Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı QSC BOKT-un nümayəndələri X3, X4 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh-yə qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən (hakim Miminat Hacıbəyova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1980472,77 ABŞ dolları əsas, 328814,22 ABŞ dolları faiz, 299929,83 ABŞ dolları cərimə faizi, cəmi 2608833,43 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6769617,04 ABŞ dolları əsas, 1042648,86 ABŞ dolları faiz, 854664,15 ABŞ dolları cərimə faizi, cəmi 8666929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas, 906444,64 ABŞ dolları faiz, 766520 ABŞ dolları cərimə faizi, cəmi 6437246,64 ABŞ dolları borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 16 ay müddətinə 10219908,91 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə 9026155,97 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə görə cavabdeh kredit üzrə hesablanan borcu müqavilə müəyyən olunan 15% dərəcəsi ilə müqavilə bağlandığı tarixdən 6 ay keçdikdən sonra 12 bərabər hissələrlə banka ödəməli idi. Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 15%-lə cərimə faizləri ödəməlidir. Bundan sonra iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 10627 saylı revolver tipli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 72-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 16%-lə cərimə faizləri ödəməlidir. Kredit müqaviləsi üzrə borcun və faizlərin qrafikə uyğun olaraq ödənilməsi barədə Bank tərəfindən cavabdehlə aparılmış danışıqlar, edilmiş müraciətlər heç bir nəticə verməmiş, cavabdeh üzərinə düşən öhdəliyi pozmaqda davam etmişdir. Bankın kredit uçotu registrindən təqdim edilən maliyyə arayışlarına əsasən cavabdehin iddiaçıya xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1980472,77 ABŞ dolları əsas, 328814,22 ABŞ dolları faiz, 299929,83 ABŞ dolları cərimə faizi, cəmi 2608833,43 ABŞ dolları, xx.xx.2008ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6769617,04 ABŞ dolları əsas, 1042648,86 ABŞ dolları faiz, 854664,15 ABŞ dolları cərimə faizi, cəmi 8666929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas, 906.444,64 ABŞ dolları faiz, 766.520 ABŞ dolları cərimə faizi, cəmi 6.437.246,64 ABŞ dolları borcu vardır. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının cavabdehə qarşı kredit borcu ilə əlaqədar verdiyi iddia ərizəsində göstərilən hər üç müqavilə üzrə iddia müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh-dən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1980472,77 ABŞ dolları əsas borc, 328814,22 ABŞ dolları faiz borcu, 299929,83 ABŞ dolları cərimə faizi, cəmi 2608833,43 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6769617,04 ABŞ dolları əsas borc, 1042648,86 ABŞ dolları faiz borcu, 854664,15 ABŞ dolları cərimə faizi, cəmi 8666929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə, 4.764.282 ABŞ dolları əsas borcu, 906444,64 ABŞ dolları faiz borcu, 766.520 ABŞ dolları cərimə faizi, cəmi 6437246,64 ABŞ dollarının Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarına əsasən, “ MM-nin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız göstərilən dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirmişdir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur". Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-nin 449-cu maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-nin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2007-ci il, xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə kreditlər ümumiyyətlə cavabdeh tərəfindən götürülməmişdir. Həmin məbləğlər cavabdehə verilməmiş, əvvəlki kreditlər üzrə süni surətdə şişirdilmiş faizlərin bağlanması üçün rəsmiləşdirilmişdir. Hər üç müqavilə üzrə borcun tələb edilməsi üçün iddia müddəti keçmişdir. Faizlər bank tərəfindən yüksək hesablanmış, dəbbə pulu borcu yüksək olduğu halda azaldılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh 4.549.708,42 ABŞ dolları pul vəsaitinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən tutulması üçün qarşılıqlı iddia qaldırmış, qarşılıqlı iddia Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli qərardadı ilə icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC əsl İddiaçı QSC BOKT-la əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-il tarixə təyin edilmiş, cavabdehin iş materiallarında olan hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri çatmamış, cavabdeh faktiki ünvanı barədə məhkəməyə rəsmi məlumat vermədiyindən işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərmək mümkün olmamış, nümayəndəsinə “SMS xəbərdarlıq” göndərilmiş, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndələri X5 və X6 apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və İddiaçı QSC BOKT-un nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın Nəqliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 3 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilir və həmin müqavilələr üzrə kredit vəsaitindən istifadə tarixindən və müqavilə şərtlərindən asılı olaraq ödənilməli olan borcun məbləği öhdəliyin icra müddətinin bitdiyi tarixə məhkəmə tərəfindən aşağıdakı kimi müəyyən edilir:
1. 10340 saylı, xx.xx.2007-ci il tarixli kredit sazişi- açılmış kredit xəttinin 10.219.908,91 ABŞ dolları, kredit xəttindən müqavilənin 4.1-ci bəndinə əsasən ilk istifadə tarixi xx.xx.2007 (6 il 6 ay-xx.xx.2014), kredit xətti üzrə son istifadə tarixi xx.xx.2007 (müqavilənin 4.1-ci bəndinə əsasən 6 il 6 ay-xx.xx.2014), faiz dərəcəsi -müqavilənin 5.3-cü bəndinə əsasən illik 15 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 412.984,32 ABŞ dolları təşkil etsə də, iddiaçı tərəfindən həmin müqavilə üzrə 1.980.472,77 ABŞ dolları əsas borc, 328814,22 ABŞ dolları faiz borcu, 299.929,83 ABŞ dolları cərimə faizi tələb edilmişdir.
2. 10627 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi- açılmış kredit xəttinin məbləği 4.800.000 ABŞ dolları, kredit xəttindən ilk istifadə tarixi xx.xx.2008-ci il, öhdəliyin icrasının bitmə tarixi xx.xx.2014-cü il, faiz dərəcəsi -müqavilənin 6.1-ci bəndinə əsasən illik 16 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 1.122.425,43 ABŞ dolları təşkil etsə də, iddiaçı tərəfindən həmin müqavilə üzrə 4.764.282 ABŞ dolları əsas borcu, 906.444,64 ABŞ dolları faiz borcu, 766.520 ABŞ dolları cərimə faizi tələb edilmişdir.
3. 10590 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi- açılmış kredit xəttinin məbləği 9.026.155,97 ABŞ dolları, kredit xəttindən ilk istifadə tarixi xx.xx.2008-ci il (6 il 6 ay-xx.xx.2015), kredit xətti üzrə son istifadə tarixi xx.xx.2008 (6 il 6 ayxx.xx.2015), faiz dərəcəsi -müqavilənin 5.2-ci bəndinə əsasən illik 15 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 1.332.488,31 ABŞ dolları təşkil etsə də, iddiaçı tərəfindən həmin müqavilə üzrə 6.769.617,04 ABŞ dolları əsas borc, 1.042.648,86 ABŞ dolları faiz borcu, 854.664,15 ABŞ dolları cərimə faizi tələb edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya qeyd edilən kredit müqavilələri üzrə tələb olunan məbləğdə kredit öhdəliyi olduğunu müəyyən edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci, 443-cü, 445.2-ci, 448.1-ci, 448.2-ci, 739.1, 462.1-ci maddəsinə əsasən iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, hər üç kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İşdəki “X8”nın bildirişləri, beynəlxalq ödəniş vasitəsi olan SWİFT-lə aparılan ödənişlərdən və cavabdehin kredit hesabından çıxarışlardan görünür ki, kredit vəsaitlərindən mərhələli şəkildə istifadə edilmişdir. xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə öhdəliyin icra müddətinin 2014-cü ildə, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 2015-ci ildə bitdiyi, iddiaçının hazırkı iddia tələbi ilə 2015-ci ilin iyul ayında məhkəməyə müraciət etdiyi nəzərə alınarsa 3 illik iddia müddəti bitməmişdir. Bundan əlavə iş materiallarındakı hesabdan çıxarışlar və maliyyə arayışlarından görünür ki, hər üç müqavilə üzrə cavabdeh tərəfindən 2014-cü ilin aprel ayınadək ödənişlər etmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavədə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin 16 ay müddətinə bağlandığını və öhdəliyin icra müddətinin xx.xx.2011-ci il tarixdə bitdiyinə dair dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Həmin müqavilənin və xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, kredit xətti çərçivəsində istifadə edilən hər bir məbləğ istifadə tarixindən 6 il 6 ay ərzində qaytarılmalıdır. xx.xx.2007-ci il tarixli müqavilə üzrə kreditdən son dəfə xx.xx.2007-ci il tarixdə istifadə edildiyindən 6 il 6 ay xx.xx.2014-cü il tarixdə, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditdən son dəfə xx.xx.2008-ci ildə istifadə edildiyindən 6 il 6 ay xx.xx.2015-ci il tarixdə bitmiş olur. Cavabdeh apellyasiya şikayətində xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixi xx.xx.2013-cü il göstərməklə həmin müqavilə üzrə iddia müddətinin keçmədiyini özü təsdiq etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin vəsatəti əsasında kredit borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası və əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizası üzrə xx.xx.2018-ci il tarixli 1340 saylı rəyi ilə cavabdehin kredit müqavilələri üzrə ödəməli olduğu faizlər ödənişlərin qrafik üzrə həyata keçirildiyi təqdirdə tətbiq edilməli olan Eurıbor+0,45%+3% tətbiq edilməklə hesablandığından, kredit öhdəliyinin cavabdeh tərəfindən qrafik üzrə icra edilmədiyi halda faizlərin müqavilə şərtlərinə əsasən illik 15%-lə hesablanmalı olduğu ekspert tərəfindən nəzərə alınmadığından məhkəmə hesab etmişdir ki, həmin rəy cavabdehin kredit borclarının müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 12602 saylı ekspert rəyində isə kredit öhdəliklərinin icrasının bitdiyi tarixlər düzgün müəyyən edilmədiyindən məhkəmə həmin rəyə cavabdehin kredit borcunun məbləğini müəyyən edən sübut kimi istinad edilməsini mümkün hesab etməmişdir. Belə ki, sənədlərdən göründüyü kimi, xx.xx.2007-ci il tarixli müqavilə üzrə “X8”nın Koreyanın “X1” şirkətinə ödənişi (856834 ABŞ dolları xx.xx.2007-ci il tarixdə olmuş, həmin məbləğ üzrə ödəniş müqavilə şərtlərinə əsasən xx.xx.2008-ci il tarixdə aparılmalı idi. Belə olduğu halda ekspert tərəfindən kreditin bitmə tarixinin kreditin istifadə tarixindən deyil, müqavilə bağlandığı tarixdən 72 ay müəyyən edilməsi və kredit üzrə faiz borcunun həmin tarixədək müqavilə şərtlərinə uyğun olmamışdır. Digər kredit müqavilələri üzrə də ekspert kredit öhdəliyinin icra müddətini müqavilənin bağlandığı tarixdən hesablamaqla düzgün müəyyən etməmiş, nəticədə kredit öhdəliklərinin icra müddətinin bitmə tarixinə faizlər düzgün hesablanmamışdır. Bundan əlavə xx.xx.2007-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş faiz borcunun məbləği iddiaçı tərəfindən sonuncu məhkəmə iclasında təqdim etdiyi maliyyə arayışında 219929,83 ABŞ dolları qeyd edildiyi halda, ekspert 174929,83 ABŞ dolları göstərmiş, xx.xx.2014-cü ildə ödənilmiş 45000 ABŞ dolları faiz ödənişi nəzərə alınmamışdır. Məhkəmə iddiaçı tərəfindən yalnız sonuncu məhkəmə iclasında təqdim edilmiş maliyyə arayışlarında cavabdehin kredit öhdəliklərinin icra müddətlərinin, kreditdən istifadə tarixlərinin, ödənişlərin məbləğinin və kredit üzrə qalıq borcların məbləğinin müqavilə şərtlərinə və işdəki sübutlara uyğun qeyd edildiyini hesab edərək həmin arayışı mötəbər sübut hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən hər üç kredit müqaviləsi üzrə tutulmuş məbləğlərin cavabdehin kredit müqavilələri üzrə qalıq borclarının həqiqi məbləğindən çox olmadığı, o cümlədən öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş dəbbə pulu borcu əsas borcun məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşə baxmış məhkəmə tərəfindən mübahisə işin faktiki hallarına uyğun həll edilmiş, qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas olan hər hansı maddi və ya prosessual pozuntuya yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (82)-1891/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.