Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1001/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1, İlk iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilk, ilk iddia üzrə Cavabdeh İBnin "xxxx" MMC-yə qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1530/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC 2021-ci il 19 fevral tarixində Cavabdeh İB-nə (bundan sonra cavabdeh) qarşı ilkin iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, **********00001 nömrəli qaz sayğacının yenisi ilə əvəz olunması və artıq yazılan 150.000 manat məbləğində qaz sərfiyyatının silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə verərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 2017-ci il 20 noyabr tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 2017-ci il 20 noyab tarixindən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 7.019 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsasladırılmışdır ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən şirkətin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsini iddiaçı parnik, digər hissəsini isə bağçılıq məqsədləri üçün işlədir. Tərəflər arasında 2017-ci il 20 noyabr tarixində, /32101 nömrəli müqavilə bağlanaraq 26/32101 ödəyici kod alınmış, iddiaçının parnikində 4 ədəd qaz sayğacı quraşdırılmışdır. Birinci qaz sayğacı, əsas qaz borusuna **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. İkinci qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” tipli qaz sayğacından keçən, yemək otağına gedən qaz xəttinə **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı qoyulmuşdur. Üçüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tinli “İTRON” qaz sayğacından keçən, qadın yuyunma otağına gedən qaz xəttinə **********00101 nömrəli, 26**********001 abonent kodlu Elster G6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı qoyulmuşdur. Dördüncü qaz sayğacı, Elster G- 1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından keçən, kişi yuyunma otağına gedən qaz xəttinə **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı qoyulmuşdur. Birinci əsas qaz borusuna qoyulan **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə 2020-ci il 01 dekabr tarixindən 2020-ci il 31 dekabr tarixinədək 187.724 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan yəni 2017-ci il 20 noyabr tarixindən artıq ödəniş hesabladığı hiss olunurdu. Digər o ərazidə yerləşən istixanalarla müqaysə edib şirkətə artıq ödəniş hesabladığından bu barədə dəfələrlə cavabdehin Xaçmaz RQİİnin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarına şifahi müraciət edilmişdir. Cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları da hər müraciətdə sayğacın düz işlədiyini, heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkətə yalan məlumatlar vermişdir. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xəttinə başqa qaz sayğacın qoyulması barədə cavabdehə müraciət edilmişdir. Müraciət əsasından Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən 2021-ci il 04 fevral tarixində Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərilmişdir. Həmin vaxt 2021-ci il 4 fevral tarixində mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacın yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. Bu barədə 2021-ci il 4 fevral tarixli, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42210014 kub olmuşdur. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. Çıxarılmış qaz sayğacının yerinə 2021-ci il 4 fevral tarixində qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli «İTRON» qaz sayğacı 2021-ci il 12 aprel tarixində Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən çıxarıldı. Bu barədə 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub olmuşdurr. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdan da görünür ki, bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün 2021-ci il 4 fevral tarixindən 2021 -ci il 12 aprel tarixinədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161137,00 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanması cavabdehin əməkdaşlarından soruşularkən bildirilmişdir ki, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kub kimi qeyd edilmişdir. 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. SOCAR-ın Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2021-ci il 10 mart tarixli, SS29/1640-00216 nömrəli aktla razılaşmayaraq, qaz sayğacları üzrə ekspertiza keçirilən zaman “Metrologiya” Departamenti, SOCAR-ın Cavabdeh İB-nin tərkibində yaradılmış, SOCAR-ın Cavabdeh İB-nin təhkim edilmiş və SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamentinə rəhbərlik etmişdir. Ona görə də “Metrologiya” departamentinin qaz sayğacının yoxlanılması zamanı düzgün olmayan akt qəbul edilmişdir. Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamenti iddiaçı ilə 2021- ci il 10 mart tarixində 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226,00 manat xidmət haqqı alınmazdı. Cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçının cavabdehə qarşı iddiaçının parniki şirkətin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktlardan görünür ki, 2017-ci il 20 noyabr tarixindən 2021-ci il 31 aprel tarixinədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. 2021-ci il 4 fevral tarixli, ******* nömrəli, 2021-ci il 12 aprel tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819,00 (yirmi bir min səkkiz on doqquz manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan istifadəsindən 21.819,00 manat * 5ay = 109.095,00 manat, dörd ildi istifadə etdiyimizdən yəni 2017-ci il 20 noyabr tarixindən hal hazıradək 109.095,00 manatı * 4 ilə = 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin cavabdeh 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək iddiaçıya qanunsuz olaraq 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdehə 1.980.321,80 manat məbləğində ödəniş etmişdir. Bu ödənişdən əlavədə qanunsuz olaraq 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. Burdan da görünür ki, 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdeh qanunsuz olaraq iddiaçıya qarşı qazın istifadəsindən 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı həmin tarixdən hal-hazıradək cavabdehə ödənilmiş 1.980.321,80 (bir milyon, doqquz yüz səksən min üç yüz yirmi bir) manat məbləğində puldan, qazdan istifadə olunan bu dörd ildə ödənilməli olan 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən) manat məbləğində pul çıxıldıqda 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul artıq ödəmə vardır. Ona görə də iddiaçının cavabdehə artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Birinci qaz sayğacı əsas qaz borusunda **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından hesablanaraq keçən xətt üzərində qurulmuş, yemək otağına gedən qaz xətinə qoyulmuş **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G4T DİAFRAQMA markalı, 10326990 nömrəli, qadın yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli və kişi yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacları qanunsuz birləşdirildiyi üçün ləğv olunmalıdır. xx.xx.2017-ci il tarixdən yemək otağına gedən qaz xətinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış 55944 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 11.188,00 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən qadın yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış 21424 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 4284 manat məbləğində pul ona geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən kişi yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış 35096 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 7019 manat məbləğində pul ona geri qaytarılmalıdır. Cavabdeh iddiaçıya qarşı 2021-ci il 17 mart tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməsi; ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazdan istifadəyə görə 2021-ci il 1 mart tarixinə yaranmış 313.879.4 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat dövlət rüsumunun tutularaq İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcunu artırdığına görə iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.340,4 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə“ müqaviləyə əsasən iddiaçıya məxsus kommersiya obyekti cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 2021-ci il 1 fevral tarixinə cavabdehə borcu yaranmışdır. . Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.2, 385.1, 442, 443.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 4.3, 155.1-ci maddələrinə istinad edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli 2-2(113)1530/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçının cavabdehə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsinin ilkin iddia üzrə cavabdehə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir (hakim S.Nuriyeva). Həmin qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, daha sonra apellyasiya şikayətinə əlavə verməklə tələbini dəqiqləşdirərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1530/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İBnin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməli, Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “əsas qaz borusuna qoyulan **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 187.724,00 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən artıq ödəniş hesabladığını hiss edirdilər. Digər o ərazidə yerləşən istixanalarla müqayisə edib şirkətə artıq ödəniş hesabladığını görürdülər. Bu barədə dəfələrlə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarına şifahi müraciət olunmuşdur. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları da hər müraciətdə sayğac düz işləyir, heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkəti aldadırmışlar. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xəttinə başqa qaz sayğacın qoyulması barədə Cavabdeh İB-yə müraciət etdilər. Müraciət əsasında Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları xx.xx.2021- ci il tarixdə Elstcr G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərildi. Həmin vaxt xx.xx.2021- ci il tarixdə mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacının yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyuldu. Bu barədə xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalandı. xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42210014 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkildi. xx.xx.2021-ci il tarixdə Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları çıxarılmış qaz sayğacının yerinə xx.xx.2021-ci il tarixdə qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı çıxarıldı. Bu barədə xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalandı. xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkildi. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdan da görünür ki, bir ay üzrə 21.819 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün xx.xx.2021-ci i! tarixdən xx.xx.2021-ci il tarixədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161.137 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanmasını məhkəmə iclasında Cavabdeh İB-nin hüquqşünasından soruşanda bildirdi ki, xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kimi qeyd ediblər. xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMCnin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417.340,40 manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. “Metrologiya” Departamenti qaz sayğacının yoxlanması haqqında düzgün olmayan akt qəbul etmişdir ki, həmin aktı qəbul edən şəxsdən asılıdır. Əgər Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın Cavabdeh İB “Metrologiya” Departamenti "xxxx" MMC ilə xx.xx.2021- ci il tarixdə 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226 manat xidmət haqqı alınmazdı (xidmət müqaviləsi və ödəniş qəbzi iddia əlavə olunur). Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı "xxxx" MMC-nin şirkətin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və xx.xx.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktlardan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819 manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan, istifadəsindən 21.819.0 manat * 5ay = 109.095 manat, dörd ildi istifadə etdiyimizdən yəni xx.xx.2017ci il tarixdən hal-hazıradək 109.095,00 manatı* 4 ilə = 436.380 manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin Cavabdeh İB xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC“-yə qanunsuz olaraq 2.394.680 manat qazdan istifadəyə görə ödəniş hesablamışdır. "xxxx" MMC xx.xx.2017-ci il tarixdən hal-hazıradək Cavabdeh İB-yə 1.980.321,80 manat məbləğində pul ödəniş etmişdir. Bu ödənişdən əlavə də qanunsuz olaraq 417.340,40 manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-151/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1530/2021 saylı 24 fevral 2021-ci il tarixli qətnaməsinin ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməsi, ilk iddianın həmin hissədə qismən təmin edilərək, iddiaçının 117.169 manat borcunun silinməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın 117.169 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində rədd edilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı və ilk iddia üzrə cavabeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-415/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-151/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsinin qismən- iddiaçının 299.841,4 manat məbləğində borcun silinməsi barədə ilkin iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında yenidən baxılması təyin edilmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissələrdə ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin olunduğu- iddiaçıya məxsus istixana sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsinin cavabdehə həvalə edilməsi hissəsində cavabdeh tərəfindən mübahisələndirilmədiyindən qətnamə həmin hissədə qüvvəyə minmişdir. Həmçinin əvvəlki apelyasiya baxışı zamanı ilk iddianın qismən təmin olunduğu, yəni iddiaçının 117.499 manat borcunun silinməsinin cavabdehə həvalə edilməsi, müvafiq olaraq qarşılıqlı iddianın 117.499 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə məhkəmənin qənaəti ilə kassasiya instansiyası məhkəməsi razılaşmış və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın 299.841,4 manat məbləğində borcun silinməsi və müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə aid hissələrdə yoxlanılır. İş materiallarında olan 2017-ci il 20 fevral tarixli 3071 nömrəli texniki şərtə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən X2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması, istixana kompleksinin saatlıq qaz sərfiyyatı 2272,3 kub metr olmaqla 219 mm-lik orta təzyiqli qaz kəmərindən qəbul edilməsi, birləşmə nöqtəsində işçi layihə əsasında siyirtmə quraşdırmaqla obyektə qaz xətti çəkilməsi və üzərində qaz tənzimləyici qurğu quraşdırılması, habelə obyektin şəbəkəyə qoşulması “Azəriqaz “ İstehsalat Birliyi ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacağı göstərilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 2019-cu il 11 sentyabr tarixində “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” bağlanmış AUX4492/19 nömrəli müqavilədən müəyyən olunur ki, Xaçmaz rayonu, Ləçət kəndində yerləşən obyektə sahəsinə G-1600 markalı ********** nömrəli, G-6 diafraqma markalı 28101227 nömrəli, G-6 diafraqma markalı 28101183 nömrəli, G-4 diafraqma markalı 10326990 nömrəli sayğac quraşdırılmışdır. 2021-ci il 19 yanvar tarixində "xxxx" MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, müəssisəyə 2017-ci il 18 noyabr tarixindən xidmət edən G-1600 markalı ********** nömrəli qaz sayğacı qeyd olunan tarixdə quraşdırılmışdır. 2020-ci il 31 dekabr tarixinə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmaması bildirilmişdir. Lakin sonuncu sayğac oxumasından istehsalatda artım olmadığı halda qaz sərfiyyatı əvvəlki aylardan dəfələrlə artıq, yəni sayğacın göstəricisinə uyğun hesablanmışdır. Bununla əlaqədar olaraq sayğacın iş prinsipindən narazı olduqlarından cəmiyyətin vəsaiti hesabına və MMC-nin iştirakı ilə müvəqqəti sayğac ilə əvəz edilərək növbədənkənar dövlət yoxlamasının keçirilməsi xahiş olunmuşdur. 2021-ci il 4 fevral tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə, "xxxx" MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac çıxarılmış, G-1600 markalı 10517234 nömrəli sayğac (quraşdırılan zaman mexaniki göstərici 04242796 kub metr olmuşdur) quraşdırılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 2021-ci il 12 aprel tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* kub metr) çıxarılaraq, G- 1600 markalı ********** nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 12 aprel tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* kub metr) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılmışdır. 2021-ci il 10 mart tarixli SS seriyalı 29/1640-00216 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda göstərilmişdir ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00216 saylı 2021-ci il 28 yanvar tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G-1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacı 2021-ci il 4 fevral tarixində xətdən çıxarılmış (forma-2 ******* nömrəli), 2021-ci il 16 fevral tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi, Pbaza1,01325, Tbaza293,15, CO2-0.22, DR-0,69. Göstəricilər arasında fərq var;
2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir;
3. xx.xx.2020-xx.xx.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.67 bar, korreksiya olunmuş maksimal qaz həcmi 3948 kub metr, korreksiya olunmamış qaz həcmi 1150 kub metr qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2021-ci il 4 fevral tarixində qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 1615 kub metr çoxdur. Pbaza=1,01325 bar, Tbaza=20 dərəcə. 2017-ci il 16 oktyabr tarixli dövlət yoxlamasında sayğacın mexaniki göstəricisi 00001319 kub metr, elektron göstərici Vbt-00001319 kub metr, Vt-00001319 kub metr, 2021-ci il 9 fevral tarixli yoxlamasında sayğacın mexaniki göstəricisi 03867274 kub metr, elektron göstərici Vbt-11169034 kub metr, Vt-03868889 kub metr kimi qeyd olunaraq yoxlamanın nəticəsi: Xətalar normaya uyğun deyil. Batareya tələb olunur. "xxxx" MMC ilə Cavabdeh İB-in Metrologiya Departamenti ilə bağlanmış 2021-ci il 10 mart tarixli 301ST nömrəli müqaviləyə əsasən Xaçmaz rayonunda yerləşən "xxxx" MMC-yə məxsus 1 ədəd turbin tipli G-1600 markalı ********** nömrəli qaz sayğacının 2021-ci il 10 mart tarixli 000118 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyyat hissəsinin ayrılması ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 222.39 manat ƏDV daxil ödəmə aparır. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna görə 26**********001 nömrəli abonent "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101227 nömrəli sayğac üzrə qalıq borc 638,6 manat qeyd olunmuşdur. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən 26**********002 nömrəli abonent "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101183 nömrəli sayğac üzrə qalıq borc 998,4 manat qeyd olunmuşdur. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən 26**********003 nömrəli abonent "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən Elster GT diafraqma markalı 10326990 nömrəli sayğac üzrə qalıq borc 1300,8 manat qeyd olunmuşdur. 2021-ci il 16 iyun tarixli Abonentin Saldosuna görə 26**********000 nömrəli abonent "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən Elster G-1600 TRZ EK-220 markalı ********** nömrəli sayğac üzrə qalıq borc 414.372 manat qeyd olunmuşdur. Ödəniş qəbzlərinə əsasən "xxxx" MMC tərəfindən təbii qazın istehlak haqqı olaraq Cavabdeh İB-yə ümumilikdə 262.276,9 manat ödənilmişdir. 2021-ci il 25 yanvar tarixli Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xəbərdarlığa əsasən "xxxx" MMCdən 2021-ci il 29 yanvar tarixinədək 187.164,5 manat debitor borcun ödənilməsi xahiş olunmuşdur. 2021-ci il 16 iyun tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışa görə 26**********000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi ******* kub metr 414372 manat, 26**********001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, 26**********002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35212 kub metr 1012,8 manat və 26**********003 nömrəli abonentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417.340,4 manat müəyyən edilmişdir. İlkin iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı həmin borcun silinməsinə dair tələbini əsaslandırmaq üçün ilk növbədə ona istinad etmişdir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacının qaz sərfiyyatını düzgün qeydə almaması səbəbindən, cavabdeh tərəfindən həmin sayğacın dövlət yoxlaması aparılması üçün çıxarıldığı müddətdə quraşdırılmış müvəqqəti sayğacın göstəricilərinə görə, fevral-aprel ayları üzrə qaz sərfiyyatı (bir ay 21.819,0 manat olmaqla) cəmi 43.638,0 manat təşkil etmişdir. İddiaçı həmin sərfiyyat məbləğindən çıxış edərək iddia edir ki, 2020-ci il noyabr tarixindən 2021-ci il aprel tarixinədək qazdan istifadəyə görə 109.095,00 manat pul hesablanmalıdır. İşdə olan «Abonent saldosuna» əsasən (İ cild i.v 127) 2020-ci ilin noyabr, dekabr və yanvar aylarında iddiaçı tərəfindən **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə qaz sərfiyyatına görə 243.000 manat pul ödənilmişdir. Belə olan halda iddiaçının noyabr 2020-ci il tarixindən iddia verilənədək cavabdehə cəmi 243.000 manat ödəməsi nəzərə alındıqda, qazdan istifadəyə görə iddiaçının cavabdehə heç bir borcu qalmadığı üçün onun tələb etdiyi mübahisəli borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinin tələblərinin pozulmasına gəldikdə (bax §47), həmin norma onu nəzərdə tutur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları nəticəsində məlum olur ki, müvəqqəti qaz sayğacının 2021-ci ilin fevral ayı üzrə qeydə aldığı sərfiyyat məbləği iddiaçının qüsurla işləməsindən narazı olduğu qaz sayğacının işlədiyi, qış mövsümü üzrə oxşar aylardakı (dekabr, yanvar) sərfiyyat məbləğindən kəskin fərqli olmuşdur. Bu barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-415/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “...mübahisəli həmin aylar üzrə əsl qaz sərfiyyatının müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, iddiaçının dəlillərini əsaslandırmaq üçün istinad etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş....”, “......apellyasiya instansiyası məhkəməsinin borcun silinməsi tələbinin təmin olunmayan hissəsində sübutların olmamasına dair qənaəti, həmin məhkəmənin ilkin iddianı əsaslı hesab etdiyi (2021-ci ilin fevral-aprel ayları üzrə artıq hesablanmış borcun silinməsi) hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin iddianın əsaslı hesab etdiyi hissəsi üzrə də iddiaçı tələbini əsaslandırmaq üçün eyni faktiki hallardan çıxış etmiş və bununla bağlı iddiaçıya məxsus istixanada quraşdırılmış müvəqqəti sayğacın göstəricilərinin əks olunduğu aktları təqdim etmişdir (bax yuxarıda § 34-40). Bununla belə, həmin aktların hansı səbəbdən MPM-nin 80-ci maddəsinin tələbləri baxımından mübahisəli dövr üzrə borcun silinməsi tələbinə aid sübut olmamasına məhkəmə qətnaməsində hüquqi qiymət verilməmişdir.” Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Qaydaların qeyd olunan bəndinin (5.2-ci bəndi) tələblərinin əksinə cavabdeh tərəfindən əməl olunmamış, abonent saldosunda iddiaçının 2021-ci ilin fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə borcu, həmin dövrdə iddiaçının istifadəsində olmuş müvəqqəti sayğacın göstəricələrinə əsasən hesablanmamış (həmin göstəricilər cavabdehin əməkdaşının tərtib etdiyi aktlarda göstərilmişdir), beləliklə də 117.499 və 299.841,4 manat artıq borc hesablanmışdır. Məhkəmənin müəyyən etdiyi həmin halları təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən işin təkrar apellyasiya baxışı zamanı da təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra-FHN) həyata keçirirlər. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. 3.2.Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3.İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayınortagündəliksərfinəuyğunaparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallardaqazınverilməsinidayandırabilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddətigöstərilməklə)olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasınınqarşısıalındıqda; 6.1.3. istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavabvermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5.qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında; 6.1.6.məhkəmənin qərarıilə; 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və DövlətTəhlükəsizliyiXidmətiningöstərişləriəsasında. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1(bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanlarla bağlı iş üzrə kassasiya instansiya məhkəməsinin 2-2(102)- 415/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə 117.499 manat borcun silinməsi ilə bağlı əsas götürülən sübutlar və bu barədə iddia tələbi təmin edilərkən tətbiq edilən normalar analoji olaraq 299.841,40 manat borcun silinməsi ilə bağlı tələbə də münasibətdə nəzərə alınıb, tətbiq edilməlidir. Bundan əlavə hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, “.....«xətaların normaya uyğun olmadığı», elektron tablonun düzgün işləmədiyi, yalnız mexaniki hissənin işlədiyi qaz sayğacının iddiaçının mübahisələndirdiyi 2020-ci ilin noyabr, dekabr və yanvar ayları üzrə qaz sərfiyyatını düzgün qeydə alıb-almamasının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb edən sualların izahının zəruriliyi müzakirə edilməmişdir.” Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış sözügedən qaz sayğacının laborator müayinəsinin nəticələri üzrə tərtib olunmuş «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında» SS№29/1640-00216 saylı, 2021-cu il 10 mart tarixli akta əsasən işin müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, sayğacın mexaniki hissəsi işləkdir, xətalar normaya uyğun deyil, batareya tələb olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cavabdehə ünvanladığı 2017-ci il 20 aprel tarixli, **********72 saylı məktubunda təhvil verilən və qəbul edilən qazın həcminin hesabatının dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında tablonun göstəricilərinə əsasən aparıldığı göstərilmişdir. Lakin hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, qaz sərfiyyatının məbləği sayğacın mexaniki göstəricilərinə əsasən hesablanmışdır. İşin təkrar apellyasiya baxışı zamanı ilkin iddia üzrə cavabdeh iddia tələbinə etirazında sayğacda xətaların normaya uyğun olmamasını əksinə, qaz sərfiyyatının az qeyd alınması kimi qiymətləndirsə də, bu barədə mötəbər süutlar işin materiallarına əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1530/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- 299841,4 manat məbləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməli, ilk iddia tələbi 299.841,4 manat borcun silinməsi hissəsində təmin edilməli, müvafiq olaraq qarşılıqlı iddia tələbi isə 299.841,4 manat borcun tutulması hissəsində rədd edilməli, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1530/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- 299841,4 manat məbləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilsin. İlk iddia tələbi 299.841,4 manat borcun silinməsi hissəsində təmin edilsin. İddiaçı "xxxx" MMC-nin 299.841,4 manat borcunun silinməsi öhdəliyi Cavabdeh İB-nə həvalə edilsin. Müvafiq olaraq qarşılıqlı iddia tələbi 299.841,4 manat borcun tutulması hissəsində rədd edilsin. İlk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə