Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-101/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “girov müqaviləsinin ləğv edilməsi, avtomobilərin girovdan azad edilməsi və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunması barədə” ilk, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit borcun tutulması və tutmanın girov qoyulmuş avtomobillərə yönəldilməsi tələbinə dair” qarşılıqlı iddia tələblərinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı məhkəmədə iddia qaldıraraq, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli 14.09.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, habelə girovda olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90- RG433 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90- RG844 dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, 14.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 23 aprel 2019-cu il tarixə cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşısında əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik) manat, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, cəmi 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik) manat borcun və ləğv prosesində olan Cavabdeh ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın girova yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı 16 iyul 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilkin iddia üzrə İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 31İP/F20-12 nömrəli,14.09.2012-ci tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90- RJ-462 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90- RJ-463 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG363 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovuna xitam verilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı onunla Ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 31AV/F20- 12 nömrəli, 14.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 23 aprel 2019-cu il tarixə əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik)manat, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, cəmi 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması və tutmanın girova yönəldilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən yalnız qarşı tərəfin izahatlarına və təqdim etdiyi sübutlara əsaslanmış, iş üzrə bankın verdiyi maliyyə arayışına, hesabdan çıxarışlara heç bir qiymət verməmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən verilmiş izahatlara əsaslanmış, iddiaçının bank qarşısında 999.558.50 manat ödəyərək heç bir borcunun olmaması barədə izahatını əsas götürərək cavabdehin bank qarşısında heç bir borcunun olmaması qənaətinə gəlmiş, ilkin iddia tələbini qəbul edərək girov predmeti olan avtobusları girovdan azad etmişdir. Lakin bank tərəfindən verilmiş maliyyə arayışlarında və hesabdan çıxarışlarda açıq aşkar cavabdehin bank qarşısında 285.427,30 manat qalıq borcunun olduğu göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən – tərəflər arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli, 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumunun ona keçən miras həddində X1 tutulması və tutmanın 14 sentyabr 2012-ci il tarixli, 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İsuzu Ecobus” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobuslara yönəldilməsi hissəsində təmin olunmuş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçının hüquqi varisi Aynurə Kazımova kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli 2-2(102)-29/21 saylı qərarı ilə ilk iddia üzrə iddiaçının hüquqi varisi Aynurə Kazımova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-430/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli e-2-2(82)-581/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh 2021-ci il 30 iyul tarixdə kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-452/21 saylı, 2021-ci il 26 oktyabr tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2- 2(103)-430/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq, apelyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - 2019-cu il 13 sentyabr tarixli AZ-İİ seriyalı 037175 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iş apellyasiya icraatında olarkən 2019-cu il 9 sentyabr tarixdə vəfat etmişdir. - 2014-cü il 30 may tarixli, AZ-İ 924791 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 ilə rəsmi nikaha daxil olmuşdur. - 39 saylı notariat orqanı tərəfindən 2019-cu il 12 dekabr tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 2019-cu il 9 sentyabr tarixdə ölmüş İddiaçı həyat yoldaşı X4 miras əmlakı qəbul edərək vərəsə kimi tanınmışdır. Məhkəmə kollegiyası iddiaçının vərəsəsi X2 ərizəsini təmin edərək, hazırki iş üzrə onu İddiaçı əvəzinə prosessual hüquq varisi qismində tanımışdır. - 2012-ci il 14 sentyabr tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən Cavabdeh ASC tərəfindən borcalan İddiaçı illik 20% olmaqla 48 ay müddətinə 780.300 manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kredit məbləğini yeni alınacaq 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəyi müəyyən olunmuşdur. - İddiaçı 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən götürdüyü 780.300 manat məbləğində kredit öhdəliklərinin təminatı olaraq kreditor Cavabdeh ASC-nə ümumi dəyəri 918000 manat olan 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarını 2012-ci il 14 sentyabr tarixli, 31İP/F20-12 nömrəli girov müqaviləsinə əsasən girov qoymuşdur. - “Hesabdan çıxarış”-ın təsdiq olunmuş surətindən və cavabdehin 2019-cu il 30 may tarixli **********516 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir. - 14 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının şəhadətnamələrindən görünür ki, qeyd olunan nəqliyyat vasitələri İddiaçı adına qeydiyyata alınmışdır. - Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 28 yanvar tarixli **********150 nömrəli məktubdan görünür ki, 31AV/F20-12 nömrəli, 2012ci il 14 sentyabr tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 285.427,30 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qaydasında həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 2012-ci ilin sentyabr ayında kredit müqaviləsi bağlanmış və Cavabdeh ASC tərəfindən ilkin İddiaçı 780.300,00 manat məbələğində təminatlı kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, ilkin iddiaçıya məxsus ümumi dəyəri 918.000,00 manat məbləğində olan, 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusların Cavabdeh ASC qarşısında yüklülüyünə dair 14.09.2012-ci il tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi bağlanmışdır. Lakin işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən kredit müqaviləsinin əsli məhkəməyə təqdim edə bilməmiş, yalnız 14.09.2012-ci il tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi təqdim olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bankın ləğvedicisinə sorğu verilsə də, kreditin verilməsinə əsas olan kredit müqaviləsi məhkəməyə təqdim olunmamış, eyni zamanda məhkəmə baxışında qarşılıqlı iddiaçı istinad etdiyi kredit müqaviləsinin əslini tapa bilmədiyini bildirmişdir. İlkin apellyasiya baxışında üçüncü şəxs qismində işə cəlb olunmuş bankın səhmdarı S.Məmmədovun məhkəməyə təqdim etdiyi kredit müqaviləsinə gəldikdə isə, kollegiya qeyd edir ki, ilkin apelyasiya baxışı zamanı S.Məmmədovun üçüncü şəxs qismində işə cəlb olunması AR MPM-in 357.2-ci maddəsinin tələblərinə zidd olduğundan, işə ikinci apelyasiya baxışı zamanı S.Məmmədov üçüncü şəxs qismində proses iştirakçılığından çıxarılmışdır. S.Məmmədov tərəfindən təqdim edilmiş kredit müqaviləsində olan məlumatların sübut əhəmiyyətilə bağlı kollegiya bidirir ki, həmin sübut AR MPM-in 76-cı və 89-cu maddələrinin tələblərinə əsasən, lazımi qaydada təsdiq edilməmiş surət oduğundan, sübut əhəmiyyətli mötəbər dəlil kimi qəbul edilə bilməz. AR MPM-in: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Beləliklə işin hallarından göründüyü kimi, kredit müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surəti və ya əsli məhkəməyə təqdim edilmədiyindən İddiaçı kreditin hansı faizlə verildiyi müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin əsaslandırıldığı bank tərəfindən birtərəfli qaydada tərtib olunmuş maliyyə arayışları və hesabdan çıxarışlara istinadən İddiaçı qalıq borcunun 285.427,30 manat təşkil etməsi hazırki mübahisə üzrə işin faktiki halı kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ləğv prosesində olan bankın məhkəmənin sorğusuna ünvanladığı 30 may 2019-cu il tarixli **********516 nömrəli cavab məktubunda məhkəməyə bildirilmişdir ki, kredit alan İddiaçı tərəfindən banka 18.09.2012-ci il tarixdən 11.02.2017-ci il tarixədək olan dövr ərzində, ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir. Nə qədər ki, İddiaçı banka 999.558,50 manat ödənişinə dair ödəmə sənədləri məhkəməyə təqdim edilməmişdir, bank isə məhkəməyə ünvanladığı 30 may 2019-cu il tarixli məktubunda İddiaçı tərəfindən banka kredit borcundan 995.237,52 manat məbləğin ödənildiyini etiraf edir, kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə İddiaçı banka ödənişinin 995.237,52 manat məbləğində olması işin həqiqi halı kimi qiymətləndirilməlidir. Beləliklə, kredit müqaviləsi üzrə hesablanmalı olan faizin miqdarının məlum olmaması və İddiaçı 995.237.52 manat məbləğində ödənişinin bankdan aldığı 780.300,00 manat kreditdən, həm də, girov müqaviləsinin predmetinin (avtobusların) 918.000,00 manat məbləğində ümumi dəyərindən artıq olmasını nəzərə alaraq bank tərəfindən qəbul edilən 995.237,52 manat məbləğində ödənişin 780.300,00 manatı məbləğinin İddiaçı əsas borcuna, bundan artıq 214.937,52 (995237,52 - 780300) manat məbləğində hissəsinin isə onun faiz borcuna aid olması işin faktiki hallarına uyğundur. Beləliklə, yuxarıda sadalananlara əsasən, İddiaçı bank qarşısında mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirdiyi müyyən edilir. İlkin iddia üzrə iddiaçının tələbi 31İP/F20-12 nömrəli 14.09.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, habelə girovda olan müvafiq avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi olmuşdur. İlkin iddia üzrə iddiaçının girov qoyulmuş nəqliyyat vasitələrinin girovdan azad edilməsi tələbi mahiyyət etibarı ilə girova xitam verilməsi barədə iddiadır. AR Mülki Məcəlləsinin: 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən kredit müqaviləsi üzrə girovla təmin edilmiş öhdəliyin icra olunması müəyyən edildiyindən, ilkin iddia tələbi “girovda olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG433 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG844 dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması” hissəsində əsaslıdır. İlkin iddia tələbinin “müqavilənin ləğv edilməsi” və “girovdakı nəqliyyat vasitələrinin girovdan azad olunmasının cavabdehə həvalə edilməsi” hissələrinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilənin ləğvi üçün mülki qanunvericiliklə müəyyən olunmuş əsaslara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin halların mövcudluğu işin halları ilə təsdiqini tapmadığından ilkin iddia bu hissədə əsaslı deyildir. Bundan əlavə ilkin iddianın girovdakı nəqliyyat vasitələrinin girovdan azad olunmasının cavabdehə həvalə edilməsi hissəsinə mübasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh həmin nəqliyyat vasitələrinin sənədlərində girov məhdudiyyətinin götürülməsi ilə bağlı hər hansı qeydiyyat aparmağa səlahiyyətli deyildir, həmçinin bu tələb qətnamənin bilavasitə icra mərhələsinə aiddir. Kollegiya birinci instansiyanın mövqeyilə razılaşaraq bildirir ki, məhkəmə ilkin iddia tələbini qismən, girov qoyulmuş nəqliyyat vasitələrinin girovdan azad edilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Eyni zamanda yuxarıda sadalanan hallardan göründüyü kimi, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin tam ödənildiyi müəyyən edildiyindən və qarşılıqlı iddiaçı tərəfindən bunun əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən qarşılıqlı iddiaçının kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələbi əsassızdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1728/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı, 16 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-101/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-101/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver