Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-10/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X7, Nümayəndə1, X8 və cavabdeh "xxxx" LTD Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC, "xxxx" LTD Şirkəti, "xxxx" Azərbaycan-Rusiya MMM və Cavabdeh4 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-32/2015 saylı qətnaməsindən cavabdehlər "xxxx" MMC, "xxxx" şirkəti və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə "xxxx" Azərbaycan-Rusiya MMM arasında 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC ilə "xxxx" Azərbaycan-Rusiya MMM arasında 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 manat məbləğində kredit verilmişdir.
3. Həmçinin "xxxx" ASC ilə "xxxx" şirkəti arasında 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Şirkətə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 500.000 manat məbləğində kredit verilmişdir.
4. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh4 arasında 2009-cu il 10 dekabr tarixli ZM/M/008/2009 saylı, 2010-cu il 14 may tarixli ZM/M/003/2010 saylı və 2012-ci il 3 oktyabr tarixli ZM035/2012 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin Cavabdeh4 borclular "xxxx" şirkəti və "xxxx" Azərbaycan-Rusiya MMM-in bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onlarla birgə məsuliyyət daşımışdır.
5. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq ASC ilə "xxxx" ASC arasında 2009-cu il 24 dekabr tarixli AK/M/039/2009 saylı ipoteka müqaviləsi və 2010-cu il 14 may tarixli razılaşma, habelə, 2011-ci il 14 iyun tarixli AK145/2011 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilələrə əsasən "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi ASC-in xeyrinə ipoteka ilə yüklü olunmuşdur.
a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC, "xxxx" şirkəti, "xxxx" Azərbaycan- Rusiya MMM və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Azərbaycan-Rusiya MMM-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 10 dekabr 2009-cu il tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401999,51 manat, faiz borcu üzrə 47526,59 manat, cərimə borcu üzrə 1377043,3 manat və 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982572,02 manat, faiz borcu üzrə 100498,78 manat, cərimə borcu üzrə 2404746,11 manatın tutulması, "xxxx" şirkətindən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 104417,60 manat, cərimə borcu üzrə 591399,63 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, "xxxx" Azərbaycan-Rusiya MMM ilə bağlanmış 10 dekabr 2009-cu il tarixli AK/M/038/2009 saylı və 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı, "xxxx" şirkəti ilə bağlanmış 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, tələbin cavabdeh "xxxx" ASC-yə məxsus olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər "xxxx" MMM və "xxxx" şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda hər üç kreditin ödənişlərində gecikmələr var. Cavabdeh kredit alanlar ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmirlər. Bununla əlaqədar olaraq tərəflərindən cavabdehlərə xəbərdarlıqlar olunmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Müqavilələr üzrə hazırkı tarixə olan borc aşağıdakı kimidir: 2009-cu il 10 dekabr tarixli, AK/M/038/2009 saylı müqaviləyə əsasən əsas borc 401.999.51 manat, faiz borcu üzrə 15.293.59 manat, cərimə borcu üzrə 250.000 manat; 2010-cu il 14 may tarixli, AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc 982.572.02 manat, faiz borcu üzrə 17.143.40 manat, cərimə borcu üzrə 250.000 manat; 2011-ci il 14 iyun tarixli, AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 62.000.52 manat, cərimə borcu üzrə 623.66 manat. Cavabdehlərlə aralarında imzalanmış “Kredit müqavilələri”nə əsasən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər kredit alan tərəfindən iki aydan artıq gecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İpoteka qoyanla aralarında bağlanmış ipoteka müqavilələrinə görə ipoteka ilə təmin edilən öhdəlik “Kredit alan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır və bank ipoteka qoyulan əmlak hesabına borcun faktiki ödənilməsi müddəti üçün müəyyənləşdirilmiş bütün tələblərini, o cümlədən faizlərini, borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən MMM-dən və Cavabdeh4 müştərək qaydada xeyrlərinə 2009-cu il 10 dekabr tarixli, AK/M/038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999.51 manat, faiz borcu üzrə 15.293.59 manat, cərimə borcu üzrə 250.000 manat; 2010-cu il 14 may tarixli, AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572.02 manat, faiz borcu üzrə 17.143.40 manat, cərimə borcu üzrə 250.000 manat; 2011-ci il 14 iyun tarixli, AK 141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 62.000,52 manat, cərimə borcu üzrə 623.66 manat və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tələbin Camaşırxanaya məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər MMM-in və Şirkətin iddiaçıya olan borcunun ödənilməsi; satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbini faiz və cərimə borcu hissəsində artıraraq, 2009-cu il 10 dekabr tarixli, AK/M/038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, cərimə borcu üzrə 1.377.043,3 manat, 2010-cu il 14 may tarixli, AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, cərimə borcu üzrə 2.404.746,11 manat, "xxxx" şirkətindən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2011-ci il 14 iyun tarixli, AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, cərimə borcu üzrə 591.399,63 manat və iddia tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh "xxxx" ASC-yə məxsus olan ünvan 3 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər "xxxx" Azərbaycan-Rusiya MMM və "xxxx" şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2015-ci il tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMM-dən və Cavabdeh4 müştərək qaydada 2009-cu il 10 dekabr tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401999,51 manat, faiz borcu üzrə 47526,59 manat, 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982572,02 manat, faiz borcu üzrə 100498,78 manat, "xxxx" Şirkətindən və Cavabdeh4 müştərək qaydada 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 104417,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, "xxxx" MMM ilə bağlanmış 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı və 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı, "xxxx" şirkəti ilə bağlanmış 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin "xxxx" ASC-yə məxsus olan ünvan 4 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər "xxxx" MMM və "xxxx" şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddia tələbində göstərilən əsas borclar və ona hesablanmış bankın gəlir faziləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf müqavilə öhdəliklərinə əməl etməmiş və qaytarılması nəzərdə tutulan məbləğləri vaxtı çatanadək qaytara bilməmişdir. İddia tələbində göstərilən penya məbləğləri (1.377.043,3 manat + 2.404.746,11 manat + 591.399,63 manat – cəmi 4.373.188,7 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 445.5 və 462.2-ci maddələrinə əsasən tələb oluna bilməz. İddiaçı tərəf borclunun icranı gecikdirməkdə təqsirli olmasını işin materialları ilə sübut edə bilməmişdir. Borclu öhdəliyin icra olunmamasında təqsirli deyilsə, yəni məsuliyyət daşımırsa kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşin materialları ilə həmçinin sübut olunur ki, iddiaçı lazımi anda cavabdehə ödəyəcəyi pulları vaxtında ödəmədiyindən, yəni onun ödənilməsini gecikdirdiyindən cavabdeh lazımi malları satışın pik vaxtında bazara çıxara bilmədiyindən xeyli ziyan çəkməli olmuşdur ki, bu da kreditin vaxtında qaytarılmasına maneəçilik törətmişdir, yəni öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Məhkəmə bu məsələləri dərindən araşdırmır o səbəbdən ki, cavabdeh iddiaçıya qarşı ziyan tələbinə dair iddia qaldırmamışdır, lakin bu səbəb əsas verir ki, cavabdeh kreditin vaxtında qaytarılmasında təqsirli hesab olunmasın.
11. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 445.5, 448.1, 458.1, 458.2 və 462.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 78.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdehlər "xxxx" MMC, "xxxx" şirkəti və Cavabdeh4 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən yəni, iddia tələblərinin qismən təmin edilmiş hissəsində, ləğv edilməsi və təmin edilmiş hissədə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2-2(103)-08/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 5 may tarixli, 2-2(103)-251/16 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin vəsatəti əsasında cavabdehlər tərəfindən hesabdan çıxarış və digər maliyyə sənədləri ilə yanaşı daha əvvəl ümumiyyətlə məhkəməyə təqdim edilməmiş 10 ədəd ödəniş qəbzinin kserosurətləri təqdim olunmuşdur.
15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2016-cı il 11 noyabr tarixli 10831 saylı ekspert rəyi verilmişdir (cild 4, i/v 186). Həmin rəydə göstərilmişdir ki, təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, 10 dekabr 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2013-cü il tarixə "xxxx" MMM-in "xxxx" ASC-yə olan borcu 13953,43 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 13953,43 manat. "xxxx" MMM tərəfindən "xxxx" ASC-yə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ümumilikdə 10308 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda "xxxx" MMM-in "xxxx" ASC-yə olan borcu 3645,43 (13953,43 - 10308,0) manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 3645,43 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2012-ci il tarixə "xxxx" MMM-nin "xxxx" ASCyə olan borcu 6438,21 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat; faiz borcu 6438,21 manat. "xxxx" MMM tərəfindən "xxxx" ASC-yə xx.xx.2012cü il tarixdən xx.xx.2015-cı il tarixədək ümumilikdə 79159,21 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda "xxxx" MMM-in "xxxx" ASC-yə 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə 72721,00 (79159,21- 6438,21) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edildi. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödəniş qəbzləri hesabdan çıxarış məlumatları, 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2011-ci il tarixə “Azər-Aqro LTEF şirkətinin "xxxx" ASC-yə olan borcu 505083,13 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 500000 manat; faiz borcu 5083,13 manat; Yuxarıda qeyd olunanlardan başqa qeyd olunur ki, məhkəmənin 24 oktyabr 2016-cı il tarixli məktubu ilə təqdim olunmuş ödəniş qəbzləri məlumatlarından göründüyü kimi "xxxx" şirkəti tərəfindən "xxxx" ASC-yə xx.xx.2013-cü il tarixdə 52916,67 manat, xx.xx.2013-cü il tarixdə 13889 manat, xx.xx.2012-ci il tarixdə 500000 manat xx.xx.2015-ci il tarixdə 49583,34 manat, xx.xx.2015ci il tarixdə 13885 manat olmaqla ümumilikdə 630274,0 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan ödənişlər nəzərə alındıqda "xxxx" şirkətinin "xxxx" ASC-yə 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə 125190,87 (630274- 505083,13) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edildi.
16. Ekspert rəyi məhkəmə kollegiyasının iclasında tədqiq edilərkən, iddiaçı bank tərəfindən ekspert tədqiqatı zamanı ödəniş kimi nəzərə alınan 10 ədəd ödəniş qəbzinin həqiqiliyi mübahisələndirilmişdir.
17. Cavabdehlər tərəfindən məhkəmə kollegiyasına bank hesablarından çıxarışlar və ödəmə qəbzləri təqdim edilməsi və onlarda olan göstəricilərin tərəflərin qarşılıqlı münasibətlərində mübahisələrin yaranmasına gətirib çıxarması Maliyyə Bazarlarına Nəzarət Palatasından mütəxəssis cəlb olunmaqla, iş üzrə yenidən məhkəmə ekspertizası keçirilməsini zəruri etmiş və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli, 2-2(103)-251/16 saylı yeni qərardadı ilə (sonradan isə əlavə materialların təqdim edilməsi ilə bağlı 2017-ci il 21 aprel tarixli) iş üzrə əlavə-komisyon, kompleks məhkəmə mühasibatlıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin olunmuşdur.
18. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2017-ci il 15 fevral tarixli 197/474 saylı və 2017-ci il 21 iyun tarixli 11774 saylı sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd (165,49 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 4.166,67 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 401.999,51 manat məbləğə dair 1113 №-li xx.xx.2013-cü il tarixli, 998.374,99 manat məbləğə dair 437 №-li xx.xx.2012-ci il tarixli, 4.000 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 52.916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500.000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13.889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49.583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli) ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur.
19. Göründüyü kimi, cavabdeh tərəfindən sonradan təqdim edilən 10 ədəd qəbzin müxtəlif üsul və vasitələrin köməyi ilə yaradılan saxta qəbzlər olması ekspert rəyi ilə təsdiq olunmuşdur.
20. Məhkəmə kollegiyası tərəfindən 2016-cı il 23 dekabr tarixli qərardadla əlavə komisyon, kompleks məhkəmə ekspertizası təyin edilmiş və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2017-ci il 19 iyul tarixli rəy məhkəməyə təqdim edilmişdir (cild 7, i/v 121- 129).
21. Həmin rəyə əsasən (6-cı sual üzrə) ödənişlər hesablardan çıxarışlarda və kassa kitabında mövcud deyil. (12-ci sual üzrə) iş materiallarına əlavə edilmiş 10 ədəd qəbzlərdəki qeyd olunan ödənişlər cari hesab çıxarışlarında və ya kassa sənədlərində öz əksini tapmamışdır. 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borcvalanın 2015ci il 13 aprel tarixinə olan əsas borcu 423.480,27 manat, faiz borcu 34.125,82 manat; 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 985.523,71 manat, faiz borcu 97.772,67 manat; 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 500.000 manat, faiz borcu 104.408,44 manat təşkil edir.
22. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2017-ci il 15 avqust tarixli 198 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, (5-ci sual üzrə) iş materiallarına əlavə olunan 10 ədəd qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim olunmadığından ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisim qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Həmin ödəmələr ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapmışdır. (6-cı sual üzrə) 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 155.796,93 manat, faiz borcu 129,81 manat; 2010-cu 14 may tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 0,0 manat, faiz borcu 0,0 manat; 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə borc alanın 2015-ci il 13 aprel tarixinə olan əsas borcu 500.000 manat, faiz borcu 104.408,44 manat təşkil edir.
23. Məhkəmə kollegiyası vurğulamışdır ki, mübahisəli ödəmə qəbzlərinin mötəbər sübut kimi qəbul edilməsi istisna olunsa da, məhkəmə ekspertizasının - bank çıxarışlarına, o cümlədən, cari, ssuda, faiz və cərimə hesablarından çıxarışlar - müştərilərlə bağlanmış kredit müqavilələri üzrə kredit verilməsini, ödənilməsini, faizin, cərimənin hesablanmasını və silinməsini əks etdirən gücə malik bankdaxili ilkin mühasibat sənədlərinə əsasən cavabdehlərin mübahisələndirilən üç kredit müqaviləsi üzrə iddiaçı banka borclarının müəyyən olunmadığını əks etdirən nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə araşdırması zamanı iş materialları və həmin materiallar əsasında aparılan məhkəmə ekspertizasının nəticələri ilə mübahisələndirilən üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçı banka qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edildiyi sübuta yetirilir. Belə olan halda isə Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələrinin tələblərindən görünür ki, kreditorun xeyrinə icra nəticəsində öhdəliyə xitam verilir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan faktiki hallar araşdırılmamış, işin həqiqi halları müəyyən edilməmiş, bankın iddiasında cavabdehlərdən tutulması tələb olunan əsas və faiz borclarının həqiqətən mövcud olub-olmadığı hərtərəfli tədqiq olunmamış, sübuta yetirilmədən həmin məbləğlərin cavabdehlərdən bankın xeyrinə tutulması qənaətinə gəlinmiş, bununla da qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
24. İddiaçı "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018ci il 28 fevral tarixli, 2-2(102)-63/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli, 2-2(103)-08/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi istinad olunan ekspert rəyində ümumi şəkildə saxta qəbzlərdəki məbləğlərin hesabdan çıxarışlarda ödəniş kimi öz əksini tapması göstərilmişdir. Lakin məhz hansı qəbzlərdəki, hansı məbləğlərin və nə vaxt ödənilməsi göstərilməmiş, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara (cildin və iş vərəqinin nömrəsi göstərilməklə) konkret istinad edilməmişdir. Belə ki, ekspert qarşısına qoyulan suallarla bağlı bildirmişdir ki, qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən onların ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisminin qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə, qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Rəydə ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmiş, bundan əlavə, ödənişi öz əksini tapmayan qəbzlərlə bağlı da konkret heç bir məlumat qeyd edilməmişdir. Ekspert ödəmələrin ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapdığını qeyd etsə də, həmin hissədə hansı qəbzlərdəki ödəmələrin çıxarışda öz əksini tapdığı, həmin məbləğlərin nə vaxt ödənilməsi suallarına aydınlıq gətirilməmişdir. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş mütəxəssis rəyi də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin rəydə birmənalı olaraq göstərilir ki, mübahisələndirilən on ədəd qəbzdəki ödənişlər bank hesabından çıxarışlarda öz əksini tapmamışdır. Sadalanan xüsusatlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən ziddiyyətli məqamları aydınlaşdırmamış, ekspertin ümumi olaraq yazdıqlarını mötəbər sübut olaraq qəbul etmiş və iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" ASC, "xxxx" LTD Şirkəti, "xxxx" Azərbaycan-Rusiya MMM və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)- 32/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC, "xxxx" LTD Şirkəti, "xxxx" Azərbaycan-Rusiya MMM və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası təmin olunmamışdır.
28. Məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspetizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Qərardadda cavabdeh tərəfindən ekspert qarşısında qoyulması üçün təqdim etdiyi suallar, məhkəmə kollegiyasının müəyyən etdiyi suallardan ayrılıqda qoyulmuş, eləcə də iddiaçı tərəfin vəsatəti nəzərə alınaraq, işin materiallarında olan bank əməliyyatlarına dair çıxarışlar şərti olaraq iki hissəyə-birinci dəfə apellyasiya qaydasında baxılanadək işdə olan və işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının məhkəməyə ünvanladığı 2018-ci il 28 sentyabr tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair çıxarışlar fərqləndirilmiş və suallar həmin sənədlərə münasibətdə ayrılıqda qoyulmuşdur.
29. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin ayrı tərtib etdiyi rəy, 2019-cu il 7 mart tarixli, ********** saylı müşayət məktubu ilə həm məhkəməyə, həm də Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir.
30. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 401999,51 manat, faiz borcu 48799,59 manat təşkil edir. Bununla belə, iş materiallarında "xxxx" MMM-nin **********0003 saylı cari hesabı üzrə xx.xx.2013-cü il tarixli 401999,51 manat məbləğli imzasız üstündə bankın ştampı olan 1 günlük bank çıxarışının kserosurəti aşkar edilmişdir. Həmin çıxarışda 401999,51 manat məbləğdə vəsait “AK/M/038/2009 əsas borcun silinməsi 401999,51 AZN” təyinatı ilə Debet **********0003 Kredit **********0003 yazılışlı mühasibat müxabirləşməsinin verilməsi qeyd olunmuşdur. Lakin, bu əməliyyat müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarında öz əksini tapmır. 1 günlük təqdim olunan bu çıxarışda qeyd olunan əməliyyat mübahisələndirilən 1113 saylı xx.xx.2013-cü il tarixli 401999,51 manat məbləğli ödəniş qəbzinin tarixi ilə eynidir. Aşkar olunmuş kserosurətli cari hesabın çıxarışında 401999,51 manat məbləğdə borcalanın hesabından kreditin silinməsi qeyd olunsa da, mübahisələndirilən 401999,51 manat məbləğdə vəsaitin borcalanın hesabına nağd mədaxil olunması görsənmir. xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 982572,02 manat, faiz borcu 103610,27 manat təşkil edir. Bununla belə, iş materiallarında "xxxx" MMM-nin **********0003 saylı cari hesabı üzrə xx.xx.2012-ci il tarixli 998374,99 manat məbləğli imzasız üstündə bankın ştampı olan 1 günlük bank çıxarışının kserosurəti aşkar edilmişdir. Həmin çıxarışda 998374,99 manat məbləğdə vəsait ‘'AK/M/020/2010 əsas borcun silinməsi 998374.99 AZN” təyinatı ilə Debet **********0003 Kredit **********0003 yazılışlı mühasibat müxabirləşməsinin verilməsi qeyd olunmuşdur. Lakin, bu əməliyyat müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarında öz əksini tapmır. 1 günlük təqdim olunan bu çıxarışda qeyd olunan əməliyyat mübahisələndirilən 437 saylı xx.xx.2012-ci il tarixli 998374,99 manat məbləğli ödəniş qəbzinin tarixi ilə eynidir. Aşkar olunmuş kserosurətli cari hesabın çıxarışında 998374,99 manat məbləğdə borcalanın hesabından kreditin silinməsi qeyd olunsa da, çıxarışda mübahisələndirilən 998374,99 manat məbləğdə vəsaitin borcalanın hesabına nağd mədaxil olunması görsənmir. xx.xx.2011-ci il tarixli AK/141/2011 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 500000 manat, faiz borcu 106000,93 manat təşkil edir.
31. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin həmin rəyi də nəzərə alınmaqla (ekspert rəyinin 4-cü səhifəsi), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadının icrası qaydasında 2019-cu il 7 iyun tarixli, 29584 saylı ekspert rəyi verilmişdir.
32. Həmin rəydə göstərilmişdir ki, ekspert tədqiqatı birinci instansiya məhkəməsinə olan işin materiallarına əsasən aparıldıqda 10 dekabr 2009-cu il tarixli AK/M038/2009 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 27 noyabr 2013-cü il tarixinə əsas və cərimə borcu 0,00 manat, faiz borcu 842,63 manat, kredit müqaviləsinin müddətinin başa çatdığı 16 dekabr 2014-cü il tarixinə əsas borc 361129,0 manat, faiz borcu 21783,95 manat, cərimə borcu 0,00 manat təşkil edir. İş üzrə birinci dəfə apellyasiya qaydasında baxılanadək işin materiallarında olan sənədlərə əsasən aparıldıqda 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 27 noyabr 2013-cü il tarixə əsas borc 484016,74 manat, faiz borcu 16229,93 manat, cərimə borcu 0,00 manat; kredit müqaviləsinin müddətinin başa çatdığı 14 may 2015-ci il tarixə əsas borc 984012,74 manat, faiz borcu 102659,05 manat, cərimə borcu 0,00 manat; 14 iyul 2011-ci il tarixli AK141/2011 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı 27 noyabr 2013-cü il tarixə artıq ödəniş 175867,50 manat, kredit müqaviləsinin bitdiyi 16 iyun 2016-cı il tarixə əsas borc 254094,61 manat, faiz borcu 39511,71 manat, cərimə borcu üzrə 0,00 manat müəyyən edilmişdir. İddiaçının məhkəməyə ünvanlandığı 28 sentyabr 2018-ci il tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair hesabdan çıxarışlar nəzərə alınmaqla tərəflər arasında 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 27 noyabr 2013-cü il tarixə 40689,95 manat artıq ödənişi və 16 dekabr 2014-cü il tarixə 42559,95 manat artıq ödənişi, 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə borcalanın 27 noyabr 2013-cü il və 14 may 2015-ci il tarixlərə 68560,87 manat artıq ödənişi, 14 iyun 2011-ci il tarixli Ak/141/2011 saylı müqavilə üzrə borcalanın 27 noyabr 2013-cü il tarixinə 175867,50 manat artıq ödənişi, 16 iyun 2016-cı il tarixə əsas borcu 254094,61 manat, faiz borcu 39511,71 manat müəyyən edilir. Mübahisələndirilən 10 ədəd qəbzlər (4000 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 165,49 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 4166,67 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 401999,51 manat məbləğə dair 1113 №-li xx.xx.2013-cü il tarixli, 998374,99 manat məbləğə dair 437 №-li xx.xx.2012-ci il tarixli, 52916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli) ödəmə qəbzləri nəzərə alınmaqla (mübahisələndirilən qəbzlərin hər biri təyinatına görə qeyd olunan müqavilə üzrə) tərəflər arasında 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın 27 noyabr 2013-cü il tarixə 40689,95 manat artıq ödənişi və 16 dekabr 2014-cü il tarixə 42559,95 manat artıq ödənişi, 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə 27 noyabr 2013-cü il və 14 may 2015-ci il tarixlərə 77014,67 manat artıq ödənişi, 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı müqavilə üzrə 27 noyabr 2013-cü il tarixə 322416,03 manat məbləğində artıq ödənişi, 16 iyun 2016-cı il tarixə isə 385884,37 manat məbləğində artıq ödənişi müəyyən olunur. İş materiallarına əlavə edilən həmin 10 ədəd qəbzdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən ödəmə kimi öz əskini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qism qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan, məhkəmə tərəfindən təqdim edilən hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının şərhinin tətbiqi o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu həmin müqavilələr üzrə müddətlərin bitdiyi tarixlə məhdudlaşdırılmalıdır. İlk növbədə cavabdehlərin 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı və 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı müqavilələr üzrə müqavilənin müddətinin bitdiyi tarixə cəmi 111.120,82 manat artıq ödənişinin mövcudluğu nəzərə alınmalı, borc məbləği həmin miqdarda azaldılmalıdır. İşin materiallarında olan hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2015-ci il 11 noyabr tarixində 100.256,78 manat ödəniş aparılmış, həmin ödəniş AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş faiz borcları hesabına köçürülmüşdür. Halbuki, AK/M/020/2010 saylı kredit müqaviləsinin müddətinin bitdiyi 2015-ci il 14 may tarixinə 68.560,87 manat artıq ödənişi mövcud olmuşdur. İşdə olan bank əməliyyatlarına dair çıxarışlardan aydın olur ki, 2015-ci il 17 avqust tarixində 5.533 manat, 8.308 manat məbləğində (13.841 manat) ödənişlər AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə ödənişlərə yönəldilmişdi. 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı müqavilə üzrə müqavilənin müddətinin bitdiyi 2014cü il 16 dekabr tarixinə 42.559,95 manat artıq ödənişi olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddətləri bitdikdən sonra aparılmış ödənişlərin, həmin müqavilələr üzrə artıq ödəniş olduğu halda, borca silinməsi düzgün olmamışdır. Həmçinin hazırki iş üzrə ekspertiza tədqiqatı, məhkəmənin ekspertiza qarşısında qoyulmuş suallara müvafiq olaraq, hər üç müqavilə üzrə müqavilələrin müddətlərinin bitdiyi tarixədək aparılmış, həmin vaxtadək aparılmış ödənişlər nəzərə alınmışdır. Buna görə də, 2011-ci il 14 iyun tarixli AK/141/2011 saylı müqavilənin müddətinin bitdiyi 2016-cı il 16 iyun tarixindən sonra, borc alan tərəfindən 2016-cı il 18 iyul tarixində həmin müqavilə üzrə aparılmış 54.834,26 manat məbləğində ödəniş nəzərə alınmamış və həmin müqavilə üzrə borcdan çıxılmamışdır. İş üzrə ekspert rəyində göstərilmiş, 2011-ci il 14 iyun tarixli AK/141/2011 saylı kredit müqaviləsi üzrə cədvəl məlumatından (rəy 23/52-ci vərəq) aydın olur ki, həmin müqavilə üzrə borcun mövcud olub-olmaması ilə bağlı tədqiqat zamanı borc alanın hazırki iddianın qaldırıldığı tarixədək 2013-cü il 27 noyabr tarixinədək faiz məbləği üzrə ödənişləri nəzərə alınmış, hesablanmışdır. İşdə olan bank əməliyyatlarına dair çıxarışdan aydın olur ki, borc alan tərəfindən 2013-cü il 27 noyabr tarixindən sonra da, 2015-ci il 11 noyabr tarixində AK/141/2011 saylı kredit müqaviləsi üzrə 49.583,34 manat miqdarında ödəniş aparılmış, lakin həmin ödəniş borcun hesablanması zamanı nəzərə alınmamışdır. Beləliklə, borc alan tərəfindən iki kredit müqaviləsi üzrə (AK/M/038/2009 və AK/M/020/2010 saylı) müqavilələrin müddətinin bitdiyi tarixə mövcud artıq ödənişləri və ekspertiza tədqiqatı zamanı qoyulmuş suallara müvafiq olaraq tədqiqat aparılmayan dövrlər üzrə (müqavilə müddəti bitdikdən sonrakı ödənişləri) ödənişləri nəzərə alaraq belə qənaətə gəlinir ki, borc alanın 2011-ci il 14 iyun tarixli AK/141/2011 saylı müqavilənin müddətinin bitdiyi 2016-cı il 16 iyun tarixinə iddiaçıya borcu qalmamışdır.
34. Məhkəmə kollegiyası daha sonra vurğulamışdır ki, Azərbaycan Respublikası Mərkəzi X9 2001-ci il 3 aprel tarixli qərarı (protokol № 13, D/Reyestri № 12) ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsinin prosedur və uçotu haqqında Təlimat” ilə müəyyən edilmişdir ki, bu Qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir bank tərəfindən kreditlərin verilməsi üçün daxili qaydalar işlənib hazırlanmalı və bankın Müşahidə şurası tərəfindən təsdiq olunmalıdır. Qaydalarda kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçilməsi üçün hallar və səbəblər müəyyənləşdirilməli, habelə bu qərarlar barədə hesabatların İdarə Heyətinin və Müşahidə Şurasının müzakirəsinə verilməsi tələbləri müəyyən olunmalıdır. Qaydalarda borcun tutulmasının icrası, sonrakı ardıcıl və daha ciddi tədbirlərin görülməsi üzrə tələblər nəzərdə tutulmalıdır. Lakin iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə müəyyən edilən hallardan göründüyü kimi, bank tərəfindən sözügedən prosedur qaydalara riayət olunmamış, həmin qaydalardan kənar, əsası bilinməyən əməliyyatlar aparılmışdır. Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələrinin tələblərinə əsasən kreditorun xeyrinə icra nəticəsində öhdəliyə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə işin materiallarına, o cümlədən məhkəmə ekspertizasının nəticələrinə əsasən tərəflər arasında bağlanmış hər üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış öhdəliklərin yerinə yetirildiyi, kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçıya qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edildiyi sübuta yetirilir, lakin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, işin həqiqi halları müəyyən edilməmiş, bankın iddiasında cavabdehlərdən tutulması tələb olunan əsas və faiz borclarının həqiqətən mövcud olubolmadığı hərtərəfli tədqiq olunmamış, sübuta yetirilmədən həmin məğləğlərin cavabdehlərdən bankın xeyrinə tutulması qənaətinə gəlinmiş, bununla da qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
35. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” KM-in Qərarına və MPM-in 384.0.2, 385.1.1 və 385.1.2 istinad etməklə əsaslandırmışdır.
36. İddiaçı ASC-in kassasiya şikayəti 2019-cu il 11 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 24 iyul tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. ç) kassasiya instansiyası məhkəməsində ikinci icraat
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 fevral tarixli, 2-2(102)-15/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
38. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/19 saylı qətnaməsində gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyində təkrarən (əvvəlki rəydə olduğu kimi) ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əlavə-təkrar komisyon ekspertizanın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə keçirilməli olduğu qərarına gəlmişdirsə, deməli, Palatanın mütəxəssisinin rəyini də yuxarıda qeyd edilən (ekspertiza tədqiqatına və rəyinə dair) normaların tələblərinə uyğun olaraq (digər sübutlarla birgə) tədqiq etməli və qiymətləndirməli idi. Palatanın təqdim etdiyi rəydən aşkar görünür ki, Palatanın mütəxəssisi ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı tədqiqat üzrə fərqli nəticələrə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi isə borcun tam ödənilməsinin təsdiqi kimi yalnız Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsaslanmışdır. Belə olan halda, məhkəmə Palatanın ekspertiza tədqiqatında iştirak edən mütəxəssisinin rəyi (gəldiyi nəticə) ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməli, onları əsaslandırmalı idi. Hazırkı halda bu, baş verməmişdir. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Palatanın rəyində qeyd edilən məlumatlara istinad etməyə zərurət olmadığı nəticəsinə gəlmişdir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, ekspert rəyinə görə, 2019-cu il 27 mart tarixində məhkəmə tərəfindən ekspertizaya 225 ədəd əlavə ödəniş qəbzləri göndərilmişdir. Həmin ödəniş qəbzlərinin tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə olunmadığı və onların X2 Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyindən sonra təqdim edildiyi, buradan, həmin sənədlərin Palatanın mütəxəssisi tərəfindən tədqiq olunmadığı nəzərə alındıqda, həmin sənədlərə münasibətdə ekspertiza tədqiqatının Palatanın mütəxəssisinin iştirakı olmadan keçirildiyi, ekspertizanın təyin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadının həmin hissədə icra olunmadığı aşkardır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2018-ci il 28 fevral tarixli, 2-2(102)-63/18 saylı qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin 2018-ci il 24 sentyabr tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyində, eləcə də həmin rəylə Palatanın rəyi arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır.
39. Məhkəmə bu qənaətini MPM-in 88, 101.3, 103.1. 103.2, 217.1, 217.3, 365, 420ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” KMP-in 2012-ci 28 fevral tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
d) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC, "xxxx" şirkəti və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 iyun 2015-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı apellyasiya baxışı zamanı iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün həm Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi N.Yusifov, həm də Məhkəmə Ekspertizası Mərkəzinin eksperti M.Allahverdiyev izahatlarının alınması üçün məhkəmə iclaslarına dəvət olunmuşlar. Mütəxəssis N.Yusifov öz izahatında bildirmişdir ki, təqdim olunan çıxarışlarda aparılmış gündəlik bank əməliyyatları giriş və çıxış qalıq məbləğləri üzrə çap olunmamış, bir neçə vərəqdə tərtib edilmiş çıxarışların hər bir vərəqi bankın əməliyyatçısının ştampı və imzası ilə təsdiq edilməmişdir. Digər tərəfdən çoxlu sayda gündəlik çap olunmuş bank çıxarışlarının fərqli kserosurətlərinin aşkar edilməsi, mübahisələndirilən ödəniş qəbzlərinin kserosurətlərinin reallığını təsdiq edən sənədlərin mövcud olmaması, balansdankənar hesablar üzrə çıxarışların işin materiallarında aşkar olunmaması və sair digər hallar nəzərə alınmaqla qərardadda cavablandırılması tələb olunan sualların tam və obyektiv araşdırılması məqsədilə yalnız işin materiallarında olan sənədlər əsasında müvafiq rəy bildirilməsi məqsədəuyğun hesab olunmamış, iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətli ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi əsas götürülməsi məqbul hesab olunmamışdır. Göründüyü kimi ekspert rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş 10 ədəd qəbzin və bir günlük hesabdan çıxarışların kserosurətlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin qəbz və çıxarışların kserosurətləri ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı həmin sübutların həqiqiliyini mübahisələndirmiş, cavabdehlər isə həmin sənədlərin əslini təqdim etməmişlər, hətta həmin qəbzlərin əsli təqdim edilsəydi belə bu mötəbər sübut kimi qəbul oluna bilməzdi. Belə ki, hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur. MPM-in 103.1-ci maddəsində də təsbit olunmuşdur ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda kollegiya hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 2019-cu il 7 mart tarixli mütəxəssis rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin mütəxəssis rəyində saxtalaşdırıldığı iş üzrə verilmiş ekspert rəyləri ilə təsdiq olunmuş 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş və bank qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmamış kserosurət olan hesabdan çıxarışlara deyil, əsilləri iş materiallarında olan və bank qanunvericiliyinə əsasən mötəbərliyi və həqiqiliyi tam təsdiq olunan hesabdan çıxarışlara istinad olunmuş və müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borc məbləğləri (cərimə borcu apellyasiya baxışının predmetinə aid deyildir) iddiaçı tərəfindən tutulması tələb olunan əsas və faiz borc məbləğlərindən də artıqdır.
42. Daha sonra məhkəmə kollegiyası vurğulamışdır ki, həmçinin, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində Mülki Məcəllənin 470.1 və 472-ci maddələrindən fərqli müddəalar müəyyən olunmadığından iddiaçı qarşısında zamin olan Cavabdeh4 borclu olan cavabdehlər Şirkət və MMM ilə birgə məsuliyyət daşıyır. İddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən həmin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilərək, açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf borcun şişirdilməsinə istinad etsə də, borcun tam olaraq ödənildiyini bildirməmiş, əksinə apellyasiya şikayətində kredit müqavilələri üzrə cəmi 1.427.246 manat əsas və 22.678 manat məbləğində faiz borcunun mövcud olduğunu etiraf etmişdir. Sonradan apellyasiya icraatında cavabdehlərin öz mövqelərini dəyişməsi və yeni faktlara istinad etməsi isə MPM-in 372.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəfin bununla bağlı gətirdiyi dəlillər, yəni ödəniş sənədlərinin sayının çox olması və borcun tam ödənilməsi barədə sənədlərin sonradan aşkar olunması barədə dəlillər isə inandırıcı və ağlabatan hesab edilə bilməz. Həmçinin cavabdehlərin sonradan təqdim etdiyi qəbzlərin kserosurətlərində göstərilən ödənişlər kifayət qədər böyük məbləğləri əhatə etməklə (998.374 manat, 401.999 manat və s.) yanaşı həmin ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə deyil, məhz nağd qaydada həyata keçirilməsi də ağlabatan və inandırıcı deyildir. Çünki kredit müqavilələri üzrə hər iki tərəf, yəni həm borc alanlar, həm də borc verən hüquqi şəxslərdir və bununla bağlı istər normativ-hüquqi aktlar, istərsə də işgüzar adətlərə əsasən kredit ödənişləri əksər halda nağdsız qaydada həyata keçirilir. Eyni zamanda həmin ödənişlərin nağd qaydada həyata keçirilməsi də istisna deyil, lakin bu hal pul vəsaitinin nağd qaydada kassadan çıxarılması ilə bağlı sənədlərlə təsdiq olunmalıdır. Bundan başqa kollegiya nəzərə alır ki, borc alanlar hüquqi şəxslərdir və digər hüquqi şəxslər kimi onların da ciddi maliyyə sənədləri vardır və hər il aidiyyatı qurumlar qarşısında maliyyə vəziyyəti haqqında, mənfəət və ya zərər haqqında, kapitalda dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatları təqdim edir, o cümlədən hər il dövlətə vergi ödəyirlər. Ona görə də, qeyd olunan məbləğlərdə pul vəsaitlərinin heç bir maliyyə sənədlərində əks olunmaması, həmçinin hüquqi şəxsin rəhbərliyi və mühasibat işçilərinin bu halları unutması faktiki cəhətdən qeyri-mümkündür. Cavabdeh4 məxsus 550.000 manat məbləğində depozitə hesablanan faizlərin kredit borcuna silinməməsi barədə dəlillər də əsassızdır. Çünki iş materiallarında olan hesabdan çıxarışlara əsasən hər ay ödənilməli olan 7.791,67 manat əmanət üzrə hesablanmış faizlər AK/M/038/2009 və AK/M/020/2010 saylı müqavilələr üzrə faizlərə silinmiş, 2013-cü il 13 noyabr tarixində isə AK/M/038/2009 saylı müqavilə üzrə kredit 559.090,29 manat məbləğində əmanət hesabına ödənilmişdir. Bankın müxtəlif kodlardan istifadə edilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni açılan banklara, onların filiallarına və şöbələrinə identifikasiya məqsədilə 6 rəqəmli bank kodu verilir. Bu kodlar “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimatı”na əsasən aparılan əməliyyatlar zamanı yalnız bankların, onların filiallarının və şöbələrinin eyniləşdirilməsi üçün istifadə olunur. Hər hansı bir mühasibat müxabirləşmələrində iştirak etmir. Müştərinin adı və hesab nömrəsi düz göstərildiyi halda bu kod vasitəsilə pul vəsaitinin hər hansı digər hesaba yönəldilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.2-ci maddəsinin tələblərinə əsasən nağd pulun mədaxili həmin qaydaların əlavə 4-də nəzərdə tutulmuş elan əsasında həyata keçirilir. Həmin elanın rekvizitlərində hesab nömrəsi kimi yalnız müştərinin hesab nömrəsi göstərilmiş, bank kodu hesabının qeyd olunması nəzərdə tutulmamışdır.
43. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən heç bir əsas olmadan “gecikən ssuda” hesabının açılması və bununla bağlı digər dəlillər də əsassızdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyində göstərilmişdir ki, Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın tələblərinə əsasən vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirilmiş kreditlərdir. Müştəri faiz borclarını vaxtlı vaxtında ödəmədiyi və 30 gündən çox gecikdirdiyi halda kreditin məbləği və ya gecikən hissə vaxtı keçmiş kredit kimi tanınır və 19-cu hesabda uçota alınır. Gecikən borc ödənildikdən sonra kredit məbləği vaxtı keçmiş kredit hesabından yenidən ssuda hesabına qaytarılır. AK/M/038/2009, AK/M/020/2010 və AK/141/2011 saylı kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına möhlət müddəti 24 ay müəyyən edilsə də, müqavilələrin ödəniş cədvəllərinə əsasən kreditə hesablanmış faizlərin ödənilməsi cədvəllərdə göstərilmiş tarixlərdə aylıq nəzərdə tutulmuşdur. Faizlərin ödənilməsində müştəri tərəfindən müntəzəm olaraq gecikmələrə yol verildiyini və bununla da kreditlərin ödəniş şərtlərinin pozulması nəzərə alınmaqla bank tərəfindən “Vaxtı keçmiş kredit hesabına” köçürülmə, sonradan “Vaxtı keçmiş kredit hesabından qaytarılma”, “gecikən ssuda hesabından” “ssuda hesabına” köçürmələr, silinmələr, ödəmələr və sair təyinatlarla 1855, 1954, 3805, 2434, 6371 balansa hesablarında aparılmış əməliyyatlar Azərbaycan Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydaları”nın və “Kredit təşkilatları tərəfindən prudensial hesabatın tərtib və təqdim edilməsi haqqında Təlimatı”nın tələbləri çərçivəsində bankın balansında uçot xarakterli tənzimləmə müxabirləşmələridir. Belə əməliyyatların borcluya birbaşa aidiyyəti yoxdur.
44. Cavabdeh "xxxx" Şirkəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsindən kassasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
e) kassasiya instansiyası məhkəməsində üçüncü icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)- 151/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2- 2(103)-369/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi onu mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarında müəyyən edilmiş göstərişləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2019-cu il tarixli 29584 saylı ekspert rəyinin Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasının mütəxəssisinin rəyi ilə əlaqəli surətdə tədqiq edilib qiymətləndirilməsi, iş üzrə mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin (keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatası) mütəxəssisi və məhkəmə ekspertiza mərkəzinin ekspertinin izahatları alınmışdır.
47. Həmin iclasda ekspert verdiyi xx.xx.2019-cu il tarixli 29584 saylı rəyi təsdiqləyərək göstərmişdir ki, 998374 manata dair qəbz gündəlik cari hesabdan çıxarışda, xx.xx.2012-ci il tarixli 500000 manata dair nömrəsiz qəbz isə kserosurət hesabdan çıxarışda, 401999 manata dair qəbz gündəlik hesabdan çıxarışda öz əksini tapır. Həmin hesabdan çıxarışların saxta olub-olmamasını müəyyən etmək onun səlahiyyətlərinə aid deyil və bu halı o müəyyən edə bilməz. O, rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş bir günlük hesabdan çıxarışlara istinad etmişdir.
48. Azərbaycan Respublikası Mərkəzi Bankı kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin (keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası) mütəxəssisi isə bildirmişdir ki, sualların cavablandırılması zamanı işin materiallarında olan sənədlərlə yanaşı bankdan rəsmi təqdim olunan həmin bank çıxarışlarından istifadə olunmuş, iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətləri ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi məğbul hesab edilməmişdir.
49. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin təqdim etdiyi həmin qəbzlər və gündəlik çıxarışları də nəzərə alındığı Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2017-ci il tarixli 198 saylı və 07 iyun 2019-cu il tarixli 29584 saylı ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. (məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2-1(103)-08/17 nömrəli xüsusi qərardadına istinad edilməklə).
50. Beləliklə, həmin məhkəmə kollegiyası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 07 mart 2019-cu il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirmiş və bu zaman yuxarıda göstərilən ekspert rəyləri mötəbərlik kriteriyası baxımından qəbul olunmamışdır.
51. Bununla bağlı kassasiya kollegiyası vurğulayır ki, MPM-nin 63.4-cü maddəsinə əsasən ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə qanunvericiliyin tələbi vardır.
52. Bununla belə MPM-də mütəxəssis rəyi verilərkən belə iltizamın alınması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə yuxarıda verilmiş ekspert rəylərini məhz nə üçün mütəxəssis rəyi ilə müqayisədə mötəbər sübut kimi qəbul edilməməsi kifayət qədər əsaslandırılmamışdır.
53. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindədə göstərildiyi kimi kassasiya instansiyası məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2-2(102)-63/18 qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır.
54. Göründüyü kimi həmin ekspertiza ayrı-ayrılıqda deyil yalnız vahid ekspertiza rəyinin tərtib olunmasını (mütəxəssisin mövqeyidə nəzərə alınmaqla vahid ekspertiza rəyinin) ehtiva edir.
55. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, Maliyyə Bazarlarının Nəzarət Palatasının 07 mart 2019-cu il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə 07 iyun 2019-cu il tarixli ayrı-ayrı rəylər tərtib olunmuşdur. Mütəxəssis rəyi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hakimin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzləri tarixlərinə tələb etdiyi bütün bank hesablarının və sair sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən rəylər isə biri digəri ilə ziddiyyət təşkil etmişdir.
56. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi kompleks mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yarandığı halda bunu nəzərə almamışdır.
57. Bu vəziyyətdə isə məhkəmə tərəfindən yalnız yuxarıda göstərilən mütəxəssis rəyi məğbul hesab edilə bilməz. Belə ki, həmin rəy sonradan əldə olunmuş sənədlər əsasında ekspertiza mərkəzinin iştirakı olmadan bilavasitə mütəxəssisin özü tərəfindən tərtib olunmuş, bu isə öz növbəsində birtərəfli hüquqi mövqeyin formalaşmasının nəticələnməsinə gətirib çıxarmışdır.
58. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizasının (və ya auditin) təyin edilməsi tərəflərin çəkişmə prinsipinə uyğun olaraq, işin hərtərəfli, obyektiv, qərəzsiz baxılması və mahiyyəti üzrə ədalətli həll edilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
59. Bu həm də ondan irəli gəlir ki, iş materiallarında olan sənədlərə əsasən dəfələrlə təyin olunmuş ekspertizalar üzrə verilmiş rəylərlə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlər olmuş, hazırkı iş üzrə tərəflər əks mövqeni ümumiyyətlə qəbul etməyərək və bu ziddiyyətləri öz mənafelərinə uyğun dəyərləndirmişlər.
60. Belə olan təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, qərəzsizlik və obyektivlik prinsiplərinə uyğun olaraq təkrar ekspertizanın keçirilməsi və bu zaman tərəflərin fikri öyrənilməklə onları qane edən ekspertlərin (o cümlədən mütəxəssisin də iştirakının təmin olunması yolu ilə) vahid rəyi əsasında mübahisənin həlli ədalətli, qanuni və əsaslı məhkəmə aktının çıxarılmasına xidmət etmiş olardı.
61. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin onu vurğulayır ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
62. Azərbaycan Respublikasında “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin (https://www.ey.com/en_gl/locations) və “Grant Thornton” LTD (https://www.grantthornton.az/Contact/) xarici auditor şirkətlərinin filialları mövcuddur. Həmçinin “X10 Limited ((DTTL) (https://www2.deloitte.com/az/az.html))” və PricewaterhouseCoopers İnternational Limited (PwCİL) (https://www.pwc.com/az/en/about-us.html) audit şirkətləridə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərirlər.
63. Bu baxımdan hazırkı iş üzrə məhkəmə ekspertizası keçirilməsi zamanı tərəflərin razılığına və seçiminə əsasən audit rəyinin verilməsi ilə bağlı həmin şirkətlərdən birinin cəlb edilməsi məsələsi də müzakirə edilə bilər.
64. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin iştirakı ilə müzakirə olunmaqla və onların mövqeyi nəzərə alınmaqla ümumiyyətlə ekspertiza keçirilmədən auditor rəyinin alınması məqsədi ilə yuxarıda göstərilən şirkətlərin filiallarından birinə də həvalə edilə bilər.
65. Ekspertiza və ya audit keçirilməsi zamanı hazırkı iş üzrə hər üç müqavilə ilə bağlı (mübahisələndirilən ödəniş qəbzləri tarixləri də daxil olmaqla) gündəlik aparılmış kassa əməliyyatlarına, gündəlik giriş, çıxış hesab qalıqları əks olunmaqla, mədaxil-məxaric əməliyyatları üzrə bütün bank hesablarından rəsmi çıxarışlar 10 ədəd qəbzdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitablarının həmin dövrə aid olan bank əməliyyatlarının alt sistem çıxarışlarının da tədqiq olunması mübahisənin doğru həllinə zəmin yaratmış olar. (MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.)
66. O cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən MPM-nin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməsi öz əksini tapmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
67. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə sübutların əldə edilməsi, həqiqi halların aydınlaşdırılması, obyektiv nəticə üçün xüsusi biliyə malik mütəxəssis rəyinin vacibliyi aşkar olduğu halda, məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi ilə bağlı prosessual tələblərə riayət etməmiş, iş üçün əhəmiyyəti olan hallara hüquqi qiymət verməmişdir. Belə ki, kredit müqavilələrin və ödəmə qrafiklərinin məzmunundan bəlli olur ki, kredit 5 il müddətinə verilmiş və iddia verilən müddətdə kredit müqavilələri üzrə müqavilə müddətləri hələ bitməmişdir. Müddəti bitməmiş müqavilə üzrə qalmış müddətlər üçün faizlərin tələb edilməsi isə yolverilməzdir. İstinad edilən üç kredit müqaviləsinin və onlara əlavə olunan ödəniş cədvəllər üzrə tələb məbləği ilə cavabdehlər tərəfindən kreditin qaytarılması üzrə edilmiş ödənişləri qarşılıqlı üzləşdirdikdə, iş üzrə məhkəmənin son araşdırma başa çatan tarixə, aşkar şəkildə görünür ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" şirkəti arasında mövcud xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borcdan 25760 manat, 212579 manat hesablanmalı olan faiz borca qarşı 178475 manat ödəməklə, müqavilə üzrə əsas borc qalığı 974240 manat, faiz borcu isə 34104 manat, cəmi ******* manat, "xxxx" MMM arasında mövcud xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsinə əsasən ******* əsas borcdan 620894 (609472 + 11422) manat, 211353 manat hesablanmalı olan faiz borca qarşı 211402 manat silinməklə, müqavilə üzrə əsas borc qalığı 390573 manat (faiz borcuna 11426 manat artıq silinmişdir) təşkil edir. xx.xx.2011-ci il tarixli AK/141/2011 saylı kredit müqaviləsinə əsasən 500000 manat əsas borcdan ödəniş olmamış, 99984 manat hesablanmalı olan faiz borca qarşı da ödənişlər silinməmiş, müqavilə üzrə əsas borc qalığı 500000 manat, qrafik üzrə tam faiz borcu 99984 manat olmaqla, cəmi 599984 manat borc qalmışdır. Adi hesablama ilə iddiaçı tərəfindən verilmiş sənədlərin əsasında aydın olur ki, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmə tarixinə, yəni qətnamə qəbul edilən anına cavabdeh şirkətlərin qrafik üzrə 18533391 manat əsas borc və 122662 manat faiz borcu müəyyən edilir. Bundan başqa əmanət hesabından girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət üzrə əsas məbləğ və ona hesablanmalı 492000 manat divident üzrə faiz məbləği nəzərə alınsa, nəticə xx.xx.2011-ci il tarixli müqavilə üzrə əsas borc qalığı 62443 manat, qrafik üzrə faiz borcu isə 0 manat olmaqla, cəmi 62433 manat borc qalmışdır. Bununla da cavabdeh şirkətlərin qətnamə qəbul edilən gün ümumilikdə faktiki borcların cəmi ******* manat əsas, 22678 manat faiz borcu olmuşdur. Lakin məhkəmə cavabdehlər tərəfindən edilmiş ödənişləri, eyni zamanda əmanət bankında girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət və ona hesablanmış 492000 manat divident üzrə faiz məbləği nəzərə alınmamış, bununla da cavabdehlərin üzərinə müqavilədən kənar ödənişlə bağlı əsas borc qismində 457325 (1884571 – 1427246) manat, faiz borcu qismində isə 229765 (252443 – 22678) manat olmaqla, cəmi 149539 manat əlavə öhdəliklər qoymuşdur. Həmçinin məhkəmə tərəfindən iddiaçı tərəfin tələbi əsasında kredit müqaviləsinə xitam verilməsi və kredit məbləğləri daha yüksək məbləğdə olan ipoteka əmlakları əsasında girovla təmin edildiyi təqdirdə, tələbin borclularla birgə onların təsisçilərindən biri olan Cavabdeh4 qarşı da müştərək qaydada yönəldilməsi, həmçinin cavabdehlərin əlavə əmlaklarına yönəldilməsi düzgün hesab edilə bilməz. Belə bir tələbin təmin edilməsi hazırkı iş üzrə tərəflərin münasibətlərinin nəzərə alınmamasından, girov və zaminlik əlaqələrinin düzgün qiymətləndirilməməsindən irəli gəlmişdir.
68. Daha sonra cavabdehlər apellyasiya şikayətinə əlavə verərək, həmin qətnamənin maddi və prosessual normaların pozulması nəticəsində qəbul edilməsi, eləcə də, iş üzrə mövcud ekspertiza rəyləri nəzərə alınaraq qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
69. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
70. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" LTD Şirkətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
71. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X7, Nümayəndə1, X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
72. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh4 və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
73. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
74. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən orclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
75. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
76. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
77. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
78. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
79. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
80. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
81. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
82. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
84. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
85. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
86. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
87. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin qismən təmin olunan hissəsində yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
89. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
90. "xxxx" ASC ilə "xxxx" Azərbaycan-Rusiya MMM arasında 10 dekabr 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən "xxxx" MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə ******* manat məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən "xxxx" MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə ******* manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə "xxxx" şirkəti arasında 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən "xxxx" şirkətinə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 500000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh4 arasında 10 dekabr 2009-cu il tarixli ZM/M/008/2009 saylı, 2010-cu il 14 may tarixli ZM/M/003/2010 saylı və 2012-ci il 3 oktyabr tarixli ZM035/2012 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin Cavabdeh4 borclular "xxxx" şirkəti və "xxxx" MMM-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onlarla birgə məsuliyyət daşıyır. Eyni zamanda, həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında 24 dekabr 2009-cu il tarixli AK/M/039/2009 saylı ipoteka müqaviləsi və 14 may 2010-cu il tarixli razılaşma, habelə, 14 iyun 2011-ci il tarixli AK145/2011 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilələrə əsasən "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
91. İddiaçı bildirir ki, cavabdehlər müqavilələr üzrə öz üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişlər və 01 may 2015-ci il tarixə cavabdeh "xxxx" MMM-in 10 dekabr 2009-cu il tarixli AK/M038/2009 saylı kredit müqaviləsinə əsasən əsas borcu 401999,51 manat, faiz borcu 47526,59 manat, cərimə borcu 1377043,3 manat və 14 may 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinə əsasən əsas borcu 982572,02 manat, faiz borcu 100498,78 manat, cərimə borcu 2404746,11 manat; "xxxx" şirkətinin 14 iyun 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsinə əsasən əsas borcu 500000 manat, faiz borcu 104417,60 manat, cərimə borcu 591399,63 manat təşkil edir.
92. Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi birinci instansiya məhkəməsində yalnız kredit borcunun məbləğinin şişirdilməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı bank kredit məbləğlərini gec verdiyinə görə şirkət itkilərlə üzləşmiş və bununla da, ona maddi zərər dəymişdir.
93. Apellyasiya şikayətində isə cavabdehlər kredit borcunun məbləğlərini mübahisələndirmiş və kredit müqavilələri üzrə cəmi ******* manat əsas, 22678 manat faiz borcu olduğunu etiraf etmişlər.
94. Apellyasiya şikayətinə əlavədə isə cavabdehlər kredit müqavilələri üzrə borcun tam ödənildiyinə istinad edərək, ümumiyyətlə iddiaya etiraz etmişlər.
95. Tərəflər arasında yuxarıda qeyd olunan 3 ədəd kredit müqaviləsinin bağlanması mübahisəsizdir və hazırda mübahisə kredit borcunun mövcud olub-olmaması ilə bağlıdır.
96. İddiaçı iddia tələbində göstərilən məbləğdə kredit borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdehlər isə əvvəlcə birinci instansiya məhkəməsində kredit borcunun şişirdilməsinə istinad etmiş, lakin daha sonra apellyasiya baxışı zamanı məhkəməyə 10 ədəd ödəniş qəbzin kserosurətini və bir günlük hesabdan çıxarışların kserosurətlərini təqdim edərək, borcun tamamilə ödənildiyini və müqavilələr üzrə heç bir borcun qalmadığını bildirmişlər.
97. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən həm Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin (keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası) mütəxəssisi Nizami Yusifov, həm də Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahverdiyev izahatlarının alınması üçün məhkəmə iclasına dəvət olunmuşlar.
98. X6 öz izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş bank əməliyyatlarına dair sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, bu sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ının tələblərinə uyğun rekvizitləri özündə tam əks etdirməmişdir. Belə ki, təqdim olunan çıxarışlarda aparılmış gündəlik bank əməliyyatları giriş və çıxış qalıq məbləğləri üzrə çap olunmamış, bir neçə vərəqdə tərtib edilmiş çıxarışların hər bir vərəqi bankın əməliyyatçısının ştampı və imzası ilə təsdiq edilməmişdir. Digər tərəfdən çoxlu sayda gündəlik çap olunmuş bank çıxarışlarının fərqli kserosurətlərinin aşkar edilməsi, mübahisələndirilən ödəniş qəbzlərinin kserosurətlərinin reallığını təsdiq edən sənədlərin mövcud olmaması, balansdankənar hesablar üzrə çıxarışların işin materiallarında aşkar olunmaması və sair digər hallar nəzərə alınmaqla qərardadda cavablandırılması tələb olunan sualların tam və obyektiv araşdırılması məqsədilə yalnız işin materiallarında olan sənədlər əsasında müvafiq rəy bildirilməsi məqsədəuyğun hesab olunmamışdır. Bununla əlaqədar araşdırma prosesində Maliyyə Bazarlarına Nəzarət Palatasının ekspert qismində təyin edilmiş mütəxəssisi Apellyasiya Məhkəməsinin hakiminin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzi tarixlərinə gündəlik aparılmış kassa əməliyyatlarına, "xxxx" MMM və “Azər - Aqro LTD” şirkətinin bank əməliyyatlarına dair müvafiq qaydaların tələbləri çərçivəsində; gündəlik giriş-çıxış hesab qalıqları əks olunmaqla mədaxil-məxaric əməliyyatları üzrə hər bir səhifənin bankın ştampı və məsul əməkdaşının imzası ilə təsdiq olunmuş bütün bank hesablarında rəsmi çıxarışlar tələb olunmuş və bankın məktubu ilə qeyd olunan sənədlər alınmışdır. Qoyulmuş sualların cavablandırılması zamanı işin materiallarında olan sənədlərlə yanaşı, bankdan rəsmi təqdim olunan həmin bank çıxarışlarından da istifadə olunmuşdur. Digər tərəfdən iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətli ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi əsas götürülməsi məqbul hesab olunmamışdır.
99. X3 isə öz izahatında bildirmişdir ki, o verdiyi xx.xx.2019- cu il tarixli 29584 saylı rəyi təsdiq edir. 998374 manata dair qəbz cild 5, səhifə 318-də olan gündəlik cari hesabdan çıxarışda, xx.xx.2012-ci il tarixli 500000 manata dair nömrəsiz qəbz isə cild 6, səhifə 71-72-də olan kserosurət hesabdan çıxarışda, 401999 manata dair qəbz cild 5, səhifə 309-da olan gündəlik hesabdan çıxarışda öz əksini tapır. Həmin hesabdan çıxarışların saxta olub-olmamasını müəyyən etmək onun səlahiyyətlərinə aid deyil və bu halı o müəyyən edə bilməz. O, rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş bir günlük hesabdan çıxarışlara istinad etmişdir.
100. Göründüyü kimi ekspert rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş 10 ədəd qəbzin və bir günlük hesabdan çıxarışların kserosurətlərinə istinad etmişdir.
101. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
102. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə yuxarıda verilmiş ekspert rəyini məhz nə üçün mütəxəssis rəyi ilə müqayisədə mötəbər sübut kimi qəbul etməməsi kifayət qədər əsaslandırılmamış, apellyasiya instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrarəlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır. Göründüyü kimi həmin ekspertiza ayrı-ayrılıqda deyil yalnız vahid ekspertiza rəyinin tərtib olunmasını (mütəxəssisin mövqeyidə nəzərə alınmaqla vahid ekspertiza rəyinin) ehtiva edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, Maliyyə Bazarlarının Nəzarət Palatasının 07 mart 2019-cu il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə 07 iyun 2019-cu il tarixli ayrı-ayrı rəylər tərtib olunmuşdur. Mütəxəssis rəyi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hakimin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzləri tarixlərinə tələb etdiyi bütün bank hesablarının və sair sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən rəylər isə biri digəri ilə ziddiyyət təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi kompleks mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yarandığı halda bunu nəzərə almamışdır. Belə olan təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, qərəzsizlik və obyektivlik prinsiplərinə uyğun olaraq təkrar ekspertizanın keçirilməsi və bu zaman tərəflərin fikri öyrənilməklə onları qane edən ekspertlərin (o cümlədən mütəxəssisin də iştirakının təmin olunması yolu ilə) vahid rəyi əsasında mübahisənin həlli ədalətli, qanuni və əsaslı məhkəmə aktının çıxarılmasına xidmət etmiş olardı. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin onu vurğulayır ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Azərbaycan Respublikasında “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin (https://www.ey.com/en_gl/locations) və “Grant Thornton” LTD (https://www.grantthornton.az/Contact/) xarici auditor şirkətlərinin filialları mövcuddur. Həmçinin “X10 Limited ((DTTL) (https://www2.deloitte.com/az/az.html))” və PricewaterhouseCoopers İnternational Limited (PwCİL) (https://www.pwc.com/az/en/about-us.html) audit şirkətləridə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərirlər. Bu baxımdan hazırkı iş üzrə məhkəmə ekspertizası keçirilməsi zamanı tərəflərin razılığına və seçiminə əsasən audit rəyinin verilməsi ilə bağlı həmin şirkətlərdən birinin cəlb edilməsi məsələsi də müzakirə edilə bilər. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin iştirakı ilə müzakirə olunmaqla və onların mövqeyi nəzərə alınmaqla ümumiyyətlə ekspertiza keçirilmədən auditor rəyinin alınması məqsədi ilə yuxarıda göstərilən şirkətlərin filiallarından birinə də həvalə edilə bilər.
103. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə işin Ali Məhkəmənin qərarında qeyd edilən xarici audit şirkətlərindən birinə rəy verilməsi üçün göndərilməsi məsələsi müzakirə edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-2(103)-43/2022 saylı qərardadı ilə iş üzrə audit yoxlaması təyin edilmiş, audit yoxlamasının keçirilməsi “Deloitte & Touche” X4 Cəmiyyətinə tapşırılmışdır.
104. İş materialları qeyd edilən audit şirkətinə göndərilmiş, “Deloitte & Touche” X4 Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 28 nömrəli məktubla rəy verilməsi üçün səlahiyyətlərinin olmaması əsası ilə geri qaytarılmışdır.
105. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli məktubla qərardad iş materialları yenidən icra edilməsi üçün “Deloitte & Touche” X4 Cəmiyyətinə göndərilmiş, sonuncu tərəfindən materiallar qəbul edilməmiş, bu barədə xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir.
106. 15.03.2022-ci il tarixli məktubla iş materiallarının “Deloitte & Touche” X4 Cəmiyyətinə göndərilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmiş, “Deloitte & Touche” X4 Cəmiyyəti xx.xx.2022-ci il tarixli 34 nömrəli məktubla bu dəfə müvafiq ixtisas və ekspertizaya malik işçilərinin olmaması əsası ilə rəyin verilməsindən imtina etmişdir.
107. 11.04.2022-ci il tarixli məktubla iş materialları yenidən Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmiş, audit yoxlamasının aparılmasının Ali Məhkəmənin qərarının 87-ci bəndində göstərilən audit şirkətlərindən birinə həvalə edilməsi məsələsinin müzakirə edilməsi qeyd edilmişdir.
108. Azərbaycan Respublikası Auditorlar Palatasına xx.xx.2022-ci il tarixli 02-85 nömrəli məktub göndərərək, Palatanın xx.xx.2022-ci il tarixli 1/19 nömrəli sərəncamı ilə auditor yoxlamasının və ekspertizasının keçirilməsinin “Grant Thorton” məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına tapşırıldığı qeyd edilmişdir.
109. “Grant Thorton” məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmiş xx.xx.2022-ci il tarixli 280422 nömrəli məktubda 45.000 AZN xidmət haqqının ödənilməsi halında rəy verə biləcəkləri bildirilmişdir.
110. İddiaçı ərizə ünvanlayaraq audit xərcinin yarısını ödəməyə hazır olduqlarını, qarşı tərəfin imtina etdiyi təqdirdə audit xərcini tam olaraq ödəməyə hazır olduqlarını bildirmişdir.
111. Cavabdeh4 ərizə ünvanlayaraq audit şirkətinin əməkdaşının qanunsuz hərəkətlərə yol verdiyini bildirərək yoxlamanın aparılmasına etiraz etmişdir.
112. 22.09.2022-ci il tarixdə iş materialları icra edilmədən geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)- 43/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası təyin edilmişdir.
113. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-43/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir.
114. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İş materiallarında olan 165,49 manat məbləğinə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 4166,67 manat məbləğə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 401999,51 manat məbləğə dair 1113 nömrəli xx.xx.2013-cü il tarixli, 998374,99 manat məbləğə dair 437 nömrəli xx.xx.2012-ci il tarixli, 4000 manat məbləğə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 52916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli 10 ədəd qəbzlərin surətlərində göstərilən məbləğlər və cavabdeh tərəfindən ksero surətləri təqdim edilmiş bir günlük bank çıxarışlarındakı məbləğlər nəzərə alınmadan, yalnız əsli və bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri nəzərə alınmaqla 10 dekabr 2009, 14 may 2010 və 14 iyun 2011-ci il tarixli kredit müqavilələri üzrə borcalanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırkı iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) əsas, faiz və cərimə borcu nə qədər təşkil edir ?
115. 21.02.2023-cü il tarixdə Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7970 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, ekspert qarısında qoyulan sual üzrə tədqiqat yalnız əsli və bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri əsasında aparılmışdır. xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixl, AK/M/038/2009 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli razılaşmanın şərtlərini nəzərə alaraq cavabdeh "xxxx" MMM-in iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) 441.552,77 manat; əsas borc üzrə 416.163,77 manat; faiz borcu üzrə 25.388,73 manat; xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 450.916,18 manat; əsas borc üzrə 416.163,77 manat; faiz borcu üzrə 34.752,41 manat; xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixl, AK/M/020/2010 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq cavabdeh "xxxx" MMM-in iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 1.086.252,95 manat; əsas borc üzrə 985.523,71 manat; faiz borcu üzrə 100.729,24 manat; xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.088.388,25 manat; əsas borc üzrə 985.523,71 manat; faiz borcu üzrə 102.864,54 manat; xx.xx.2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2011ci il tarixli, AK141/2011 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq cavabdeh “Azə- Aqro LTD” şirkətinin iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 605.908,44 manat; əsas borc üzrə 500.000,00 manat; faiz borcu üzrə 105.908,44 manat; xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) 639.658,44 manat; əsas borc üzrə 500.000,00 manat; faiz borcu üzrə 139.658,44 manat;
116. Qeyd edilənlərdən də görünür ki, cavabdehlər tərəfindən təqdim edilən və ekspert rəyinə əsasən saxta olduğu müəyyən edilən qəbzlərdə göstərilən məbləğlər nəzərə alınmadığı halda iddia tələbinin qismən (müqavilə müddətlərinin sonuna) əsaslı olması iş materialları, ekspert rəyi ilə sübuta yetirilir.
117. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin qəbz və çıxarışların kserosurətləri ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
118. Belə ki, hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur.
119. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2- 1(103)-08/17 nömrəli xüsusi qərardadı ilə iş üzrə aşkar olunmuş faktlar üzrə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılması üçün işdə olan məlumatlar (sənədlərin surətləri) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
120. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin təqdim etdiyi həmin qəbzlər və gündəlik çıxarışların də nəzərə alınaraq kredit müqavilələri üzrə borcun olmamasını müəyyən edən Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasına dair ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
121. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsində də təsbit olunmuşdur ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
122. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2009-cu il tarixli AK/M038/2009 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 9/7970 saylı ekspert rəyi ilə qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilən 25.388,73 manat faiz borcu tutulmalıdır.
123. Həmçinin kollegiya hesab edir ki, əsas və faiz borc məbləğləri borclularla yanaşı zamin Cavabdeh4 da müştərək qaydada tutulmalıdır.
124. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
125. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
126. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
127. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
128. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh4 borclu olan cavabdehlər "xxxx" şirkəti və "xxxx" Azərbaycan-Rusiya MMM ilə birgə məsuliyyət daşıyır.
129. Həmçinin kollegiya hesab edir ki, kredit müqavilələrinin ləğv edilməsi hissəsində də iddia əsaslıdır.
130. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir.
131. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
132. Hazırki işdə qeyd olunan əsaslar mövcuddur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehlər kredit müqavilələri üzrə öz üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni ödənişləri vaxtı-vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar.
133. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən həmin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
134. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilərək, açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir.
135. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər "xxxx" MMM-dən və Cavabdeh4 müştərək qaydada 2009-cu il 10 dekabr tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən faiz borcu üzrə 25388,73 manat tutulmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
136. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ekspertiza xərcləri cavabdehlərə aid edilməlidir.
137. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehlər "xxxx" MMC, "xxxx" şirkəti və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 iyun 2015-ci il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin, cavabdehlər "xxxx" MMM-dən və Cavabdeh4 müştərək qaydada 2009-cu il 10 dekabr tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən faiz borcu üzrə 25388,73 manat tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcləri cavabdehlərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Rəşid Səmədov Pərviz Hüseynov