Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-98/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı k redit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-903/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı (bundan sonra ayrılıqda – müvafiq olaraq “MMC”, “Cavabdeh3”, “Cavabdeh5”, “Cavabdeh2”, “Cavabdeh6”, “Cavabdeh4”, birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi, 2022-ci il 5 noyabr tarixində isə iddianın artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 iddiaçının xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddia ərizəsinə görə ödənilmiş 402 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin DƏDRX-in 1 saylı ərazi idarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pulun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair tələblərin təmin olunması (digər iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırda baxış predmeti olmadığından bununla bağlı məlumatlar hazırkı qərarda qeyd olunmur) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müştəri xidmətləri mərkəzi ilə MMC arasında bağlanmış 2018 -ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinə (bundan sonra – "xxxx") əsasən MMC-yə əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka və zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq, MMC borcun qaytarılması ilə bağlı təşəbbüs göstərməmişdir. Bununla da cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər.
3. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 avqust tarixli 9/5448 saylı ekspert rəyi alınmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-3166/2024 nömrəli qətnaməsi ilə pul tələblərinə dair iddia təmin edilərək: - cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24.332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
5. Birinci instansiya məhkəməsi gəldiyi pul tələbinə dair nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.
6. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə, MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən olunması üçün iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmənin həmin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmamış və həmin rəy iş üzrə sübut qismində qəbul edilmişdir.
7. Ekspert rəyi alındıqdan sonra iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 2022-ci il 4 noyabr tarixinədək müddətə hesablanmış faiz borcunun tutulmasını tələb etməsi məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, 2022-ci il 19 may tarixinədək olan müddətə müqavilə üzrə hesablanmış faiz borcunun (illik 6 faizlə) 10.612,65 manat məbləğində olması ekspert rəyi ilə müəyyən edilmişdir. 2022-ci il 19 may tarixindən etibarən cavabdehin kredit müqaviləsi üzrə heç bir ödəniş etmədiyi nəzərə alındıqda, 2022-ci il 19 may tarixindən 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün müqavilə üzrə ödənilməli olan faiz borcunu adi riyazi hesablama vasitəsilə hesablamaq mümkündür. Belə ki, 498.915,16 manat əsas borc məbləğinə 2022-ci il 19 may tarixindən 2022-ci il 4 noyabr tarixinədək 5,5 aylıq müddət üçün illik 6% dərəcəsi ilə hesablanmalı olan faiz borcunun “498.915,16 x 6% / 12 ay x 5,5 ay=13.720,18 manat” olması müəyyən edilmişdir. Odur ki, 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün mübahisəli müqavilə üzrə ödənilməli olan faiz borcunun məbləği cəmi 24.332,83 manat (13.720,18+10.612,65 manat) təşkil etmişdir.
8. Göstərilənlərə əsasən məhkəmə MMC-nin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra olunmasını – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq belə q ənaətə gəlmişdir ki, iddiaçı MMC-dən 498.915,16 manat əsas və 24.332,83 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə 2021-ci il 17 mart tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 digər cavabdeh MMC-nin kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsas və faiz borcu daxil olmaqla kredit müqaviləsi üzrə borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.1-269.4, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4 və 59.4cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 103.1 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdehlər MMC və Cavabdeh3 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Apell yasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 oktyabr tarixli 9/4610 nömrəli ekspert rəyi alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli 2-2(103)-408/2023 nömrəli qətnaməsi ilə cavabdehlər MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, iddiaçının xeyrinə tutulmalı faiz borcu 7.203,40 manat, cəmi borc 506.118,56 manat müəyyən olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsi əsas borc hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, faiz borcu məbləğinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə 2022-ci il 8 aprel tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş 202 2-ci il 8 aprel tarixinə olan faiz borcu əsas götürülməklə 7.203,40 AZN məbləğində müəyyən edilməlidir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1-269.4, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739 və 743-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4 və 39.3.3, 47.5-ci, MPM-in 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən – faiz borcunun tutulması hissəsində ləğv edilməklə, cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24.332,83 manat faiz borcu olmaqla, cəmi 523.247,99 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddianın təmin olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
18. Cavabdehlər MMC və Cavabdeh3 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassa siya instansiyası məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyun tarixli 2-2(102)-271/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər MMC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən - 2022-ci il 8 aprel tarixdən - 2022-ci il 4 noyabr tarixinədək faiz tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – V.Həsənov və B.Qəribov).
20. Məhkəmə kollegiyası 2022-ci il 8 aprel tarixindən iddianın verildiyi 2022-ci il 4 noyabr tarixinə qədər kredit müqaviləsi üzrə faizin tutulması tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün iddiaçının faiz tələbinin olmamasına dair nəticəsi ilə aşağıdakılara əsasən razılaşmamışdır.
21. Faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.
22. Baxılan iş üzrə iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin (İİ cild i.v 45) məzmunundan göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunu tələb etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələbin olmaması qənaətinə gələrkən nəzərə almamışdır ki, baxılan iş üzrə iddiaçı, məhkəmənin gəldiyi nəticə üzrə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi 2022-ci il 8 aprel tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı 2022-ci ilin 4 noyabr tarixinə qədər) də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki MM-in 445.7-ci maddəsində (zamana görə q üvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair cavabdehə 2022-ci il 8 aprel tarixli iradə ifadəsini bildirdiyi vaxtdan müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizini tələb etməsinin yolverilməz olması nəzərə alınmaqla, 2022-ci il 8 aprel tarixindən 2022-ci il 4 noyabr tarixinədək olan dövr üzrə faiz tələbinə MM-in 445.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
25. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1-269.4, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1-739.2, və 743-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0, 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 39.3.3 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 12 dekabr tarixli Qərarına və MPM-in 14.2, 77.1, 88 və 103-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-903/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, 2022-ci il 8 aprel tarixindən - 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün 14.274,52 manat məbləğində pulun cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – M.Məmmədov, hakimlər – A.İmanov və F.Talışınski).
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC-nin "xxxx" üzrə banka 498.915,16 manat əsas borcu yaranmışdır ki, bu hissə də hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.
28. Faiz borcu məbləğinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə 2022-ci il 8 aprel tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
29. İş materiallarına görə, “kredit müqaviləsinin” birtərəfli qaydada ləğv edildiyi 2022ci il 8 aprel tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı 2022-ci il 4 noyabr tarixinə qədər) faizin tutulması barədə tələb irəli sürmüşdür.
30. Qeyd olunan tələblə bağlı məhkəmə qeyd etmişdir ki, MM-in 445.7- ci maddəsinə (zamana görə qüvvədə olan redaksiyası) əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
31. Məhkəmə bildirmişdir ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.
32. Hazırkı iş üzrə iddia ərizəsinin və “iddia tələbinin həcminin artırılması barədə” ərizənin (İİ cild iş v. 45) məzmunundan göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunun tutulması barədə tələblər irəli sürmüşdür.
33. Göründüyü kimi, iddiaçı məhkəmənin gəldiyi nəticə üzrə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi 2022-ci il 8 aprel tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı 2022-ci il 4 noyabr tarixinə qədər) də faizin tutulmasını xahiş etmişdir.
34. Qeyd olunanları, habelə MM-in 445.7-ci maddəsinin (zamana görə qüvvədə olan redaksiyası) tələblərini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı, pul məbləğinin ödənilməsini gecikdirən borclulardan gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi tə ləb etməkdə haqlıdır. Borclu həmin faizi iddiaçı Banka ödəməyə borcludur.
35. MM-in 445.7-ci maddəsinə əsasən tutulacaq faiz borcunun məbləğinə gəldikdə məhkəmə hesab etmişdir ki, həmin borc 14.274,52 manat təşkil etmişdir. Belə ki, işin hallarından müəyyən edilmiş və tərəflər arasında mübahisə doğurmamışdır ki, 2022-ci il 8 aprel tarixindən sonra borcalan MMC və zamin olan cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş olmamışdır.
36. Hazırkı iş üzrə birinci apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş 2023-cü il 11 dekabr tarixli qətnaməsinə (iş № 2-2(103)-408/2023) əsasən borclu MMC-dən və onun öhdəliklərinə zamin durmuş Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 tutulmalı olan faiz borcu 7.203,40 manat məbləğində təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi mü zakirə olunan hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi 2024-cü il 25 iyun tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
37. Buna görə də göstərilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olan faiz borcu (21.477,92 manat - 7.203,40 manat) 14.274,52 manat məbləğində müəyyən edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 445.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair” 2024-cü il 12 dekabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
39. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, işin isə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 16.1-cı maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən qanunvericilik normalarının tələbləri pozulmuş, sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqları pozulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Kredit məbləği pandemiyadan əvvəl verilmiş, 2020-2022-ci illərdə pandemiya ilə əlaqədar müəssisə hər hansı məhsul istehsal edib satışını həyata keçirməmişdir. Bununla bağlı MMC əsas və faiz borcun ödənilməsinə möhlət verilməsi ilə bağlı iddiaçıya müraciət etsə də, nəticə əldə olunmamış, həmin dövr üzrə faiz və cərimə borcları hesablanmışdır. MMC borcu tam ödəmək iqtidarında olmadığı üçün, iddiaçı tərəfindən əsas və faiz borcunun ödənilməsi müddətinə güzəşt olunsa, MMC borcu hissə-hissə ödəyər. İddiaçı tərəfindən MMC-yə bununla bağlı heç bir şərait yaradılmamış və pandemiya dövrü də daxil olmaqla qalan borcun birdəfəlik ödənilməsi tələb olunmuşdur. Apellyasiya məhkəməsi 2022-ci il 8 aprel tarixindən 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün 14.274,52 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənil məsi hissəsində tam əsassız qərar qəbul etmişdir. Bu məbləğin hesablanması xüsusi bilik tələb edən sahə olduğu üçün məhkəmə bu halda məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin məhkəmə cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən borcu müəyyən etmiş və bu barədə qərar qəbul etmişdir. 41. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cımaddəsinin 1-ci bəndi üzrə - məhkəmə qətnaməsində əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı zəruri tədbirləri görməmiş, yalnız əvvəlki iki rəyə istinad etmiş, zəruri olan hüquq normalarına istinad etməmişdir.
42. MPM-in 9-cu maddəsi üzrə - iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdeh MMC-nin hüquqlar ını kobud sürətdə pozan qətnamə çıxarılmışdır 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.4-cü bəndi üzrə - məhkəmə mövqeyini və işin hallarını düzgün əsaslandırmamış, nəticədə yaranan ziddiyyətləri aradan qaldırmadan qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə öz mövqeyini əsaslandırması üçün düzgün hüquq normasına istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
45. Sonuncu apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin yalnız 2022-ci il 8 aprel tarixindən 2022-ci il 4 noyabr tarixinədək faiz borcunun tutulması hissəsi (7.203,40 manat məbləğində faiz məbləğinin tutulması hissə si istisna olunmaqla) təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyi üçün hazırkı icraat çərçivəsində həmin aktın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaq, kassasiya şikayətinin sonuncu apellyasiya baxışının predmetini təşkil etməmiş məsələlərə dair dəlilləri üzrə isə hazırkı kassasiya icraatında hüquqi qiymətləndirmə aparılmayacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin ə mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kre ditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.)...”
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə ba ğlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir...”
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 12 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə ə sasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonra kı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər......öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər...
50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbu l etməlidir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
52. Kassatorun hazırkı kassasiya icraatının baxış predmetini təşkil edən dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi 2022-ci il 8 aprel tarixindən 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün 14.274,52 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödə nilməsi hissəsində tam əsassız qərar qəbul etmişdir. Bu məbləğin hesablanması xüsusi bilik tələb edən sahə olduğu üçün məhkəmə bu halda məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin məhkəmə cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən borcu müəyyən etmiş və bu barədə qərar qəbul etmişdir.
53. Halbuki cavabdeh öz şikayətində yalnız ümumi ifadələrlə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin müvafiq hissədə iş üzrə nəticəyə gələrkən konkret olaraq hansı hüquq pozuntularına və hesablama səhvlərinə yol verdiyinə dair heç bir tutarlı dəlil gətirə bilməmişdir.
54. Eyni zamanda, iş materiallarından görünür ki, cavabdeh bu məsələ ilə bağlı sonuncu apellyasiya baxışında da hər hansı konkret əsaslandırılmış dəlillərə istinad edə bilməmişdir.
55. Məhkəmə kollegiyası MPM-in 97.1-ci maddəsinə (bax § 50) istinadən vurğulayır ki, iş üzrə ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur.
56. Mübahisələndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi 2022-ci il 8 aprel tarixindən sonra borcalan MMC və zamin olan cavabdehlər tərəfindən banka heç bir ödəniş olmamasını nəzərə alaraq, sadə riyazi hesablama ilə mübahisəli faiz borcunu müəyyən etmiş, cavabdeh isə, qeyd olunduğu kimi, həmin hesablama aparılarkən məhkəmənin konkret olaraq hansı səhvlərə yol verdiyini göstərə bilməmişdir.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işd ə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 50) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § ) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-903/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-903/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.