Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-98/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi borcu, siyahıya alınmış əmlak, ixtisaslaşdırılmış açıq hərrac, istehsal müəssisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-952/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icr aat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) tərəfindən 2019-cu il 22 oktyabr tarixdə Cavabdehnə (bundan sonra – cavabdeh) vergi borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək 2019-cu il 22 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə 1.659.673,16 manat, maliyyə sanksiyaları üzrə 255.566,09 manat, faizlər üzrə 231.925,06 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 2. 2019-cu il 1 noyabr tarixdə iddiaçnın vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********44 nömrəli qərarı ilə cavabdehin vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra – Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 3. 2019-cu il 4 noyabr tarixdə cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********4 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında 2019-cu il 4 noyabr tarixli akt tərtib edilmişdir. Protokola edilmiş 1 saylı əlavədə cavabdehə məxsus dəyəri 1.573.980 manat təşkil edən qeyri-yaşayış sahəsi siyahıya alınması öz əksini tapmışdır. 4. 2019-cu il 12 noyabr tarixdə iddiaçı tərəfindən cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyy ət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 2019-cu il 1 noyabr tarixli qərara əsasən, 2019-cu il 4 noyabr tarixdə 1.573.980 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.
5. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun 2020-ci il 25 fevral tarixə borc məbləği 2.225.511,08 manat təşkil etmişdir.
6. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş məktubda göstərilmişdir ki, “” Fidan” Şirkətinin Dövlət Vergi Xidmətinə qarşı “şirkətin məsuliyyətə cəlb edilməsi və maliyyə sanksiyasının tətbiq edilməsi bar ədə qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 4 mart tarixli, 2-1(112)-1452/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardaddan şikayət verilmədiyi üçün qərardad qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı 2020-ci il 27 fevral tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 4 noyabr tarixə dövlət büdcəsinə ödənilməmiş 1.143.642,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1.573.980 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsasl andırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 1.952.186,34 manat borcuna görə 1.573.980 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 2019-cu il 4 noyabr tarixli, **********4 saylı protokol tərtib edilmiş, protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siya hıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 2019-cu il 4 noyabr tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1.143.642,07 manat borcu qalmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, e-2-2(113)-107/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin 2020-ci il 13 avqust tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 380.307,26 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 1.573.980 manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qərara alınmışdır (hakim – İ.Əhmədov).
11. Həmin məhkəmə bildirmişdir ki, cavabdehin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin olunmadığından iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələb inin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-952/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya araşdırmasının predmeti mövcudluğu qəbul edilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir. Yalnız borcun olmadığı tərəflər arasında mübahisəsiz olduqda, yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, iş üzrə qəbul və müzakirə edilə bilər. Belə bir dəlillər mövcud olmadıqda və borc mübahisəli olduqda vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər cavabdeh ona hesablanmış vergi borcları ilə razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək vəzifəsini yerinə yetirməyən cavabdehin vergi borcunun onun əmlakına yönəldilərək əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
16. Apellyasiya məh kəməsi gəldiyi nəticəni Vergi Məcəlləsinin 16.1.1, 23.1.8, 65.1, 78.1, 89.1, 90.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
17. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 8 oktyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin eyni tarixdə iddiaçının nümayəndəsinə və cavabdehin vəkilinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
18. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRA ATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Şirkət hazırki dövr də daxil olmaqla dövlət büdcəsinə vergi öhdəlikləri ilə bağlı ödəmələri həyata keçirmiş, mütəmadi olaraq ödəmələr aparmaqla vergi borclarının ödənilməsini dayandırmamışdır. İddiaçı bunu nəzərə almadan məhkəmədə iddia qaldırmışdır. İddianın təmin olunaraq istehsal müəssisəsi olan şirkətin əmlaklarının açıq hərracdan satılması isə müəssisənin fəaliyyətinin dayanmasına səbəb olacaqdır. Cavabdeh hesab edir ki, vergi borcu öhdəlikləri icra olunduğu halda vergi orqanının iddia tələbi ilə çıxış etməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
20. Bundan başqa, iddia qaldırılanadək və işin məhkəmədə baxılması ərəfəsində cavabdehin dövlət büdcəsinə vergi borcu üzrə ödənişləri məhkəmə tərəfindən nəzə rə alınmamış və dəqiq hesablama aparılmamaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 7
3. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kə s qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək. Maddə
65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə
78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyaların ın müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə
89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi o rqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, vergi öhdəlikləri icra olunduğu halda vergi orqanının iddia tələbi ilə çıxış etməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Həmçinin, iddia qaldırılanadək və işin məhkəmədə baxılması ərəfəsində cavabdehin dövlət büdcəsinə vergi borcları üzrə ödənişləri məhkəmə tərəfindən nəzərə alınmamışdır.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
30. İş materiallarından cavabdehin vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi, iddiaçı tərəfindən bunun təmin olunması üçün Vergi Məcəlləsinə uyğun olaraq görülmüş tədbirlər nəticə vermədiyindən 2019-cu il 1 noyabr tarixli qərara əsasən cavabdehin 1.573.980 manat dəyərində əmlakı siyahıya alınmışdır.
31. İşdə olan cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, iddia ərizəsinin birinci instansiya məhkəməsinə daxil olduğu 2020-ci il 27 fevral tarixə onun dövlət büdcəsinə 1.786.030,28 manat vergi borcu mövcud olmuşdur. Cavabdeh məhkəmədə iddia qaldırılanadək və iddianın qaldırıldığı ərəfədə vergi borcunu ödədiyini, iddiaçının və aşağı instansiya məhkəmələrinin isə bunu nəzərə almadığını qeyd etsə də, tələb olunan vaxtı keçmiş vergi borclarının tam olaraq ödənilməsinə dair hər-hansı sübutlarını təqdim etməmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində olan məlumatdan cavabdehin hazırda dövlət büdcəsinə 3.713.778,46 manat ödənilməmiş vergi borcu mövcud olduğu görünür).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.
33. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflər in tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1, 76.2-ci maddələri).
34. Maddələrin tələblərindən aydın olduğu kimi məhz yuxarıda sadalananlar müvafiq sübutetmə vasitələrinə aiddir.
35. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsi ni ehtiva edir.
36. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların q iymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
39. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-952/2021 saylı saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
40. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-952/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.