddia tələblərinə qanunla müəyyən edilmiş iddia müddəti qaydalarının tətbiq edilməsi haqqında ərizəsi ona görə təmin edilməməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 10521 nömrəli və xx.xx.2008-ci il tarixli 10405 nömrəli kredit müqavilələrin müddəti həmin tərəflər arasında əlavə olaraq bağlanmış razılaşmalara əsasən uzadılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu sənədlərinin əsilləri işin materiallarında mövcud deyil. Halbuki prosessual qanuna görə, mötəbər yazılı sübut kimi yalnız sənədin əsli və ya onun lazımi qaydada təsdiq edilmiş surəti qəbul edilir (bax hazırki qərarın 39-42-ci bəndlərinə).
49. Qətnamədə iddia müddəti qaydalarının tətbiq edilib-edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi həm də onu qeyd etmişdir ki, cavabdeh MMC xx.xx.2013-cü il tarixli 1170 nömrəli və xx.xx.2013-cü il tarixli, 11210 saylı kredit müqavilələri üzrə müvafiq ödənişlər etmiş, bu hal da iddia müddətinin axımının kəsilməsinə gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 380.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, işin materiallarında cavabdeh MMC tərəfindən sözügedən ödənişin edilməsini təsdiq edən müvafiq sənədlər – mədaxil və ya məxaric qəbzləri yoxdur. Apellyasiya instansiyası məhkəməsi ödəniş sənədi kimi yalnız iddiaçı BOKT-un təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə sənədinə, yəni hesabdan çıxarışa istinad etmişdir ki, təkcə bu sənədlə ödənişin borclu tərəfindən ödənilməsini dəqiq müəyyən etmək mümkün deyil (bax hazırki qərarın 30-35-ci bəndlərinə).
50. Bundan başqa, araşdırılan qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi heç bir qanuni əsaslandırmaya müraciət eilmədən cavabdeh MMC-yə məxsus olan əmlaklar üzərində onun mülkiyyət hüququna xitam vermişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinə istinad etsə də, həmin normanı düzgün təfsir edə bilməmidir. Belə ki, sözügedən maddəyə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
51. Qeyd edilən normanın sonuncu hissəsində məhkəmə tərəfindən qətnamənin icrasının təmin edilməsi üçün görülən tədbirlərin qeyd edilməsi nəz ərdə tutulmuşdur. Bu isə Azərbaycan Respublikası MPM-in digər norması olan 158-ci maddəsi ilə tənzimlənir. Yəni məhkəmə həmin normada nəzərdə tutan tədbirlər görübsə, onu qeyd edə bilər. Yoxsa ki, cavabdehin mülkiyyətinə xitam verib, onun üzərində iddiaçının mülkiyyət hüququnun tanınması nəzərdə tutulmur. Əks təqdirdə mülkiyyət hüququnun təminatı pozulacaqdır. Çünki bunun üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda xüsusi prosedurlar nəzərdə tutulmuşdur. Həmin prosedurlar borclunun mülkiyyət hüququnu qorumaqla həyata keçirilir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cavabdeh MMC-nin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Bu da qətnamənin əsaslığına və qanuniliyinə şübhə yaradır (bax hazırki qərarın – 43 və 44-cü bəndlərinə).
52. Göstəri lənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
53. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-15/2019 saylı xx.xx.2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.