Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1003/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pul” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 16,036.41 manat cərimə borcu olmaqla, cəmi 120,489.01 manat borcun; DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 9,972.47 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 73,549 manat borcun; DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 11,876.48 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 86,333.64 manat borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 171 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202,84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479,95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72270,70 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274286,73 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)- 638/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Daha sonra cavabdeh Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermiş, Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli e-2-2(113)- 671/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Daha sonra cavabdeh Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli e- 2- 2(113)-671/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 671/2023 saylı qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Qanuni nümayəndə yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrarən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk dəfə qərardad qəbul edərkən məhkəmə özü göstərmişdir ki, şikayət məhkəmə tərəfindən geri qaytarılmamışdır. Təkrar bizim ərizə əsasında şikayətin geri qaytarılması haqqında qərardad qəbul edilmiş və prosessual ardıcıllıq kimi apellyasiya şikayəti də bundan sonra verilməli idi. Əgər məhkəmə həmin şikayətin vaxtında geri qaytarılması haqqında məhkəmə aktı qəbul etsə idi şikayət də həmin vaxt verilərdi. Məhkəmənin yol verdiyi pozuntuya görə hesab edirik ki, şikayətin geri qaytarılması əsasızdır. Bu təkrar şikayət verilməsi anlamına gəlmir. Digər tərəfdən apellyasiya şikayəti verilərkən bir sıra texniki yalnışlıqlara yol verilməsi qaçılmazdır. Tərəfimizdən dövlət rüsumunun texniki yalnışlıq səbəbindən səhf ödənilməsi səbəbindən şikayətin geri qaytarılması məhkəmə təcrübəsində rast gəlinən hallardandır. Bu kimi hallarda qanunvericilik tərəfə imkan tanıyır ki, şikayət geri qaytarıldığı hallarda ağlabatan müddətdə həmin səhflər aradan qaldırılmalı və şikayət yenidən verilməlidir. Birinci instansiya məhkəməsinin qeyd edildiyi kimi şikayətin geri qaytarılması barədə qərardad qəbul etməməsi və icra vərəqəsi verməsi bu ağlabatan müddətin əhəmiyyətini mənasız etmişdir. Belə olan hesab edirik ki, qərardad ləğv olunmalı, müddət bərpa edilərək iş apellyasiya baxışına göndərilməlidir. Əks halda bu apellyasiya şikayətinin verilməsi üçün əsassız məhdudiyyətin tətbiq olunması sayılmalıdır. Birinci instansiya məhkəməsi vaxtında qərardad qəbul etməmiş və apellyasiya şikayətini geri qaytarmamışdır. İcra vərəqəsi verildiyi üçün məcburiyyət qarşısında tərəfimizdən apellyasiya şikayəti və ərizə verilmiş məhkəmə isə onu ona görə təmin etməmişdir ki, şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməmişdir. Həmin işə baxan Bakı Apellyasiya Məhkəməsi isəhəmin hissəyə münasibət bildirməmiş və bu barədə qərardad qəbul etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qərardadı ilə (hakim Ülkər Həsənova) şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli e-2-2(113)-671/2023 saylı qərardadı ilə təmin edilməmiş, həmin qətnamədən onun tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh Qanuni nümayəndə tərəfindən təkrarən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətlə bağlı qeyd edir ki, ötürülmüş prosessual müddətin bərpası üçün əsas kimi göstərdiyi hallara artıq bir dəfə baxılaraq məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən cavabdehin təkrar olaraq müddətin bərpası ilə bağlı ərizə verməsi və eyni əsaslara istinad etməsi prosessual hüquqlardan sui-istifadə kimi qəbul olunur. Buna görə ərizənin baxılmadan geri qaytarılması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Qanuni nümayəndə şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1003/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1003/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver