Məhkəmə qərarları › İş №2-2(103)-1009/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1009/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1009/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2764/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə ödənilməli olan 986 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə sonuncu ərizə verərək, cavabdehdən 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə olan borc üzrə 1.459,12 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2764/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilərək, cavabdеh Cavabdeh 1.459,12 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2764/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən müqavilə müddətinin bitməsinə 1 ay qalmış omun uzadılması haqqında heç bir yazılı bildiriş təqdim ediməmiş,əksinə xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın rəis müavini Elçin Yusubova müraciət edilərək 678 saylı icarə müqaviləsinə müddəti bitdiyinə görə xitam verilməsi xahiş edilmişdir.Göründüyü kimi, müqavilənin xitam qaydası müqavilənin şərtlərində nəzərdə tutulduğu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən müqaviləyə xitam verilməmiş icarəçi Cavabdeh razılığı olmadan müqavilə müddəti əsassız olaraq uzadılmış və cavabdehdən müddətin bitməsi ilə əlaqədar xitam olunmuş icarə müqavilənin ödənişi tələb olunmuşdur. İddia ərizəsində qeyd olunduğu kimi, Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 123,25 manat icarə haqqı ödəmişdir.Yəni, müqavilənin etibarlılıq müddəti ərzində onun icarə haqqı borcu olamamışdır. Xitam olunmasına baxmayaraq, müqavilənin şərtləri üzrə icarə haqqı borcu tələb olunduğundan cavabdeh tərəfindən dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə müraciət edərək müqavilədə hər hansı başqa şərt (avtomatik şərt) nəzərdə tutulmadığına görə müqavilənin öz qüvvəsini itirdiyi yeni bağlanılacaq müqavilənin maddi vəziyyətimin aşağı olması səbəbindən ƏMDXnın əməkdaşı tərəfindən mənə vəd olunan müqavilə üzrə ödənişin məbləğinin aşağı salınması ilə bağlı heç bir köməklik göstərilməmiş əksinə qüvvədən düşmüş müqavilə üzrə icarə haqqı borcu ilə bağlı məhkəməyə müraciət edilmişdir. Belə ki, 678 saylı icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə müddətinin xx.xx.2023-cü il tarixədək müəyyən edilməsini, 5.3-cü bəndinə əsasən icarə haqqı 2 ay ərzində ödənilmədiyi təqdirdə icarə müqaviləsinə xitam verilməsini nəzərə alsaq, müqavilənin və qanunvericiliyin tələblərinə əsasən müqavilə qüvvədən düşmüş və xitam olunmuş hesab olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

10. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

11. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

15. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

16. Həmin Məcəllənin 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 134 m2 torpaq sahəsi iki il müddətinə cavabdehin icarəsinə verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək müqavilənin müddətinin uzadılmamasını xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan icarə haqqı borcununun - 1.459,12 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasını tələb etmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Müqavilə müddəti bitdikdən sonra iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin müqavilə müddətinin uzadılması barədə icarəçiyə müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Əksinə cavabdeh xx.xx.2023cü il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müracət edərək icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş etmişdir. Bundan əlavə torpaq icarə münasibətlərini tənzimləyən qanunvericilik normalarında (Mülki Məcəllə,Torpaq Məcəlləsi, “Torpaq icarəsi” haqqında Qanun və s.), eləcə də mübahisəli icarə müqaviləsinin şərtlərində müqavilənin müddətinin avtomatik olaraq uzadılması nəzərdə tutulmamışdır.

26. Cavabdeh apellyasiya şikayətində müqavilənin müddətinin bitməsinə və xitam verilməsinə əsaslanaraq icarə haqqı borcunun olmamasına istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi əsassızdır.

27. Belə ki, Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

28. Həmin Məcəllənin 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.

29. Göründüyü kimi torpaq icarəsi müqaviləsinin qüvvədə olma müddəti bitməsi müddət bitənədək müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilməsinə səbəb olmasa da, müddətin bitdiyi tarixdən həmin müqaviləyə xitam verilir, yəni müqavilə gələcək zaman üçün hüquqi qüvvəsini itirir və tərəflər üçün yeni hüquq və vəzifələr yaratmır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsinə 05 avqust 2023-cü il tarixdə bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh hal-hazıradək icarə obyekti olan torpaq sahəsindən istifadə etməkdə davam edir.

31. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, icarə müqaviləsinin sonunda cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək, torpaq sahəsinin özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçı həmin müddətə də icarə haqqı hesablayaraq məhkəməyə müraciət etmişdir.

32. Odur ki, tərəflər arasında icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilsə də, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Mülki Məcəllənin 722.4-cü maddəsini tələblərinə əsasən torpaq icarəçinin icarəyə götürdüyü torpağı qaytarmadığı müddət üçün kompensasiya kimi icarə haqqı verilməsini tələb etmək hüququna malikdir.

33. Belə olan halda məhkəmə əsaslı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, müqaviləyə xitam verildiyi tarixədək - xx.xx.2023-cü il tarixədək olan müddət üçün icarə haqqı və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün torpaqdan istifadəyə görə kompensasiya qismində cəmi 1.459,12 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2764/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar