Məhkəmə qərarları › İş №2-2(103)-1/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh-yə qarşı (üçüncü şəxs Babaşova Lalə Əmir qızı ) “kredit borcunun ödənilməsi və icra edilməyən borc öhdəliklərinə görə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2-2(81)-640/2016 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya işinə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh- dən 27.519,66 AZN manat, faizlər 2954.53 AZN, hesablanmış dəbbə pulu isə 885,32, ümumilikdə 31.359,51 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilən 30 AZN manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh-dən iddiaçının xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsini, ipoteka ilə yüklü edilmiş, Cavabdeh-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi T1.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə tutmanın yönəldilməsini, mənzilin açıq hərraca çıxarılaraq satılması və həmin əmlak satıldığdan sonra 1 ay ərzində boşaldılmasını, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda qeyd edilən qaydada ödənilməsini, qeyd olunan girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/KXM-003 saylı bərpa edilən kredit xətti müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh ASC-nə 36 ay müddətinə 30.000 AZN məbləğində kredit xətti açılmışdır. Həmin kredit öhdəliyinin təminatı olasraq, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 14/KXM-003/GM saylı ipoteka müqaviləsinə görə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m., yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə “Vestmark+65 X3 Company” ASC arasında xx.xx.2014-cü il tarixli 14/KXM-003 saylı bərpa edilən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan aşağıdakı əlavə razılaşmalar imzalanmışdır: 1) 3500 manat məbləğində kredit ayrılması ilə əlaqədar 17 oktyabr 2014-cü il tarixdə 1 saylı kredit sazişi, 2) 5350 manat məbləğində kreditin ayrılması ilə əlaqədar 17 oktyabr 2014-cü il tarixdə 2 saylı kredit sazişi, 3) 2550 manat məbləğində kreditin ayrılması ilə əlaqədar 27 oktyabr 2014-cü il tarixdə 3 saylı kredit sazişi, 4) 4550 manat məbləğində kreditin ayrılması ilə əlaqədar 03 noyabr 2014- cü il tarixdə 4 saylı kredit sazişi, 14050 manat məbləğində kreditin ayrılması ilə əlaqədar 17 noyabr 2014-cü il tarixdə 5 saylı kredit sazişi, 1500 manat məbləğində kreditin ayrılması ilə əlaqədar 23 yanvar 2015-ci il tarixdə 6 saylı kredit sazişi. Bərpa edilən kredit müqaviləsinə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri düzgün icra etməmiş və banka olan borcunu ödəməmişdir. Cavabdeh-nin xx.xx.2016-cı il tarixə, banka olan borcu əsas borc üzrə 27.519,66 AZN, faizlər 2954.53 AZN, hesablanmış dəbbə pulu 885,32 AZN, ümumilikdə 31.359,51 AZN təşkil edir. Həmin borcların ödənilməsi ilə əlaqədar cəmiyyətə dəfələrlə müraciət edilsə də, borclar ödənilməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilir ki, cavabdeh tərəfindən kredit ödənişi olaraq, 38156 manat məbləğində ödəniş həyata keçirilmişdir. Əslində isə cavabdeh tərəfindən təqribi 6000 manat -kredit ödəniş edilmişdir və həmin ödənişlər də müvafiq qaydada və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq silinmişdir. Bu öz təsdiqini elə cavabdehin qeyd etdiyi hesabdan çıxarışda da tapıb. Cavabdehin təqdim etdiyi rəqəm isə ağlabatan deyil və heç bir sübuta əsaslanmır. Digər tərəfdən isə Cavabdeh nümayəndəsi etirazda qeyd edib ki, kredit borcuna görə ümumilikdə 2800 manat 3 ay müddətində hesabda saxlanılmaqla, vergi borcuna yönəldilib və bu zaman cavabdehə məlumat bildirməyib və bu səbəbdən də həmin pulu kredit borcundan çıxarılmasını istəyir. Təqdim edilən hesabdan çıxarışdan görsənir ki, xx.xx.2015-ci il tarixində 800 manat və xx.xx.2015-ci il tarixdə isə 2000 manat pul məbləği ödənilib. Cavabdeh-nin hesabına isə sərəncamlar xx.xx.2015-ci il tarixdə qoyulmuşdur. Sərəncamlardan biri (**********9A) 9.101,06 manat alınmalı, digəri isə (**********2D) 18,179,07 manat dondurulmalı sərəncamlardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-640/2016 saylı, 14 aprel 2016-cı il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Əhmədov) iddia ərizəsi təmin edilmiş, Cavabdeh-dən 27.519,66 AZN manat, faizlər 2954.53 AZN, 885,32 dəbbə pulu, ümumilikdə 31.359,51 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, mənzil açıq hərraca çıxarılaraq satılması və həmin əmlak satıldığdan sonra 1 ay ərzində boşaldılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləği yuxarıda qeyd edilən qaydada ödənilməsi, qeyd olunan girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsi Cavabdeh-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-640/2016 saylı, 14 aprel 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv olunaraq, işin təzələnməklə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-640/2016 saylı, 08 iyul 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədqim edərək, İddiaçı tərəfindən Cavabdeh- yə qarşı qaldırdığı iddia ərizəsinin tələb hissəsinin 4-cü abzasının aşağıdakı qaydada qəbul edilməsini xahiş etmişdir: - ipoteka ilə yüklü edilmiş, Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldilsin, mənzil açıq hərraca çıxarılaraq satılsın və həmin əmlak satıldığından sonra 1 ay ərzində boşaldılsın. Satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan 27.519.66 manat əsas borc, 2954.53 manat faiz borcu, 885.32 manat dəbbə pulu, ümumilikdə 31.359,51 manat məbləğində kredit borcu və iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun əvəzi ödənilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2-2(81)- 640/2016 nömrəli qətnaməsi ilə (hakim İ.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh-dən 27.519,66 AZN manat, faizlər 2954.53 AZN, hesablanmış dəbbə pulu isə 885,32, ümumilikdə 31.359,51 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulması , tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, mənzil açıq hərraca çıxarılaraq satılması və həmin əmlak satıldığdan sonra 1 ay ərzində boşaldılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan 27.519.66 manat əsas borc, 2954.53 manat faiz borcu, 885.32 manat dəbbə pulu, ümumilikdə 31.359,51 manat məbləğində kredit borcu və iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun əvəzi ödənilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilin ilkin satış qiyməti 47 000 manat müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Daha sonra X7 və Babaşova Lalə Əmir qızı məhkəməyə ərizələr ilə müraciət edərək, qətnamənin surətinin onlara təqdim edilməməsini xahiş etmişlər. xx.xx.2017-ci il tarixdə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2-2(81)-640/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, X5 İnvestment Company» ASC-nin İddiaçı-də hesab açdığı vaxtdan, yəni xx.xx.2014-cü il tarixdən son əməliyyat tarixinədək, yəni xx.xx.2016-cı il tarixədək 47.973 manat mədaxil edilmişdir. Həmin pul məbləğindən onların ödəniş tapşırığı əsasında 5.843 manat vergi ödəmələri, 3.974 manat məbləğində əmək haqları, 38.156 manat isə mübahisə predmeti olan kredit borcuna görə ödənişlər edilmişdir. Ən əsası isə kredit borcuna görə xx.xx.2015-ci il tarixdə 800 manat və xx.xx.2015-ci il tarixdə ödənilən 2.000 manat pul məbləği üç ay müddətində hesabda saxlanıldıqdan sonra cavabdehə hər hansı bildiriş göndərmədən vergi orqanının sərəncamı əsasında iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə vergi borcuna yönəldilmişdir. Qeyd olunanları nəzərə almaqla cavabdeh X5 İnvestment Company» ASC-nin İddiaçı-yə olan kredit borcu hesablamalara görə təxmini olaraq faiz borcu da daxil olmaqla 3.800 manat məbləğində qalmalıdır. İşin hazırkı apellyasiya icraatı zamanı: Babaşova Lalə Əmir qızı onun hüquqlarının birbaşa olaraq pozulmasını nəzərə alaraq onu müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-531/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə Babaşova Lalə Əmir qızı hazırkı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-531/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qərardadı ilə Cavabdeh-nin vəsatəti təmin edilmiş, hazırkı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2018-ci il tarixli, 11709 №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-21/2019 saylı, 28 mart 2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı Babaşova Lalə Əmir qızının cavabdehlər Cavabdehyə və İddiaçı-yə qarşı “ipoteka müqaviləsinin ləğvi və ipoteka qoyulmuş mənzilin ipotekadan azad edilməsi” tələbinə dair yekun məhkəmə qərarı qəbul olunub qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və yazılı münasibətini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İş materiallarında olan: - 16 oktyabr 2014-cü il tarixli, 14/KXM-003 nömrəli müqavilədən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında bərpa edilən kredit xətti müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1 -ci bəndinə əsasən “Borcverən” bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün “Borcalana” bərpa edilən (revolving) kredit xətti açır, “Borcalan” isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra, “Borcalana” bu müqavilənin 1.2 və 1.3 maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi və imkanı kimi başa düşülür. Bank krediti (bundan sonra kredit)- bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Müqavilənin 1.2ci maddəsinə əsasən kredit xəttinin məbləği (limiti) 30 000 (otuz min) azərbaycan manatı təşkil edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit xətti 16 oktyabr 2017-ci il tarixədək açılır. - 17 oktyabr 2014-cü il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 1 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 3500 Azərbaycan manat məbləğində 36 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”m Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 17 oktyabr 2014-cü il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 2 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 5350 Azərbaycan manat məbləğində 36 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”ın Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 27 oktyabr 2014-cü il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 3 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 2550 Azərbaycan manat məbləğində 36 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”ın Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 03 noyabr 2014-cü il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan. İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 03 noyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 4 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 4550 Azərbaycan manat məbləğində 36 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”m Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 17 noyabr 2014-cü il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 17 noyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 5 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 14050 Azərbaycan manat məbləğində 36 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”ın Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 23 yanvar 2015-ci il tarixli sazişdən görünür ki, “Borcverən” adlandırılan, İddiaçı ilə “Borcalan” və “İpotekaqoyan” adlandırılan Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixli 14/KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinə dair 6 nömrəli kredit sazişi imzalanmışdır. Sazişin 1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a aralarında bağlanmış “Xətt Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 1500 Azərbaycan manat məbləğində 24 ay müddətinə kredit verir. Borcalan isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarmasını öhdəsinə götürür. Kredit məbləği “Borcalan”m Borcverəndə açdığı cari hesabına köçürüldüyü andan verilmiş hesab olunur. - 16 oktyabr 2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı, (bundan sonra “İpoteka saxlayan” adlanacaq) və Cavabdeh (bundan sonra “İpoteka qoyan və “Borcalan” adlanacaq) arasında 16 oktyabr 2014-cü il tarixli 14 KXM-003 nömrəli bərpa edilən kredit xətti müqaviləsinin təminatı üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən, bu müqaviləyə görə, ipoteka qoyan “Xətt müqaviləsi”nin 1-ci maddəsində nəzərdə tutulmuş bütün kredit sazişləri üzrə yarana biləcək öhdəliklərinin (kredit, qarantiya, akkreditiv və s) icrasının təmin edilməsi məqsədilə bu müqavilənin 3- cü maddəsində göstərilmiş əmlakı ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. Müqavilə ipoteka ilə təmin olunmuş pul öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələblərinin ipoteka predmeti hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. - İddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilən Cavabdeh-nin İddiaçı-yə olan kredit borcunun hesablanması haqqında arayışdan görünür ki, kreditin məbləği 30.000 AZN təşkil edir, kreditin verilmə tarixi xx.xx.2014-cü il, kreditin müqavilə üzrə hissə-hissə və ya tam qaytarılmalı olduğu tarix xx.xx.2017-ci ildir. Arayışa əsasən ödənilmiş son faiz məbləğləri 314,48 AZN-dir və xx.xx.2015-ci il tarixdə ödənilmişdir, ödənilmiş son əsas kredit məbləğləri 685,52 AZN təşkil edir və xx.xx.2015-ci il tarixdə ödənilmişdir, kredit üzrə əsas borcun məbləği 27.519,66 AZN, kredit üzrə hesablanmış faizlərin məbləği 2.954,53 AZN, kredit üzrə hesablanmış dəbbə pulu məbləği 885,32 AZN təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh-yə göndərilən kredit üzrə əsas məbləğin və faizlərin ödənilməsi barədə 05 noyabr 2015-ci il tarixli pretenziya məktubunda qeyd edilir ki, İddiaçı-yə olan bütün öhdəliklərin icra edilməsi, ö cümlədən, xx.xx.2014- cü il tarixli 14 KXM-003 saylı bərpa edilən kredit xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi sayılan kredit sazişləri üzrə 27.519,66 AZN, faizlər 1.874,80 AZN, hesablanmış dəbbə pulu 357,26 AZN, ümumilikdə 29.751,72 manat pul məbləğini xx.xx.2015- ci il tarixə kimi İddiaçı-yə ödənilməsini tələb etmişdir. - İddiaçı tərəfindən Cavabdeh-yə göndərilən 17 noyabr 2015-ci il tarixli 2884 nömrəli, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki. ümumi kredit borcunun ödənilməsini təmin etmək məqsədilə, ipoteka (girov predmeti olan) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə məhkəmə qaydasında tutuma yönəldilməsinin başlanması barədə Vestmark X3 Company” ASC xəbərdar edilmişdir. - İddiaçı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilən 16 dekabr 2015-ci il tarixli, 3240 nömrəli, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Azərbaycan Sənaye Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14 KXM-003 saylı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.53.kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı-yə ünvanlanan xx.xx.2015-ci il tarixli, **********67 nömrəli məktubun surətindən görünür ki, İddiaçı-nin 3240 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən Cavabdeh-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Elxan Həsənov küçəsi 2 saylı evin 14 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən verilən ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzil mülkiyyət hüququ əsasında Cavabdeh-yə məxsusdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən verilən ******* nömrəli çıxarışın surətindən görünür ki, mülkiyyət hüququ əsasında Cavabdeh-yə məxsus ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixli, 14 KXM-003 müqavilə əsasında 36 ay müddətinə İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Daşınmaz Əmlakın Qiymətləndirilməsi Hesabatından görünür ki, “Real Prays” Cavabdeh-nin idarə heyətinin sədri V.A.Quliyeva tərəfindən xx/xx/2014-cü il tarixdə verilmiş sifariş əsasında Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsini aparılmasını həyata keçirmişdir. Əmlakın bazar dəyəri 47 000 manat, likvid dəyəri 42000 manat məbləğində göstərilmişdir. - xx.xx.2015-ci il əməliyyat tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı-yə 800,00 manat ödəniş edilmişdir. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı-yə 2000,00 manat ödəniş edilmişdir. - xx.xx.2015-ci il ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı-yə 18.179,07 manat və 9.101,06 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən tələbinə görə əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulduqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının - ipoteka ilə yüklü edilmiş, Cavabdeh-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.53 kv.m, yaşayış sahəsi 27.73 kv.m, yardımçı sahəsi 21.8 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldilməsini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli, 2(102)-907/17 saylı qərarı ilə (hakimlər Ə.Rüstəmov,İ.Dəmirov, Q.Əsgərov) üçüncü şəxs İddiaçı-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilmişdir ki, “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakim: A. Paşayev) L.Babaşovanm iddiası təmin edilərək Babaşova Lalə Əmir qızı ilə “X6 İnvestment Company” ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsi üzrə qalan 5272,34 manat borcun Babaşova Lalə Əmir qızından tutularaq “X6 İnvestment Company” ASC-yə ödənilməsi, Babaşova Lalə Əmir qızı ilə “X6 İnvestment Company” ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 2 saylı evin 14 saylı mənzilinin lizinq obyektindən çıxarılaraq Babaşova Lalə Əmir qızının mülkiyyətinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: İ. Q. Əsədov (sədrlik edən və məruzəçi), A.N.İmano F.Ş.Talışinski; iş 2( 103)-3902/2016) İddiaçı-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2016-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.” Həmçinin, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 97/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddiaçı Babaşova Lalə Əmir qızı cavabdehlər Cavabdeh-yə və İddiaçı-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipoteka qoyulmuş mənzilin ipotekadan azad edilməsi”nə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003/GM saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ipoteka yüklülüyündən azad edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının borc tələbinin yönəldilməsini xahiş etdiyi ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 2 saylı evin 14 saylı mənzil lizinq obyektindən çıxarılaraq Babaşova Lalə Əmir qızının mülkiyyətinə verilmiş, eyni zamanda Vestmark X3 Company” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003/GM saylı ipoteka müqaviləsi etibarsız hesab edilərək, həmin əmlak ipoteka yüklülüyündən azad edilmişdir. Yuxarıda qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının borcun ipoteka predmetinə yönəldilməsi barədə tələbi əsassız olduğundan iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin predmeti olan - cavabdehdən 27.519.66 manat əsas borc, 2954.53 manat faiz borcu, 885.32 manat dəbbə pulu, ümumilikdə 31.359,51 manat məbləğində kredit borcunun tutulmasına münasibətdə qeyd edir ki, hazırkı işin apellyasiya icraatı zamanı daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2018-ci il tarixli, 11709 №-li ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “ rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 14/KXM-003 saylı bərpa edilən kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh-nin İddiaçı-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə əsas kredit borcu – 24.406,95 manat, faiz borcu – 1.433,23 manat” İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh tərəfindən istifadə edilmiş kredit vəsaitinə görə xx.xx.2016-cı il tarixədək 8.810,43 manat məbləğində ( 5.593,05 manat əsas kredit borcu, 3.217,38 manat faiz borcu üzrə) İddiaçı-yə ödəniş aparılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin xx.xx.2014cü il tarixli, 14/KXM-003 saylı bərpa edilən kredit xətti müqaviləsinin şərtləri üzrə– 24.406,95 manat əsas kredit borcu, 1.433,23 manat faiz borcu və 885,32 manat dəbbə pulu üzrə borcu müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2-2(81)-640/2016 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2-2(81)- 640/2016 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı-nin xeyrinə Cavabdeh-dən 24.406,95 (iyirmi dörd min dörd yüz altı manat doxsan beş qəpik) manat əsas borc, 1433.23 (min dörd yüz otuz üç manat iyirmi üç qəpik) manat faiz borcu və 885,32 (səkkiz yüz səksən beş manat otuz iki qəpik) manat hesablanmış dəbbə pulu, ümumilikdə 26.725,50 (iyirmi altı min yeddi yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh-dən ekspertiza xərcinin əvəzi olaraq 145 (yüz qırx beş ) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar