Məhkəmə qərarları › İş №2-2(102)-99/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-99/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-99/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firmasına qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun, faizlərin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4, Cavabdeh” firmasının vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra iddiaçı) C avabdeh firmasına (bundan sonra cavabdeh) qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-634/2019 saylı,xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İş materiallarında olan borcverən İddiaçı ASC (İdarə heyətinin sədri X9 şəxsində) və borcalan cavabdeh (direktoru X1) arasında bağlanan KM 02 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borcverən müqavilənin 1.2 və 1.3cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğ un istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə borcverən tərəfindən borcalana verilən kreditin məbləği 1.000.000 ABŞ dolları təşkil edir; 1.3-cü bəndinə əsasən, kredit xx.xx.2018-ci il tarixinə qədər illik 6 faiz ödəmək şərti ilə verilir; 1.4-cü bəndinə əsasən, kreditin məqsədli təyinatı fəaliyyətin genişləndirilməsidir; 2-ci bəndinə əsasən, borcalan kredit üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizlərin hər ayın 21-dən gec olmayaraq və kredit üzrə istifadə edilmiş vəsaiti xx.xx.2018-ci il tarixinə qədər tam şəkildə borcverənə qaytarmalıdır. Girovsaxlayan İddiaçı ASC (İdarə heyətinin sədri X9 şəxsində) ilə girovqoyan X9 və borcalan cavabdeh arasında bağlanan GM 01 saylı, x x xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girovsaxlayan ilə girovqoyan İddiaçı ASC ilə borcalan cavabdeh arasında bağlanan 02 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, ayrılan 1.000.000 USD məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş X5 məxsus İddiaçı ASC-də ******************** saylı hesabda olan vəsaitin girov qoyulması barədə razılığa gəlmişlər. xx.xx.2016-cı il tarixli 01 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh tərəfindən banka xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 5.000 ABŞ dolları faiz məbləği, xx.xx.2018-ci il tarixdə həmçinin 1.000.000 ABŞ dolları əsas borcun ödənişi edilməli idi. AB seriyalı 077901 saylı çekin surətindən görünür ki, cava bdehin direktoru X3 1.000.000 ABŞ dolları məbləğində pulun ona verilməsini göstərən çeki imza etmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2017-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 1.000.000 ABŞ dolları əsas, 31.501 ABŞ dolları faiz borcu mövcuddur. Borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İddiaçının x xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin 1.000.000 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə 31.501 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5 faizlik borcu 34.028 ABŞ dolları olmaqla, ümumilikdə 1.065.529 ABŞ dolları bor cu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(102)147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.000.000 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 31.501 ABŞ dolları faiz borcu, cəmi 1.031.501 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 1.000.000 ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə 31.501 ABŞ dolları faiz borcunun, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34.028 ABŞ dolları faiz borcunun, cəmi 1.065.529 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xx.xx.2018-ci il tarixinə qədər, illik 6% faiz müəyyən edilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar. Hal-hazırda xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya olan əsas borcu 1.000.000 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə hesablanmış 31.501 ABŞ dolları faiz borcu, cəmi isə 1.031.501 ABŞ dolları təşkil edir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385, 442, 443-448-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsində xx.xx.2019-cu il tarixdə şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaç ı ASC-də baş xəzinədar işləmişdir. Cavabdehin direktoru X3 çekə imza etsə də, kredit müqaviləsindəki pulu bankdan çıxarmamışdır. Müqavilə olmuş, lakin müdiri zəng edərək ona bildirmişdir ki, pulu özündə saxlasın. Cavabdeh tərəfindən həmin pul bankdan çıxarılmamışdır. 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(81)-406/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkəniddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı ASC-nin kassa əməliyyatlarına dair kitaba baxış keçirilmiş və müəyyən edilmişdir ki, kredit müqaviləsi bağlanan gün xx.xx.2016-cı il tarixdə bankın kassasında ******* ABŞ dolları olmuşdur və ******* ABŞ dolları məxaric edilmişdir. Kitabda kassa əməliyyatlar ına dair məlumat kredit təşkilatının rəhbəri, baş mühasib və xəzinə müdiri tərəfindən imza edilib. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərNuriyeva Afaq Bayram qızı-məruzəçi,X11 və X7, 2-2(103)-634/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək cavabdehdən 1.000.000 ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixinə 31.501 ABŞ dolları faiz borcunun, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34.028 ABŞ dolları faiz borcunun, cəmi 1.065.529 ABŞ dolları borcun tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı bank kredit müqaviləsi üzrə əsas borc və hesablanmış faizlərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk növbədə kredit müqaviləsində göstərilən məbləğin cavabdehə verilməsi ilə bağlı məsələyə hüquqi qiymət verilməlidir, çünki bankın pul tələbi məhz sözügedən kredit müqaviləsinin mötəbərliyindən asılıdır. Tərəflər arasında müqavilənin b ağlanması hər tərəf üçün öhdəlik yaradan bir haldır. Hazırda iddiaçı məhz tərəflər arasında bağlanılmış müqaviləyə istinad edərək xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə bankın üzərinə götürdüyü öhdəliyi tam icra etdiyini cavabdehin isə öhdəliyin icrasından yayındığını iddia edir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən “Banklarda kreditin verilməsi Qaydaları”nın 3-cü bəndinin heç bir tələbinə riayət edilməmişdir. Müqavilədən göründüyü kimi iddiaçı kredit vəsaitindən ən azı istifadəni ssuda hesabı vasitəsi ilə həyata keçirməli idi. Kredit müqaviləsinə görə bank tərəfindən öhdəliyin icrası yeri cavabdehin ssuda hesabıdır. Bu hesab açılmadan öhdəlik icra edilə bilməzdi. Ssuda hesabının açılması üçün də kredit sahəsində peşəkar olan bank heç bir tədbir gö rməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsas kimi istinad etdiyi hal, cavabdehin adına kredit rəsmiləşdirildiyi, həmin kredit müqaviləsi üzrə 1.000.000 ABŞ dollarının bankın kassasından məxaric olunaraq cavabdehin direktoru X3 tərəfindən çeki imzalayaraq krediti alması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, çekə imza edilsə də, cavabdeh həmin pulu almamışdır. Həmin pul cavabdehdən alına bilməz. Şikayət əsaslandırılarkən Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətin uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, qətnamənin qüvv ədə saxlanılmasını xahiş etmişdir. əsaslandıma hissəsi: Borcverən İddiaçı ASC və borcalan cavabdeh arasında bağlanan xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məbləği 1.000.000 ABŞ dolları təşkil etmiş və xx xxxxxx 2018-ci il tarixinə qədər illik 6 faiz ödəmək şərti ilə verilmişdir. Kredit üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizlərin hər ayın 21dən gec olmayaraq və kredit üzrə istifadə edilmiş vəsaiti xx xxxxxx 2018-ci il tarixə qədər tam şəkildə borcverənə qaytarmasını cavab deh öhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixdə cavabdehin direktoru X3 1.000.000 ABŞ dolları məbləğində pulu ona verilməsini göstərən çeki imza etmişdir. xx xxxxxx 2016-cı ildə İddiaçı ASC müflis elan edilmiş və iddiaçı onun ləğvedicisi təyin edilmişdir. İddiaçı xx xxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunda, habelə xx xxxxxxx 2018-ci il tarixli pretenziyada cavabdehə əsas borc və faiz borcunun ödənilmədiyi bildirilmişdir. x xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 02 saylı kredit müqaviləsi üzrə cavabdehin 1.000.000 ABŞ dolları əsas, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə 31.501 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5 faizlik borcu 34.028 ABŞ dolları olmaqla, ümumilikdə 1.065.529 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kr editorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun r isk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı ilə cava bdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, nəticədə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş məbləği ödəmədiyindən onun dəyərini, habelə müqavilədə nəzərdə tutulan faiz borcunu və pul məbləğinin ödənilməsini gecikdirməyə görə faiz qaytarmaq öhdəliyi daşımışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh digər tərəf İddiaçı ASC ilə xx xxxxxx 2016-cı il tarixli müqavilə imzalamaqla üzərinə öhdəlik götürmüşdür. Müqavilə bağlanan gün cavabdehin direktoru müqavilədə nəzərdə tutulan məbləğin alınmasına dair çeki imzalamışdır. Cavabdeh 1.000.000 ABŞ dollarının alınması barədə xx xxxxxx 2016-cı il tarixli çekdə imzanın ona məxsus olmaması ilə bağlı mübahisə açmamışdır. xx xxxxxx 2016-cı il tarixdən sonra cavabdeh xx xxxxxx 2016-cı il tarixli müqav ilə üzrə İddiaçı ASC-yə, daha sonra isə onun ləğvedicisi olan iddiaçıya qarşı öhdəliklərə əməl etməməsi ilə bağlı müqavilənin etibarsız sayılması və ya ləğv olunması ilə bağlı məhkəmə mübahisəsi açmamışdır. Müqavilə hazırkı vaxta qədər dəyişdirilməmiş, ləğv edilməmiş, habelə etibarsız sayılmamışdır. Mülki Məcəllənin 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmədiyindən, mübahisə ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq o laraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-634/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar